Azərbaycanda uşaqlar arasında suçiçəyi xəstəliyi ilə bağlı sonuncu alovlanma keçən il və bu il ərzində müşahidə edilib.
Strategiya.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma halı azalıb.
Suçiçəyi xəstəliyinin 2 il ardıcıl alovlanmasının səbəbini açıqlayan N.Quliyev qeyd edib ki, Azərbaycanda bu xəstəliyə görə vaksinasiya tətbiq olunmadığından xəstəliyin 3-4 ildən bir geniş yayılması müşahidə olunur: “Bu gün 3-5 yaşlı uşaqlar suçiçəyinə yoluxublarsa, 1-2 yaşlı uşaqlar bu xəstəlikdən kənarda qalırlar. 1-2 yaşlı uşaqlar da böyüyüb həmin yaş dövrünə, yəni ən həssas yaşa çatana qədər xəstəliyə az rast gəlinir. Ondan sonra yenidən alovlanma baş verir. Xəstəlik keçirən uşaqlarda daimi immunitet yarandığına görə epidemiyadan sonrakı bir neçə il ərzində bu xəstəliyi müşahidə etmirik. Amma xəstəlikdən kənarda qalan uşaqların sayı artdıqda, onlar xəstə uşaqlarla təmasda olduqda, yəni 3-4 ildən bir yenə belə alovlanma müşahidə olunur və bu, sonra ötüb keçir. Bu il də, demək olar ki, xəstəlik keçirməyən, xüsusilə məktəbəqədər və məktəbyaşlı uşaqlar suçiçəyi xəstəliyini keçirdilər. İndi gözləyirik ki, xəstəliklə bağlı arada müəyyən müddət fasilə olacaq”.
N.Quliyev deyib ki, bu il ərzində Azərbaycanda suçiçəyindən ölüm hadisəsi və ağır fəsadlaşma qeydə alınmayıb.
Fəsadlaşmanın baş verməməsi üçün uşağın həkim nəzarətində olmasını vacib sayan baş pediatr valideynlərə bəzi tövsiyələrini də verib: “Suçiçəyi “herpes zoster” virusu tərəfindən törədilir. Suçiçəyi, qızılca, məxmərəyin yoluxma indeksi çox yüksəkdir. Bu, bəzən 95-100-dək olur. Suçiçəyinin müalicəsi yoxdur, amma valideynlərə tövsiyəmiz odur ki, xəstəlik baş verdikdə fəsadlaşmanın olmaması üçün müəyyən qaydalara riayət etsinlər, simptomatik müalicə aparılsın və uşaqlar həkim nəzarətində olsunlar. Valideynlər xəstəliyin ilkin əlamətini - səpki görən kimi həkimə müraciət etməlidirlər”.
N.Quliyev yaşından asılı olmayaraq, hər bir şəxsin ömrünün sonuna kimi mütləq qaydada suçiçəyi xəstəliyini keçirəcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib.
O deyib ki, insan ömrünün sonuna qədər bu xəstəliyə yoluxa da bilər, yoluxmaya da: “İnsan orqanizmində suçiçəyi xəstəliyinə qarşı xüsusi immun cisimləri yaranmayıbsa, o, xəstələnə bilər. Amma kimdəsə o immun cisimlər formalaşıbsa, xəstə ilə nə qədər təmasda olsa da, xəstələnmir. Onun qandakı qoruyucu faktoru - spesifik, zülal tərkibli immunoqlobinlər virusu, obrazlı desək, tanıyırlar. Həmin virus qanda görünən kimi onlar hücuma keçirlər və virusu tanıdıqları üçün onu məhv edirlər. Ona görə də vüruslar artıb çoxala bilmir və ölürlər”.
N.Quliyev əlavə edib ki, suçiçəyi xəstəliyi keçirən şəxsin 2-ci dəfə bu xəstəliyi keçirməsi də çox nadir hallarda ola bilər.
Onun sözlərinə görə, suçiçəyi keçirən insanın orqanizmində virusa qarşı daimi olaraq immunitet əmələ gəlir: “Amma hər kəs bilməlidir ki, istər peyvənddən, istərsə də keçirilən xəstəlikdən 5 il ötdükdən sonra peyvənd, qoruyucu faktorların qanda konsentrasiyasının miqdarı getdikcə azalmağa və yavaş-yavaş həssaslıq görünməyə başlayır. Ona görə də bəzi ölkələr təklif edilər ki, bütün peyvəndlər hər 10 ildən bir təkrar olunsun”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM