Azərbaycanda it dişləməsi və ilan sancması hadisələri çoxalıb. Təəssüflər olsun ki, bu il xəbər saytlarında daha çox it dişləməsi və ilan sancması xəbərləri ilə rastlaşırıq.
Bəs bu iki halla rastlaşdıqda nə etməliyik?
İlk öncə başlayaq ilan sancmasından. İlan Azərbaycanda olan zəhərli sürünənlərdən ən təhlükəlisidir. İlan sancması zamanı əgər düzgün ilkin yardım göstərilməzsə və şəxs xəstəxanaya vaxtında çatdırılmazsa, ölümlə nəticələnə bilər. İlan sancmalarına bölgələr və kəndlərlə yanaşı paytaxtın bir sıra qəsəbələrində də rast gəlinir. Qeyd edək ki, ilan zəhəri sarımtıl şəffaf maye olub ilanın qulaqətrafı tüpürcək vəziləri tərəfindən hasil olunur. Bütün ilan sancmaları təcili tibbi yardım tələb edir. İlan sancmasından sonra sancma nahiyəsində yandırıcı ağrı, şişkinlik, zamanla göy rəngə çevrilən qızartı yaranır. Zəhər qana keçdiyi təqdirdə qusma, başağrısı, ishal, yüksək bədən hərarəti, ürək döyüntülərinin artması və s. müşahidə edilir. Ağır hallarda mədə-bağırsaq qanaxması, iflic baş verə bilər. İlan zəhəri öz qiymətliliyi ilə bütün dünyada çox məşhurdur. Çünki bu sahə iqtisadiyyata böyük gəlir gətirmək imkanına malikdir. Azərbaycanda da vaxtilə bu sahə inkişaf edib və gəlir gətirən sektorlardan biri olub. Qeyd edək ki, ilan zəhərini qurudulmuş halda 23 ilə qədər saxlamaq olur. İlan sancmaları ilə yanaşı, Azərbaycanda əqrəb sancmaları da baş verir.
Strategiya.az musavat.com-a istinadən bildirir ki, ölkəmizdə olan bu əqrəblər daha təhlükəli olan qara əqrəb deyil, sarı əqrəbdir. Afrikada olan qara əqrəblər həyat üçün daha təhlükəlidir. Azərbaycandakı sarı əqrəblərin zəhəri isə zəif olur. İndiyə kimi Azərbaycanda əqrəb sancmasından ölüm hadisəsi baş verməyib. Əqrəb sancması zamanı ilan sancmasından fərqli olaraq zərdaba da ehtiyac olmur, eləcə lokal anesteziya ilə zəhərlənməyə qarşı müalicə aparılır.
Maraqlıdır, ilan sancması zamanı ilkin tibbi yardım olaraq nə etməliyik?
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, ilanların bəziləri vurma zamanı tam öldürücü dozada zəhər ifraz etmir: "Azərbaycanda iki zəhərli ilan növü var. Biri gürzə, digəri isə çöl əfisi adlanan əfi ilandır. Adətən bunların sancması müşahidə oluna bilər. Digər zəhərli heyvanlara Abşeron yarımadasında və Azərbaycanda təsadüf edilmir. İlan zəhərlərinə qarşı vaksin, andidot var ki, bu ilan zəhərindən hazırlanır. Həmin andidotlar regional olaraq paylanıb. Hər 3-4 rayonun mərkəzinə verilib. İlan sancması zamanı həmin mərkəzlərə müraciət etməli və andidot vurulmalıdır. Andidot nə qədər tez vurulsa, xəstənin həyatı o qədər tez xilas oluna bilər. Təəssüflər olsun ki, ilan sancması zamanı insanlar çaşırlar, qorxuya, panikaya düşürlər. Bu zaman qorxmaq, panikaya düşmək ürək döyünmələrini tezləşdirir və zəhərin bədənə tez yayılmasına səbəb olur. Buna diqqət etmək lazımdır. Bundan başqa, ilan sancan adam mümkün qədər tez xəstəxanaya çatdırılıb ona andidot vurulmalıdır. İlanın növünə də diqqət edilməlidir ki, burada hansı növ andidotun vurulması çox mühümdür. Adətən ilanların bəziləri vurma zamanı tam öldürücü dozada zəhər ifraz etmir. Bəzi hallarda isə öldürücü dozada zəhər ifraz edir. İstənilən halda müalicəyə ehtiyac var. Sonrakı müalicədə artıq müxtəlif məhlullardan istifadə olunur, impuziyalar aparılır və xəstənin həyatı xilas edilir. Andidotlar gürzə zəhəri, bu zəhərin tərkibində hemotiksin var. Bu, qısa müddətdə daxili qanaxmalara səbəb olur, qan laxtalanması pozulur və xəstə dünyasını dəyişir".
Təəssüflər olsun ki, ilan sancması qədər təhlükəli olan it dişləmələrinin də sayı günü-gündən artmaqdadır. Hətta it dişləməsi nəticəsində 5 yaşlı bir uşaq da həyatını itirdi. Küçələrdə sahibsiz itlərin həddindən artıq çoxluğu və bir nəfərin ölümü artıq həyəcan təbili çalınmasına səbəb oldu və küçədən itlər yığışdırılmağa başlanıb. Əgər insanı quduz heyvan dişləyərsə, xüsusi müalicə sxemi tətbiq edilmədiyi halda onu 100 faiz ölüm gözləyir. Bu hal uşaqda baş verdikdə onun həlak olması daha qısa müddət ərzində baş verir. Əvvəllər quduzluğun müalicəsi 40 gün ərzində qarın nahiyəsinə ağrılı iynə vurulması şəklində aparılırdı. Hazırda isə bu, qol nahiyəsinə vurulan 5-6 inyeksiya şəklində aparılır. Qeyd edək ki, quduzluq törədicisi xüsusi viruslardır.
A.Qeybulla nəinki it dişləməsi, hətta dovşan dişləməsi zamanı vaksin vurulmasının vacib olduğunu dedi: "İt dişləməsi hadisələri son vaxtlar tez-tez müşahidə olunur. Sahibsiz itlərin dişləməsi zamanı daha diqqətli olmaq lazımdır. Çünki bu cür itləri sonradan müşahidə etmək mümkün olmur. Onlar dişləyərək qaçır və kiminsə nəzarətində deyil. Ona görə də belə bir hadisə baş verərsə, mütləq diqqətli olmaq lazımdır. Əvvəlcə heyvan 40 gün ərzində nəzarətə götürülməlidir. Profilaktik olaraq xəstəyə quduzluq əleyhinə vaksin vurulur. Ədəbiyyat yazır ki, 1 faiz hallarda quduzluq vaksininin özündən yoluxma hadisəsi baş verə bilər. Vaksin zamanı diqqətli olmaq lazımdır. Əgər heyvan nəzarətdədirsə və onda quduzluq əlamətləri müşahidə edilirsə, mütləq insan müalicəvi dozaya keçməlidir. Əgər heyvan müşahidəyə götürülə bilməyibsə, insanda hər hansısa quduzluq əlamətləri varsa, o, dərhal profilaktik dozadan müalicəvi dozaya keçirilməlidir. Quduzluq xəstəliyi ilk öncə insanın sinirlərini zədələyir, qırtlaqda spazma baş verir. Xəstələrdə sudan, işıqdan qorxma hadisələri baş verir və nəticədə insan spazmalardan, xüsusən də qırtlaq spazmalarından, tənəffüs iflicindən dünyasını dəyişir. Bütün bunlar olmasın deyə istənilən it dişləmiş, hətta dovşan dişləmiş şəxslərə də vaksin vurulmalı və onlar nəzarətdə olmalıdır. Çünki quduzluq bu cür heyvanların ağız suyunda olur və ağız suyundan da insana asanlıqla keçə bilər"
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM