Məktəb yaşlı uşaqlarda onurğanın formalaşması prosesi gedir. Həmin dövrdə daimi gərginlik qeyri-düzgün qamətin-skoliozun formalaşmasına səbəb ola bilər. Ona görə də çiyindən asılan məktəbli çantası uşağın yaşına uyğun seçilməlidir. Həddindən artıq ağır çantanın daşınması yorğunluğa, bel və baş ağrılarına gətirib çıxarır. Çox vaxt ibtidai sinif şagirdləri yorğunluq və başgicəllənməsindən, yuxarı sinif şagirdləri isə beldə olan ağrılardan şikayət edirlər. Məktəb yaşlı uşaqların əksəriyyətində ortopedik xarakterli patologiyalar, xüsusilə də skolioz və qamət pozulmaları müşahidə olunur.
Yaşa uyğun olmayan, çiyindən asılan ağır çanta uşağı irəli əyilməyə məcbur etdiyinə görə qamətin pozulması və belin bükülməsinə səbəb olur. Xarici qüsurlardan başqa, onurğanın əyilməsi daxili orqanların zədələnməsi və müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir. Ona görə də, çanta seçimi zamanı bir sıra şərtlərə əməl olunması vacibdir.
Həkim-ortopedlərin fikrincə, 8 yaşınadək uşaqlar 2, 8-12 yaşındakı uşaqlar ən çox 4, 12-15 yaş arasındakı uşaqlar isə 5 kiloqram ağırlığında çanta götürməlidirlər. Çantanın asqılarının uzun və ensiz olması bütün ağırlığın belə yönəlməsinə səbəb olur və ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindən artıq zorlanma və ağrı əmələ gəlir.
Çanta ağır olanda və birtərəfli çiyin asqısından istifadə edəndə əzələlər, xüsusilə boyun bir tərəfə əyilir, onurğada sağa və ya sola əyilmələrə səbəb olur. Çantada asqıların geniş və yumşaq olması çiyin üzərində yükün bərabər paylanmasına kömək edir, dar və sərt asqılar ağırlığı əzələnin müəyyən nöqtələrinə yönəldir. Çantanın çiyin asqılarının incə, ensiz və uzun olması sinirlərə təsir edir və bunun nəticəsində əl və qolda ağrılar yaranır. Ağır çanta daşıma, yaxud da ağır çantanın birtərəfli daşınması boyun əzələlərində gərginlik, ağrı, damar dartılmaları və baş ağrısı yaradır. Ağır və qeyri-standart çanta daşıyan və pilləkən qalxıb-enən uşaqlarda ayaq ağrısı daha çox olur.
Mütəxəssislər məsləhət görürlər ki, çanta alanda onun hazırlandığı materiala fikir vermək lazımdır. Bir sıra ölkələrdə sənaye tullantıları və kimyəvi məhsullardan hazırlanan çantalar uşaqlar üçün çox təhlükəlidir. Tədqiqatlar göstərir ki, kimyəvi tullantılardan hazırlanan məhsullar uşaqlarda dəri xərçəngi, astma, allergik xəstəliklər və s. yaradır. Sağlamlığa zərər verə biləcək materiallardan hazırlanan məhsullar adətən ucuz olur və onları tanımaq o qədər də çətin deyil.
Çanta uşaqların ən çox təmasda olduğu əşyalardan biridir. Ona görə də çantanın düzgün seçilməsi heç də az əhəmiyyətli məsələ deyildir. Məktəbə gedən şagirdin çantasının keyfiyyətinə, ağırlığına və uşağın ona verdiyi reaksiyaya diqqətlə yanaşılması gələcəkdə bel ağrıları və xəstəliklərin qarşısını vaxtında almağa xidmət edir./azertac/
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM