Türkiyənin tanınmış ilahiyyatçısı və A9 telekanalının rəhbəri Adnan Oktar yenə «kedicik»ləri ilə gündəmə gəlib.
ANS PRESS-in məlumatına görə, Türkiyənin tanınmış din xadimi Adnan Oktar (daha çox Harun Yəhya imzası ilə tanınır) aparıcılıq etdiyi verilişdə brazilyalı qonağına «Samba» rəqsi oynadıb.
Proqramında «kedicik» adlandırdığı xanımlarla və oğlanlarla söhbət edən Harun Yəhya musiqi fasiləsi verib. Daha sonra isə «kedicik»lərdən birinə sevdiyi mahnını oxudub və qızın səsinə vurulduğunu deyib. Hətta, o qıza disk buraxacağını da vəd edib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin baş naziri müavini Bülənt Arınçın «kedicik»lər haqqında dediyi sözə etiraz edərək, verilişinə qızları çıxarmasa da, o, bu yaxınlarda yenidən əvvəlki ənənəsini davam etdirib.