Mətbuat Şurası “Vaşinqton post”un məqaləsi ilə bağlı bəyanat verdi

10:53 / 06.09.2017

Azərbaycan Mətbuat Şurası “Vaşinqton post”da yer almış məqalə ilə bağlı bəyanat verib.

Strategiya.az-ın məlumatına görə, Mətbuat Şurasının bəyanatında deyilir: “Müxtəlif vaxtlarda Azərbaycana, dövlətimizin başçısına qarşı qərəzli təşəbbüslərin həyata keçirildiyinin şahidi olmuşuq. Belə bir qərəz kampaniyası bu günlərdə də aparılmaqdadır. Söhbət “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) adlı qurumun Böyük Britaniyanın “Guardian” nəşrində, eləcə də, Avropanın digər kütləvi informasiya vasitələrində dərc olunmuş hesabatından sonra “Vaşinqton post” qəzetində də bir gündə iki anti-azərbaycançı məqalənin yer almasından gedir.

Ölkəmizə münasibətdə planlı şəkildə reallaşdırıldığı şübhə doğurmayan təşəbbüsün hansı mərkəzlərdən idarə olunduğu bəllidir. Azərbaycanın müstəqil daxili və xarici siyasətini gözü götürməyən qüvvələr, onların özünü bəsit iddialara inandırmış yerli əlaltıları, erməni lobbi və diaspor təşkilatları. “Vaşinqton post”da yer almış yazılar isə Avropa mediasında dərc edilmiş hesabatın timsalında çirkin kampaniyanın söz və ifadə azadlığından sui-istifadə tərəfidir. Bu sayaq cəhdlər Azərbaycan cəmiyyətində, o cümlədən media ictimaiyyətində təəssüf və hiddət doğurur.

Azərbaycan cəmiyyəti 2017-ci il iyulun 20-də dövlət başçısının jurnalistlər üçün inşa edilmiş 255 mənzillik binanın açılışında iştirakının, media təmsilçiləri ilə səmimi təmaslarının şahididir. Cənab prezident həmin gün jurnalistlər üçün yeni binanın təməlini qoydu. Dörd il öncə isə dövlət başçısı 156 mənzillik binanın açılışına qatılmışdı. Təəssüfləndirici haldır ki, “Vaşinqton post” Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn bu sosial siyasətinə, humanist dəst-xəttinə fərqli don geydirməyə çalışır, məsələni təmənnalı münasibət müstəvisinə daşıyır.

Qətiyyətlə bildiririk ki, Azərbaycan dövləti, “Vaşinqton post”un iddia etdiyinin əksinə olaraq, heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman düşünməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucularının görüşünə gəlirlər.

Bəli, Azərbaycan jurnalistləri yaşamaq üçün mənzilə, ümumən sosial-məişət və iş şəraitlərinin yaxşılaşdırılmasına ehtiyac duyublar. Bu ehtiyacın aradan qaldırılması dövlət siyasəti üçün də prioritet əhəmiyyət daşıyıb. Dövlətimiz nəzərə alıb ki, qayğısız jurnalistin əməyi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşdirilməsi baxımından vacibdir.

Onu da düşünmək lazımdır ki, jurnalistlərin mənzil problemi Azərbaycanın müstəqilliyinin ilk illərindən aktual əhəmiyyət daşıyıb. Ölkəmizin media orqanlarının əsasən ayrı-ayrı xarici fondların, səfirliklərin maliyyəsindən asılı olduğu zaman kəsiyində də bu problemin həlli həyati zərurət daşıyıb. Həmin vaxt özlərini media himayədarı olaraq göstərənlər düşünməyiblər ki, jurnalistin zəhmətinin qarşılığının ödənilməsi onu mənzil sahibinə çevrilmək kimi təməl hüququna qovuşdurmur. Bunu düşünən Azərbaycan dövləti, onun prezidentidir. Ancaq görünür, müəyyən dairələrə Azərbaycan jurnalistinin daim problemlər məngənəsində boğulduğunu, kirayələrdə yaşadığını görmək lazımdır. Məhz buna görə də onlar dövlətin sosial siyasətindən faydalanmağı təmənna olaraq qiymətləndirməkdə maraqlıdırlar. Sual yaranır: təmənna ali dəyərlər sayılan söz və ifadə azadlığı ilə imitasiya edib xarici təşkilatların anti-azərbaycançı təşəbbüslərində iştirakdır, yoxsa dövlət siyasətindən faydalanmaq?

“Vaşinqton post” jurnalistlərin mənzillə təminatı məsələsini qabardarkən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi üzərində dayanır. Azərbaycan Mətbuat Şurası olaraq bununla bağlı mövqeyimizi bəyan etmişik. Əminik ki, M.Əliyevlə bağlı məsələ ədalətli şəkildə araşdırılacaq və qanuna müvafiq ölçü tədbiri götürüləcəkdir. Nəzərə alınmalıdır ki, dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanda da vergidən yayınma hallarına ciddi yanaşılır. Belə olan halda bəzi Qərb dairələrinin buna ölkəmizin timsalında əhəmiyyətsiz münasibət bəsləmələri də dərin təəssüf hissi doğurur. Onların Mehman Əliyevlə bağlı məsələnin tam şəkildə araşdırılmasını gözləmədən söz və ifadə azadlığı motivlərini qabartmaları da həmçinin. Şübhəsiz ki, bu, siyasi məqsədlərdən qaynaqlanmış açıq qərəz nümayişidir.

Azərbaycan dövləti medianın rolunu yüksək qiymətləndirib. Dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyət həyatının ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırıb. Ölkə prezidenti hər zaman jurnalistikanın cəmiyyətdəki missiyasına həssas yanaşıb. Bu həssaslıq media ilə bağlı dövlət siyasətinin uğur formuludur. Qərəzə, hiddətə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu kölgələməyə hesablandığı aşkar görünən hər hansı kampaniya bu uğurlu yolun qarşısını almaq iqtidarında deyildir”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM