ABŞ-Şimali Koreya savaşı: qlobal siyasətin yeni riskləri

09:07 / 07.09.2017

Vaşinqtonla Pxenyan arasındakı söz atışması təhlükəli məzmun alıb. Son olaraq Donald Tramp rəsmi Pxenyanı və xalqı hədələyib. O, bəyan edib ki, ABŞ elə bir addım atar ki, dünya indiyə qədər rastlaşmadığı vəziyyətə düşər. İlk növbədə Şimali Koreya hakimiyyəti və xalqı yox ola bilər. D.Tramp, eyni zamanda, Fransa Prezidenti ilə bu məsələdə ortaq hərəkət barədə razılığa gəlib. Belə görünür ki, Amerika-Şimali Koreya münasibətləri son dərəcə gərgin bir fazaya qədəm qoyub. Yaranmış situasiyaya geniş aspektdə yanaşdıqda, məsələnin sadəcə Şimali Koreya ilə məhdudlaşmadığını görürük. Bir neçə böyük dövlətin iştirakı ilə münaqişə meydana gələ bilər. Bu prizmadan Vaşinqton-Pxenyan qarşıdurmasının mümkün geosiyasi nəticələri üzərində düşünmək maraqlıdır.

Təhlükəli addım: Trampın yeni hədələri

Dünyada yeni bir müharibə ocağının meydana gələ biləcəyindən ekspertlər çox narahatdırlar. Amerika Prezidenti Donald Tramp çox sərt bir dillə "Şimali Koreyanı vura bilərik" mesajını verib. Onun bu sözləri ciddi qəbul edilir. Çünki Pxenyanla bağlı beynəlxalq səviyyədə vəziyyət kəskindir. Gərginlik azalmaq bilmir. Şimali Koreya ballistik raketlərlə bağlı layihələrini inkişaf etdirir, yeni silahlar sınaqdan keçirir.

Başqa tərəfdən də ABŞ Cənubi Çin dənizi ərazisində hərbi gücünü artırır. Son olaraq Quam adası ətrafında gərginlik yaranmışdı. İndi daha geniş bir məkanda hərbi qarşıdurma güclənir. Rəsmi Pekinin bu vəziyyətə münasibəti də böyük maraq doğurur. Pekin bəyan edib ki, Şimali Koreya raket sınaqlarını davam etdirsə, bitərəf qalacaq, Vaşinqton regionda hərbi qüvvələrini artırsa, buna etirazını bildirəcək.

Bu kimi fikirlər onu göstərir ki, Çin faktiki olaraq Şimali Koreyanı dəstəkləyir. Hər halda diplomatik səviyyədə və qlobal geosiyasi kontekstdə Pekin daha çox Pxenyanın mövqeyini ciddi tənqid etmir. Lakin BMT TŞ-də Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə Çin də səs verib. Bu o deməkdir ki, bütövlükdə rəsmi Pekin yeni nüvə dövlətlərinin yaranmasına isti yanaşmır. Lakin konkret ABŞ-Şimali Koreya münasibətinə gələndə, hər şeyin Vaşinqtonun diqtəsi ilə olmasına da razı deyil.

Ekspertlər Çinin bu mövqeyini supergüc olaraq ABŞ-a müqavimət göstərməsi, özünün sözünün yerinə yetirilməsinə imkan yaradılması cəhdi olaraq qiymətləndirirlər. Qısa desək, Pekin oyunu böyük güclərə xas olan qaydada aparır.

Bununla yanaşı, Çini bölgədəki gərginlik narahat edir. Məsələ ondan ibarətdir ki, Şimali Koreya məsələsi yalnız bu ölkənin maraqları ilə məhdudlaşmır. Əsas olaraq Uzaq Şərqdə Çinin qulağının dibində müharibə ocağı meydana gəlir. Ekspertlər də məhz bu aspektə diqqət yetirirlər.

Digər tərəfdən, Amerika reallıqda Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları bir-birindən ayırmır. İran və Şimali Koreya raket və nüvə silahı aspektində hədələnirsə, Rusiya bir sıra regionlarda hərbi güc tətbiq etdiyi səbəbindən sanksiyaya məruz qalır. Motiv bir qədər fərqli olsa da, nəticə eynidir – Vaşinqton özü üçün 3 önəmli təhlükə müəyyən edib.

Bu prizmadan Şimali Koreya məsələsinə Rusiya kontekstində nəzər saldıqda, bir sıra təhlükəli məqamları görmək olar. Rusiyalı ekspertlər hesab edirlər ki, Şimali Koreyanın ballistik raketlərdən hansı səviyyədə istifadə edə bildiyi aydın olmadığından, hansı vəziyyətin yaranacağı haqqında dəqiq proqnoz yoxdur. Mümkündür ki, Pxenyanın atdığı raketlər Rusiyaya tərəf yönəlsin. Bu halda Moskva mütləq cavab verməlidir. Yəni Rusiya ordusu yüksək hazırlıq vəziyyətində olmalıdır ki, ortaya çıxa biləcək qeyri-müəyyənliklərə reaksiya verə bilsin.

Bunlar dolayısı ilə onu ifadə edir ki, müəyyən mərhələdə Rusiyanın ABŞ-Şimali Koreya savaşına qatılması istisna deyil. Eyni zamanda, regionun güclü dövləti sayılan Yaponiyanın hansı addımları atacağı maraqlıdır. Bir sıra ekspertlər proqnozlaşdırırlar ki, Vaşinqton Tokionu müharibəyə cəlb edə bilər. Əslində, Amerika-Yaponiya münasibətləri elə səviyyədədir ki, bu ehtimal özünü doğrulda bilər. Onu da nəzərə almaq lazımdır ki, Yaponiya-Koreya münasibətlərinin tarixi onun gərginləşməsi ehtimalının mövcudluğunu istisna etmir.

Balkanlar-Koreya yarımadası: münaqişələr və beynəlxalq terror

Vurğulanan məqamların fonunda Şimali Koreyada 3,5 milyon insanın könüllü olaraq savaşa gedə biləcəyi barədə informasiyaların yayılması real durumun ciddiliyindən xəbər verir. Amerika tərəfi də kifayət qədər sərt mövqedədir. Hətta Donald Tramp Fransa Prezidenti ilə danışaraq Şimali Koreyaya qarşı birlikdə hərəkət etmək barədə razılığa gəlib. Görünür, burada məsələ təkcə Şimali Koreya ilə məhdudlaşmır. İran da hədəfdədir. Bu ölkənin parlamenti Amerikanın avqustun 2-də yeni sanksiya tətbiq etməsindən sonra silahlanma ilə bağlı qərar qəbul edib. Tehran raket sınaqlarına əlavə 520 milyon ABŞ dolları miqdarında maliyyə ayırıb. İranın rəsmi şəxsləri bunun Amerikaya qarşı cavab tədbirlərindən yalnız birinin olduğunu vurğulayıblar.

Rusiyanın reaksiyası da məlumdur. Moskva Vaşinqtonun bütün addımlarına baxmayaraq nə Ukraynada, nə də Yaxın Şərqdə mövqeyini dəyişmir. Əksinə, daha da qabağa getməyə çalışır. O biri tərəfdən də Amerika Suriyada terror qrupları ilə əlaqələrini gücləndirir. Bu ölkədə də faktiki olaraq bir neçə böyük dövlət gizli savaş aparır.

Belə çıxır ki, Amerikanın Şimali Koreyanı hədələməsi, əslində, qlobal geosiyasi mənzərədə meydana gələn mürəkkəbliklər və risklərlə sıx bağlıdır. Söhbət heç də iki dövlətin arasındakı ziddiyyətlərdən getmir. Problem daha çox beynəlxalq geosiyasi vəziyyət aspektində narahatlıq yaradır.

Burada başlıca məqamın Asiyada böyük bir ixtilafın yaradılmasından ibarət olduğunu düşünürük. Bu, bütövlükdə həmin regionun bütün böyük dövlətlərinin maraqlarına toxunur. Çin, Hindistan, Pakistan, Yaponiya, Vyetnam, Filippin, Tailand, Cənubi Koreya, Rusiya və digərləri üçün qeyri-müəyyən vəziyyət yaranır. O sırada Əfqanıstandakı durumun da taleyi sual altına düşür. Çünki rəsmi Vaşinqton bu ölkədə hərbi uğur qazana bilmədiyini anlayıb, lakin bununla razılaşmaq istəmir. D.Tramp Əfqanıstanda vəziyyəti öz xeyirlərinə dəyişmək üçün hərbçilərə tapşırıqlar verib.

Şimali Koreya ilə ixtilaf yaransa, Amerikanın Əfqanıstana əlavə hərbi qüvvə yeritmə ehtimalı artar. Bu, həm də Çini üç tərəfdən – Koreya yarımadası istiqamətindən, Çin dənizindən və Əfqanıstan tərəfdən mühasirəyə almaq deməkdir. Aydındır ki, bununla Pekinin manevr imkanları məhdudlaşır və o, uzun müddətə süründürməçi intriqalar girovuna düşmüş olur. Çin mətbuatında bu barədə analitik yazılar bir neçə ildir ki, dərc olunur. Mütəxəssislər, ümumiyyətlə, Amerikanın əsas məqsədinin Çində ictimai şüurda paradiqma dəyişikliyi etməkdən ibarət olduğunu vurğulayırlar.

Hazırda Çin cəmiyyəti inkişafa istiqamətlənib. Başqa dövlətlərlə ixtilaf başladıqda isə, cəmiyyət avtomatik olaraq müharibə paradiqmasına yönələcək. Çünki xaricdən təhlükə olduqda, başlıca məqsəd təhlükəsizliyin təmini olur. Bununla dövlət çökmür, ancaq böyük həcmdə enerji inkişafa deyil, müdafiə sahəsinə sərf olunur. Sürətlə inkişaf edən Çini həmin müstəviyə sürükləmək, faktiki olaraq ona qalib gəlmək deməkdir. Amerika bununla dünya liderliyi uğrunda əsas rəqibini sıradan çıxarmış olur.

Bu tezisə inansaq, Vaşinqtonun Asiyada gərginliyi yüksəltməyə istiqamətlənmiş addımlarını davam etdirəcəyi nəticəsini çıxara bilərik. Yəni məsələ Şimali Koreya ilə yekunlaşmır. Ancaq məhz Pxenyanla hərbi toqquşma digər analoji proqramları işə salmağa birbaşa təkan verir. Bu bağlılıqda Mərkəzi Asiya dövlətlərinin də münaqişələrə cəlb olunması riskini vurğulamaq lazımdır.

Yuxarıdakı qənaət müstəvisində Vaşinqton-Pxenyan qarşıdurmasının kifayət qədər təhlükəli olduğu aydınlaşır. Bu münaqişənin dərinləşməsi ehtimalı az deyil. Çünki böyük dövlətlər geosiyasi maraqları ilə bağlı hələlik heç bir razılıq əldə etməyiblər və bununla bağlı fikirləri də yoxdur. İndi müşahidə edilən proseslər sanki, böyük bir ixtilafın başlanğıcıdır. Balkanlardan başlayaraq Koreya yarımadasına qədər geniş bir geosiyasi məkanda qarışıqlıq təhlükəsi getdikcə artır. İŞİD Yaxın Şərqdə yox edilə bilər, lakin düşündürücüdür ki, onun analoqları artıq yalnız Yaxın Şərqdə deyil, Qafqaz, Mərkəzi Asiya, Uzaq Şərq regionlarında da yarana bilər. Beynəlxalq terror simasını, fəaliyyət tərzini və məkanını dəyişir. Bunu təkzib edəcək bir fakt mövcuddurmu?

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM