Bakıda mağazadan yarım milyon manat oğurlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Nərimanov RPİ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510.000 manat pul oğurlamaqda şübhəli bilinən qrupun üzvü - Abşeron rayon sakini Elçin Həsənov tutulub.