“Qarabağ”ın ÇL-dakı ev oyunlarına bilet satışı ilə bağlı – FAYDALI MƏLUMATLAR

16:31 / 07.09.2017

Strategiya.az “Qarabağ” futbol klubunun baş meneceri Asif Əsgərovun Çempionlar Liqasındakı (ÇL) ev oyunlarına bilet satışı və təşkilati məsələlərlə bağlı Report-a müsahibəsini təqdim edir.

- “Qarabağ”ın sentyabrın 27-də Bakı Olimpiya Stadionunda İtaliyanın “Roma” klubu ilə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin II tur matçına bilet satışı necə təşkil olunacaq?

- Biletlər bu gündən iTicket saytı vasitəsilə onlayn, eləcə də, Bakı və Sumqayıtda ümumilikdə 18 məntəqədə satışa çıxarılacaq. Hər kəs şəxsiyyət vəsiqəsini təqdim etməklə bilet əldə edə bilər. Biletin üzərində şəxsin ad və soyadı yazılacaq. Bu, “qara bazar"ın qarşısını almaq və azarkeşlərin rahat şəkildə stadiona gəlmələri üçündür. "Böyük beşlik" çempionatlarında çıxış edən komandalarla oyunları daha çox insanın canlı izləmələri üçün Tofiq Bəhramov adına Respublika stadionunu Bakı Olimpiya Stadionuna dəyişdik.

- Hər bir azarkeşin stadiona şəxsiyyət vəsiqəsi ilə gəlməli olduğuna və hərəyə bir biletin satılmasının mümkünlüyünə dair şərt birmənalı qarşılanmır...

- Əvvəl deyirdilər ki, onlayn bilet yoxdur, təşkil etdik. Əvvəllər eyni yerə 2-3 biletin satıldığına dair söz-söhbətlər də var idi. Şəxsiyyət vəsiqəsi bütün bunların qarşısını almaq üçün tələb olunur. Bir şəxs bir neçə şəxsiyyət vəsiqəsi təqdim etməklə və həmin sənəddəki bilgilər qeyd olunduqdan sonra onların sayı qədər bilet ala bilər. Yaxud da internetə daxil olaraq, onlayn bilet almaq mümkündür. 

- Əvvəlki matçlarda holoqram yoxlanılmadığı üçün saxta bileti olan şəxslər tribunaya keçə bilirdi. Burada isə qarışıqlıq və mübahisələr müşahidə olunurdu. Belə hallara qarşı hansısa tədbir görüləcək?

- Bəli, barkod sistemi olacaq və bir biletlə yalnız bir adam içəri keçə biləcək. Həmçinin, sistem saxta biletləri oxumayacaq. Bu məsələlərdə polislə birgə işləyirik. Saxta bileti olanlarla bağlı onlar tərəfindən ölçü götürüləcək.

- Belə başa düşdük ki, I Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarındakı sistem tətbiq ediləcək...

- Təhlükəsizliklə bağlı nəsə deməyim düzgün olmaz. Lakin oyunun təşkilatçılığı və azarkeşlərimizin rahatlığı üçün lazım olan işlər görüləcək. Başqa fikri olmayan hər bir azarkeşimizə qapımız açıqdır.

- Azarkeşlərə nələri tövsiyə edərdiniz? Məsələn, oyunun başlama saatından nə qədər əvvəl stadiona gəlsinlər?

- Birincisi, çox sağ olun ki, bu məsələni qaldırırsınız. Bütün mətbuatdan bu məsələdə kömək göstərmələrini xahiş edirəm. Bu, kütlənin təlimatlandırılması üçün çox vacib məsələdir. Azərbaycanda insanlar oyuna 10 dəqiqə, yarım saat qalmış gəlirlər. Belə olan halda isə böyük sıxlıqlar yaranır. Stadionun qapılarını ən azı 3 saat əvvəl açmağı planlaşdırırıq. Azarkeşlərdən matçın başlamasına 2 saat qalmış stadiona gəlmələrini xahiş edirik. Nə qədər tez gəlsələr, özlərinə də yaxşıdır. Hər şeyi son ana saxlamamaq lazımdır. Belə durumda yarana biləcək hansısa anlaşılmazlığı önləmiş olarıq.

- Ev oyunlarınızı keçirdiyiniz Tofiq Bəhramov adına Respublika stadionu ilə müqayisədə Bakı Olimpiya Stadionunun tutumu iki dəfə çoxdur. Matça hətta 40-50 min insan gəlsə belə, tribunalarda boşluqlar görünəcək və bu da birmənalı qarşılanmayacaq. Bu mənada, stadionu doldurmaq üçün hansı tədbirləri görməyi düşünürsünüzmü?

- Matça böyük kütlənin gələcəyinə əminik. İnsanlarımız “Qarabağ”ı sevirlər və böyük klublarla oyunlarda azarkeşlik etmək istəyirlər. Rəqibləri Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəndə böyük tələbat vardı. “Stadion kiçikdir, niyə burada oynayırsınız?”, - deyə soruşurdular. Biz də Bakı Olimpiya Stadionuna keçdik ki, istəyənlərin hamısı gələ bilsin. Stadion dolmayandan sonra heç nə deyə bilmərəm. Amma bzi stadionun dolacağını gözləyirik. “Qarabağ”sevərlərin sayı o qədər az deyil ki, stadion dolmasın.

- Təbliğati baxımdan hansı işləri görməyi planlaşdırırsınız?

- Onu indi açıqlamayaq, lakin görəcəyimiz işlər var.

- Azarkeşlər üçün hansısa əyləncəli proqram nəzərdə tutulubmu?

- ÇL-nın proseduruna uyğun olaraq, stadion ətrafında bunları ev sahibi yox, UEFA-nın 8 baş sponsoru həyata keçirə bilər. Hazırda bütün fikrimiz sentyabrın 12-də “Çelsi”yə qarşı İngiltərədə oynayacağımız qarşılaşmaya yönəlib. Lakin Bakı Olimpiya Stadionunda təşkilati işlərlə də məşğuluq.

- Təşkilati işlərdən söz düşmüşkən, stadionun ot örtüyünün ev oyunlarına hazırlanma prosesi necə gedir? 

- Hazırda mütəxəssislər otun təmiri ilə məşğuldurlar. Onlar “Roma” ilə sentyabrın 27-də keçirəcəyimiz ilk ev oyununadək ot örtüyünün ideal vəziyyətdə olacağına dair bilgi veriblər. Prosesə Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünə qulluq edən ingiltərəli mütəxəssis Fil Şarplesi də cəlb etmişik. Məsələyə sırf “Qarabağ”ın oyunu baxımından yanaşmayın. Bu, dövlətimizin, Azərbaycan adının Avropada təmsil olunması deməkdir. ÇL-da çıxış edən 32 klubdan biri də “Qarabağ”dır. Komandanın adının yanına “Azərbaycan” yazılır. Ona görə də istər AFFA, istər Gənclər və İdman Nazirliyi, istərsə də digər qurumlar bizə dəstək verməyə hazırdırlar və dəstək verirlər də. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM