Azərbaycanın müstəqil xarici siyasətini qəbul edə bilməyən ermənipərəst dairələrin niyyətləri iflasa məhkumdur

16:26 / 07.09.2017

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bu fikirləri  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov “The Guardian” və “The Washington Post” qəzetlərində Azərbaycan əleyhinə dərc olunmuş sifariş xarakterli yazılara münasibət bildirərkən bildirib.

E.Əhmədov deyib: “Şübhəsiz ki, əvvəllər də Azərbaycana qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən qarayaxma kampaniyası Azərbaycan dövlətinin müstəqil xarici siyasəti ilə bağlı olub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçib. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Bununla yanaşı, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün səyləri regionun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib”.

E.Əhmədov qeyd edib ki, hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı antiazərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktıdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər. Həmçinin “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu yazının dünya mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan antiazərbaycan dairələr və KİV nümayəndələri yaxından iştirak edirlər.

Qeyd etmək lazımdır ki, Qərb texnoloqları on illər boyunca həyata keçirdikləri səmərəsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olunduğunu görüncə vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə yıxmaq taktikasını seçirlər. Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, bu region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb. Təbii olaraq, Qərb texnoloqları yarıtmaz fəaliyyətlərinə görə hesabat verməlidirlər. Proseslərin bu yönə istiqamətlənməsinin qarşısını almaq üçün yeni taktika işlənir və regionun ayrı-ayrı ölkələrini istənilən ittihamla üz-üzə qoymaqla vəziyyətdən çıxmağa cəhd edilir. Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı “muzdlu ekspertlərin müəllif yazılarından”, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışdılar. Azərbaycan bu kampaniyalara hər zaman tutarlı cavab verib və qarşı tərəfin özünü ifşa edib.

Bu baxımdan bəzi ermənipərəst dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bir sıra “sənədlər”in qəbul edilməsi, xüsusilə müxtəlif xarici KİV-lərdə Azərbaycan əleyhinə yazıların işıq üzü görməsi, ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması göstərir ki, proseslərin arxasında duran qüvvələr var, bunlar bilərəkdən istiqamətləndirilir. Bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal antiazərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar.

Bu baxımdan “The Guardian” və “The Washington Post” qəzetlərində Azərbaycan əleyhinə dərc olunmuş yazılarda Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür. Bu sifariş və muzdla yazılmış məlumatlar dünya səviyyəli fırıldaqçı, Azərbaycanda məqsədlərinə çata bilməyən Corc Soros və erməni dairələri tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf məqsədlər üçün yaradılmış “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatının adından verilib. Məlumdur ki, bütün bunların arxasında Azərbaycana qarşı beynəlxalq aləmdə saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Biz ayrı-ayrı beynəlxalq qurumların, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətində bunun vaxtaşırı şahidi oluruq. Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyirlər.

Məlumdur ki, Soros Fondunun əsas fəaliyyət mexanizmi iqtisadi asılılıq üzərində qurulub. Hədəfdə olan ölkələrdə sabitliyi pozmaqla iqtisadiyyatda inkişafın qarşısı alınır. Yaranan durğunluq şəraitində isə istehsal azalır, işsizlik artır, ölkənin maliyyə resurslarına tələbatı artır. Bu zaman beynəlxalq maliyyə institutları, Qərbin maliyyə möhtəkirləri – investisiya fondları, yığım fondları dərhal hərəkətə keçərək milli dövlətlərin borclanmasına və asılı duruma düşməsinə səbəb olurlar.

Bununla yanaşı, dünyanın bir sıra ölkələrində Soros fondlarının fəaliyyəti dayandırılıb və ya məhkəməyə verilib. 2002-ci ildə Paris məhkəməsi C.Sorosu “Societe Generale” bankı haqqında məxfi məlumatları bilməsindən sui-istifadə edərək onun səhmlərinin alqı-satqısından böyük qazanc götürdüyü üçün 2,2 milyon avro məbləğində cərimələyib. Bundan əlavə, 2009-cu ildə Macarıstanın ən böyük bankı "OTP Bank Nyrt”ın səhmlərinin məqsədli şəkildə dəyərdən düşməsi haqqında spekulyasiya yaradaraq bundan faydalandığı üçün "Soros Fund Management” 2,2 milyon dollar cərimələnib.

Birbaşa C.Sorosa məxsus olan “Huffungton Post” qəzeti, "Eurasianet” internet nəşri bu istiqamətdə fəaliyyət göstərmək üzrə daha çox diqqət çəkir. Açıq Cəmiyyət İnstitutu fəaliyyət göstərdiyi ölkələrdə jurnalist birliklərini, alimləri, hüquqşünasları, radioları, insan haqları dərnəklərini də maliyyələşdirir və ya bu qurumlar üçün mükafatlar təsis edir. Soros qrantının aludəçilərinə çevrilən bu mükafatçılar isə 5-ci kolonun əsas bazasını təşkil edirlər.

Ermənilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə dayağıdır. “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, Beynəlxalq Böhran Qrupu əsas gəlir götürənlərdir. Açıq Cəmiyyət İnstitutu “Human Rights Watch” təşkilatının birbaşa donorudur. 2011-ci ildə təşkilatın 128 milyon dollarlıq qrant layihələrinin 100 milyonu Soros Fondu tərəfindən maliyyələşdirilib. Açıq Cəmiyyət İnstitutunun əsas tərəfdaşlarından biri də Karnegi Korporasiyasıdır. “Freedom House” təşkilatının xərclərinin 80 faizini ABŞ rəsmi orqanları - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ İnformasiya Agentliyi (USIA) maliyyələşdirir. Digər mühüm donorlardan biri də Soros Fondudur. Sərhədsiz Reportyorlar Təşkilatının maliyyələşməsində də Açıq Cəmiyyət İnstitutunun payı var. Ərəb oyanışı prosesində Misirdə, Tunisdə Freedom House, Sərhədsiz Reportyorlar və Açıq Cəmiyyət İnstitutu aparıcı rol oynayıb.

Onu da qeyd etmək lazımdır ki, Avropadan “International Media Support”, ABŞ-dan isə NED təşkilatının koordinatorluğu ilə Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasının əsas sponsorlarından biri də məhz C.Sorosdur. Hazırda C.Sorosun maliyyələşdirdiyi təşkilatların terrorçu elan olunması və qanundankənar hesab edilməsi haqqında Ağ Ev qarşısında avqust ayında qaldırılmış petisiyaya az bir müddət ərzində 140 mindən artıq imza toplanıb. Bu şəxs ABŞ ərazisində iqtisadi və maliyyə terroru törətməkdə və haqsız rəqabət mühiti yaratmaqla dövlətin maraqlarına ziyan vurmaqda ittiham edilir. Ona görə də Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalı və onunla əlbir olub Azərbaycana qarşı çirkin kampaniya aparan erməni lobbisi ifşa olunmalıdır.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, C.Sorosun rəhbərlik etdiyi fondların, ona bağlılığı olan beynəlxalq təşkilatların Azərbaycana qarşı kampaniya aparmasında, ölkəmiz barədə dezinformasiyalar yaymasında başlıca məqsəd Qərbin neoimperialist məqsədlərə xidmət etməkdir. Ancaq bütün bu səylərə baxmayaraq, bunlar indiyə kimi heç bir nəticə verməyib. Çünki Azərbaycan dövləti heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM