Məşhur müğənni Oya Ergün sabah konsert verəcək

15:49 / 04.03.2015

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Türkiyənin tanımış klassik və opera müğənnisi Oya Ergünün "Sevgilim” adlı CD-sinin və eyniadlı  klipinin təqdimat mərasimi keçirilib. 

Təqdimat mərasimində müğənni Oya Ergün, "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, müğənninin ailəsi və media nümayəndələri iştirak edib.

Təqdimat mərasimində çıxış edən Oya Ergün bildirib ki, sabah mənim Azərbaycanın dəyərli müğənnisi Rəşid Behbudovun 100 illiyinə həsr olunan konsert proqramım olacaq: "8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində olduğu üçün bu konsert Azərbaycan qadınlarına hədiyyə edilib. Konsert pulsuzdur. Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. Konsertdə Azərbaycanın dəyərli sənətçiləri də iştirak edəcək. Mən bu konsertdən nə isə qazanc gözləmirəm. Bu konsert Azərbaycan xanımları üçün hədiyyədir. Konsertdə məni 8 nəfərdən ibarət azərbaycanlı orkestr müşayiət edəcək. Konsertdə əsasən Azərbaycan mahnılarını səsləndirəcəyəm. Bundan əlavə italyan və türk mahnılarını da oxuyacağam. Konsertdə Rəşid Behbudovdan əlavə, məşhur bəstəkar Fikrət Əmirovun da mahnılarına yer verilib. Konsertə həmçinin, bütün mətbuat dəvətlidir”.

Xanım müğənni qeyd edib ki, Rəşid Behbudovu ilk dəfə 10 yaşında olarkən dinləyib: "Radioya qulaq asırdım. Birdən 3 Azərbaycan mahnısı ifa olundu. 

Mahnılardan çox təsirləndim və o zamandan Rəşid Behbudov adını bir daha heç unutmadım. Musiqi təhsili almağa başladığımda tez-tez onun mahnılarını dinləyirdim. O, mənim üçün Favorittidən fərqli deyil. Uzun müddətdən sonra onun ölkəsində yaşamağa başladım. Burada yaşadığım 2 il müddətində onu çox daha yaxından tanıdım. Bu yay Avropada 5 konsertim olacaq. Həmin konsertlərdə Rəşid Behbudov repertuarı ilə çıxış edəcəyəm”. 

O.Ergün təəssüf etdiyini bildirib ki,  təkcə Azərbaycan, Türkiyə deyil, ümumiyyətlə Amerika və Avropa ölkələrində də klassik və opera mahnılarının dinləyicisi çox azdır: "Operanı dinləmək istəyən şəxs onda həmin sevgi uşaqlıq yaşlarında başlamalıdır. Demək olar ki, opera yarandığı gündən onun dinləyicisinin sayı az olub. Dünyanın çox yerlərində operaya maraq demək olar az göstərilir”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib ki, konsertin informasiya dəstəkçisi "Kaspi” qəzetidir: "Kaspi” qəzeti bu günə kimi bir çox belə konsertlərin informasiya dəstəkçisi olub. Oya xanım ümumilikdə uzun müddətdir Azərbaycanda yaşayır. Ən əsası odur ki, Oya xanım Azərbaycanı sevir. O, fəaliyyətində Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi yer verib. Rəşid Behbudovun dünya səviyyəsində tanıdılmasında dəstək verir. Ona görə də "Kaspi” qəzeti özünə bir borc hesab edir ki, Oya Ergünün bütün tədbirlərinə informasiya dəstəyi versin”.

Daha sonra məşhur müğənni jurnalistlərin suallarını cavablandırıb. Məşhur müğənni çıxışının sonunda onu hər zaman dəstəkləyən dəyərli şairə Sona Vəliyevaya, millət vəkili Qənirə Paşayevaya öz dərin təşəkkürünü bildirib./AZADİNFORM/ 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM