İlk olaraq onu yazım ki, oxuduğunuz bu yazının adını, dəyərli dostum Səməd Vəkilovun hədiyyə etdiyi eyni adlı kitabdan götürmüşəm. Daha yaxşı ad tapa bilmədim deyə elə bu başlıqla yazdım. Doğrudan da, milli sərvətimiz olan folklorumuz hüquqi, hətta beynəlxalq hüquq səviyyəsində qorunmalıdır. Müəllif Səməd Vəkilovun mənə hədiyyə etdiyi kitab da, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edən folklorunun (qeyri-maddi mədəni irsin) hüquqi qorunmasından bəhs edir.
Səməd Vəkilov hüquqşünasdır. Müstəqil Elmi Praktik Hüquq Mərkəzində, hüquqi xidmət şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda hüquq məsləhətçisi vəzifələrində çalışıb. “Müvəkkil” Hüquq Mərkəzinin təsisçisi və sədridir.
Kitabın elə ilk səhifəsində Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinin Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri olduğunu oxuyuruq:
“(Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası) Azərbaycan xalqının özünəməxsusluğunun qorunması və təbliği problemini özündə ehtiva etməklə onun iki istiqamətini müəyyən etmişdir.
Azərbaycan xalqının folkloruna yönəlik təhdidlərdən yazan müəllif, qeyri-maddi mənəvi irsimizin saxtalaşdırma və özgəninkiləşdirmə təhlükələri ilə qarşılaşdığını deyir. Haqlı olaraq yazır ki, mədəni irsimizə qarşı yönəlmiş təhdidlər və saxtalaşdırmaların böyük həcmini dünyada mədəniyyət oğrusu kimi tanınan erməni xalqı təşkil edir, lakin saxtalaşdırma və mənimsəmənin təkcə mədəniyyət oğrusu olan ermənilər tərəfindən həyata keçirildiyini iddia etmək yalnış olardı.
Deyim ki, müəllif “Folklor nümunələrinin qorunması haqqında” qanunu diqqətlə araşdıraraq müəyyən qanunauyğunsuzluqlardan da yazıb.
Kitabda maraqlı suallar qoyulur. Ms: Muğam folklordurmu? Və mübahisələrə yol açan əks fikirlər barədə ətraflı cavab yazılıb.
Bu ktabı oxuyandan sonra bildim ki, Azərbaycanda zəngin söyləyicilik ənənəsi olan nağılbaz nəsillər yaşamaqdadır. Bu nəsillər arasında şifahi xalq ədəbiyyatının ayrı-ayrı janrlarında və o cümlədən dastan söyləyiciliyində çox populyar olduğu üçün bəzi nəsillərə “nağılbaz” adı verilmişdir.
Novruz bayramının 11 ölkənin ortaq mədəniyyəti olduğunu da bu kitabdan öyrəndim. Ümumiyyətlə kitabdan Azərbaycan aşıq sənəti, Novruz bayramı, “Dədə Qorqud” dastanı, Çovqan oyunu, Qarabağ atları, Yallı rəqsləri barədə maraqlı bilgilər əldə etmək mümkündür.
Müəllifin zəngin Qazax (Göyçə, Borçalı) aşıq məktəbindən heç bir sitat gətirməməsi bir qədər qəribə gəlsə də tasavvuf sevən olaraq aşıq sənəti barədə oxuduğum bu cümlələr saza sevgimi daha da çoxaltdı: “Aşıq milli mədəniyyət hadisəsi kimi, iki tarixi-mədəni hadisənin qovşağında meydana çıxmış sənət və yaradıcılıq fenomenidir: 1. Aşıq etnokulturoloji tipi etibarilə oğuz-türk qam-şaman, qam-ozan sənətinin varisidir; 2. Aşıq ideoloji- poetik tipi etibarilə İslam dini bazasında yaranmış təsəvvüfi-irfani görüşlərin daşıyıcısıdır. XV-XVI əsrlərə qədər sufi ocaqlarında funksionallaşan aşıq sonrakı əsrlərdə öz siyasi-inzibati himayəsindən məhrum olaraq el məclislərində çalıb-oxuyan sənətçiyə çevrildi. Ancaq bütün bunlara baxmayaraq, aşıq yaradılcılığı özünün ideoloji mahiyyəti etibarilə müasir günlərə qədər təsəvvüfi-irfani obrazlara bağlı qalmışdır. Bu günün özündə də aşıqlar şeirlərində “şəriət”, “təriqət”, “mərifət”, “həqiqət” kimi fundamental sufi anlayışlarını onların təsəvvüfi-idraki məna aləminə, ideoloji-semantik yüklərinə bələd olmadıqları halda belə tərənnüm edirlər. Çünki aşıq yaradıcılığının bütün poetik obrazlar sisteminin əsası tarixən təsəvvüfi-irfani görüşlər əsasında formalaşmışdır”.
İlk dəfə bu kitabdan oxudum ki,, elm aləminə “Kitabi-Dədə Qorqud” (“Dədə Qorqud kitabı”) adı altında məlum olan qədim oğuz dastanının ilk əlyazması 1815-ci ildə alman şərqşünası Hans fon Dits tərəfindən Drezden kitabxanasında aşkar edilibmiş. Dastanın adı əlyazmanın üzərində belə qeyd olunub: “Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan” (“Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı”). XX əsrin 50-ci illərində Vatikanda dastanın daha bir əlyazması tapılmışdır. Əlyazmanın özündə “Hekayəti-Oğuznameyi-Ğazan bəg və ğayre” adlandıran bu mətn 1 müqəddimə və 6 boydan ibarətdir. Mətndəki boylar “hekayət” adı altında təqdim olunur.
Barəsində yazdığım kitabda Çovqan oyunu barədə ətraflı məlumat yer alıb. Çovqan oyununun qaydaları izah edilir və ən əsası oyunun ritual mərasiminin Azərbaycan-türk mədəniyyətinin genetik hadisəsi olduğu sübut edilir.
Kitabda ən maraqlı gələn bölüm isə “Yallı” bölümü oldu. “Yallı” kəliməsinin, dağ ətəyində yerləşən düzəngah adı olan “Yal” kəliməsindən alındığı yazılıb. Etiraf edim ki, milli operamızın banisi Üzeyir Hacıbəylinin ötən əsrin otuzuncu illərində Naxçivan Muxtar Respublikası ərazisindən SSRİ Ali Sovetinə iki çağırış deputat seçildiyini də, o dövrdə dediyi bu sözləri də indi bildim: “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub”. Eyni zamanda Xalq artisti Əminə Dilbazi öz xatirələrində yazır: “Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda Şərur torpağındadır. Biz ora – Almaniyaya elə bir folklor nümunəsi aparmalı idik ki, üstündə xalqımızın möhürü olsun. Bu “Şərur yallısı” idi”.
Kitabda bir neçə adda Yallıdan bəhs olunur ki, ən diqqətimi çəkən “Urfanı”, “İrəvanı”, “Kürdün ağırı” yallıları oldu.
Urfanı – Əzəmət, vüqar, mərdlik, kişilik, hərəkətləri ilə zəngin olduğundan “kişi yallısı” adını almışdır. Bu yallını yalnız kişilər ifa edir. Tempinə görə üç hissədən ibarətdir.
İrəvanı – qarışıq ifa olunan yallıdır. Ritmik və həzin musiqi ilə ifa olunur.
Kürdün ağırı – adındakı “Kürd” ifadəsinə baxmayaraq Şərurda bu yallını ancaq Azərbaycan türkləri ifa edir.
Gerçəkdən folklor nümunələrinin hüquqi qorunmasının təminatlarını özündə ehtiva edən qanunvericilik sisteminin öyrənilməsi ən vacib anlayışlardan biridir. Odur ki, kitabın son bölümü “Azərbaycan Folklor nümunələrinin hüquqi qorunmasının davamlılığını təmin etmək üçün təkliflər” adlanır. Və müəllif Səməd Vəkilov bu istiqamətdə çox dəyərli təkliflərlə çıxış edir.
Sərxan Carçı
Strategiya.az
“Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Bakıda reabilitasiya mərkəzində narkoman işgəncə nəticəsində ölüb
Vilayət Eyvazov Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gündən etibarən DİM-də imtahan protokollarının emalına başlanılır
Nəqliyyat vasitəsində gizlədilən külli miqdarda dərman vasitələri aşkarlandı
Prezident İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
“Demokratik.az” saytının baş redaktoru Osman Rzayev tutulub
Azərbaycan atleti Fransada qızıl medal qazanıb
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq
Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb
İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 mini ötüb
Qızıl filiz yataqları barədə xarici şirkətlərlə bağlanmış Sazişdə Dəyişiklik sənədi təsdiqləndi
Azərbaycan və Türkiyə arasında Əlavə Prosedur Müqavilə təsdiqləndi
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə növbəti tanıtım səfəri təşkil olunub
Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib
Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır - MN
Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil
Marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib
Akademik: Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər
Azərbaycan nefti bahalaşıb
Azərbaycana gətirilən meymunçiçəyi testləri Səhiyyə Nazirliyinə təhvil verilib
Baş Prokurorluq Bakıda qırılan liftlə bağlı MƏLUMAT YAYDI
Neft bahalaşıb
Pensiyalar bu tarixdə ödəniləcək
Kür çayından qanunsuz qum-çınqıl daşıyan şəxsin işi məhkəməyə göndərildi
DİM abituriyentlərə müraciət edib
Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
Müdafiə Nazirliyi adıçəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb
Ceyhun Bayramov İran İslam Şurası Məclisinin sədri ilə görüşüb
Mədəniyyət Nazirliyi tərəfindən son bir ildə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb
DİM məlumat yaydı
Prezident İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərib
Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, ölən yoxdur
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi - SƏRƏNCAM
Hazırda Zaqatala rayonunun ərazisindən axan bir neçə çaydan sel keçir
Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib
Motosikletlə narkokuryerlik edənlər şəxslər tutuldu
ANAMA Qarabağda fəaliyyət göstərən minaaxtaran itlərin sayını artırır
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib
Geologiya və Geofizika İnstitutunda ADNSU-nun kafedrasının filialı fəaliyyət göstərəcək
Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrıldı
Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri açıqlanıb
Təbiətə 40 min manat məbləğində ziyan vurulub
Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Marketdə kütləvi zəhərlənmənin səbəbi məlum oldu - SİYAHI
Uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və region üçün həyati əhəmiyyətli məsələdir
Rusiya quru sərhədlərini açır
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi