12:51 20 Noyabr 2013
104221 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, professor, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri

  XX əsrin 80-ci illərinin sonunda Ermənistanın dövlət terrorizmi siyasəti və Azərbaycana qarşı təcavüzünün nəticələri 

 22 il əvvəl Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli mülki vertolyot vurulmuşdur

  XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün  Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz  qoyub didərgin salmış, eləcə də Ermənistandan 220 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir .

Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azəbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi.  Həmin dövrdə Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü və terroru daha geniş miqyas aldı.

 Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı Moskvanın hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.  Belə ki, 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əskəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Belə ki, bu dovrdə Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laşın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması və terror aktları nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı .

1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Meşəli, Cəmilli, Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.

1991-ci il noyabrın 20-də   Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli mülki vertolyot vurulmuşdur. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,  Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini, millət vəkili Z.Hacıyev, Dövlət müşaviri, millət vəkili M.Əsədov, Baş Prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov və V.Məmmədov, Azərbaycan Respublikası Prezident Aparatının şöbə müdiri O.Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q.Namazəliyev,  Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ.Plavski, MTN-in DQMV üzrə idarəsinin şöbə rəisi S.İvanov,  DQMV Daxili işlər idarəsinin rəisi V.Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N.Jinkin, Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətinin   əməkdaşları, A.Mustafayev, A.Hüseynzadə və F.Şahbazov, Rusiya Federasiyasından olan müşahidəçilər general-mayor M.Lukaşov və podpolkovnik V.Koçaryov, Qazaxıstan   Respublikasının Daxili İşlər Nazirinin birinci müavini S.Serikov və 3 nəfər ekipaj üzvü həlak olmuşdur.

Bu hadisə Jeleznovodskda Ermənistan-Azərbaycan münaqişəsinin  sülh yolu ilə həllinə yönəldilən ilk cəhdin sonu oldu və bu da təcavüzün daha da genişlənməsinə təkan verdi.

    1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı Mİ-8 vertolyot şəhərə çatmamış yəni, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raket atəşi nəticəsində partladıldı, içərisində  olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Daha sonra isə, Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 

 


Müəllifin digər yazıları

  1. Elçin Əhmədov: “Qafqaz üçlüyü” filmi Azərbaycana və azərbaycanlılara qarşı dərin nifrətin açıq təzahürüdür
  2. AZƏRBAYCANIN MILLİ MARAQLARINI HƏR ZAMAN UCA TUTAN DAHİ LİDER
  3. Elçin Əhmədov: Azərbaycan-Türkiyə dostluğu, həmrəyliyi və strateji tərəfdaşlığı bütün dünya üçün nümunədir
  4. Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi
  5. ERMƏNISTANIN AZƏRBAYCANA QARŞI ƏRAZI İDDIALARI VƏ HƏRBİ TƏCAVÜZÜNÜN BAŞLAMASINDAN 30 İL KEÇIR
  6. ELÇİN ƏHMƏDOV: 20 YANVAR - MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  7. Elçin Əhmədov: Bu qərar Azərbaycan Prezidentinin dövlətçilik tariximizə və ənənələrimizə böyük dəyər verdiyinin bariz nümunəsidir
  8. MÜASİR DÖVRDƏ AZƏRBAYCANIN DİNAMİK İNKİŞAFI VƏ TARİXİ NAİLİYYƏTLƏRİ - (2003-2017-CÜ ILLƏR)
  9. Elçin Əhmədov: Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional təhlükəsizliyin mühüm platformasına çevrilir
  10. Azərbaycanın daxili və xarici siyasətində multikultural və tolerant dəyərlər
  11. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik parlamentli respublika
  12. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  13. Elçin Əhmədov: AŞPA-nın Türkiyə ilə bağlı qərarı qərəzlidir, islamofobiyanın və ikili standartların daha bir nümunəsidir
  14. Elçin Əhmədov: Aprel doyüşləri Azərbaycan ordusunun gücünü göstərməklə yanaşı, Ermənistanda dərin hərbi və siyasi böhrana gətirib çıxartdı
  15. Qaradağlı soyqırımı - Xocalı soyqlrımının başlanğıcı idi
  16. Biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabaga, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq!
  17. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  18. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  19. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  20. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  21. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  22. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  23. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  24. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  25. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  26. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  27. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  28. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  29. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  30. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  31. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  32. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  33. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  34. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  35. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  36. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  37. BMT necə və nə üçun yaradıldı?
  38. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  39. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  40. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  41. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  42. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  43. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  44. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  45. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  46. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  47. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  48. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  49. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  50. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  51. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  52. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  53. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  54. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  55. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  56. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  57. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  58. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  59. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  60. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  61. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-05-2018
26.05.2018 Neft ucuzlaşdı
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8996 san