Düşmənlə bir yataqda...-Fotolar

09:01 / 17.02.2014

Layihə: Bu kino ki, var...

Düşmən yalnız avtomatla döyüşdüyün, hər an hücumuna hazır olduğun kəs deyil. Düşmən hər gecə səni “sevən” və ya səni sevməyə məcbur edən kəs də ola bilər…

1991-ci ildə yazıçı Nensi Praysın eyniadlı romanı əsasında çəkilmiş “Düşmənlə yatmaq” filmi işıq üzü görür.

Ən yaxşı filmləri 90 –cı illərə təsadüf edən Culiya Roberts filmdə baş rolu oynayır.  

Triller janrında çəkilmiş “Düşmənlə bir yataqda” filmi ilk səhnələrdən hadisələrin çox melodik cərəyan edəcəyini vəd edir.

Dəniz, gənc və ehtiraslı cütlük, dəniz sahilində yerləşən böyük ev, qağayılar, gözəl musiqi və...

Və yalnız sonrakı dəqiqələrdə bu səhnənin pərdəsi açılır və əsl problem bütün incəlikləri ilə birgə üzə çıxır – tiran ər tərəfindən zorakılığa məruz qalan gənc həyat yoldaşı...

Bu səhnə hər şeyi məhv edir – o qağayıların cəh-cəhini də, o gözəl dənizi, o gözəl musiqini də...

Lora əri Martinin quludur - pəncərədən boylanmaq olmaz, şam yeməyini gecikdirmək olmaz, dəsmallar, şkafın içindəki bankalar - hər şey səliqə ilə yığılmalı, bir sözlə, qaydasında olmalıdır. Hətta məhəbbətlə məşğul olmağın vaxtını da Martin özü müəyyənləşdirir, ancaq bu məhəbbətdən savayı hər şeyə bənzəyir. Lora isə hər dəfə yalandan həmin an razı, xoşbəxt olduğunu sübut etmək məqsədilə gülümsəyir.

Nəzərə alsaq ki, qadın  üçün məcburi “məhəbbət”dən pis şey yoxdur...

Lora səhv edə bilməz, etmir də. Çünki hər növbəti səhv yaxşıca döyülmək deməkdir. O isə bundan qorxur. Ən dəhşətlisi və gülməlisi isə Martinin hər növbəti zorakılığından sonra arvadına hədiyyələr etməsidir. Beləliklə, “qızıl” qayda: döymək, sonradan könlünü almaq...

Lakin ərindən gizli üzgüçülük dərslərinə gedən Lora elə dənizin köməyilə ərindən xilas olmağın yolunu düşünür. Artıq hər şeyə son qoymağın vaxtı gəlib çatmışdı. Uğursuzluğa düçar olsa belə, itiriləsi heç nə yox idi daha... Bütün cəsarətini toplayan Lora öz ölümünü uydurur...

Beləcə, dənizdə fırtına zamanı Loranın üzməyi bacarmadığını düşünən Martin həyat yoldaşının öldüyünə inanır.

Martin arvadını itirdiyini düşündüyü gecə, Lorq başında parik avtobusla yeni həyata başlamaq üçün dabanına tüpürüb içində qorxu, həyəcan və azad olmaq hissi ilə qaçırdı...

  • Onunla neçə müddət yaşamısan?
  • 3 il, 7 ay, 6 gün...

Beləcə, Lora yeni həyata başlayır – yeni evdə, yeni adla, yeni saçla... Ayova ştatında hər şey yenidən başlamalı idi. Psixi xəstə olan ərindən çox-çox uzaq olmasına baxmayaraq, Lora keçmiş vərdişlərdən, qorxudan tam xilas olmamışdı. Lakin burada tanış olduğu və kollecdə dram dərsləri deyən qonşusu Ben onun sağalmasını sürətləndirir... Loraya yenidən ürəkdən gülməyi, sevinc hissi yaşamağı, sevməyi öyrədir. Bunun üçün isə böyük villa, böyük pullar gərək deyildi.

Qadını böyük villa və böyük pullar xoşbəxt etmir, qadını onu sevən, incitməyən, anlayan biri xoşbəxt edir...

Filmin sonlarında keçmiş yenidən Loranı təqib etməyə başlayır. Despot və ruhi xəstə olan ərinə görə Lora anası ilə belə gizlindən görüşməli olurdu. Martin arvadını sağ olduğunu öyrənmişdi, onun yerini isə Loranın xəstə anasından öyrənir...

Bəzən yeganə çarə elə ölümdür. Filmin son səhnəsində əlində Martinin pistoletini ona tuşlayan Lora polisə zəng edir: “Mən elə indicə qulduru öldürdüm” – deyib atəş açır...

Hollivudsayağı səhnələr və sonluğun yer aldığı film, hər bir halda, Culiya Robertsin ən uğurlu filmlərindəndir. Aktrisa bu filmdə zorakılığa və psixiki təzyiqlərə məruz qalmış qadın rolunu mükəmməl canlandırır.

Təəssüf ki, bu cür ailə modeli hər bir dövr və məkan üçün keçərlidir. Ancaq bu film hər bir qadını qəddarlığa boyun əyməməyə və mübarizəyə səsləyir.

Hər bir qadın anlamalıdır ki, çıxış yolu dözmək deyil, azad olmaqdır.../1937.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM