08:02 20 Avqust 2017
553 dəfə oxunub
Çap versiyası
...



Paytaxt Bakıda yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi məqsədi ilə reyd keçirilib.

ARB 24 xəbər verir ki, yoxlama zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan “Mersedes” markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq nəqliyyat vasitəsini qoyaraq qaçmağa üstünlük verdi.

Avtomobildə olan sürücünün qohumu isə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına daş parçası ilə hücum etməkdən belə çəkinmədi.

Daha bir sərxoş sürücü Nizami rayonu ərazisində saxlanıldı. “Lexsus” markalı bu avtomobilin sahibi içkili vəziyyətdə MAŞINI idarə etdiyi üçün ONUN barəsində müvafiq protokol tərtib edildi.

Reyd zamanı avtoxuliqanlıq hərəkətləri edən sürücülər də müəyyən edildi. Həmçinin sutkanın qaranlıq vaxtında motosikletlərə əlavə səsgücləndirici vasitələr quraşdıraraq insanların istirahətinə maneçilik törədən sürücülər də saxlanıldı. Belə motosiklet sürücülərindən biri Nadir Rzayev saxlanılan zaman onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına müdaxilə edərək kustar üsulla düzəltdirdiyi məlum oldu.

Reyd zamanı barələrində elektron qaydada tərtib edilən cərimələri ödəməyən sürücülər də müəyyən edilərək barələrində müvafiq tədbir görüldü. Tədbir zamanı saxlanılan nəqliyyat vasitələri DYPİ-nin müvəqqəti mühafizə olunan dayanacağına yerləşdirildi.

Paytaxt ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017
24.11.2017 Neft ucuzlaşıb
24.11.2017 Paytaxtda yanğın
23-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.341 san