Türkiyə cənubundakı terror yuvalarını təmizləyəcək

08:25 / 27.03.2018

 

 

Çanaqqala zəfərinin 103-cü ildönümündə Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK terrorçularının əlində olan Afrin şəhərinin azad edilməsi regionda yeni dövrün başlanğıcı hesab edilir. Belə ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bu uğurlu əməliyyatdan dərhal sonra “İndi biz bu dəhlizi, Mənbiç, Ayn-əl-Ərəb, Tel-Abyad, Rəsuleyn, Qamışlı daxil olmaqla, tamamilə aradan qaldırana qədər prosesi davam etdirəcəyik” şəklində bəyanatı Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək ölkənin şimalını nəzarətə götürən terrorçuların regionda qurduqları rejimin ömrünün uzun olmayacağına göstərir.

Bəs R.T. Ərdoğanın adlarını şəkdiyi bu regionlar harada yerləşir və hədəf kimi göstərilən proses Türkiyənin təhlükəsizliyi üçün nə qədər əhəmiyyət daşıyır? Təbii ki, hamısı Türkiyənin Suriya ilə sərhədində yerləşir. “Fırat qalxanı” əməliyyatı ilə azad edilən Cerablus və ona yaxın olan Mənbiç rayonları istisna olmaqla, digərlərində nəzarət tamamilə PKK terrorçularının əlindədir. Türkiyə tərəfində Kilis vilayətinin Karkamış rayonu ilə həmsərhəd olan, təxminən 10 min əhalisi olan Cerablus hazırda Türkiyə SQ və Azad Suriya Ordusunun əlindədir. Təxminən ilyarım ərzində İŞİD işğalı altında qalan, 24 avqust 2016-cı il tarixində azad edilən Cerablusla ABŞ hərbi qüvvələrinin də olduğu Mənbiçin arasındakı məsafə 30 kilometr uzaqlıqdadır. Prezidentin adını çəkmədiyi, Tel-Rıfat şəhərinin sakinləri isə bu günlərdə küçələrə çıxaraq Türkiyə Ordusunun onları da xilas etməsinin xahiş etmişlər.

Prezidentin bəyanatında bəhs etdiyi Ayn-əl-Ərəb (Kobani) rayon mərkəzi əslində PKK terorçularının saxta təbliğatının əksinə olaraq yalnız 1892-ci ildə məskunlaşma qeydə alnınan yaşayış məntəqəsidir. “Kobani” adı da bu məntəqəyə 2012-ci ildə, Suriyada vətəndaş müharibəsi başlayan kimi şəhər PKK-çıların nəzarətinə keçəndən sonra İraqdan gələn kürdlər tərəfindən verilib. Türkiyənin Suruç rayon mərkəzi ilə üzbəüzdə yerləşən Ayn-əl-Ərəb 2015-ci ildə İŞİD-in hücumuna məruz qalmışdı. Türkiyə hökumətinin Şimali İraqdakı kürd peşmərgələrinin köməyə getməsi üçün dəhliz verməsi sayəsində şəhəri əllərində saxlayan YPG (PYD) qüvvələri çətinlikdən çıxandan sonra rəsmi Ankaraya meydan oxumağa başladılar. Belə ki, hazırda axtarışda olan və Avropada Türkiyə əleyhinə kampaniya aparan PYD-nin sabiq həmsədri Saleh Müslüm də əslən bu şəhərdəndir.

Bəyanatda adıçəkilən Tel Abyad (Ət-Tell-əl-Abyad) rayonu da hazırda PKK terorçularının nəzarətindədir və vaxtaşırı Türkiyənin həmsərhəd rayonu Ağcaqala oradakı terrorçular tərəfindən atəşə tutulur. 55 mindən çox əhalisi olan Rəsuleyn şəhəri də Türkiyənin Ceyranpınar şəhəri ilə həmsərhəddə yerləşən, ərəb, aysor, kürd, çeçen, hətta ermənilərin də yaşadığı rayon hazırda PKK-çıların yaratdığı müvəqqəti rejimin nəzarətindədir. Ən nəhayət, tər-təmiz türk adına malik olan Qamışlı şəhəri PKK terrorçularından ən çox zərər çəkən, hətta qondarma rejimin kantonlar yaradaraq “Rojova” adlandırdığı regionun mərkəzi elan edilən və 180 mindən çox əhalisi olan yaşayış məntəqəsidir. Burada hava limanı və şəhərin bəzi inzibati binaları istisna olmaqla (bu obyektlərə Suriya hökumət qüvvələri nəzarət edir), şəhər kürd və aysor silahlı dəstələrinin əlindədir. Son illərdə bu regionda neft tapılması Hasekə vilayətinin mərkəzi kimi Qamışlının sürətli inkişafına təkan verib.

Barəsində geniş müzakirə və mübahisələr aparılan Mənbiçə gəlincə, Türkiyənin kəskin etirazına baxmayaraq, Fəratın qərb sahilinə keçən terrorçuların bu şəhərdə möhkəmlənməsinə Suriyadakı ABŞ komandanlığı mane olmayıb. Belə ki, Mənbiçdə ABŞ hərbi kontingenti yerləşib və üç hərbi dayaq nöqtəsi mövcuddur. Mənbiçdəki ABŞ əsgərlərinin sayı təxminən 500 nəfərdir. Bu günlərdə koalisiya qüvvələrinin nümayəndəsi Vilyam Rebuk şəhərdəki silahlı qüvvələrin qərargahına baş çəkib.

Qeyd edək ki, Mənbiçdə təxminən 100 min adam yaşayır. Buradakı əhali Afrin şəhər mərkəzindən daha çoxdur. Ərəblərin əksəriyyətini təşkil etdiyi şəhərdə, həmçinin çərkəz, çeçen və kürdlər də yaşayır. 1152-ci ildə Səlcuqlu türkmənlərinin atabəyi Nurəddin Zənginin şəhərin ətrafına möhkəm qala divarları inşa etməsindən sonra səlib yürüşləri zamanı Mənbiç regionda xaçlılar tərəfindən ələ keçirilməyən yeganə yaşayış məntəqələrindən biri olub. Osmanlı dövründə Hələb vilayətinə daxil olam Mənbiç qəzasına 1878-ci il Osmanlı-rus müharibəsindən sonra çox

sayda Şimali Qafqazdan köçməyə məcbur qalan çərkəz yerləşdirilib. 2014-cü ilin yanvar ayında İŞİD-in əlinə keçən Mənbiç iki aylıq döyüşlərdən sonra 2016-cı il avqustun 12-də YPG-nin nəzarətinə keçib, hazırda Qəndil terror düşərgəsində təlim almış PKK dəstələrinin liderləri şəhərə nəzarət edir.

Hələ Afrin əməliyyatı başlayanda Türkiyə prtezidenti R.T. Ərdoğan növbəti hədəfin Mənbiç olduğunu dəfələrlə qeyd etmişdi. Aydındır ki, indiki durumda buradakı terror təşkilatı rəhbərləri yaxınlaşan fırtınanın səsini eşidir və bu təhlükədən ABŞ-ın köməyi çıxacağına ümid edir. Amma bu ümidlə yaşayan PKK-çılara ilk zərbə bu günlərdə ABŞ prezidenti Donald Tramp tərəfindən milli təhlükəsizlik müşaviri təyin edilən Con Boltondan gəlib. Təyin olunandan dərhal sonra YGP-nin PKK ilə əlaqəli olduğunu söyləyən C. Bolton əvvəllər ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi vəzifəsində çalışıb. C. Bolton “ABŞ-ın NATO üzrə müttəfiqi olan Türkiyə ilə İŞİD-lə mübarizədə əməkdaşlıq etdiyini, indi isə YPG-yə münasibətdə tərəddüdünün rəsmi Vaşinqtonun dəqiq strategiyası olmamasından qaynaqlandığını” etiraf edib. C. Bolton ABŞ-ın YPG-yə dəstəyini “keçmiş prezident Barak Obamanın qeyri-adekvat strategiyasının davamı” olduğunu söyləyib: “Bu, təəssüf ki, Tramp administrasiyasının davam etdirdiyi, B. Obamanın qeyri-adekvat strategiyasının bir hissəsidir. Biz İran hökumətinə, İŞİD-ə qraşı çıxan kürdləri dəstəkləyirik. Ancaq kifayət qədər nəzərə almadığımız məsələ bu kürd silahlı qüvvələrinin Türkiyənin on illərdir mübarizə apardığı Türkiyədəki marksist bir qrupun müttəfiqi olmasıdır”.

Ağ Evin sözçüləri Mənbiç məsələsində hələ heç bir razılaşmanını əldə edilmədiyini bəyan etsələr də, iki ölkə prezidentləri arasında baş tutan telefon danışqılarından sonra bu məsələnin tam aydınlaşdıracağı gözlənilir. Belə ki, Görüşdən qabaq R.T. Ərdoğan ABŞ prezidentinin Türkiyəyə münasibətdə çaşqınlıq yaradan siyasəti aradan qaldıracaq və ehtiyatsız bəyanatları dayandıracaq şəkildə qəti bir mövqe ortaya qoyacağını gözlədiyini bildirib: “Cənab D.Tramp sizin administrasiyanın adından danışanlar nə dediklərindən xəbərsizdirlər. Bunları tənzimləmək lazımdır”. Prezidentlər arasında danışıqlardan sonra Ağ Evdən verilən qısa açıqlamada “iki lider ümumi strateji məsələləri üzrə əməkdaşlığı gücləndirmək üçün səylərini davam etdirməyi və hər iki ölkənin əlaqələrinə mənfi təsir edən problemləri həll etməyə məsul olduqlarını qeyd ediblər”. Türkiyə tərəfindən məsələyə münasibət bildirən prezidentin köməkçisi İbrahim Qalın bildirib ki, iki NATO müttəfiqi və strateji tərəfdaşlar arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanan görüşdə regiondakı vəziyyətlə fikir mübadiləsi aparıb.

Türkiyə prezidentinin məlum bəyanatının digər hissəsindəki məqam Suriyanın şimalının terrorçulardan təmizlənməsi ilə əlaqəli olsa da, əslində orada əməliyyat aparılması PKK-nın dəhlizinə hərbi yardımın kəsilməsi anlamına gəldiyi üçün böyük əhəmiyyət daşıyır: “Şimali İraqdakı bəzi bölgələr orada terror düşərgələri salan PKK-çıların nəzarətindədir. Burada ikinci bir Qəndil yaradılır. İkinci Qəndil haradadır? Sincardadır. İraq hökuməti oranı nəzarətə götürməsə, gecənin birində

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatının ardından, yerli mənbələrin məlumatına görə, terror təşkilatının silahlı dəstələri Sincardan geri çəkilir. Ankaradakı Türkiyə SQ Baş Qərargahının qaynaqları isə geriçəkilmə barədə məlumatları təkzib edir. Təhlükəsizlik mənbələrinin məlumatına görə, terror təşkilatı PKK Afrindən sonra Sincara qarşı əməliyyatların aparılmasının qarşısını almaq və vaxt qazanmaq üçün belə dezinformasiyalar yayır.

Şimali İraqda əsasən yezidi kürdlərin yaşadığı Sincar regionu PKK-nın Suriyadakı fəaliyyəti üçün keçid nöqtəsi olaraq xarakterizə edilir. İkincisi, İraqın Ninova əyalətinin ikinci böyük yaşayış məntəqəsi olan Sincar Türkiyə sərhədinə 100 kilometr, Suriyaya isə 40 kilometr məsafədə yerləşir. Türkiyə Silahlı Qüvvələrinin ehtimal edilən hərbi əməliyyatları gündəmə gələn kimi gözlər İraqın şimalındakı Sincar bölgəsi və onun ətrafındakı ciddi əhəmiyyətə malik yaşayış məntəqələrinə çevrildi. Əvvəlcə Sincara diqqət yetirək. Sincar dağları Suriya-İraq səhrasımım ortasında bir ada kimidir. Sincar dağ silsiləsi İraqın şimal hissəsinin su ehtiyacına cavab verir. 2013-ci il əhalinin siyahıyaalmasına əsasən, vilayətin əhalisi təxminən 400 min, şəhərin əhalisi isə təxminən 90 min nəfərdir. Sincara hazırda PKK-nın İraqdakı qolu YBS və KYB peşmərgələri nəzarət edir.

Qeyd edək ki, 2014-ci ilin avqustunda Sincarı işğal edən İŞİD-çilər minlərlə yezidini qətlə yetirmiş və əsir almışdılar. Şəhərin əhalisi kütləvi halda köç etdi. PKK-çılar 5 ay sonra bölgəyə hücuma başladı. PKK və peşmərgə qüvvələri təxminən 1 il sonra 13 dekabr 2015-ci ildə ABŞ-ın hava dəstəyi ilə Sincarı ələ keçirdi və nəzarəti altına aldı. Dəclə və Fırat arasındakı bu dağlıq ərazilərdə PKK kimi terror təşkilatları üçün sığınacaqdır. Sincarın şərqində isə etnik türkmənlərə görə Türkiyənin həssas yanaşdığı Telafer var. Əvvəllər təxminən 450 min əhaliyə (kürd dəstələrinin və İŞİD-çilərin işğal və qətliamlarından sonra 200 minə qədər azalıb) malik olan Telafer əsl türkmən şəhəridir. Mosulun 60 kilometr qərbindədir. Əhalinin 75 faizi sünni, 25 faizi isə şiə türkmənlərdən ibarətdir. Əvvəllər Mosul atabəyliyinə aid olan bu türkmən şəhərinin ətrafında 70–100 türkmən kəndi var. Digər mühüm məntəqə isə PKK / PYD üçün maddi-texniki təminat yolu olan Paştabur sərhəd-keçid məntəqəsidir. Buradan mütəmadi olaraq Qəndil və Sincardan gələn PYD / YPG və YPJ dəsətləri özləri birlikdə silah, sursat, qida və digər maddi dəstəklə dolu karvanlarını keçirirlər. Yəni Suriyadakı PKK-çılara əsas canlı qüvvə və hərbi silah-sursat və texnika buradan təmin edilir. Bu yol bağlansa, Suriyada PKK-çıların bütün sahələrdə manevr etməsinin qarşısı alına bilər.

Beləliklə, Türkiyə cənub sərhədlərində birbaşa təhlükə törədən Suriyanın şimalı boyunca təmizləməni davam etdirsə və hələ 2016-cı ildən gündəmdə olan “Dəclə qalxanı” əməliyyatına başlasa, cənub sərhədlərində (911 kilometr quru sərhədi olan Suriya və 350 kilometr sərhədə malik İraq) və ölkə daxilində təhlükənin mənbəyi olan terror düşərgələrinin fəaliyyətinə birdəfəlik son qoya bilər.


Etiket:

Strategiya.az

Xəbərlər
23.09.2019

Elmar Məmmədyarov: Ermənistanın son bəyanatları sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn kobud şəkildə pozulması yolunu davam etdirir

23.09.2019

Pakistan Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal geri çəkilməsini tələb edir

23.09.2019

Qazax-Bakı marşrutu ilə hərəkət edən avtobus Hacıqabulda qəza törədib

23.09.2019

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

23.09.2019

1575 müəllim müddətli müqavilə ilə işə götürüldü

23.09.2019

Azərbaycan Qafqazda Çinin əsas strateji tərəfdaşına çevrilir

23.09.2019

Dələduzluqla məşğul olan “general” saxlanılıb

23.09.2019

Bakıda insanlığa sığmayan hərəkət - Eldar şamı ağacının dibi betonlandı

23.09.2019

Almaniya dəmir yollarında təhlükəsizliyə dair tələblər sərtləşdirilir

23.09.2019

Dekabrın 5-də Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək

23.09.2019

Pompeodan İranla müharibə açıqlaması: "Ordunu ona görə göndərdik ki..."

23.09.2019

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb

23.09.2019

Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır

23.09.2019

BQXK ermənilər tərəfindən vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır

23.09.2019

Sürücülərin diqqətinə: Texniki baxışa görə dövlət rüsumu artırılır

23.09.2019

DİM-dən AÇIQLAMA: Özəl ali məktəblərə qəbul olanlar, əsasən...

23.09.2019

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub

23.09.2019

Mourinyu: İnsanlar “Mançester Yunayted”in indiki vəziyyətindən həzz aldığımı düşünür

23.09.2019

Sabahın hava proqnozu açıqlanıb

23.09.2019

Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı

23.09.2019

DSX-nin sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı 

23.09.2019

İş vaxtından əlavə işə görə ikiqat əməkhaqqı ödənilməlidir – VİDEO

23.09.2019

Bakı polisindən xüsusi əməliyyat - Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23.09.2019

İran "Stena Impero" tankerini tezliklə sərbəst buraxacaq

23.09.2019

AMB depozit hərracında 100 mln. manat cəlb edib

23.09.2019

“Ödürdü və suya atdı” – 12 bıçaqla qətl tərədən cinayətkarın qurbanı olan MƏHBUS – VİDEO

23.09.2019

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başa çatıb

23.09.2019

Məleykə Abbaszadə: Təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər kəslə əməkdaşlıq etməyə hazırıq

23.09.2019

DİQQƏT! Bu ərazilərdə rənglənmə işləri aparılacaq

23.09.2019

"Papanin" 7 ildən sonra açıldı

23.09.2019

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb

23.09.2019

Bakıda dəhşət - Psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü

23.09.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik

23.09.2019

Polisləri tapança ilə hədələyib qaçan şəxs saxlanılıb

23.09.2019

Bu rayonlarda qaz olmayacaq 

23.09.2019

Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA

23.09.2019

 İsmayıl bəy Qasprinskinin "Ziya" qəzetindəki və "Tərcüman"dan əvvəlki jurnallarındakı imzaları

23.09.2019

AMB-nin valyuta məzənnələri

23.09.2019

Neft yenidən bahalaşıb

23.09.2019

“Müfəttiş” nümayiş ediləcək

23.09.2019

Neymar PSJ-yə növbəti qələbə qazandırdı

23.09.2019

Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

23.09.2019

Gürcüstanda həyat iflic oldu - Səbəb

23.09.2019

Mingəçevirdə bir ədəd top mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib

23.09.2019

Bu gün payız Azərbaycana daxil olur

22.09.2019

Cəbrayıl Həsənov Dünya Çempionatının finalında gümüş medal qazandı

22.09.2019

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib

22.09.2019

Şahin Atamov  debütünü qələbə ilə başa vurub

22.09.2019

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti

22.09.2019

Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb