24 aprel 1915-ci il tarixinin özü erməni saxtakarlığını ifşa edir

08:04 / 29.04.2019

100 ildən çoxdur davam edən bu məkrli təbliğatın əsas məqsədi erməni faşizminin soydaşlarımıza qarşı cinayətlərini ört-basdır etməkdir

 

Hər il olduğu kimi, bu ilin aprelində də dünyadakı bütün ermənilər ssenarisi 100 əvvəl hazırlanmış tamaşanın oyunçusuna çevrilərək beynəlxalq ictimaiyyətə “məzlum xalq” imicini sırımaqla məşğul oldular. I Dünya müharibəsi başalayanda regionda hansı şəraitin mövcud olduğunun və hansı siyasətin aparıldığının fərqinə varmayan bəzi Qərb ölkələri və beynəlxalq dairələr bir çox hallarda saxta erməni təbliğatının bu çirkin oyununa alət olurlar. Məlum dairələrdən idarə olunan erməni təbliğat maşını dünya ictimaiyyətini doğrudan da genosidə məruz qaldıqlarına inandırmaq üçün saxta soyqırımına tarix də seçiblər: 24 aprel 1915-ci il.

 

24 aprel 1915-ci ildə nə baş verib?

Erməni təbliğatının aparıcı qüvvələri illərdir 24 aprel tarixini elə tərzdə qeyd edirlər ki, az qala özləri də həmin tarixdə kütləvi erməni qırğını baş verdiyinə inanmağa başlayıblar. Çox təəssüf ki, bəzən Avropada və ya dünyanın hər hansı bölgəsində yaşayan, Qafqaz, Anadolu, ümumiyyətlə, Azərbaycan, Ermənistan və ya Türkiyənin adını ilk dəfə eşidən bir ispanı, ingilisi, metisi inandıra bilirlər.

Bəs əlsində 24 aprel 1915-ci ildə nə baş verib? Əvvəlcə onu qeyd etmək lazımdır ki, keçmiş Osmanlı dövləti ərazisində uzun illər qeyri-

müsəlmanlara verilən bütün xüsusi imtiyazlarından haylar da (özlərini belə adlandırırlar) gen-bol istifadə ediblər. Lakin nankorluq xislətinə qurşanan ermənilərin bu imtiyazlar verən dövlətin əleyhinə qiyamlara, habelə qeyri-leqal şəraitdə xəyanətlərə rəvac vermələri 1915-ci ildən sonra deyil, 1870-ci illərdən başlamışdı. Bunun üçün münbit şəraiti isə Türkiyədə “93 müharibəsi” adlandırılan 1877–1878-ci illər Osmanlı-Rusiya müharibəsi nəticəsində Şərqi Anadolunun bir hissəsinin itirilməsi yaratmışdı. Həmin ərazidə yaranan boşluqdan istifadə edən Qərb missionerləri fəaliyyətlərini daha da genişləndirərək ermənilərin xəyanətinə rəvac verdilər. Bunu Qərb tədqiqatçılarından Kleyr Prays da 1923-cü ildə nəşr etdirdiyi “The Rebirth of Turkey” kitabında etiraf edir: “Missionerlər öz ölkələrində Osmanlı imperiyasında milli və dini fərqlilikdən yarandığı iddia edilən faciələr uydurur, “məzlum-xristian və varvar-türk” əfsanələri yayırdılar”.

Missionerlərin və erməni terrorçu təşkilatlarının fəaliyyətinin nəticəsi olaraq hələ 1890-cı illərdə Osmanlının nəzarətində olan ərazilərdə dövlətə qarşı silahlı üsyan və qiyamlar qaldırıldı. Onu da xatırlatmaq yerinə düşər ki, 1897-ci ildə İstanbulda Osmanlı sultanı Əbdülhəmidə qarşı sui-qəsd cəhdini də erməni təşkilatlarının üzvləri törətmişdilər. Xoşbəxtlikdən tarixin ən sensasiyalı sui-qəsd cəhdi uğursuz oldu, qiymaların bir çoxu yatırıldı.

Yuxarıda qeyd olunan səbəblərə görə və təhlükəsizlik nöqteyi-nəzərindən Osmanlı dövləti daxildə təxribatla məşğul olan erməni ekstremist təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün tədbirlər görməyə başladı. Belə ki, 27 fevral 1915-ci il tarixində Osmanlı Ordusu Baş Komandanlığı hərbi hissələrə verdiyi təlimatlarla ermənilərdən ələ

keçirilən silah, bomba və bəzi məxfi sənədlərin onların düşmən tərəfə işlədiyini göstərdiyi üçün hərbi xidmətdə olan ermənilərin silahlı əməliyyatlarda istifadə olunmaması üçün təlimat göndərmişdi.

Gözlənilən təhlükəni nəzərə alan Osmanlı Daxili İşlər Nazirliyi tərəfindən 24 aprel 1915-ci ildə “məşhur sərəncam” imzalandı. Həmin sərəncama əsasən, İstanbulda o vaxt siyasi partiya kimi deyil, daha çox terror fəaliyyəti ilə məşğul olan “Hnçak”, “Daşnaksutyun” və “Ramkavar” təşkilatlarının fəaliyyəti qadağan edilmiş, ekstremist təşkilatların fəalları həbs olunmuş və onlara qarşı əmliyyatlarda sənədləri müsadirə edilmişdi. 24 aprel 1915-ci il tarixində başlayan əməliyyatlarda həmin ekstremist təşkilatların fəal üzvlərindən 180 nəfər həbs olunmuşdu. Vəssalam...

Ermənilər həmin tarix üzərində nə qədər var-gəl eləsələr də, həmin gün və sonrakı günlərdə hansısa qanlı olay baş verməsini tapa və “soyqrımı” kimi təqdim edə bilmirlər. Üstəlik, sonrakı hadisələr və dövlət tərəfindən görülən tədbirlər daşnakların qiyam və terrorla başlatdığı prosesin məntiqi davamı idi. I Dünya müharibəsinin ilk illərində baş verən hadisələr və Vanın işğalında Türkiyə ermənilərinin çar Rusiyasının tərəfinə keçməsi də bu tədbirlərin əbəs olmadığını sübut etdi. Vaxtilə erməni hökumətinə başçılıq edən, “Daşnaksutyun”un liderlərindən biri Hovanes Kaçaznuni 1923-cü ildə daşnakların Osmanlı dövlətinə xəyanətini etiraf edirdi: “Tarixi hadisələrin özünəməxsus nəticəsi olur. Ermənilər 25 il ərzində bəlli bir psixologiya ilə qidalandırılmışdılar və bunun təzahürü qaçılmaz idi”.

 

Ermənilərin təbliğatına inansaq, orta hesabla regionda hay qalmamalıydı...

 

İndi digər bir saxta rəqəmə diqqət yetirək. Guya I Dünya müharibəsi dövründə Osmanlı dövləti ərazisində 1,5 milyon erməni kütləvi şəkildə qətlə yetirilib. Osmanlı dövləti ərazisi deyəndə, o vaxt Yunanıstandan üzü bəri, indiki İraq, Suriya, Fələstin, İordaniya, Livan əraziləri də nəzərdə tutulurdu. Bu saxta soyqırımı yalanının puçluğunu statistik rəqəmlər və 1915-ci ildən sonra ermənilərin regiondakı yerdəyişmələri barədə tarixi faktlar sübut edir. Əvvəlcə statistik rəqəmlərə diqqət yetirək.

Burada ortaya çıxan ən maraqlı məqam odur ki, Osmanlı dövlətinin Statistika Baş İdarəsi 1892-ci ildə yaradılıb. Bu quruma 1892-ci ildə Nuri bəy, 1892-1897-ci illərdə Fethi Franko adlı yəhudi, 1897-1903-cü illər arasında Mkrtıç Şinabyan adlı erməni, 1903-1908-ci illərdə Robert adlı amerikalı rəhbərlik edib. Müharibədən əvvəl Statistika Baş İdarəsi tərəfindən ilk geniş siyahıyalma da 1904-cu ildə elan olunub. Yəni həmin ərəfədə statistika idarəsinə məhz Mkrtıç Şinabyan baçılıq edib. Göründüyü kimi, ondan əvvəl də, sonra da statistika idarəsinə rəhbərlik edənlərin hamısı qeyri-türklər olub. Belə ki, bu faktların özü Osmanlı ərazisində yaşayan ermənilərin sayının azaldılması ehtimalını bəribaşdan istisna edir. Əksinə ermənilərin xislətinə bələd olanlar bilir ki, onların sayının qəsdən şişirdilməsi də mümkündür.

Buna baxmayaraq, təsəvvür edək ki, erməni M.Şinabyan dövlətinə sədaqətlə xidmət edən məmur olub və heç bir saxtakarlığa yol verməyib. 1904-cü ildə Türkiyədə aparılan siyahıyalmanın nəticələrinə görə,

ermənilərin ümumi sayı 1 milyon 161 min 169 nəfər olub. O vaxt Rusiyanın işğalı altında olan Şərqi Anadolunun bəzi vilayətlərində yaşayan Osmanlı təbəəsi ermənilərin təxmini sayını 150 min götürmək olar. Bu halda 1915-ci ilə qədər Osmanlı ərazisində 1 milyon 300 minə qədər erməninin məskunlaşması ortaya çxıır. Türkiyədəki erməni kilsəsinin o vaxtkı məlumatlarına görə, I Dünya müharibəsindən öncə ölkə ərazisində 1 milyon 250 min erməni yaşayıb. Müharibə getdiyi bir dövrdə ermənilərin sayının bir neçə il ərzində 200–300 min nəfər artması ehtimalını da bir kənara qoyanda, Türkiyə Respublikasının yarandığı 1923-cü ildə keçmiş Osmanlı dövləti ərazisində hay qövmündən olan 1 nəfər də qalmamalı idi.

Amma əlahəzrət fakt tamam əksini deyir. Əvvəla, Osmanlı sultanını ciddi islahatlara vadar edən və müharibə dövründə ölkəni idarə edən ittihadçıların Osmanlı vətəndaşı olan hər hansı milləti kütləvi şəkildə məhv etmək kimi dövlət siyasəti yox idi. Əksinə ilk vaxtlar onlar erməni siyasi təşkilatları ilə işbirliyinə getmiş, müharibə başlayacağı təqdirdə Türkiyəni müdafiə edəcəkləri barədə daşnaklardan vəd də almışdılar. Lakin müharibə başalayan kimi daşnakların tamam əks mövqe tutmaları, Van vilayətinin işğalında Rusiya tərəfində iştirak etmələri 1915-ci ildən başlayan köçürülmə prosesinə rəvac verdi. Təbii olaraq dövləti idarə edənlər Rusiya ilə cəbhə bölgəsi olan Şərqi Anadoludan erməni əhalisini daha təhlükəsiz, məsələn, Suriya, Livan və daxildəki digər ərazilərə köçürməklə daşnak təxribatının qarşısını almağa çalışıblar.

Onu da qeyd etmək lazımdır ki, hətta ermənilərin təxribatları nəticəsində bölgədə baş verən toqquşmalarda da türklərin dinc əhaliyə

qarşı güc tətbiqi etməsi faktı qeydə alınmayıb. Əksinə həmin ərazilərdə nəzarəti ələ keçirmək üçün məlum erməni təşkilatlarının plan proqramları əsasında hərəkət edən daşnak və hnçak quldur dəstələri o vaxtın hesablamalarına görə, təkcə Şərqi Anadoluda (Ərzurum, Ərzincan, Malatya, Van, Qars, İğdır, Ərdahan, Artvin) 600 min nəfər müsəlman əhalinin qətlə yetirilməsinə rəvac veriblər. Ermənilərin guya soyqırımı törədildiyini iddia etdikləri ərazilərdə hələ indiyə qədər ermənilərə məxsus kütəvi qəbirlərə rast gəlinməməsi də ermənilərin ortya atdığı genosid iddialarının saxta olduğunu bir daha sübut edir. Digər tərəfdən, 1905-ci ildə və I Dünya müharibəsi getdiyi dövrdə, keçmiş İrəvan quberniyası ərazisi də daxil olmaqla, Qərbi Azərbaycanın əksər mahallarında, Naxçıvan, Bakı, Şamaxı, Zəngəzur, Qarabağ, Quba və digər bölgələrdə yüz minlərlə (təxminən 400 minə qədər) soydaşımız kütləvi şəkildə qətlə yetirilib. Şərqi Anadoluda olduğu kimi, Qafqazda da həmin faktların sübutu olan kütləvi məzarlar da tapılıb.

 

Türkiyədən SSRİ-yə köçən 600 min erməni haradan çıxdı?

 

İndi isə erməni təbliğatının iddiasına görə “kütləvi şəkildə qırılan” ermənilərin əslində hansı taleyi yaşamalarına diqqəti yönəldək. Osmanlı dövlətinin verdiyi statistik məlumata görə, Şərqi Anadoluda yaşayan ermənilər (Türkiyənin digər bölgələrində yaşayanlar həmin vaxt heç bir köçürülməyə məruz qalmayıblar) cənub ərazilərinə köçürülüblər. Təbii ki, o dövrün şəraitində həmin köç zamanı itkilərin olması qaçılmaz idi. Lakin ermənilərin iddia etdikləri kimi, həmin prosesdə yüz minlərlə deyil, qat-qat az sayda dinc erməni ölüb. Köçürülən ermənilər üçün isə

dövlət tərəfindən hər cür şərait yaradılmış, kompensasiya verilmişdi. Sovet dövründə deportasiyaya məruz qalan Axıska, Krım, Azərbaycan türkləri və digər Qafqaz xalqları kimi Sibir çöllərində taleyin ümidinə buraxılmamışdılar.

Rəsmi məlumatlara görə, köçürülən 480 min erməninin 450 minə yaxını Türkiyənin cənub ərazilərinə sağ-salamat çatıblar. Təkcə Hələbə 100 min erməni köçürülübmüş. Köçürülən ermənilərin 30-40 min fərq verməsi isə bəzilərinin digər vilayətlərdə qalması, yolda xəstəlikdən ölməsi, bəzilərinin isə qaçaq-quldurun hücumuna məruz qalmasının nəticəsidir. Yəni erməni təbliğatının iddia etdiyi kimi, hayların sırf erməni olduğuna görə türk hərbçilər tərəfindən öldürülməsi faktı qeydə alınmayıb.

Cənuba köçürülən ermənilərin, ümumiyyətlə, həmin dövrdə Türkiyə ərazisində yaşayan ermənilərin sonrakı taleyinə gəlincə, bu faktlar erməni statistikasında da yer alıb və inkaredilməz tarixi hadisələr zamanı əsas rol oynayıb. Belə ki, 1918-ci ildə saxta şəkildə qurulan, Azərbaycan və Gürcüstan respublikalarından fərqli olaraq, dünya birliyi tərəfindən, hətta de-fakto belə tanınmayan Ararat Respublikasının əsasında bolşeviklərin yaratdığı Ermənistan SSR-ə müttəfiq respublika statusu verilməsi, orada yaşayan soydaşlarımızın deportasiya edilməsi məqsədilə yüz minlərlə erməni əhalisi Türkiyədən köçürülüb. Yəni, indi guya genosidə məruz qaldığını iddia etdikləri yüzminlərlə erməninin 1921-ci ildən SSRİ-yə köçünə icazə verilmişdi. Bu köçün ikinci dalğası II Dünya müharibəsindən sonraya təsadüf edib və bir vaxtlar Osmanlı təbəəsi olan ermənilər 1947-ci ildən 1955-ci ilə qədər Türkiyədən, indiki Suriyadan, Livandan, Yunanıstandan Ermənistan ərazisinə köçürülüblər.

Həmin dövrdə təxminən 600 min erməni indiki Ermənistana köçürülmüşdü. Təbii ki, sovet rejiminin vədinə inanmayanlar da olmuşdu. Buna görə də Türkiyənin özündə (əsasən İstanbulda) Suriya, Livan və Yaxın Şərqin digər ərazilərində yüz mindən çox erməni yaşamaqda davam edib, indi də yaşayır. Bununla yanaşı, Çukurovada türklərə qarşı törətdikləri qətliamlardan qorxan on minlərlə erməni qiyamçısı (dinc əhali ilə birlikdə) fransız qoşunları ilə Fransaya, oradan isə Şimali Ameirka və Qərbi Avropaya köç ediblər.

Beləliklə, ümumi götürəndə Türkiyədən 800 min erməni, əsasən, Rusiya ərazisi olmaqla dünyanın müxtəlif ölkələrinə köç ediblər. Özü də bu köç ermənilərə lazım olduğu üçün baş verib. Suriya, Livan, Türkiyə ərazilərində o vaxt qalan ermənilərin sayı təxminən 300 minə yaxın idi. Bu da dolayısı ilə 1904-cü ilin statistikasını (1 milyon 161 min) təsdiq edir. Bu halda 1 milyon yarım erməninin qətlindən söhbət gedə bilərmi? Epidemiyalar, silahlı toqquşmalar nəticəsində ölənləri nəzərə alsaq, ermənlərin 61 min itki verməsi 10 il davam edən müharibə dövründə öldürülən 1 milyona yaxın müsəlmana nisbətdə 10 qat az idi. İndi sual olunur: I və II Dünya müharibələrindən sonra Türkiyə ərazisindən 1 milyon 100 min erməni başqa ölkələrə köç edibsə, hansı 1,5 milyon əhalinin qırıldığı genosiddən söhbət gedə bilər? Bax, beləcə bütün erməni təbliğatı yalandan, saxta rəqəmlərdən ibarətdir.

Beləliklə, sadalanan faktlar bir daha sübut edir ki, 24 aprel 2015-ci il tarixinin hər hansı soyqırımına dəxli yoxdur, əksinə həmin tarixin özü erməni saxtakarlığını inkar edir. Ermənilərin 24 aprel tarixini seçmələrinin digər səbəbi həmin dövrdə kütləvi şəkildə ermənilərin qətlə yetirildiyi faktının olmamasından qaynaqlanır. Konkret rəqəmlərlə

əsaslanan arxiv materialları isə ermənilərin deyil, əslində həmin bölgədə yaşayan Azərbaycan türklərinin kütləvi şəkildə qırğına məruz qaldığını (təxminən 1 milyona yaxın) sübut edir. 100 ildən çoxdur bütün dünyaya guya ermənilərə qarşı genosid törədildiyini sübut etməyə çalışan erməni kilsəsi və diasporunun həmin məkrli təbliğatının altında da erməni faşizminin soydaşlarımıza qarşı törətdiyi cinayətləri ört-basdır etmək siyasəti yatır


Etiket:

Strategiya.az

Xəbərlər
21.05.2019

Almaniyada “polisləri” mühakimə edirlər
 

21.05.2019

Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO-2019” növbəti konfransında iştirak edib

21.05.2019

Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

21.05.2019

"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

21.05.2019

Avtomobildə dərman preparatları və mobil telefonlar aşkarlanıb

21.05.2019

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib

21.05.2019

“Azeri Light”ın bir barreli 75,53 dollara satılır

21.05.2019

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir

21.05.2019

DİN: axtarışda olan 28 nəfər saxlanılıb

21.05.2019

Bakıda 4 qəsəbədə iki gün su olmayacaq - SİYAHI

21.05.2019

TÜRKİYƏ-FRANSA SİYASİ ƏLAQƏLƏRİNƏ ERMƏNİ AMİLİNİN TƏSİRİ

21.05.2019

"ABŞ-ın qadağaları bizi qorxutmur" - "Huawei"in yaradıcısı

21.05.2019

Neft yenidən bahalaşıb

21.05.2019

Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub

21.05.2019

Atəşkəs 20 dəfə pozulub

21.05.2019

Mayın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.05.2019

Messi rekorda şərik oldu

21.05.2019

Mədəniyyətlərarası dialoq və Azərbaycançılıq

21.05.2019

Sabirabadda ev yanıb

21.05.2019

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

21.05.2019

Məktəblinin intiharı ilə bağlı qalmaqal böyüyür

21.05.2019

Türkiyə Prezidenti Türk Şurasının nümayəndə heyətini qəbul edib

21.05.2019

Final oyununa görə əlavə avtobuslar xəttə buraxılacaq 

21.05.2019

İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya "üçbucağı"nın ziddiyyətləri fonunda

21.05.2019

Ağsuda irigövdəli ağac yaşayış binasının üstünə düşüb

20.05.2019

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

20.05.2019

Güclü külək İsmayıllıda ağaclara ziyan vurub

20.05.2019

Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər 

20.05.2019

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub

20.05.2019

Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib

20.05.2019

Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırıb

20.05.2019

Elmi iclasda iqlim dəyişmələrinin çay axınına təsiri müzakirə olunub

20.05.2019

Zərifdən Trampa TARİXİ CAVAB: "İsgəndərin, Çingiz xanın..."

20.05.2019

Tovuzda kütləvi zəhərlənmə: Bir ailənin 5 üzvü

20.05.2019

Şuranın dəstəyi ilə QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq

20.05.2019

Vurğun Vəkilovun solo konserti keçiriləcək

20.05.2019

Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ:artıq işləməyəcək

20.05.2019

"Qolf da oynasam, "Real"da qalacam" - Beyl getmir

20.05.2019

Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

20.05.2019

Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

20.05.2019

Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir

20.05.2019

Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra...

20.05.2019

Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır

20.05.2019

Mbappe PSJ-dən ayrılır? - Özü açıqladı

20.05.2019

Buzovna sakinində 5 kq-dan artıq marixuana aşkar olunub

20.05.2019

Sabah Bakıda və rayonlarda yağış yağacaq

20.05.2019

Zelenski: "Ukrayna itirdiyi əraziləri qaytaracaq"

20.05.2019

“AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir

20.05.2019

“Exxon Mobil” İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir

20.05.2019

UEFA Avropa Liqasının final günü xəttə əlavə avtobuslar buraxılacaq