Mədəniyyət naziri ölkəmizdə səfərdə olan fransalı jurnalist, yazıçı Jerar Kardonla görüşüb

21:09 / 24.07.2018

 

İyulun 24-də mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardonla görüşdü.

Qonağı səmimiyyətlə salamlayan Əbülfəs Qarayev bu səfərin Azərbaycan haqqında, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı barədə onda daha dolğun təəssürat yaradacağına ümidvar olduğunu dedi.

Nazir Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və 10 illiyi qeyd olunacaq mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”, respublikamızdakı  multikultural mühitdən danışaraq ölkəmizin beynəlxalq arenada mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa verdiyi töhfələri qeyd etdi. Həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla birgə gerçəkləşdirilən layihələr haqqında söz açıldı.

Fransalı qonaq səmimi qəbula görə təşəkkür edərək öz fəaliyyəti haqqında məlumat verdi, Beynəlxalq Reyn Dərnəyinin həyata keçirdiyi tədbirlərdən danışdı. Həyatının çox hissəsini bədii yaradıcılığa həsr etdiyini deyən Jerar Kardon bildirdi ki, əsasən ətraf-mühit, gənclər, qadın hüquqları və digər məsələlər barədə 40-a yaxın kitabın müəllifidir.

Qeyd etdi ki, bu ilin noyabrın 1-dən 30-dək Fransanın Strasburq şəhərində Azərbaycan qadınlarına həsr olunacaq sərginin keçirilməsi nəzərdə tutulur.  J.Kardon bu sərgidə Azərbaycandan rəssamların iştirakının vacibliyini vurğuladı.

Qonaq həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, ölkəmizdəki multikultural dəyərlər və tolerantlıq mühitindən, eləcə də etnik, dini dözümlülükdən bəhs edən məqalələr yazdığını nəzərə çatdırdı.

Ötən il fransalı nümayəndələrlə cəbhə bölgəsində, o cümlədən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olduğunu xatırladan qonaq mülki əhaliyə qarşı silahlı işlədilməsini hər zaman pislədiyini, bunun beynəlxalq hüquq normalarına və konvensiyalara zidd olduğunu dedi.

Qeyd edək ki, Strasburq şəhərində fəaliyyət göstərən Beynəlxalq Reyn dərnəyinin prezidenti Jerar Kardon Elzas Universitetində mühazirələr oxuyur, Fransanın bir çox ali dövlət mükafatlarına layiq görülüb. Onun humanitar məsələlər, dünyada qadın hüquqları, habelə münaqişələrə dair onlarla əsəri dünyanın müxtəlif dillərinə tərcümə olunub.

Nazir Əbülfəs Qarayev görüşün sonunda Jerar Kardona gələcək fəaliyyətində uğurlar arzuladı.


Etiket:

Strategiya.az

Xəbərlər
17.07.2019

Marşall adalarında radiasiyanın səviyyəsi Çernobıl və Fukusimadan yüksəkdir

17.07.2019

Yay aylarında bu qidalara xüsusi diqqət edin

17.07.2019

DİN Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı QADAĞALARI açıqladı

17.07.2019

Külli miqdarda dələduzluq edən şəxsə 8 il cəza verildi

17.07.2019

"Avroviziya"nın növbəti yeri Rotterdam və ya Maastrixt ola bilər

17.07.2019

Beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır - İLK DƏFƏ

17.07.2019

Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu

17.07.2019

Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaret və spirtli içki keçirilməsinin qarşısı alınıb

17.07.2019

Azərbaycanda mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı XİDMƏT HAQLARI müəyyən edildi

17.07.2019

"Meyvəli"də kütləvi zəhərlənmə olub

17.07.2019

API: ABŞ-ın neft ehtiyatları yenidən azalıb

17.07.2019

SOCAR istiqrazları üzrə növbəti ödəniş həyata keçirilib

17.07.2019

Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək

17.07.2019

Sabah 39 dərəcə isti olacaq

17.07.2019

Gələn həftə yol polisi gücləndirilmiş iş rejmində çalışacaq

17.07.2019

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

17.07.2019

İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə! - Seçim zamanı nələrə diqqət yetirməli?

17.07.2019

Müharibə şəraitində mediamız

17.07.2019

Bakıda bu məktəbləri söküb yenidən tikiləcəklər 

17.07.2019

Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi ilə bağlı yeni layihəyə başlanılır

17.07.2019

Rusiya Gürcüstana uçuş qadağasının ləğvini nəzərdən keçirəcək

17.07.2019

Qoruqların ərazilərini idarə etmək üçün yeni sistem yaradılacaq

17.07.2019

Bakıda qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədilə reydlər keçirilib

17.07.2019

Xəzərin sahilboyu torpaqlarının 76 qanunsuz zəbti halı ilə bağlı DİN-ə müraciət olunub

17.07.2019

Şəkidəki bədbəxt hadisədə xəsarət alanların son durumu - Səhiyyə Nazirliyi

17.07.2019

ÇL-də birinci mərhələyə yekun vurulur

17.07.2019

Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib

17.07.2019

Azərbaycan nefti ucuzlaşıb

17.07.2019

Şəmkirdə yol qəzasında ölən və xəsarət alanların adları məlum oldu

17.07.2019

İbtidai sinif müəllimi olmaq istəyən daha 3280 namizəd imtahan verir

17.07.2019

Aİ Komissiyasında ilk qadın prezident

17.07.2019

Tramp S-400 məsələsinə görə Obamanı günahlandırdı

17.07.2019

Neft yenidən ucuzlaşıb

17.07.2019

“MeqaFon” Dağlıq Qarabağla bağlı yanlış informasiyaya görə daxili təhqiqat aparır

17.07.2019

Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi

17.07.2019

Tramp Türkiyənin “S-400”ləri haqqında: Biz çətin vəziyyətdə qalmışıq

17.07.2019

Təmas xəttində nisbi sakitlik müşahidə olunub

17.07.2019

İyulun 17-də xarici valyutaların manata qarşı məzənnələri

17.07.2019

Çimərliklərdə 5 xarici vətəndaş xilas olunub

17.07.2019

Teymur Rəcəbov Riçard Rapportla heç-heçə edib

17.07.2019

Azərbaycanda qoruqlarla bağlı YENİ QAYDALAR təsdiqlənib

17.07.2019

“Google” casusluq iddialarına cavab verdi

17.07.2019

Almaniyadan ən çox Türkiyə silah alır

17.07.2019

Demə, bütün xəstəliklərin səbəbi BU İMİŞ - Çin tibbinin İNANILMAZ SİRRİ

16.07.2019

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

16.07.2019

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib

16.07.2019

“Partizani”nin baş məşqçisi: Bakıya turist kimi gəlməmişik

16.07.2019

Türkiyənin aldığı S-400 NATO üçün təhdid deyil - Nazir

16.07.2019

Əli Həsənov: Görünür, iki qonşu dövlət arasında dostluq kimlərisə narahat edir və bu ölkələri, xalqları qarşı-qarşıya qoymağa çalışan qüvvələr var

16.07.2019

Culian Assanj ölüm hökmü olan heç bir ölkəyə təhvil verilməyəcək