Şimal-qərbi Azərbaycan (Bölgənin tarixi-toponimlərin dili ilə)

16:31 / 17.07.2013

Akif Məmmədli

Tarix üzrə fəlsəfə doktoru, AMEA Şəki R.E.M-in elmi işçisi

Toponimlər tarixinin öyrənilməsi, bəzi qaranlıq məqamların aydınlaşdırılması üçün danılmaz sübutlar, dəyərli məlumat mənbələridir. Tarixi araşdıran tədqiqatçılar üçün toponimik materiallar xalqın tarixi, dili etnogenezi(xalqın fomalaşması) tarixi coğrafiyasının öyrənilməsi zamanı tutarlı dəlil, inandırıcı fakt rolu oynayır. Odur ki, biz də fikrimizi əsaslandırmaq üçün toponimlərə istinad edəcək, toponimika elminin bu sahədə bizə yaratdığı geniş imkanlardan bəhrələnəcəyik.

İlk növbədə onu qeyd edək ki, toponimlər (yer adları) çox vaxt burada yaşamış qəbilənin, tayfanın adından, bəzən də həmin yerin relyefindən, coğrafi şəraitindən asılı olaraq yaranır. Coğrafi adların bir qrupu mənsub olduğu xalqın və onun formalaşmasında iştirak etmiş ayrı-ayrı tayfa və etnik qrupların adlarından törənib. Toponimika tarixin, tarixi coğrafiyanın bir hissəsidir.

  Antik dövr Roma və Yunan müəllifləri, xüsusilə Strabon və Ptolomey, orta əsrlərin ərəb, bizans, gürcü və erməni müəllifləri Azərbaycanın Şimal-Qərb bölgəsinə aid xeyli toponimlərdən bəhs etmişlər.

  Yunan coğrafiyaçısı və səyyahı Strabon 17 cildlik "Coğrafiya" əsərində onlarla tayfa adları içərisində bu gün də Azərbaycanın şimal-qərb bölgəsində yaşamaqda olan gel (indiki yengiloylar-M.A) Lupen (yaxud lpen) və alban adlarını çəkir. Qeyd olunan mənbədə Kabalaka (Qəbələ), Niqa (Nuxa, Şəki), Telava (Telav-indi Gürcüstan Respublikası ərazisindədir) və digər qədim Albaniyaya aid olan toponimlərdən də bəhs olunur (1; 2; 3; 4; 5; 6).

  Yeddinci yüzilliyə aid "Erməni coğrafiyası"nda Azərbaycanın bir çox vilayət və şəhər adları içərisində Balak, Katak (Katex, Gədıx, Gədik) kimi araşdırdığımız bölgə ilə bağlı toponimlər də verilmişdir.

  XII yüz illikdə yaşamış məlliflərdən Gəncəli Kirakoş Niqə (Nuqa, Nuxa), Kiş (Kiş) və Beluqan (Belukan) yer adlarını, yaşayış məntəqələrini dönə-dönə qeyd etmişdir.

  IX yüzillikdən XIII-yüzilliyədək olan dövrü əhatə edən ərəb mənbələrində də Azərbaycanın şimal-qərb bölgəsi haqqında xeyli məlumat verilir. Müəyyən yanlışlıqlar olsa da, bu məlumatlar çox dəyərlidir. Bu mənbələrdə Telavdan (indiki Gürcüstan respublikası ərazisindədir-M.A) başlayan və Şəkiyədək ərazini əhatə edən feodal dövlət qurumu "Filanşahlıq" adlanırdı. Həmin mənbələrdə Şakki, Bab-Filanşah və digər coğrafi yer adları, ölkə adları tez-tez xatırlanırdı (12; 100).

  XII-XIV yüzilliyin müəlliflərindən Yaqut Həməvi və Həmdullah Qəzvini öz əsərlərində məlum bölgəyə aid xeyli toponimlərin adlarını çəkir. Həmdullah Qəzvininin çoxcildlik coğrafi adlar lüğətində Balakən-Şəki bölgəsinə aid onlarla lüğət adlar, tponimlər xatırladır. Tala, Darvaz, Bulaqlar və.s kimi adlar da bura daxildir.

  Tarixçilərə, etnoqraf və dilçilərə məlumdur ki, toponimlərin çoxu etnonimlərdən, yəni burada yaşayan tayfanın, xalqın adından törənir.

  Azərbaycanda toponimləri araşdıran tədqiqatçılardan Y.B.Yusifov və S.K.Kərimov Qullar, Gərəkli, Tülü, Qazma (Balakən rayonunda yer, kənd adları) kəndlərinin adlarının da məhz eramızın əvvəllərindən etibarən burada yaşamış (məskun olmuş) qədim türk tayfalarının adından törəndiyi göstərilmişdir.

  Azərbaycanın tarixinin sistemli şəkildə öyrənilməsində ciddi təşəbbüs göstərən A.Bakıxanov toponimlərin araşdırılmasına da xüsusi diqqət yetirmiştir. O, "Gülüstanı-İrəm" əsərində yazırdı: "Nəinki əsrlər, hətta min illər belə bu ölkənin bir çox yerlərinin və tayfalarının ilkin adlarını məhv edə bilməmişdir" (3).

  Bir çox yerlərdə olduğu kimi, Azərbaycanın Şimal-Qərb bölgəsində də toponim və hidronimlərin çoxu bu yerlərdə yaşamış qədim etnonimlərdən-tayfa, nəsil və qəbilə  adlarından yaranmışdır. Məsələn : Balakən rayonu ərazisindəki Hunbul çayı heç bir şübhəsiz ki, eramızın əvvəllərindən etibarən bura köç etməyə başlamış hun tayfalarının adı ilə bağlıdır.                    

   Yunan coğrafiyaşünası Ptolomey (2-ci əsrdə yaşamışdır) məlum bölgəyə aid bir çox toponim və hidronimləri xatırlatmışdır (9, 65).

Uobula, Telava, Niqa (Nuxa, Şəki), Kesiya (Kiş, Kis) və.s

  Erkən orta əsr müəllifləri, həmçinin sonrakı dövr ərəb müəllifləri Şimal-Qərbi Azərbaycan ərazisindəki Şakaşen(Şikaşen), Şaki, Lpinlər ölkəsi və.s. kimi yer adları qeyd etmişlər (9, 65).

  Bu günədək Azərbaycanın Şimal-Qərb bölgəsindəki Şəki, Zaqatala (Saka+tala) toponimləri müəyyən qədər araşdırmışdır, bununla bağlı elmi ədəbiyyatda müəlliflik hüququ qazanmış fikirlər vardır. Odur ki, biz daha az araşdırılmış, yaxud heç araşdırılmamış Balakən toponimini və onunla bağlı olan çoxsaylı toponimləri araşdırmağa çalışmışıq.

  Balakən oykonimi balak, balik sözü ilə əlaqədardır. Q.Qelbullayevə görə qədim türk dillərindəki balak, baluk, balik-"qala", "şəhər", "obalar" mənasını verən sözlər olub (10, 5. T.Əhmədovun araşdırmalarında Balakən adının çox maraqlı və əsaslı izahı ilə raslaşırıq. "Türk mənşəli coğrafi obyekt mövünü bildirən sözlərdən törənən balak (Balakən -"şəhər", "yurd yerləri") qala divarı ilə əhatə olunan yaşayış yeridir (9, 251).

  Burada Balakəndən Zaqatalaya gedəndə yolun sol tərəfində yol boyunca uzanan səddi, qala divarlarının qalıqlarını xatırlatmaq istəyirəm. Maraqlı cəhət budur ki, həmin divarların çəkilişi təqribən 1500 il əvvələ aiddir və Balakənin adı  da ilk dəfə həmin dövrə aid  bizans, yunan, erməni mənbələrində çəkilir.

  Biz də bu fikri həqiqətə yaxın hesab edirik ki, Balakən sözü "məskən", "yurd yeri", "obalar" mənasını verən Balakan, Bulaqan sözündən yaranmışdır.

  Maraqlıdır ki, qədim Türklərin "Tanrı dağları" adlandırdığı Altaylarda Bələkən, Biləkən, Beləkən adlı yaşayış yerlərı, yurd yerləri olmuşdur və indi də var.

  Eramızın əvvəllərindən bu adda yaşayış yerləri məlumdur.

  Folklorşünaslar, etnoqraflar Azərbaycanda da Tanrı dağlarının ətəklərində yaşayan qədim oğuzlarda, hunlarda, barsillərdə, avarlarda... olduğu kimi dağ belində "obanın daşları bir yerə yığıb tapınma" adətinin olduğu barədə məlumat verirlər. Araşdırıcılara məlumdur ki, qədim türklər dağı, dağ kultunu, tanrısını soyun, nəslin, boyun qoruyucusu hesab etmişlər. Görünür elə buna görə də, dağın, dağ ruhunun şərəfinə düzəlmiş yapma təpəciklərə-"oba"lara bir boyu, nəsli, qəbilələri, xalqı qoruyan ruhun, tanrının olduğu yer kimi baxmışlar (11, 47).

  Görkəmli tədqiqatçı, mifologiya sahəsində tanınmış alim Mirəli Seyidov da bu məsələni araşdırmış və belə qənaətə gəlmişdir ki, "təpələr olmayan yerlərdə əskidə igidlərin, xaqanların qəbirlərinə çoxlu torpaq töküb kurqanlar düzəldər və onlara təpə kimi də baxarmışlar". Daha sonra müəllif qeyd edir ki,...dağ da, Oğuz da ulu babadır. Elə buna görə də ulu baba Oğuz təpələri də dağ kimi müqəddəs sayılmışdır. Qəbilə birləşmələri, sonralar xalq dağlar kimi bu təpələrə tapınmışlar.

  Oğuz təpələrinə, dağlara əski çağlardan bəri, dəqiq desək, sakların, barsillərin, hunların, avarların, və b. Qəbilə birləşmələrinin yaşadıqları çağdan tapınmışlar. Azərbaycan türklərinin bir çox yerlərdəki qəbirtəpələrə, kurqanlara tapınması böyük igidlərin qəbirlərinin tapınağa çevrilməsi və onlara "oba" deyilməsi ilə səsləşir (4, 267).

  Görkəmli tarixçi, professor Y.Mahmudov Balakən toponiminin yaranmasının oğuz sərkərdəsi Bələkin adı ilə bağlı olduğunu bildirir. Bu fikir yuxarıda qeyd edilən M.Seyidovun fikrinə çox yaxındır. Nəzərə olsaq ki, Balakən ərazisində ötən əsrin 80-ci illərinin sonunda Y.Mahmudovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar (təəssüf ki, məqsədli şəkildə dağıdıldı...) da bu fikrin doğruluğunu təsdiq edirdi.

  Belə ki, Y.Mahmudovun fikrinə görə, Balakənin "Təpəçöl" adlanan ərazisindəki təpələrdən biri məhz oğuz sərkərdəsi Bələkin qəbri üzərində ucaldılıb. Maraqlı cəhət budur ki, Tülü, Talalar, Qazma, Kortala, Qullar kəndində yaşlılar Balakən deyil, Bələkən deyirlər.

  Əgər Azərbaycanın Şimal-Qərb bölgəsindəki müxtəlif "binə" toponimlərini araşdırsaq çox maraqlı nəticə ortaya çıxar. İlk olaraq onu qeyd edək ki, Azərbaycandakı onlarla müxtəlif "binə" toponimlərinin böyük əksəriyyəti Balakən və Zaqatala rayonlarının ərazisindədir. Balakən rayonu ərazisində-Qaracabinə, Bayrambinə, Darvazbinə, Çökəkbinə, Şanbulbinə, Arılıqbinə, Acılıqbinə, Çor-corbinə, Poşbinə və s. binə adları vardır. Zaqatalada həmçinin.

  Binə qədimdə maldarlıqla məşğul olan türk qəbilə və tayfalarının müvəqqəti yaşayış yeri olmuşdur (9, 186).

Bölgədə araşdırılmasına ehtiyac olan oykonimlərdən biri də "tuqay"dır. Tuqay sözü müasir dilimizə görə arxaik (qədim) sayıla bilər. Bu sözə türk dillərinə aid yazılı mənbələrdə toqay formasında olmaqla müxtəlif mənalarda:  "çay kənarı meşəlik sahə", "meşə ilə örtülmüş çəmən, ovalıq" mənalarında rast gəlinir.

  Balakən, Zaqatala, Qax ərazisində Qanıx çayı sahilindəki sıx meşələrə "tuğay meşəsi", buradakı çöl ərazilərə isə "tuğay çöl" deyilir. "Tuğay meşə" dedikdə sıx, keçilməz çay kənarı meşə nəzərdə tutulur.

  Yaşlılar xatırlayır ki, 50-60 il əvvələdək Qanıx çayı ətrafındakı meşələr həm sıx olduğuna, həm də burada çoxlu bataqlıqlar olduğuna görə "keçilməz" hesab edilirdi.

  Doğrudur bölgədə bəzi toponimlər qədim türk dilli avarlarla onların işlətdiyi sözlərlə bağlı olduğu müəyyən edilib. Avar tarixinin araşdırıcılarından olan N.Y.Merpert qeyd edir ki, abarlar (avarlar) VI yüzillikdə Şimali Qafqazda yaşamış və 578-ci ildə savirləri məğlub etdikdən sonra Cənubi Qafqaza-Zaqafqaziyaya da gəlmişlər (12, 569-562).

  Beləliklə, bəzi toponimlərin avar və türk sözlərinin birləşməsindən yaranması təbiidir. Məsələn: Poştbinə toponimi, avar sözü olub "poşt" (kiçik dağ, təpə mənası verir) və "binə" türk sözüdür. Bunların birləşməsindən yeni toponim yaranıb.

  Biz buradakı toponimləri və hidronimləri araşdırdıqca Y.M.Mahmudovun apardığı tədqiqatlar nəticəsində gəldiyi qənaətin doğruluğunu inanacağıq. "Kitabi-Dədə Qorqud" dastanını tarixi mənbə kimi araşdıran tədqiqatçı Y.M.Mahmudov yazır: "Azərbaycanın Şəki bölgəsində iskit-sak dövründən başlayaraq ümumtürk tarixinin bütün qatlarından dərin izlər qalıb. "Daş oğuz"dan (Dış oğuzdan) yadigar qalan  "Daş üz", qıbçaqlardan yadigar qalan "Qıbçaq" kəndi buradadır. Oğuzun nəsil  səcərəsindəki türk sərkərdəsi Belakanın adından yadigar qalan və yerli camaatın indi də "Bələkan", "Beləkan" adlandırdığı "Balakən" də buradadır" (13, 58).

  Azərbaycanın Şimal-Qərb bölgəsi antik dövrdən  başlayaraq, orta əsrlərin sonunadək Azərbaycanın tarixini, qədim türk tarixini izləməyə imkan verən açıq tarix muzeyidir. Elə bir muzey ki, araşdırıldıqca türk dillərinin ən alt qatlarına aid yeni sözlər, yeni bilgilər önə çıxır. Bu həm qoca Qafqazın tarixinə, həm də ümumtürk tarixinə dair bilgilərimizin sərhədlərini genişləndirir.

  Antik dövr və erkən orta əsr Bizans, gürcü və erməni müəllifləri bizim araşdırdığımız  Şimal-Qərbi Azərbaycandan (Qafqaz Albaniyasının bir hissəsindən) danışanda,  buranın qərb sərhədlərini indi Gürcüstanın ərazisində qalan Telavdan başlayır Şəki də daxil olmaqla şərqədək davam edən ərazini qeyd edirlər. Bu ərazilər bəzi mənbələrdə Hereti ölkəsi adlandırılır.

  Mənbələrin ciddi təhlili herlərin Qafqazda yaşayan 8 xalqdan biri olduğu və Hereti ölkəsində yaşadıqları məlum olur. Hətta gürcü salnaməçisi Gürcüstan (Kartli) ölkəsinin qədim tarixini təsvir edərkən Hereti ölkəsinin Qafqaz Albaniyasına daxil olduğu aydınlaşır.

  Qədim gürcü tarixini araşdıran D.L.Musxeleşvili öz istəyindən asılı olmayaraq Heretinin qədim gürcü torpaqlarına daxil olmadığını görür. Tədqiqatçı Ş.H.Əliyev "XI əsr gürcü tarixçisi Leonti Mrovelinin konsepsiyasına görə Ereti vilayəti Alban tayfa ittifaqına daxildir" deyə yazır (14, 46).

  Tədqiqatçıya görə bəzi gürcü tarixçilərinin yanlış idialarına baxmayaraq gellər (bəzən "hellər", "erlər"də yazılırdı-M.A) qədim Alban tayfalarından biri, Hereti Albaniyanın bir vilayəti idi. Bunun sübütu kimi, araşdırıcı "herlərin-gellərin Qafqaz Albaniyasında yaşayan tayfaların olması; xiristianlığı qəbul etmələri və monofizit olmaları; Albaniyada islamın yayılmasına baxmayaraq, böyük əksəriyyətinin xiristian olaraq qalmaları;

  XI-XIIəsrlərdə diofizitliyi (xalgedonçuluğu) qəbul edərək Gürcüstan katalikazluğuna daxil edilmələri; İran şahı Qubadın (VI-əsr) tikdiyi səddin herlərin-gellərin ərazisindən keçməsi faktını göstərir (14, 55). Antik dövr müəlliflərindən Plini Albaniyanın sərhədlərinə yaxın ərazidə dağlarda silvlərin, lpinlərin (bəzən lupen, lipan) yaşadığını qeyd edirdi. Mənbələrdə Lpina ölkəsinin Albaniya katalikosluğuna daxil olduğu barədə məlumat verir.

  Car-Balakən camaatlığının tarixini araşdıran tədqiqatçı A.Ə.Məmmədova bu bölgədən, buradakı dağ keçidlərindən bəhs edərkən yazır: Böyük Qafqaz sıra dağlarında Şimali Qafqazla Cənubi Qafqaz arasında əlaqə yaradan çoxlu aşırımlar var... bu aşırımlardan təkcə beşi keçmiş Car-Balakən və İlusu sultanlığının mövcud olduğu Balakən, Zaqatala, Qax rayonlarının ərazisindədir (15, 25).       

                 

  Y.M.Mahmudova və adı yuxarıda qeyd edilən tədqiqatçıya görə Azərbaycana ən qədim türk axınları da məhz bu aşırımlar vasitəsilə baş verib. Hunların, Qullar, Gereyli, Qazma, Tulu (Dulu), Katak tayfalarının adını xatırladan toponimləri daha əvvəl qeyd etmişik.

  Şimaldan gələn türk axınlarının qarşısını ala bilmək üçün Sasanı hökümdarı Qubad (446-531-ci illər) və Xosrov Ənuşirəvan (531-579- cu illər) həmin keçidləri bağlayaraq 40 istehkam tikdirmiş, Dərbənddən Dəryal keçidinədək sədd çəkdirdikləri və bu səddin qalıqlarının indi də Balakən rayonunun Katex kəndi ərazisində qaldığı məlumdur. Tarixi abidələrdən, istehkam və qalalardan bəhs edərkən bu barədə ətraflı danışacağıq.

  Albaniyanın, sonralar Arranın qərb sərhədlərindən bəhs edərkən Tiflis müsəlman əmirliyini unuda bilmərik. Çünki X əsr ərəb mənbələri Tiflisi Arranın böyük şəhərlərindən biri kimi qeyd edirdilər (İbn Havqəl, Əl- İstəxri və digərləri).

  Bildiyimiz kimi bəzi mənbələrdə göstərilir ki, bu dövrdə Almaniyanın Şimal-Qərbində Şəki hakimliyi və Sənariyyə kimi feodal dövlətləri yaranmışdı və Arran padşahı Mömin Knyaz Homam 866-cı ildə Alban padşahlığını qəbul edərək Girdimanı, Şəki və Sənariyyəni də öz hakimiyyəti altında birləşdirdi (16, 375).

  Sonrakı dövrdə bu ərazilər Azərbaycanın feodal dövlətlərindən olan Sacilərdən, sonra Salarilərdən asılı vəziyyətə düşdü.

  On ikinci yüzilliyin əvvəllərindən başlayaraq Azərbaycanın Şimal-Qərb bölgələri gürcülərin aramsız hücumuna məruz qalır, hətta bir müddət bu ərazilər gürcülər tərəfindən işğal edilir.

  Məlum 1123-cü il hadisələrindən, səlcuq qoşunlarının Şirvanı tərk etməsindən istifadə edən gürcü çarı IV David Şirvan torpaqlarını tamamilə gürcü çarlığına qatmağa çalışdı. Dəfələrlə Azərbaycana yürüş edərək, Şirvanşahların əsas qalaları olan Gülüstan və Buğurd qalalarını işğal etdi və bura gürcü qoşunları yerləşdirərək geri qayıtdı. Gürcü qoşunları isə bir neçə ay burada qala bilmişdi. Çünki, 1125-ci ildə IV Davidin ölümü gürcüləri buranı tərk etməyə məcbur etdi (17, 22).

  Monqol yürüşləri nəticəsində gürcü dövləti xeyli zəiflədi və Şimal-Qərbi Azərbaycan, Şəki və Qəbələ yenidən Şirvanşahlar dövlətinin tərkibinə qatıldı.

  XIII yüzillikdə əvvəl Ali Monqol Xaqanlığının, sonra isə Hülakilər dövlətinin tərkibinə qatılan (7, 21-22) bu bölgə heç zaman gürcü millətçilərinin yazdığı kimi uzun müddət Gürcüstanın tərkibində olmayıb.

  XIII-XIV yüzilliklərdə tamamilə zəifləmiş Gürcüstan nəinki bu ərazilərə, heç öz ərazisinə də nəzarət edə bilmirdi.

  XV yüzillikdə bir-birinin ardınca Azərbaycanda siyasi hakimiyyət quran Qaraqoyunlu (1410-1467-ci illərdə mövcud olmuşdur) və Ağqoyunlu (1468-1501-ci illərdə mövcud olmuşdur) dövlətləri Azərbaycanın digər əraziləri kimi, Şimal-Qərb bölgəsini də öz təsir dairəsinə daxil etmiş. Bölgədə dini-siyasi mübarizə daha da güclənmişdi (7, 90).

  Həmin dövr Gürcüstanın siyasi cəhətdən parçalanması onu bu bölgəyə olan iddialardan məhrum etdirdi.

  XVI yüzilliyin əvvəllərində çox güclü Azərbaycan Səfəvi dövlətinin yaranması, hadisələrin istiqamətini bir mənalı şəkildə Azərbaycanın xeyrinə dəyişdi.

  Doğrudur, sonralar Rus işğalından  sonra Azərbaycanın Şimal-Qərb bölgəsinin bir hissəsi, əslində xeyli hissəsi azərbaycandan alınıb Gürcüstan və Dağıstana verildi.

  Azərbaycanın bu bölgəsindən bəhs edərkən, XVI-yüzilliyin sonundan başlayaraq burada yaranmış Car-Balakən camaatlığını xüsusi diqqətə almaq lazımdır. Bu mövzunun araşdırılması ilə məşğul olan S.Ə.Məmmədovaya görə, camaatlığın meydana gəlməsi kor-koranə bir proses olmayıb, Səfəvi dövlətinin bölgədə uzun müddət apardığı siyasətin nəticəsi idi (15, 42).

  XIX əsr müəllifləri Car-Balakən camaatlığının ərazilərindən bəhs edərkən onun (Car-Balakən) Qanıx çayının sol sahilində yerləşdiyi və şimalda azad ləzgilərin torpaqları, qərbdə isə Telavı qəzası ilə sərhəd olduğunu qeyd edirlər.

  Car-Balakən camaatlığının şimal sərhədləri çarizmin apardığı inzibati dəyişiklərə qədər, Samur çayınadək uzanıb. Qərb sərhədləri isə Gürcüstan respublikasının Loqodexi rayonunun ərazisindən axan Kartuban çayadək  uzanırdı.

Hal-hazırda Azərbaycan Respublikası ilə Gürcüstan respublikası arasında sərhəd olan Mazım çayla Kartuban (Qara Tubal) çay arasındakı ərazilər Car-Balakən camaatlığı ləğv olunanadək onun sərhədləri daxilində olmuşdur. 1837-ci ildə Zaqatala dairəsinin yeni inzibati sərhədlərinin müəyyən edilməsi nəticəsində, vaxtilə Balakən icmasına məxsus 27.000 desyatin torpaq sahəsi Siqnax qəzasına birləşdirildiyi mütəxəssislər tərəfindən müəyyən edilib (15, 53) .

QEYDLƏR:

1.         Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb, 2007, 304 s.

2.         Məşədiyev Q.İ. Zaqafqaziyanın Azərbaycan toponimləri. Bakı: Elm, 1990, 148 s.

3.         Mirəli Seyidov. Azərbaycanın mifik təfəkkür qaynaqları. Bakı: Yazıçı, 1983, 326 s.

4.         Mirəli Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s

5.         Алиев К. Античная Кавказская Албания. Баку: Азернешр, 1992, 238 с.

6.                                                                                                                                                               Гейбуллаев Г.А.К этногенезу азербайджанцев. Т.1. Баку: Элм, 1991, 552 с.

7.         Azərbaycan tarixi. Yeddi cilddə. II cild. Bakı: Elm, 2007, 608 s.

 

8.         Axundov D.A. Azərbaycanın qədim dini abidələrinin memarlığı. Bakı: Azərnəşr, 1974.56 s

9.         Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı: BDU Nəşriyyatı, 1991, 312 s.

 

10.     Fərzəli Əjdər. Dədə Qorqud yurdu. Bakı: Azərnəşr, 1989, 180 s.

 

11.     Murat Uraz. Türk mifologisi. İstanbul, 1967, 160 s.

 

12.     Мерперт Н.Й. Авары в Восточной  Европе. Москва: Наука, 1958,

 

13.     Mahmudlu Y.M. "Kitabi Dədə Qorqud tarixi mənbə kimi və ya türkün çağlayan tarix bulağı". Altay dünyası. Beynəlxalq jurnal, sayı 1-2, Bakı: Altay, 1997,  51-69 s.

 

14.     Əliyev Ş. Şimal-Qərbi Azərbaycan: İngiloylar. Bakı: Təhsil, 2007, 280 s.

 

15.     Arzu Əşrəfqızı. Car-Balakən camaatlığı. Bakı: UniPrint, 2007. 256 s.

 

16.     Крымский А.Е. Страницы из истории Северного или Кавказского Азербайджана .М-Л: Наука, 1938, 476 с.

 

17. Mahmudlu.Y.M. Azərbaycan tarixi. İntibah dövrü (IX əsrin II yarısı-XI əsrin əvvəlləri) Bakı: Altay dünyası, 1996, 81 s

 

 

 

 

 

 

 

 

 

 


 
 

Müəllifin digər yazıları


Etiket:

Strategiya.az

Xəbərlər
21.09.2020

Azərbaycan Prezidenti: Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir

21.09.2020

Prezident İlham Əliyev: Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir

21.09.2020

BDU Qazax Milli Universiteti ilə ikili diplom proqramı üzrə müqavilə imzalayıb

21.09.2020

Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN

21.09.2020

Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyindən açıqlama

21.09.2020

Şəhid çavuş dəfn edilir

21.09.2020

Tovuzda növbəti erməni təxribatı ilə bağlı cinayət işi başlandı

21.09.2020

Müdafiə Nazirliyi bəyanat yaydı

21.09.2020

Azərbaycan koronavirusa qarşı vaksinin gətirilməsi ilə bağlı saziş imzalayıb

21.09.2020

XİN: Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır

21.09.2020

İctimai nəqliyyatın hərəkəti bərpa olundu

21.09.2020

MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

20.09.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib (FOTO)

20.09.2020

“Əsrin müqaviləsi”nin imzalanmasından 26 il keçir

20.09.2020

Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

19.09.2020

Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir

19.09.2020

Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

19.09.2020

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

19.09.2020

Məzunlara qızıl və gümüş medallar verildi - Siyahı

19.09.2020

DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi

19.09.2020

Birjalarda neftin qiyməti

19.09.2020

Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 36 dəfə pozub

19.09.2020

COVID-19: Fransada 24 saat ərzində 13215 yeni yoluxma, 123 ölüm faktı qeydə alınıb

18.09.2020

Milli Musiqi Gününə layiqli töhfə - Fotolar

18.09.2020

Əli Həsənov 2009-cu ildə gülənçilərə necə xəbərdarlıq etmişdir?

18.09.2020

Baş Prokurorluq nəzarətə götürdü

18.09.2020

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)

18.09.2020

Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından əhəmiyyətlidir

18.09.2020

Tovuz təxribatı Ermənistanın "yeni ərazi – yeni müharibə" formuluna keçdiyinə dəlalət edir

18.09.2020

Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah

18.09.2020

DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu

17.09.2020

Şəkidə "Bazar" adlanan ərazidə ...

17.09.2020

Rektor Enactus Azərbaycan Milli Yarışının qalib komandası ilə görüşüb

17.09.2020

Ermənistanın terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir

17.09.2020

Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası

17.09.2020

Nazirlər Kabineti iki qərarını ləğv etdi

17.09.2020

Azərbaycan-İran sərhədində atışma olub, 1 nəfər ölüb

17.09.2020

Səfirlik Rusiyada saxlanılan vətəndaşlarımızla bağlı məlumat yaydı

17.09.2020

Kaspi Abituriyent Kursları əyani və onlayn fəaliyyətdə

17.09.2020

Azərbaycanın illik su təsərrüfatı balansı təsdiqlənib

17.09.2020

Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq

17.09.2020

Qurban Məmmədov saxlanıldı - Türkiyədə

17.09.2020

“Azeri Light” neftinin bir barrelinin qiyməti 42 dolları ötüb

16.09.2020

BDU-dan cavab: Jurnalist kadrların hazırlığında hər zaman ana dilinin tədrisi böyük əhəmiyyət kəsb edir

16.09.2020

“Heydər Əliyevin portretinin yanında Gülənin şəkli asılmamalıdır” — Əli Həsənovdan ETİRAZ

16.09.2020

Kaspi Uşaq Bağçası 6 yaşını qeyd edir

16.09.2020

ƏLI HƏSƏNOVA QARŞI APARILAN QARAYAXMA VƏ ŞƏR-BÖHTAN KAMPANİYASININ HEÇ BİR HÜQUQİ ƏSASI YOXDUR

16.09.2020

Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edilib

16.09.2020

DTX əməliyyat keçirdi: Cinayətkar dəstə saxlanıldı

16.09.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı