ŞİMAL-QƏRBİ AZƏRBAYCAN: TARİXİ ABİDƏLƏRDƏ VƏ HAYLALARDA YAŞAYAN TARİXİMİZ

09:00 / 04.04.2015

Akif Məmmədli

Tarix üzrə fəlsəfə doktoru, AMEA Şəki R.E.M-in elmi işçisi

Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə və təbii zənginliyinə görə tarix boyu qonşu imperiyaların və dövlətlərin diqqət mərkəzində olub, bu baxımdan Azərbaycanın Şimal-Qərb bölgəsi və buradakı qədim tarixi abidələr buranı ələ keçirmək istəyən tərəflər arasında mübahisələr obyektinə çevrilmişdir. Buna səbəb isə bölgədəki qədim tarixi abidələrin, xüsusilə də xristian dövrü məbədlərinin kompleks şəkildə araşdırılmasıdır. Bunu nəzərə alaraq, Azərbaycanın Şimal-Qərb bölgəsinin tarixi abidələrinin tədqiqinə həsr edilmiş tədqiqat işi AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap edilmişdir. Əsərdə bölgədəki abidələr, onların təsviri və təsnifatı geniş şərh edilmişdir.
Qələmə aldığım bu yazıda tarixi abidələrlə yanaşı, tariximizi öyrənmək üçün qaynaqlardan biri olan şifahi xalq ədəbiyyatının çox maraqlı bir növü olan “haylalar” tədqiqata cəlb edilmişdir.
Azərbaycanın Şimal-Qərb bölgəsində (Balakən və Zaqatala rayonlarında) şifahi xalq ədəbiyyatının bir növü olan haylalar geniş yayılmışdır. Haylalar yarandığı tarixi dövrün izlərini özündə əks etdirir və qoruyub saxlayır. Müəllif bu məqalədə ilk dəfə olaraq haylaların yarandığı tarixi açmağa çalışmış və etnik tarixin öyrənilməsi üçün toponimlərə (haylalarda) istinad etmişdir.
Biz Azərbaycanın çox az tədqiq olunan şimal-qərb bölgəsinin “hayla” adlandırılan şifahi xalq ədəbiyyatını(folklorunu) araşdıraraq bu bölgənin unudulmaqda olan qədim tarixini və mədəniyyətini gün işığına çıxarmağa çalışacağıq.
Şifahi xalq ədəbiyyatı(folklor) onu yaradan xalqın həmin dövr tarixini və mədəniyyətini özündə əks etdirir və bu dövrü araşdıran tədqiqatçılar üçün mənbə rolu oynayır. AMEA-nın müxbir üzvü, tarixçi Y.M.Mahmudov “Kitabi-Dədə-Qorqud” dastanını türklüyün, o cümlədən Azərbaycan tarixinin öyrənilməsi üçün tarixi qaynaqlardan biri hesab edir [1,18-35].
Tədqiqatçıların fikrinə görə xalqın epik yaddaşı onun maddi-tarixi yaddaşı ilə çox sıx bağlıdır.
Azərbaycanın Şimal-Qərb bölgəsi olan Balakən və Zaqatala rayonlarında şifahi xalq ədəbiyyatının çox qədim bir növü olan “hayla” bu gün də yaşamaqdadır. Mənası “haylamaq”, “çağırmaq” olan haylalar qədim türk tayfalarından olan hunlarda olmuş, onların dərd-sərinin, sevgi və sevincinin ifadəsinə çevrilmişdi. Balakən rayonunun mərkəzinə yaxından keçən çaylardan birinin adı da “Hunbol” çaydır. Bu çayın aşağı axarında yaşayan nəsillərdən biri isə qədim hun türkləri ilə bağlı “Hunələr”, “Hinələr” adlanır.
Bölgənin folklorunu araşdıran ilk tədqiqatçılardan Əzizə Cəfərzadə qədim hun tayfasında sevincli və kədərli günlərdə çadırlarda “təmbur” çalınıb, “hayla” oxunduğunu yazırdı. Bu gün də həmin çox qədim və sadə musiqi aləti olan təmbur, bir azca dəyişərək “dambur” adı ilə hələ də qalmaqda, “hayla” oxunmaqdadır.
Qəribədir ki, dilimizin alt qatlarında olmuş və artıq unudulmuş bir çox prototürk sözləri məhz bu haylalarda yaşamaqdadır. Məsələn:
Ay habuna, ha buna
Mahamalar tabuna.
Bildiyimiz kimi, “tabun” çox əski türk sözüdür və Balakəndə bu gün də yaşlı qocalar kəndlərin adını deyəndə “Qullar tabun”, “Tülü tabun”, “Qazma tabun” deyirlər. Bunlar ən azı 2-3 min illik tarixdən xəbər verən sözlərdir.
Balakən-Zaqatala bölgəsindəki haylalar mütəxəssislər tərəfindən diqqətlə araşdırılarsa, bir çox yer adlarının-toponimlərin yaranma tarixi və daşıdığı məna da aydınlaşar: Tülü tabun, Saburlar oba, Qıraq oba, Uzun tala, Kortala, İtitala, Qaraca binə, Arılıqbinə........
Yüzillər və minillər ərzində burada məskun olmuş insanların yaratdığı şifahi ədəbiyyatda-“haylalar”da bu toponimlərin öz yerini tapması, bəzi adlar “müasirləşməyə” məruz qalaraq dəyişilsə də haylalarda bu öz ilkin formasında qalmaqdadır.
Görkəmli tədqiqatçı L.N.Qumilyov “Qədim Türklər” əsərində də bu məsələyə toxunmuş və türklərin qədim epos və dastanlarında onların yaşadıqları yer adlarının-toponimlərin işləndiyini göstərərək şifahi xalq ədəbiyyatının tarixin öyrənilməsində bir mənbə rolu oynadığını qeyd edirdi [2,4].
Yuxarıda qeyd etdiyimiz toponimlərin araşdırdığımız Şimal-Qərbi Azərbaycanda-Balakən-Zaqatala bölgəsində ən qədim zamanlardan bəri yaşayan qədim türklərə aid olduğu fikrindəyik. Bu fikir tanınmış tarixçı alim Y.Yusifov tərəfindən də araşdırılmış və türklərin Qafqazda ən qədim oborigen xalq olduğu sübut edilmişdir.
Bəzi məlumatların yazılı mənbələrlə tutuşdurulması bizə ölkəmizin ərazisinin əzəldən ən qədim Türk Yurdu olduğunu, prototürklərin bu ərazidə zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaratdığını söyləməyə əsas verir [3, 38].
Biz də son illər çap etdirdiyimiz bir neçə yazımızda bu fikrin həqiqətə daha yaxın olduğunu göstərmişik [4;5;6].
Qeyd etmək yerinə düşər ki, folklorçu və yazar Ə.Cəfərzadə “Calaliyyə” əsərində damburun qədim türklərə, xüsusilə hunlara məxsus musiqi aləti, haylanın isə onlara məxsus söz sənəti olduğunu yazırdı [7,13].
Ə.Cəfərzadə “Calaliyyə” kitabındakı “Hun dağı” əsərində yazır: “kimi qopuz, kimi tambur götürdü”. Boylardan birində bu “hayla” gecələri... adlandırılırdı.
Balakən və Zaqatala rayonlarında az qala hər bir nəslin, hər bir obanın yaxın vaxtlaradək əkin əkdiyi, mal-qara saxladığı və müvəqqəti yaşamaq üçün (mövsümi) məskun olduğu “binə” və orada qurduğu dəyə var idi. İndi də bu binələrin bəziləri qalır, bəziləri isə qismən dəyişilib və yeni kənd adlarına çevrilib. Ə.Cəfərzadənin yuxarıda adı çəkilən əsərində də hun tayfalarından birinin ağsaqqalı olan Turqut dədənin dilindən deyilir: “Hunlar olduğu yerdə deyə qursun. Binələnsin” [7,77].
Qədim hunların dilindən deyilmiş və bu gün də yaşlı balakənlilərin dilində səslənən bir hayla çox mətləbdən xəbər verir, o cümlədən Balakəndəki Hunbol çaya həsr edilmiş hayla ilə səslənir.
Gəl gedək Hun dağına,
Yaş tökək Hun dağına
Oğlu ölən ananın,
Qan damar qundağına.
Bu gün Balakəndən axan Hunbol çay, Qaxın İlisu kəndində ucalan Hun dağı, Hun beli adlanan yüksəklik də, daha öncə yazdıqlarımızı təsdiq edir.
Gəl gedək Hunbol çaya,
Yazda suyu bol çaya.
Elinnən ayrı düşən
Üz tutar Hunbol çaya
Balakən kimi, çox həssas və strateji cəhətdən çox vacib bir bölgədə folklorda yaşayan əski tariximizi araşdırmaq çox vacibdir. Nəzərə alsaq ki, həm qərbdə(Gürcüstanda), həm də şimalda (Dağıstanda) Azərbaycanın Balakən-Zaqatala bölgəsi ilə bağlı yersiz ərazi iddiaları səslənir və bununla bağlı əsərlər yazılır, buradaki milli azlıqlar arasında yayılır. Əgər xalq arasında bu gün də oxunan “haylalar”, onların yaranma tarixi araşdırılarsa, bu sahədə çox tutarlı dəlillərdən daha biri əldə edilmiş olar.
Digər tərəfdən, bu haylalarda təkcə qədim tariximizin izlərinə deyil, yaxın tariximizin acı reallıqlarına da rastlanır. Rus işğalına, xüsusilə də Sovet işğalına, “Şura hökuməti”nə, onun qəddar və qaniçən tədbirlərinə həsr olunan haylalar da çoxdur. Məsələn:
Əlimə xına qoydum,
Çevirib günə qoydum.
Çərxi dönsün Şuranın,
Bizi nə günə qoydu.
Burada, “şuralar” dedikdə, Sovet hökuməti nəzərdə tutulmuşdur.
Buralar çər-çəpəndi,
Şuralar min nəfərdi.
Mürşiddən xəbər alın,
Müridlər nə təhərdi?...
Haylalar bölgə insanlarının həyatının bütün sahələrində, inanclarında, məişətində, dərd-sərində, bunların ifadəsində özünə məxsus yer tutmuşdur. Güman etmək olar ki, dambur və hayla hələ ibtidai-icma dövründən bu insanların “sirdaşı” olub.
Hayla məclisini bölgənin özünəməxsus ədəbi məclisi də adlandıra bilərik. Bu ədəbi məclisin ən tanınmış, həm də unudulmaz nümayəndəsi XX yüzilliyin əvvəllərində yaşamış və 1928-ci ildə keçirilən “I Aşıqlar qurultayı”nda iştirak etmiş “Haylaçı Sənəm” olub.
Mən aşıq Gül üzənə,
Şeh düşüb Gülüzənə.
Sənəmi görmək istəsən,
GəlginənGülüzənə.
Gülüzən – nənəmin yaşadığı kəndin adı idi.
Hayla haylanın başı,
Hayla bilməyən naşı.
Hayla bilmək yaxşıdır,
Qərib yerin yoldaşı.
Altaylardan Qafqaza və Anadoluya qədər böyük bir arenada dambur dediyimiz simli musiqi aləti yayılıb. Bu, qədim türklərə məxsus musiqi aləti, “hayla” isə əski türk soylarından ulubabalarımızdan bizə miras qalan bir folklor janrıdır. Təbiiki, Azərbaycanın şimal-qərb bölgəsinə ərazi iddiasında bulunan qonşular bunlara da sahib çıxmağa çalışırlar. Bu üzdən gecikməməli, haqqında bəhs olunan bölgənin şifahi xalq ədəbiyyatını - hayla və bu kimi deyimlərini tədqiqata cəlb etməliyik. Məhz bu nöqteyi-nəzərdən son illər AMEA Folklor İnstitutu və AMEA Tarix İnstitutunun birgə hazırladığı konfranslar çox təqdirə layiqdir.

Qaynaqlar

1. Mahmudov.Y.M. “Dədə-Qorqud kitabı” – xalqın yaratdığı və yaşatdığı tarix//.DQD. Bakı-2004, s.18-35.
2. Qumilyov L.N. “Qədim türklər”. Bakı-1993, s.4.
3. “Folklor və tariximiz” mövzusunda elmi konfransın materialları. Bakı-2012, s.38.
4. Məmmədli A. “Balakən-Zaqatala bölgəsi: Tarixi, etnoqrafiyası”. Bakı-2001, s.27-32, 75-88.
5. Məmmədli A. Əski və çağdaş tariximizə dair. Bakı-2004, s.43.
6. Məmmədli A. “Şimal-Qərbi Azərbaycanın arxeologiyası və etnoqrafiyası”. Bakı-2008. s.127.
7. Məmmədli A. “Azərbaycanın Şimal-Qərb bölgəsinin tarixi abidələri”. Bakı, 2013, 228 səhifə/AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.
8. Cəfərzadə Ə. “Calaliyyə”. Bakı-1983, s.13.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM