“KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” -Oqtay Mirqasımov

16:04 / 18.10.2018

Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yasamal rayon MKS-inin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirildi.

 

Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yasamal rayon MKS-inin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı. O, kinorejissorun yaradıcılıq fəaliyyəti haqqında maraqlı faktlar söylədi və qeyd etdi ki, Oqtay Mirqasımovun yaradıcılığı Azərbaycanın kino tarixində xüsusi yer tutur.

Yasamal rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Zöhrab Cəfərov rayon İcra Hakimiyyəti adından görkəmli kinorejissor, Xalq artisti Oqtay Mirqasımova İcra Hakimiyyətinin səmimi arzularını çatdırdı.

Oqtay Mirqasımovun filmlərinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğuladı ki, bu filmlərdə vətənpərvərlik mövzusu, cəsarət və mərdlik hissləri qabarıq şəkildə təqdim edilir. Aydın Mirzəzadə qeyd etdi ki, kinorejissor Oqtay Mirqasımov Vətənə, onun tarixinə, adət-ənənələrinə böyük məhəbbətlə yanaşır, istedadlı insanları öz əsərlərində əbədiləşdirir. Azərbaycan mədəniyyətindən söhbət açan A.Mirzəzadə qeyd etdi ki, mədəniyyətə və mədəniyyət xadimlərinə diqqət və qayğı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Mədəniyyət xadimləri dövlətin diqqəti ilə əhatə olunublar. Və bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Millət vəkili Azərbaycan xalqının potensialını xüsusi vurğuladı.

Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, görkəmli kino tənqidçisi Aydın Kazımzadə çıxışında qeyd etdi ki, Oqtay Mirqasımov bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Onun filmləri Ümumittifaq və Beynəlxalq kino festivallarında mükafatlar qazanmışdır. A.Kazımzadə rejissorun tərcümüyi-halına, keçdiyi həyat yoluna və şəcərəsinə nəzər saldı, O.Mirqasımov haqqında maraqlı faktlar söylədi. O, qeyd etdi ki, kinorejissor Oqtay Mirqasımov filmlərin çəkilişində musiqiyə böyük əhəmiyyət verir. Onun görkəmli incəsənət xadimləri Qara

Qarayev və Rəşid Behbudov haqqında çəkdiyi filmlər öz orijinallığı ilə seçilir.

Təbrizdən təşrif buyuran həmyerlimiz Hədyə Zəhra Əhmədi O.Mirqasımova dahi Füzulinin qəzəllərini və ustad Şəhriyarın şeirlərini ərmağan etdi.

“Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” QHT-inin prezidenti Tofiq Əlizadə kinorejissoru yubiley münasibətilə təbrik edərək, ona sənət uğurları arzuladı. T.Əlizadə kinonun əhəmiyyətindən və O.Mirqasımovun istedadından danışdı.

“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin rəhbəri İradə Yaqubova Azərbaycanda istehsal olunan retro filmlərdən söhbət açaraq, onları Azərbaycan kinosunun 120 illik yubileyi ilində yenidən Dövlət televiziyasında nümayiş etdirilməsini və bu məsələ ilə əlaqədar teleşirkətin rəhbərliyinə müraciət etməyi təklif etdi.

Yubiley gecəsində kinorejissorun həyat və yaradıcılığına həsr edilmiş “Oktay Mir-Qasım–75” adlı virtual fotoalbom nümayiş olundu. Tədbirdə Oqtay Mirqasımovun “Это звуки истины”, “Ovsunçu”, “Qisas almadan ölmə”, “1001 qastrol”, “Günaydın, Mələyim”, «Чертик под лобовым стеклом» filmlərindən fraqmentlər göstərildi.

Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov “1001 qastrol” sənədli filmindən Rəşid Behbudovun “Ey, Vətən” mahnısını canlı ifa etdi.

Tədbirdə Milli Məclisin deputatı, tanınmış şair və yazıçılar, jurnalistlər, sənət adamları, QHT nümayəndələri, müəllimlər, həkimlər, kitabxananın fəal oxucuları, digər ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdi.



Strategiya.az

Xəbərlər
18.11.2018

Nuşirəvan Məhərrəmli: Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb

17.11.2018

Tramp: Fətullah Gülənin ekstradisiyası məsələsi hələlik müzakirə olunmur

17.11.2018

Tərtərdə “Sağlamlıq imkanları məhdud uşaqların I Regional Forumu keçirilib

17.11.2018

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır

17.11.2018

Çeçenistanda naməlum qadın özünü partladıb

17.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17.11.2018

Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir

17.11.2018

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

17.11.2018

Azərbaycanda DƏHŞƏT: Ana doğduğu körpəsini öldürdü

17.11.2018

Palata Vergilər Departamentini yoxlayıb

17.11.2018

Bazar gününə HAVA PROQNOZU

17.11.2018

Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır

17.11.2018

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

17.11.2018

Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır

17.11.2018

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət etdi

17.11.2018

Bakının bu rayonu susuz qalacaq

17.11.2018

Kaliforniyada meşə yanğınları nəticəsində mindən çox insan itkin düşüb

17.11.2018

Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır 

17.11.2018

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

17.11.2018

Bakıda restoran yandı

17.11.2018

Sumqayıtda avtomobilləri qarət edən şəxslər saxlanılıb

17.11.2018

"Onlar status-kvonun qorunması üçün hər şeyi edirlər" - Hikmət Hacıyev

17.11.2018

Məhkum qardaşına narkotik keçirmək cəhdi baş tutmadı 

17.11.2018

Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir

17.11.2018

“İmtahanlarda ciddi dəyişikliklər olacaq” - Məleykə Abbaszadə

17.11.2018

On ayda dövlət büdcəsinin gəlirləri 18196,9 milyon manat, xərcləri 17769,9 milyon manat olub

17.11.2018

On ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 28,2 milyon ton neft göndərilib

17.11.2018

Ölkədə bir gündə 117 cinayət baş verib

17.11.2018

Neftin qiyməti bahalaşır

17.11.2018

Pensiya təyinatı və vergi ilə bağlı köklü dəyişikliklər olacaq - VİDEO

17.11.2018

Jan-Fransua Mansel: Saakyanın Fransaya səfəri qəbuledilməzdir

17.11.2018

Ermənistan silahlı qüvvələri atəşkəsi 30 dəfə pozub

17.11.2018

Şimali Koreya ABŞ vətəndaşını deportasiya edib

17.11.2018

Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub

17.11.2018

Həftənin ən gözəl qolları - Video

17.11.2018

İstirahət planlaşdıranlar, hava proqnozunu oxuyun

17.11.2018

Noyabrın 19-na dolların məzənnəsi müəyyən olunub

17.11.2018

Türkiyədə 723 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

17.11.2018

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17.11.2018

Türkiyəli ekspert: Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır

17.11.2018

Millimiz Farer adalarına qarşı -Yenilənir

16.11.2018

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib

16.11.2018

Prezident İlham Əliyev: Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında 25-ci yerdə qərarlaşması aparılan islahatların məntiqi nəticəsidir

16.11.2018

Nəcməddin Sadıkov: İlk dəfə qoşunların idarə olunmasında avtomatlaşdırılmış sistemlər tam həcmdə tətbiq olunub 

16.11.2018

“Yollarda qalmışıq” – “Lənətlənmiş” sürüşmə zonasının sakinləri – VİDEO

16.11.2018

Diabet nədir və ondan necə qorunmaq olar?

16.11.2018

“Barselona”dan Neymar açıqlaması: "Pulu seçib bizi tərk edən futbolçular..."

16.11.2018

Gürcüstan MSK prezident seçkilərinin birinci turunun son nəticələrini açıqlayıb

16.11.2018

Avropa bankları ABŞ-ın təhdidindən ehtiyat edərək xüsusi mexanizmə qoşulmurlar

16.11.2018

Mərkəzi Bank 350 milyon cəlb edir