Hacıbaba Hüseynov - Qızıl Fond (VİDEO)

08:58 / 15.03.2019

Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun ailəsində anadan olmuşdur. Ruhani ailəsində böyümüşdür. Erkən yaşlarında məsçidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov, Zülfünün oxuduqlarını təkrar edir onu yamsılıyarmış. Dostları da gənc Hacıbabaya deyərmişlər ki, sən oxuyanda elə bilirik Zülfü oxuyur. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə, gənc Hacıbaba muğam oxumağa fasilə verib "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. Öz dediyinə görə, ucadan olmasada, ürəyində həmişə muğam oxuyarmış. 1945-ci ildə müharibə bitəndən sonra, o zamanlar artıq tanınan xanəndə olan, həm də Hacıbaba Hüseynovun baldızı olan Sara xanım Qədimova, Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblna işə getirir. Hacıbaba ustad həmin ansamblda üç il çalışmışdır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa başlamışdır. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir və ömrünün sonuna qədər Əhməd Bakıxanovu özünün əsas ustadı hesab edir. Toylarda nağara çalan Hacıbabanı, bəzən toy sahibləri oxutdurarmışlar. Hacıbaba Hüseynov xatirələrinin birində söyləyir ki: - "Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir cavan oğlan var, nağara ifa edir və oxuyur, yaman səni yamsılıyır. Zülfü məni öz yanına konservatoriyaya çağırdı və oxumaqmı xahiş etdi. Oxuyub qutarandan sonra dedi ki, yaxşı oxuyursan, amma məni yamsılama. O vaxtdan öz ifa tərzimi seçdim." Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirlimişdir.

1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs demiş, xanəndələr yetişdirmişdir. Xanəndənin tələbələri arasında belə görkəmli sənətkarlarımız var - Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Aqil Məlikov, Səfər Mirzəyev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə, Sahib İbrahimov və s. Görkəmli sənətkarlarımız Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalarda, Onun ifasından çox bəhrələniblər və qoyduğu məktəbin laiqincə təmsil ediblər. Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.

Hacıbaba Hüseynov muğamda oxunan - Rast muğamının "Üşşaq" və "Hüseyni", Novruz-rəvəndə, digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Hacıbaba Hüseynovun təşəbbüsü ilə Bayatı-şiraz muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə olunub.

Hacıbaba Hüseynov 19 Mart 1989-cu ildə Azərbaycanın Əməkdar artisti fəxri adı, 1990-cı ilin oktyabr ayında Xalq artisti fəxri adı ilə təltif olunub.

Hacıbaba Hüseynov xalq yaracılığına da böyük diqqət vermişdir - Azərbaycanın müxtəlif bölgələrindən, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə etmişdir, beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytarır, bu sənət əsərlərin daha da geniş tanınmasına zəmin yaratmışdır.

Hacıbaba Hüseynov 1989-cu ildə 70 illik yubileyindən sonra, ilk dəfə xarici səfərə, böyük bir musiqiçi və ziyalı heyəti ilə İraq səfərinə gedir. 1990-cı ildə Türkiyənin Adana şəhərinə, 1991-ci ildə 1 ay ərzində Fransanın Paris, Marsel, Leon, Monpelye, Belçikanın Brüssel şəhərlərində, İsveçrədə, Hollandiyada konsetrlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə, 2 aydan artıq çəkən İran İslam Respublikasına olur, İranda yadda qalan ifalar edir.

Hacıbaba Hüseynov 24 Oktyabr 1993-cü ildə Sumqayıt şəhərində prokratura işçilərinin qonağı olur. Orada çoxlu söhbət edir, qəzəllərindən deyir və muğam nümunələri oxuyur. Axşama yaxın evə gələn Hacıbaba Hüseynov birinci mərtəbədən səkkizinci mərtəbəyə liftlə qalxır, liftdən çıxıb iki pilləkən düşə bilən Hacıbaba Hüseynov, mənzilinə qədər ailəsinin köməkliyi ilə daxil olur. Ağır xəstəlikdən əziyyət çəkən Hacıbaba Hüseynov, axşam saat 8 radələrində vəfat edib. Mərhum prezident Heydər Əliyevin göstərişi ilə Hacıbaba Hüseynov 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Xalq Artisti, xanəndə Sara Qədimovanın yeznəsidir.//



Strategiya.az

Xəbərlər
24.06.2019

Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanacaq

24.06.2019

Bidzina İvanişvili: Kütləvi iğtişaşlar törədənlər və səlahiyyətlərini aşanlar cəzalandırılmalıdır

24.06.2019

Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT - məhkumun gizlətdiyi silah və güllələr aşkarlandı

24.06.2019

Bill Geyts ən böyük səhvini açıqladı

24.06.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin xüsusi mükafatına layiq görülüb

24.06.2019

Dövlət İmtahan Mərkəzində psixoloji xidmət fəaliyyətə başlayıb

24.06.2019

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

24.06.2019

Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar

24.06.2019

Sabah hava isti olacaq - PROQNOZ

24.06.2019

Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

24.06.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

24.06.2019

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə şəhərində, Göygöl, Daşkəsən rayonlarında vətəndaşları qəbul edib

24.06.2019

AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

24.06.2019

Nizami rayonunda baş verən yanğınla bağlı RƏSMİ

24.06.2019

Tramp milyonlarla qeyri-leqal miqrantın deportasiyasını təxirə salmaq barədə sərəncam verib

24.06.2019

Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

24.06.2019

“Dedilər ki, tutulana qədər özünü öldür” – 2-ci əri ilə bibisinin evini soyan məhkum qadın - VİDEO

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb

24.06.2019

DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb

24.06.2019

Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ

24.06.2019

Təmas xəttində növbəti monitorinq keçiriləcək

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində iştirak edib

24.06.2019

Kosmik hava durumu və proqnozu

24.06.2019

Sumqayıtda dəhşətli qəza - Maşın piyadanın üstünə aşdı

24.06.2019

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib

24.06.2019

Cəbhədən son xəbər 

24.06.2019

Dövlət qulluqçularının nəzərinə!

24.06.2019

Neftin qiyməti bahalaşır

24.06.2019

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

24.06.2019

İyunun 24-də xarici valyutaların manata qarşı məzənnələri

24.06.2019

"Qarabağ"ın yaxşı komanda olduğunu bilirəm" - portuqaliyalı hücumçu

24.06.2019

Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək

24.06.2019

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

24.06.2019

Bu gün havanın temperaturu 40 dərəcəyə qədər artacaq

24.06.2019

Generallardan birinin hücum nəticəsində təxminən 150 insan həlak olacağını deməsindən sonra Tramp qərarını dəyişib

24.06.2019

Tbilisidə kütləvi etiraz aksiyaları DİN-in binası qarşısında davam edəcək

24.06.2019

Suriya tərəfindən Türkiyəyə keçən dörd terrorçu həbs olunub

24.06.2019

Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

24.06.2019

Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub

23.06.2019

Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

23.06.2019

Binəli Yıldırım: hazırda Əkrəm İmamoğlu irəlidədir rəqibimi təbrik edirəm

23.06.2019

İstanbulda səsvermənin ilkin nəticələri açıqlanıb

23.06.2019

İstanbulda səsvermə başa çatıb

23.06.2019

Hidayət Heydərov Karapetyanı məğlub edib

23.06.2019

“Minsk 2019”: Daha bir idmançımız ən azı gümüş medalı təmin edib

23.06.2019

Daşkənddə standartlaşdırma üzrə beynəlxalq seminar-treninq keçirilib

23.06.2019

Sabahın hava proqnozu

23.06.2019

Qara Qarayev prospektindəki yanğın tıxaca səbəb olub

23.06.2019

“Traktor Sazi”nin adı dəyişdirildi

23.06.2019

Kaspi Liseyinin şagirdləri böyük uğura imza atıblar - VİDEO