“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağcabədidə

21:58 / 18.04.2019

 

 “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu oldu.    

 Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə  “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı  Heydər Əliyev Meydanında baş tutub.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri,  mədəniyyət işçiləri və yüzlərlə ağcabədililər də iştirak ediblər.

Eyni zamanda tədbirə Ağcabədi  Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovla yanaşı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli da qoşulub.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq  nümunələri ilə  qonaqların diqqət mərkəzində olub.

Festival çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi  respublikamızda “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq  “Oxu” şüarı adı altında  kitab guşəsi də təşkil edib. Bundan başqa, ədibin qəzəllərini Nəsimi obrazında olan məktəblilər qonaqlar üçün  səsləndiriblər.

Festivalın zəngin proqramını yadda qalan edən anlardan biri isə “Qarabağ”, “Pesvebi” və “Göyçay” rəqs kollektivlərinin  ifasında biri-birindən maraqlı rəqslərin nümayiş olunması olub.  Konsert proqramında  folklor kollektivlərinin  rəqsləri ilə yanaşı  “Qarabağ” şikəstəsi, “Yaşa mənim xalqım”, “Qonaq gəl bizə” kimi  digər  mahnılar da səsləndirilib.

Festivalın sərgi hissəsində oymaçı rəssam Rauf Seyidzadənin oyma sənəti ilə bağlı olan əl işləri ziyarətçilərin marağına səbəb olub. Daha sonra digər sənətkar  Sərvər Abdullayevin Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam “Çay Evi” və Ağdam məscidi, Hökümət Evi  kimi respublikamızın tanınmış tikililərini kibrit dənələrindən hazırlamaqla  ziyarətçiləri təəcübləndirib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq  kimi digər nümunələr maraqla qarşılanıb.

Daha sonra  dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də  (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.

Daha sonra regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri  də nümayiş etdiriblər.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən  respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival  iki ay davam edəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
26.05.2019

Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”

25.05.2019

“Qadın güldür, bacarsan güldür” 

25.05.2019

Heydər Əliyev Fondu son anda şəhid atasının harayına çatdı

25.05.2019

Mayın 25-30-da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək

25.05.2019

XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

25.05.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.05.2019

İstanbulda 28 May Respublika günü və Azərbaycan XİN-in 100 illiyi qeyd olunub

25.05.2019

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

25.05.2019

“Azeri Light”ın bir barreli 70,95 dollara satılır

25.05.2019

Salyanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb

25.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

25.05.2019

Bakıda kafe sahibi qətlə yetirildi

25.05.2019

Avtomobili olanlar DİQQƏTLİ OLUN: Etibarnamə qaydası elə olacaq

25.05.2019

Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

25.05.2019

Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

25.05.2019

Neftin qiyməti bahalaşıb

25.05.2019

İsmayıllıda avtomobil ustaları emalatxanalarında heroinlə tutuldular

25.05.2019

Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

25.05.2019

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

25.05.2019

Qardaşlaşan məktəblər və yaxud Məclis Məktəbinin işıqları

25.05.2019

Birinci Dünya müharibəsinə aid qəbiristanlıqda motokros yarışları üçün salınan yol narazılıq yaradıb

25.05.2019

UEFA prezidentindən Bakıdakı finala dəstək

25.05.2019

Binəqədidə doqquzmərtəbəli yaşayış binası yanıb

25.05.2019

Cəbhədə son vəziyyət

25.05.2019

"Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib

25.05.2019

Dollar 3 gün bu qiymətə olacaq 

25.05.2019

Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb

25.05.2019

Avtomobilin salonunda 3 yandırılmış meyit tapılıb

25.05.2019

Şenol Günəş "Beşiktaş"dan ayrıldı

25.05.2019

AZƏRBAYCANIN SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKALAŞMA PROSESİNİN MÖVCUD VƏZİYYƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

24.05.2019

Ramazanın 20-ci gününün duası, imsak və iftar vaxtı

24.05.2019

Bakıda 2 dost küçədə tanışları tərəfindən qarət olundu

24.05.2019

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı  mülki şəxslərin müdafiəsindən danışıb

24.05.2019

QAYĞIKEŞ HƏKİM VƏ MÜƏLLİMİN ÖMÜR YOLU . . .

24.05.2019

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları müzakirə olunub

24.05.2019

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb

24.05.2019

"Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar" - Kepa Arrisabalaqa

24.05.2019

“Polisə təhvil verilir” - Avtobusda yük daşıyanlar cərimələcək? – VİDEO 

24.05.2019

Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi - Müəllimlərin ləyaqətinin alçaldılması ilə bağlı yazı yazan KİV-lərə görə

24.05.2019

Azərbaycan Prezidenti: Bizim gücümüz birliyimizdədir

24.05.2019

Türkiyədə təhlükəli terrorçu ələ keçirilib, biri isə məhv edilib

24.05.2019

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

24.05.2019

Neftin qiyməti ilin ən böyük həftəlik itkisinə yönəlib

24.05.2019

BAKIDA MÜƏMMALI CİNAYƏT - Evində yatan kişinin başını kim kəsib? - TƏFƏRRÜAT

24.05.2019

"Liverpul"dan UEFA-ya etiraz -biletlərə görə

24.05.2019

QHT bəyanat yaydı: "Beynəlxalq Konvensiya normalarının ayaq altına atılmasıdır"

24.05.2019

DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq

24.05.2019

Tereza Mey istefasını elan edib

24.05.2019

Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edir

24.05.2019

Şənbə günü hava necə olacaq?