Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

09:13 / 31.05.2019

Mayın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.

Mərasimdə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Filarmoniyanın foyesində İsmayıl Şıxlının həyat və fəaliyyətindən bəhs edən foto və əsərlərinin nümayiş olunduğu kitab sərgisi ilə tanış olublar.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dövlətimizin mədəniyyət və incəsənət, elm xadimlərinə olan diqqət və qayğıdan danışaraq Prezident İlham Əliyevin İsmayıl Şıxlının yubileyinin keçirilməsi haqqında Sərəncamını xatırladıb. Bildirib ki, həmçinin bu il bir sıra ədiblərimizin yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalanması dövlətin ədəbiyyata, ədəbiyyat nümayəndələrinə münasibətini əks etdirir.

Vaqif Əliyev İsmayıl Şıxlının zəngin yaradıcılığından söhbət açaraq, ədibin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Ədibin əsərlərində yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını bildirib.

Qeyd edib ki, Xalq yazıçısı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin xüsusi ilə məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilirdi.

Bildirib ki, İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Vurğulayıb ki, yazıçı “Ayrılan yollar”, “Bizim qəribə taleyimiz”, “Dəli Kür” və milli düşüncəmizin inkişafına töhfə verən digər sanballı nəsr əsərləri ilə daim qəlblərdə yaşayacaq.

Vaqif Əliyev qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən İsmayıl Şıxlının biblioqrafiyası çap olunub, onun haqqında elektron məlumat bazası hazırlanıb. Yaxın vaxtlarda “Ölən dünyam” əsəri rus dilində nəşr olunacaq.

 
Təhsil naziri Ceyhun Bayramov çıxış edərək İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən, zəngin bədii yaradıcılığından danışıb. Qeyd edib ki, görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, onun psixologiyasını, dünya görüşünü əks etdirməyə xüsusi diqqət yetirib. Bununla yanaşı, o, bir vətəndaş kimi də Azərbaycanın ən çətin günlərində sözünü deməkdən çəkinməyib. 1990-cı ilin Qanlı yanvar hadisələri zamanı əsl vətəndaş, ziyalı mövqeyi nümayiş etdirib.

Vurğulayıb ki, yazıçı ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yaradıcılığa təzə başlayan gənclərin həmişə dayağı olmuş İsmayıl Şıxlını böyük yazıçı və sözübütöv, mərd, cəsarətli bir insan kimi xarakterizə edib. Deyib ki, İsmayıl Şıxlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.

İsmayıl Şıxlının təkcə “Dəli Kür” romanı onun XX əsr Azərbaycan ədəbiyyatının klassikləri sırasına düşməsinə kifayət edir. Bununla belə, görkəmli yazıçı bütün əsərlərində canlı obrazlar qalereyası yaradıb, orijinallığı ilə daim seçilib və oxucuların ürəyində özünə əbədi heykəl ucaldıb.

Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən İsmayıl Şıxlı haqqında xatirələrini bölüşüblər. Bildiriblər ki, o, öz təbiiliyi, kişi xarakteri, mərdliyi və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanıb. İsmayıl Şıxlı bu gün də bizim üçün əsl vətəndaş, əsl kişi, əsl ziyalı nümunəsidir.

Sonra görkəmli yazıçının həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Əsərlərindən parçalar səsləndirilib.

Sonda yazıçının ailəsi adından oğlu, Azərbaycan Respublikasının Prezidentinə, tədbirin təşkilatçıları və iştirakçılarına İsmayıl Şıxlı yaradıcılığına verilən dəyərə görə təşəkkürünü bildirib.


Etiket:

Strategiya.az

Xəbərlər
15.06.2019

Bakıda ağac maşınların üstünə aşdı - VİDEO

15.06.2019

Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

15.06.2019

“Lider qadınlarının şəbəkəsi”nin yaradılması”

15.06.2019

Sabah 38 dərəcəyə qədər isti olacaq

15.06.2019

Azərbaycanlı polis baş serjantı erməni rəqibini məğlub edərək pauerliftinq üzrə Avropa çempionu olub

15.06.2019

Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir

15.06.2019

Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirdi

15.06.2019

ABŞ-da Ağ Evə soxulmaq istəyən kişi saxlanılıb

15.06.2019

Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO

15.06.2019

15 iyun – Milli Qurtuluş Günü də Azərbaycan xalqının və dövlətinin taleyində həlledici dönüş məqamıdır 

15.06.2019

Həkim və pasiyentlərlə bağlı sənədin ilkin detalları

15.06.2019

Azərbaycan Ordusunda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim edilib - VİDEO

15.06.2019

Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

15.06.2019

Çeferin ingilisləri tənqid etdi -"Londonda Azərbaycanın iki komandası oynasaydı..."

15.06.2019

Ötən gün 31 cinayətkar saxlanılıb

15.06.2019

Həsən Ruhani: "Yaxın Şərq dünyanın ən böhranlı regionlarından birinə çevrilib"

15.06.2019

Bakıda sürücü avtomobili YPX maşınına çırpıb, xəsarət alanlar var

15.06.2019

Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR

15.06.2019

Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir

15.06.2019

Berlində İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

15.06.2019

Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü başlayıb 

15.06.2019

15 iyun – xaosun sonu, milli qurtuluşun başlanğıcı

15.06.2019

Avrozonada vahid büdcə tətbiq olunacaq

15.06.2019

Atəşkəs növbəti dəfə iriçaplı pulemyotlarla pozulub

15.06.2019

Osakada G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

15.06.2019

İyunun 18-nə dolların rəsmi məzənnəsi

15.06.2019

Çavuşoğlunun açıqlamasından sonra türk lirəsinin dollara qarşı 5,93 səviyyəsinə düşüb

15.06.2019

Novruz Məmmədov Tacikistanın prezidenti ilə görüşüb

15.06.2019

Ronaldo Xamesi istəyir - açıqlama

15.06.2019

Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi

15.06.2019

Bu il taxıl biçini zamanı kombayn problemi olmayacaq - Nazir

15.06.2019

Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu

14.06.2019

Həbib Nurməhəmmədov: “Onu və komandasını darmadağın etdik”

14.06.2019

Bakıda 83 yaşlı qadın itkin düşdü

14.06.2019

Məhkəmə Assanjın ABŞ-a ekstradisiyası məsələsinə gələn ilin fevralında baxacaq

14.06.2019

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti başa çatıb

14.06.2019

Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib

14.06.2019

Ekoloji fəlakət astanasında: nəhəng “ölüm zonası” yaranacaq

14.06.2019

NASA-dan gündəm açıqlama: "Dünyadan ayrılmağın zamanıdır"

14.06.2019

Ağsuda 3 hektara yaxın buğda sahəsi yandı

14.06.2019

POS-terminalların işləməməsi məsələsinə nazirdən - CAVAB

14.06.2019

Müdafiə Nazirliyindən əsgər valideynlərinəXOŞ XƏBƏR

14.06.2019

MİDA ilkin razılıq qərarının alınması ilə bağlı video-çarx hazırlayıb

14.06.2019

Millimiz FİFA reytinqində iki pillə gerilədi

14.06.2019

Vaqif Əsədov: "Son zəng" tədbirlərini məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edirik

14.06.2019

Dövlət Komitəsinin sədr müavini Qaxda vətəndaşları qəbul edib

14.06.2019

Sabah hava necə olacaq?

14.06.2019

Aleksandr Dyukov: “OPEK+” üzvləri neftin qiymətini 55-65 dollar civarında saxlamaq barədə razılığa gələ bilərlər

14.06.2019

DSX hərbçilərinin pensiya təyinatı qaydasına dəyişiklik edildi

14.06.2019

Maradona istefa verdi