Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir

21:11 / 26.07.2019

Festivala minlərlə yerli və xarici turist qatılıb

 

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib.

İyulun 28-dək davam edəcək festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb.

Festivalın açılış mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev iştirakçıları salamlayaraq, Milli Yaylaq Festivalının təşkilində əsas məqsədinin Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğu diqqətə çatdırıb.

Kənd Təsərrüfatı naziri İnam Kərimov isə çıxışında festivalın önəmindən danışıb. Qeyd edib ki, çoxsaylı qonaqların ilk dəfə keçirilən Milli Yaylaq Festivalına qatılması bu festivalın gələcəyindən xəbər verir. Nazir Azərbaycanın multikultural ölkə olduğunu vurğulayaraq, ölkəmizdə azsaylı xalqların mehriban, dinc, yanaşı yaşadığını diqqətə çatdırıb. Bildirib ki, bu gün sabitlik adası olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən inkişaf edən dövlətlərindən biridir. “Milli Yaylaq Festivalının təşkil olunması Azərbaycanın, dövlətimizin öz tarixinə, adət-ənənələrinə bağlılığının, dəyər verməsinin təcəssümüdür. Festivala respublikamızdan, o cümlədən qonşu ölkələrdən çox dəyərli qonaqlar təşrif buyurublar. Bu tədbir təkcə Gədəbəyin deyil, Azərbaycanın gözəlliklərini, onun diyarlarını, təbiətini nümayiş etdirmək üçün bir fürsətdir. Hesab edirəm ki, festival iştirakçıları Gədəbəyin füsunkar təbiətinə heyran qalacaq və bu regionun daimi qonaqları olacaqlar. Bu festival, həmçinin Azərbaycanın dostluq və qardaşlıq diyarı olduğunu göstərir. Bu tədbirdə ölkəmizlə yanaşı, Türkiyənin aidiyyəti qurumları da təşkilatçıdır. Milli Yaylaq Festivalı, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü və nümayişidir. Hesab edirəm ki, birinci Milli Yaylaq Festivalı növbəti illərdə daha da möhtəşəm olacaq”, - deyə nazir İnam Kərimov bildirib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki çıxışında festivalın təşkilatçıları arasında olmalarından məmnunluğunu ifadə edib, tədbirə qatılan xarici ölkə nümayəndələrinin milli adət-ənənələrlə yaxından tanış olacağını vurğulayıb. Festivalın iştirakçılarda zəngin təəssürat doğuracağına əminliyini bildirən T.Tiryaki qeyd edib ki, ilk Milli Yaylaq Festivalına minlərlə iştirakçının, o cümlədən yerli və xarici turistin qatılması bu festivalın davamlı olacağından və öz məqsədinə çatacağından xəbər verir.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov çıxış edərək, Milli Yaylaq Festivalının bölgədə turizmin inkişaf etdirilməsi, eləcə də qədim ənənələrin qorunub saxlanmasında oynayacağı roldan danışıblar.

Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib. Birinci Milli Yaylaq Festivalında iştirakından məmnun olduğunu vurğulayan Bilal Ərdoğan deyib: “Belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına çox güclü dəstəyin olduğunu göstərir. Azərbaycanda xüsusilə uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar”.

Bilal Ərdoğan qeyd edib ki, mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik: “Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar. Dünya Etnoidman Konfederasiyası olaraq, bu mesajı sadəcə türk dünyasında deyil, dünyanın hər bir yerində veririk. Hər bir xalq, millət öz milli idman növlərini yaşatmaq haqqına sahibdir. Bütün ənənəvi milli idman növləri dünyanın zənginliyidir. İnşallah konfederasiyamız həm Azərbaycanda milli idman növlərinin inkişafına dəstək göstərər, həm də Azərbaycan ictimaiyyətinin bu məsələyə marağını çəkməsinə vəsilə olar. Biz Dünya Etnoidman Konfederasiyası olaraq, Azərbaycan milli idman növləri sahəsində çalışan bütün qurumlarla çox yaxından əməkdaşlıq etmək istəyirik. Bugünkü gün bu baxımdan xoş bir başlanğıc olsun”.

Açılış mərasimindən sonra tədbir iştirakçıları Milli Yaylaq Festivalında adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər.

Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.

Festival şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarətdir.

Milli Yaylaq Festivalı günlərində mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) təşkil olunacaq, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər - dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim ediləcək. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi təşkil olunacaq. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərəcək. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanacaq.

Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil olunacaq.

Yaylaq festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb.

Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil ediləcək. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşayacaqlar. Yəni, inək, qoyun-keçi otaracaq, onları sağacaq, ot biçəcək, taya düzəldəcək, atlara qulluq edəcək, nehrə çalacaq, tətbiqi sənətlə məşğul olacaq, milli xörəklərdən bişirəcək və dəyədə gecələyəcəklər. Həmçinin bölgənin məşhur yerlərinə - Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olunacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
13.07.2020

Elçin Əhmədov: Ermənistan sərhəddə təcavüz aktı törətməklə ictimai fikri ölkədaxili problemlərdən yayındırmağa çalışır

13.07.2020

Türkiyə XİN: Ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanındayıq

13.07.2020

Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbə endirib, düşmənin canlı qüvvəsi məhv edilib

13.07.2020

MN: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

13.07.2020

HEYDƏR ƏLİYEV - yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət

12.07.2020

Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alınarkən şəhid olan hərbi qulluqçularımızın adlarını açıqladı

12.07.2020

XİN: Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır

12.07.2020

Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub

12.07.2020

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib

12.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb

12.07.2020

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb

12.07.2020

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

12.07.2020

FHN: Yağış sularının dolduğu ərazilərdə təxirəsalınmaz tədbirlər həyata keçirilir

11.07.2020

DİN, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi keçirdikləri birgə əməliyyatla bağlı məlumat yaydı

11.07.2020

Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar

11.07.2020

Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü

11.07.2020

İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

11.07.2020

Azərbaycan türkləri ilə eyni dil qrupunu bölüşən salarlar kimlərdir?

11.07.2020

Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq

11.07.2020

Karantin qaydalarını pozaraq Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olunublar

11.07.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.07.2020

DTX XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov ilə bağlı məlumat yaydı

10.07.2020

Biləsuvarda qızını evdə zəncirləyən ata tutulub 

10.07.2020

Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək

10.07.2020

Bir gündə karantin postlarından keçməyə cəhd edən 330 avtomobil geri qaytarılıb

10.07.2020

Bakıda karantin postları yenidən qurulub

10.07.2020

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

10.07.2020

COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı

09.07.2020

Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib 

09.07.2020

Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü

09.07.2020

Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb

09.07.2020

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

09.07.2020

Bakı Dövlət Universiteti və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndərin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

09.07.2020

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

09.07.2020

DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı

09.07.2020

Xaçmazın giriş-çıxışlarında postlar quruldu, hərəkətə ciddi nəzarət başladı

09.07.2020

Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi

09.07.2020

General-leytenant Fuad Məmmədov  vəzifəsindən azad edilib

09.07.2020

Əkin sahələri və meyvə bağları ciddi zərər çəkib

09.07.2020

Sağalan COVİD xəstələrinə arayış necə verilir? - RƏSMİ AÇIQLAMA

08.07.2020

Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib

08.07.2020

Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 465 nəfər sağaldı, 9 nəfər öldü

08.07.2020

Bakıda polisə hücum etdiyi deyilən şəxslər aşkarlandı

08.07.2020

Dolu düşəcəyi gözlənilir

08.07.2020

Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri həbs edildi

08.07.2020

Karantin postlarından 500 avtomobil geri qaytarılıb

08.07.2020

Abşeron magistral kanalında yenidənqurma işlərinin başa çatdırılması üçün 8,5 milyon manat ayrıldı - SƏRƏNCAM

07.07.2020

Hüquq fakültəsində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib

07.07.2020

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 453 nəfər sağaldı, 7 nəfər öldü

07.07.2020

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub