"Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərkibində 5 regional idarə yaradılmasında məqsəd dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etməkdən ibarətdir"
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, nazir Əbülfəs Qarayev bu sözləri oktyabrın 25-də Ucar rayonunda vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında bildirib.
Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb: "Bildiyiniz kimi, hər ay yerlərdə vətəndaşların qəbulu təşkil olunur. Bölgələrdə insanlarla görüşlər keçirilir, onların problemləri dinlənilir, qaldırdıqları məsələlərin öz həllini tapması üçün dəstək göstərilir. Bu dəfə də vətəndaşlarımız tərəfindən bir sıra məsələlər qaldırıldı. Bunlar mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yüksəldilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, musiqi və incəsənət məktəblərinə musiqi alətlərinin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı oldu. Şəhər və rayonlarda əhali ilə keçirilən görüşlər qaldırılan məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır".
Ə.Qarayev Prezident İlham Əliyevin "Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" fərmanı və "Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında" sərəncamına da toxundu: "Məlum olduğu kimi, Şəmkir və Ağsu şəhərinin tarixi hissəsində arxeoloji qazıntılar aparılırdı. Bu məkanlar tariximizin, mədəni irsimizin nə qədər zəngin olduğunu bir daha nümayiş etdirir. Aparılan arxeoloji qazıntılar, aşkar olunan mədəni sərvətlər təhlil olundu və cənab Prezidentin sərəncamı ilə həmin ərazilərdə qoruqlar yaradıldı. Bu istiqamətdə işlər həyata keçiriləcək, sərəncama uyğun olaraq yeni yaradılan bu iki qoruq, eləcə də "Çıraqqala–Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Nizami Gəncəvi məqbərəsi" kompleksinin də yer aldığı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu öz işini müasir tələblər səviyyəsində quracaq".
Ə.Qarayev daha sonra Ucar rayon Mərkəzi Kitabxanasına gələrək Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşən "Uşaq kitab karvanı" layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak etdi.
Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, "Nəsimi ili" çərçivəsində keçirilən tədbirin məqsədi, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir.
Ə.Qarayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək yerlərdə səyyar kitab sərgilərinin təşkil olunmasını gənclərdə və kiçikyaşlı uşaqlarda mütaliəyə marağı daha da artdığını vurğuladı.
Tədbirdə uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Solmaz Amanova, elmi-fantastik əsərlərin müəllifi Reyhan Yusifqızı çıxış edərək uşaqlar üçün yazılan hər bir əsərin ədəbiyyatın çox vacib tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Son illərdə nəşr olunmuş kitablar haqqında məlumat verən yazarlar "Uşaq kitab karvanı" layihəsinin həyata keçirilməsinə görə nazir Ə.Qarayevə təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, layihə çərçivəsində Ucar rayon MKS-nin Uşaq şöbəsinə 400 kitab hədiyyə olunub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib.
Strategiya.az
Ermənistanın talan etdiyi mədəniyyət abidələrimizin sayı açıqlanıb
Gəncə hadisələri ilə əlaqədar dünya muzeylərinə müraciət edildi
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir
AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı
Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması beş ölkəyə fayda verəcək
"Brent" nefti bahalaşıb
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar - Əli Həsənov
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu
Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə ilə bağlı sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq
Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
MN: Komissiyanın “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur
Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciətinə baxılıb
Diqqət! Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər - XƏBƏRDARLIQ
Ermənistanda daha 351 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər ölüb
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
Bakıda qar yağacaq
Prezidentin Şuşa səfərinin tarixi və siyasi əhəmiyyəti
İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq
Həftəsonları ictimai nəqliyyat işləməyəcək
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa məscidini ziyarət ediblər (FOTO)
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub