Hər ayı müxtəlif sənət layihələri, festival və sərgilər, konsert proqramları və yeni tamaşalarla bol olan paytaxtın mədəni həyatında 2019-cu ilin son ayı gəlib çatdı. Dekabr ayında da şəhərin teatr-konsert müəssisələrinin afişa-repertuarları tədbir və təqdimatlar sarıdan çox zəngindir. Üstəlik, həmişəki kimi, Bakı yenə qonaq-qaralı olacaq.
Bu ay İspaniyadan və Macarıstandan pianoçular Senya Son və Tamaş Erdi, Belçikadan violin ifaçısı Mark Buşko, Türkiyənin caz vokalçısı Sibel Köse və digər məşhurlar konsert zallarımızda çıxış edəcək. “Azərbaycan vokalçıları” festivalı ayın konsert proqramlarına əlavə rəng qatacaq. “Rusiya Teatrı ili” çərçivəsində “Sankt-Peterburq Opera” teatrı paytaxtımıza qastrol səfərinə gələcək. Akademik Rus Dram, Gənc Tamaşaçılar teatrları hərəsi dekabrda iki premyera planlaşdırıb. Yuğ teatrı bu ay (3 dekabr) 30 illiyini qeyd edir. Akademik Milli Dram və digər teatrlar noyabrın sonlarında “Cəfər Cabbarlı həftəsi”ndə premyerasını etdikləri tamaşaları bu ay da sənətsevərlərə təqdim edəcəklər. Heydər Əliyev Sarayında Nəsiminin 650 illiyi münasibətilə F.Əlizadənin “Nəsimi passion” vokal-xoreoqrafik tamaşasının nümayişi nəzərdə tutulub. Ayın son həftəsi isə ənənəvi olaraq mədəniyyət ocaqlarında Yeni il şənlikləri – tamaşa və konsertlərlə yadda qalacaq.
Bir sözlə, dekabr ayının mədəniyyət mənzərəsi olduqca rəngarəngdir və uşaqdan böyüyə hər kəsin marağına uyğun geniş seçim imkanları var. “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi isə sizlərə bu işdə bələdçilik edə bilər.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər ay nəşr olunan “Mədəniyyət+Afişa” mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Afişa” əlavəsinin dekabr sayında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının, eləcə də Şuşa Dövlət Musiqili Dram Teatrının göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür. Bundan əlavə, ay ərzində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı və Bakı Musiqi Akademiyasının Opera studiyasında təqdim olunacaq konsertlər də diqqətə çatdırılır. Nizami Kino Mərkəzində ekrana çıxan filmlər, yaxud Bakı Dövlət Sirkindəki yeni proqram barədə məlumat almaq istəyənlər də nəşrdən yararlana bilərlər. Teatrların ayılıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər, sərgilər və s. haqqında təqdimat yazıları, anons-informasiyalar da verilib.
Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun mədəni tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.
Qeyd edək ki, “Afişa” əlavəsinin yeni nömrəsi noyabrın 30-dan etibarən paytaxtdakı 1, 3 saylı “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası və Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr əldə də edə bilərlər.
Layihənin məqsədi ictimaiyyəti paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkilində onlara informasiya dəstəyi verməkdir.
Strategiya.az
Ermənistanın talan etdiyi mədəniyyət abidələrimizin sayı açıqlanıb
Gəncə hadisələri ilə əlaqədar dünya muzeylərinə müraciət edildi
Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər
2021-ci il Ermənistan üçün dərin sosial-iqtisadi problemlərlə başlayıb
2021-ci il Azərbaycanda sosial-iqtisadi inkişaf ili olacaqdır
Türkiyə əsl qiymətini aldı və NATO-nun ən mühüm qurumunun komandanı təyin olundu
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa məscidini ziyarət ediblər (FOTO)
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər - VİDEO
Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşüb
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
Azərbaycanda 1159 nəfər COVID-19-dan sağalıb, 380 nəfər yoluxub, 14 nəfər vəfat edib
Dəymiş ziyanın məbləği məlum oldu - - RƏSMİ AÇIQLAMA
Qobustanda vulkan püskürüb
Mövlud Çavuşoğlu: Ermənistan macəralardan uzaq olmalıdır
Azərbaycanın xarici işlər naziri Pakistan Prezidenti ilə görüşüb
Vüqar Səfərli həbs edilib
Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkar edilərək götürülüb
Fransa Güləş Federasiyası Azərbaycan Güləş Federasiyasından üzr istəyib
Polis əməliyyat keçirib, tutulanlar var
Şuşada hərbçilərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
Səfərbərlikdən tərxis olunan şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyada növbəti müraciətlərə baxılıb
Azərbaycan neftinin bir barreli 56,57 dollara satılır
Bu proseslərdən sonra koronavirus idarə ediləcək səviyyədə olacaq - Baş infeksionist
Tərtərdə yol çəkən traktor minaya düşüb, sürücü yaralanıb
Şah Mahmud Qureşi Azırbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb
Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin İslamabad bəyannaməsi qəbul edilib
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in əsassız ittihamlarını rədd edib
Azərbaycanda 1322 nəfər COVID-19-dan sağalıb, 474 nəfər yoluxub, 16 nəfər vəfat edib
Prezident İlham Əliyev: Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan xalqının irsini məhv etmək istəyirdi
Tərxis edilmiş şəxslərlə bağlı komissiya iki gündə 532 müraciətə baxıb
Şamaxı rayonunda zəlzələ olub
Keçən il dövlət büdcəsinin gəlirlәri 24,6 milyard manat, xərclәri isə 26,4 milyard manat olub
“Azeri Light” neftinin bir barreli 56,82 dollara satılır
Azərbaycanda əhalinin sayı açıqlanıb
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə 20 milyon manat müddətli əlavə ödənilib
Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edildi
Media sahəsində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycanda koronavirus infeksiyasından 1276 nəfər sağalıb, 519 yeni yoluxma faktı qeydə alınıb
ICESCO-nun Baş direktoru: Bizim bu yerlərdə gördüyümüz mənzərə əsl faciədir
İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb
Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər
ICESCO nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri başlayıb
FAO: son otuz ildə 420 milyon hektar meşə sahəsi itirilib
Neft qiymətləri bahalaşıb
“Azərenerji” Suqovuşandakı kiçik su elektrik stansiyalarının təmirinə başlayıb
Şagirdlərin qış tətili olacaqmı? - Nazirlikdən açıqlama
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub
Azərbaycan Prezidenti: 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə düşünməliyik
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı
Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir