Məşhurlar xalqa çağırış etdi - Evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun

10:58 / 27.03.2020

Ümumdünya Səhiyyə Təşkilatının başlatdığı "evdə qal, həyatları xilas et" aksiyasına artıq cəmiyyətin bütün təbəqələri, o cümlədən mədəniyyət xadimləri də qoşulub. Onlar hər kəsi hökumətin koronavirus infeksiyasına qarşı qabaqlayıcı və təxirəsalınmaz tədbirlərini dəstəkləməyə çağırırlar. Ziyalılar evdə qalmağın müsbət tərəflərindən danışaraq, bu fürsətdən kifayət qədər faydalanmağı məsləhət görürlər.

Xalq artisti İlham Namiq Kamal açıqlamasında bildirib ki, karantin müddəti insanların xeyrinə olan qərardır:

“Həyatda çətin günlər olur, belə vaxtlarda insanlar dözümlü, səbrli və həmrəy olmalıdır. Bir şeyi unutmamaq lazımdır. Hər bir insanın özünü qorumağı, dövləti, xalqı qorumaq deməkdir. Ona görə də, qaydalara tək özümüz üçün deyil, cəmiyyətimiz üçün əməl etməliyik. Hazırda mən və ailəm birlikdə karantin rejiminə riayət edərək, evdə qalırıq".

Xalq artisti deyir ki, xüsusuilə şəhərdə olanlar imkan daxilində qaydalara uyğun hərəkət etməlidir:

"Bu dövrdə insanların bir-biri ilə görüşməsi əvəzinə evdə oturub ailələri ilə zaman keçirmələri daha məqsədəuyğundur. Bu qərar həm də ailələrdə mehribanlığı, yaşlılara və uşaqlara olan diqqəti artıracaq. Əsasən də valideynlər evdə qaldığı müddətdə övladlarına daha çox zaman ayıra, qayğı göstərə bilərlər. Mən insanları dövlətin, ölkə başçısının göstərdiyi xeyirxah niyyəti, xalqına qayğısını dəstəkləməyə çağırıram. Hörmətli vətəndaşlar evdə qalın, əllərinizi tez-tez yuyun, daha sonra spirtləyin”.

Əməkdar artist Bəhram Bağırzadə isə artıq bir həftədir ki, evdə olduğunu söyləyir:

"Mən artıq bir həftədir ki, evdəyəm. Gün ərzində yalnız bir saat həyətə düşüb gəzirəm ki, ayaqlarım tutulmasın, qan dövranım yaxşılaşsın.

 
O qeyd edib ki, təkcə özü yox, ailəsi də bir həftədir ki, evdə qalaraq karantin rejiminə əməl edir:

“Biz Azərbaycan dövlətinin qayda-qanununa riayət edirik. Evdə qalaraq həkimlərin tövsiyələrinə uyğun hərəkət edirik. Çalışırıq ki, panikaya düşməyək. Ailəmizdə yalnız mənim həyat yoldaşım həkim olduğu üçün öz vəzifə borcunu yerinə yetirir və hazırda evdə yox, xəstələrinin yanındadır".

B.Bağırzadənin sözlərinə görə, insanlar başa düşməlidirlər ki, onlar digərlərini də xəstələndirə bilərlər:

"Vətəndaşlara tövsiyə edirəm ki, siz də evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun. Tez-tez əlləri yumaq, bizim hamımıza hələ uşaq vaxtından öyrədilib. Adi təmizlik qaydalarını gözləməklə, virusdan qoruna bilərik”.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xətlərə zəng etmək ciddi tövsiyə olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
12.08.2020

İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb

12.08.2020

Ermənistan atəşkəsi 35 dəfə pozdu

12.08.2020

Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri

11.08.2020

Müdafiə Nazirliyi: Xaricdə məskunlaşan bəzi üzdəniraq şəxslər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyası aparırlar

11.08.2020

Nazirlər Kabineti ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı qərarına dəyişiklik edib

11.08.2020

Mövlud Çavuşoğlu: Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçərsə, biz onun yanında olacağıq

11.08.2020

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilib

11.08.2020

"Qarabağ" neft yatağının üst modulları hazırlanır

11.08.2020

Rusiyada daha 130 nəfər pandemiyanın qurbanı oldu

11.08.2020

Neboyşa Stefanoviç: Serbiya ilə Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur

10.08.2020

“Bu gün ən böyük problemimiz səriştəli, bacarıqlı müəllimlərimizin çox az olmasıdır” – MÜSAHİBƏ

10.08.2020

Prezident İlham Əliyev: Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı

10.08.2020

Beyrutdakı partlayışların Bakıdakı əks-sədası

10.08.2020

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib

10.08.2020

Gələn həftə Məhərrəm ayı başlayır

10.08.2020

Azərbaycan Ordusunun generalı vəfat edib

10.08.2020

Ermənistan atəşkəsi 35 dəfə pozub

10.08.2020

Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

10.08.2020

Azərbaycanda koronavirusla əlaqədar süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb

09.08.2020

Aleksandr Lukaşenko seçkilərdə qalib gəlib

09.08.2020

Belarusda prezident seçkiləri baş tutmuş hesab olunur

09.08.2020

Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü

09.08.2020

Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib

09.08.2020

Koronavirus xəstələrinin olduğu oteldə yanğın baş verib

09.08.2020

Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu

08.08.2020

COVID-19 səbəbindən yerli xalqların bəzi icmaları yer üzündən sadəcə yox ola bilər

08.08.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı rekord sayda azalıb

08.08.2020

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

08.08.2020

“ЛІГАБізнесІнформ”: Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası: bir düyün, iki çıxış yolu

08.08.2020

TƏBİB həkimlərə məzuniyyət verilməməsi məsələsinə aydınlıq gətirdi

08.08.2020

Kaspi Abituriyent hazırlığı kursları növbəti tədris ilinə necə hazırlaşır?
Müsahibə

08.08.2020

Prezidentin köməkçisi: Hələ ki, heç bir ölkə virusa qalib gəlməyib

08.08.2020

ELMƏ VƏ TƏHSİLƏ HƏSR OLUNMUŞ ÖMÜR

08.08.2020

Karantin rejimindən hamımız yorulmuşuq, bu bir əziyyətdir - Şahmar Mövsümov

08.08.2020

2006-cı ildən etibarən Xəzərin səviyyəsi enir - RƏSMİ

07.08.2020

Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

07.08.2020

Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır

07.08.2020

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

07.08.2020

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07.08.2020

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

07.08.2020

İki tarixin əbədi qəhrəmanı-FOTOLAR

07.08.2020

2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

07.08.2020

Azərbaycanda koronavirusla mübarizə sahəsində həyata keçirilən effektli tədbirlər öz müsbət nəticələrini verməkdədir!

07.08.2020

Müdafiə Nazirliyi: Ermənistan atəşkəsi 34 dəfə pozub

07.08.2020

Beyrutda liman administrasiyasının 16 məmuru saxlanılıb

07.08.2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

06.08.2020

COVID-19: Avropada vəziyyət pisləşir

06.08.2020

Prezident İlham Əliyev: Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur

06.08.2020

Prezident İlham Əliyev: biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik

06.08.2020

Azərbaycan Prezidenti: Bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər