Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının ərazilərindəki tarix və mədəniyyət abidələrinə münasibətdə vandalizm aktlarının davam etdirilməsi Azərbaycan xalqının mədəni sərvətlərinin məhv edilməsi məqsədini daşıyır. İşğal altındakı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox etmək, bir qismini erməniləşdirmək, Azərbaycan xalqına məxsus mədəni irs nümunələrini mənimsəmək kimi qeyri-qanuni fəaliyyət Ermənistan Respublikasının məkrli siyasətinin əsasını təşkil edir.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinindən bildiriblər. Ermənistan Respublikasının təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus sənədli abidələr, memarlıq və tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalıb.
Ermənistan Respublikasının Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasətinin nəticəsidir ki, işğal altında saxladığı Azərbaycan ərazilərində təxminən 10 mindən çox yer adları, daşınmaz tarix və mədəniyyət abidələrinin adları və yüzlərlə digər toponimlər dəyişdirilərək başqa adlarla əvəz edilmişdir. Ermənistan qeyri-qanuni fəaliyyətə yol verərək işğal edilmiş ərazilərdə çoxlu sayda erməni kilsələri tikir, erməni terrorçularının xatirəsinə memorial komplekslər ucaldır.
Hazırda işğal olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix və mədəniyyət abidəsi var ki, bu abidələrin əksəriyyəti məhv edilmiş və ya mənimsənilmişdir. Dövlət mühafizəsinə götürülən abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.
Sentyabrın 27-sindən Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızı Ermənistan Respublikasının işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatlarına başlamışdır. Cəbhə boyu sıxışdırılan düşmən Azərbaycanın mülki əhali yaşayan ərazilərini raket atəşinə tutmağa başlayıb. Bunun nəticəsində atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. Qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə (inv. 213) ciddi ziyan dəyib.
Bundan əlavə oktyabrın 4-də Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə ağır artilleriya atəşə tutulub. Nəticədə 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb, şəhərdəki mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən dövlət mühafizəsinə götürülmüş 3838 inventar nömrəli “Kişi gimnaziyası” adlı tarixi abidəyə ciddi ziyan dəyib. Eyni zamanda Gəncə şəhərində yerləşən "İmamzadə ziyarətgahı" kompleksinin yaxınlığına düşən raket mərmisi abidə üçün real təhlükə yartmışdır.
Azərbaycan Respublikası tərəfindən müvafiq beynəlxalq təşkilatlar vasitəsilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfindən növbəti dəfə mülki əhali və obyektlərin, tarixi abidələrin hədəfə alınması beynəlxalq humanitar hüququn, "Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasəti davam etdirməsinin göstəricisidir.
Strategiya.az
Ermənistanın talan etdiyi mədəniyyət abidələrimizin sayı açıqlanıb
Gəncə hadisələri ilə əlaqədar dünya muzeylərinə müraciət edildi
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir
AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı
Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması beş ölkəyə fayda verəcək
"Brent" nefti bahalaşıb
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar - Əli Həsənov
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu
Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə ilə bağlı sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq
Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
MN: Komissiyanın “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur
Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciətinə baxılıb
Diqqət! Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər - XƏBƏRDARLIQ
Ermənistanda daha 351 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər ölüb
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
Bakıda qar yağacaq
Prezidentin Şuşa səfərinin tarixi və siyasi əhəmiyyəti
İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq
Həftəsonları ictimai nəqliyyat işləməyəcək
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa məscidini ziyarət ediblər (FOTO)
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub