Azərbaycanlı aktrisadan etiraf: "Atam məni evdən qovdu..."

13:18 / 29.10.2014

Strategiya.az əməkdar artist Firəngiz Babayevanın milli.az-a müsahibəsini təqdim edir.

 

- Firəngiz xanım, tamaşaçılar sizi “Məhkumlar”, “Toy gecəsi” və s. seriallardan, bədii filmlərdən yaxşı tanıyırlar. Üstəlik də uzun illərdir ki, müxtəlif teatrlarda çalışmısınız. İlk iş yeriniz hansı teatr olub?

- Mən o vaxt universiteti qırmızı diplomla bitirdiyim üçün seçimimdə azad idim. Qanuna əsasən, istədiyim teatrı seçə bilərdim. Mən də Mingəçevir teatrını istədim. Orada mənə birotaqlı mənzil də verdilər. Bir neçə il sözügedən teatrda işlədim.

- Sonra nə oldu?

- Sonra o şəhər mənə yadlaşmağa başladı. Sıxılırdım, qala bilmirdim. Ona görə də Sumqayıt Dövlət Teatrına gəldim. Fəaliyyətimi bir müddət də orada davam etdirdim. Ən axırda isə Bakıya köçdüm. Bakı Bələdiyyə Teatrında çalışmağa başladım. O gündən bu yana həmin teatrdayam.

- Bakıya gələndə ailə qurmuşdunuz?

- Bəli, həmin ərəfədə artıq ailə qurmuşdum. Ancaq yoldaşımı çox tez itirdim. Qızım on yaşında olanda o, dünyasını dəyişdi.

- Evin bütün yükü sizin çiyinlərinizə düşdü... O vaxt seriallar da yox idi. Yalnız teatr məvacibi ilə necə dolanırdınız?

- Həm də nəzərə alın ki, məvacibimiz də yüksək deyildi. Sağ olsunlar, Amaliya xanım və rəhmətlik Yusif müəllim, mənə teatrda əlavə bir işi – truppa müdirliyini də həvalə etdilər. İki işin məvacibini almağa başladım.

- Amma belə baxanda siz tələbəlik illərində, eləcə də Mingəçevirdə olanda tək yaşamısınız. Özünüzü yaxşı-pis dolandıra bilirdiniz. Təkliyə də öyrəşmisdiniz, imkansızlığa da...

- Orası elədir, ancaq tələbəlik illərində özüm qazandıqlarımdan savayı, evdən də mənə pul göndərirdilər. Lakin üstü açılanda ki, mən İncəsənət Universitetində oxuyuram, atam məni evdən qovdu. İllərlə mənimlə danışmadı.

- Bu “sirr”in üstünü kim açdı ki?

- Dördüncü kursda oxuyanda rayona getmişdim. Qardaşım tələbə biletimi görüb atama göstərdi. Rəhmətliyin başından elə bil “qaynar su” tökdülər (gülür). Elə həmin gün gecəylə Bakıya gəldim.

- O, dünyadan köçməmiş sizə halallıq verdi?

- Bəli, şükürlər olsun ki, ondan halallıq ala bildim.

- Sonra sizin üçün necə günlər başladı?


- Nəyin bahasına olursa-olsun, qızımı sağlam böyütməyə çalışdım. Ona atasızlığını hiss etdirmək istəmirdim. Bütün səylərim bunun üçün idi.

- İndi qızınız da Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyur. Aktrisalığı öz seçimi ilə etdi, yoxsa onu siz yönləndirdiniz?
- Öz istəyi ilə bu peşəni seçdi. Mən heç vaxt isətməzdim ki, qızım aktrisa olsun. Onu hüquqşünas kimi görmək istəyirdim. Ancaq çox təəssüf ki, onu fikrindən daşındıra bilmədim. Hal-hazırda üçüncü kurs tələbəsidir. Artıq seriala çəkilir. “Qisas” serialında baş rolu canlandırır.

- Maraqlıdır, onun sənətə marağı haradan yarandı?

- O, uşaq olanda mən onu özümlə teatra aparırdım. Bir dəfə Yusif müəllim onu gördü. Dedi, bu gözəl qız aktrisa olmalıdır. Onu səhnəyə çıxartdı. Bizimlə birlikdə tamaşa oynadı. Səhəri gün iclasda hamımızdan yaxşı onun oynadığı vurğulandı (gülür). O isə "yaxşı oynadımsa, pulumu verin" dedi. Rəhmətlik Yusif müəllim də cibindən pul çıxardıb ona verdi. Dedi ki, qızım, halal xoşun olsun. Qızım o pulu boş yerə istəmirdi. Sonradan mənə məlum oldu ki, xəstəxanada yatan atası üçün dərman pulu istəyirmiş.

- Firəngiz xanım, sizin tay-tuşlarınızın çoxu artıq xalq artistləridir. Sizcə, vaxt yetişib?

- Hələ ki, əlimdən gözləməkdən başqa bir şey gəlmir (gülür)...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM