Əməkdar artistin qızı niyə boşandı? " İndiki ağlım olsaydı ..."

16:08 / 25.02.2015

Keçən həftə sizə əməkdar artist Firuzə İbadova və qızı Hülyanın birgə müsahibəsini təqdim etmişdik. Və söz vermişdik bu həftə əməkdar artistin qızı Hülyanın həyatı, boşanması barədə bizə danışdıqlarını sizə təqdim edəcəyik. Anası kimi onun da taleyi alınmadı. Hülya da Firuzə xanım kimi gənc yaşında boşandı və bir qız övladı ilə birgə tək qaldı. Yenidən həyatını qurmaq barədə düşünməyən Hülya çox pozitiv xanım olsa da gözlərində dərin kədər gördüm. Müsahibə alan zaman  xoş aurası, səmimi söhbəti, mehribançılığı ilə bizi də özünə aludə etdi. Hülyanın boşanması, şəxsi həyatı barədə ilk dəfə danışdıqlarını ATV.az sizə təqdim edir:

- Hülya, həyatın alınmadı, boşandın. Övladınla tək qaldın, səbəb nə idi, niyə belə oldu?

- Səbəblər olmadı desəm, yalan olar. Ancaq biz iki mədəni insan kimi ayrıldıq. Münasibətimiz övladımıza görə hələ də qalır. Sadəcə oğlanın ailəsi özü söz vermişdi ki, bizim Bakıda da evimiz olacaq, olmadı. Mən də bir uşağam. Atam yox, bacı-qardaşım yox biz anamla bir almayıq ikiyə bölünmüşük. Biz necə ayrı qalaq? Balıq susuz qala bilər ? Yox, mən niyə anamsız yad bir ölkədə qalım?! O öz anasını istəyir, onunla qalmaq istəyir, mən də öz anamla.

- Onu yola gətirməyə heç çalışmadınmı?

- Bəlkə o zaman uşaq idim, belə oldu. İndiki ağlım olsaydı onu yola gətirə bilərdim. Dəyərdim gəl burada qalaq, ya mən ayda iki dəfə gedim, gəlim.

- Ola bilərmi ki ikinci dəfə ailə həyatı qurasan, gəncsən, gözəlsən...

- Heç vaxt 2-ci dəfə ailə qurmaram. Çünki mənim ailəm var. Mənim anam və balam var. Mən övladımı heç vaxt boynu bükük etmərəm. Mən nə görmüşəmsə o yolu gedirəm.

- Sanki ananın taleyini yaşayırsan.

- Bəli. Mənim anam qədər gözəl, tanınmış, sevilən qadın ola bilmərəm. Onun qədər  sevə və sevilə bilmərəm. Mənim anam məni heç kəsin qarşısında əksiltmədi, yenidən ailə qurmadı. Dəfələrlə ona elçi gəldi, amma anam bir söz dedi ki,mənim qızım var, mənə yaraşmaz.

- Bəlkə Firuzə xanıma buna görə daha sıx bağlısan?

- Bəlkə də hərdən düşünürəm ki, Allah mənim anama olan sevgimi, istəyimi bu dərəcədə gördü məhz bu səbəbə yoldaşımla bizim ailəmiz alınmadı. Əslində yoldaşımla çox gözəl münasibətimiz var, ayrılmaz yollarımız var. Nə olsun boşanmışıq, amma yoldaşımla tez-tez görüşürük. Bizim birgə övladımız var. Sadəcə o ayrı ölkədə yaşayır. Mən Allahımdan razıyam. Allah belə rəva bildi ki, biz ayrılaq.

- Bəs xaricdə oldun bir müddət, anan üçün çoxmu darıxırdın?

- İnanın Allaha, hər gün ağlayırdım. Deyirdim ay Allah, mən razıyam boşanım, tək qalım, amma məni anama qovuşdur.

- Amma anandan başqa qızın Hökümə də var. Onunla da maraqlanmaq üçün kifayət qədər zamanın olurmu?

- İnanın ki, anam xəstə olanda heç bilmirəm Hökümə hardadı. Hər şeyi atıram anamla məşğul oluram. Bu yaxınlarda anamın təzyiqi çox yüksək idi. Elə bildim həyatımın yarısı getdi, ancaq onunla məşğul oldum. Hərdən anama deyirəm ki, bax ölmə ha... Əgər sən ölsən, qızımla özümü dənizə atacağam. Deyirəm ona ki, xəsətələnmə. Sənə nəsə olsa ölərəm mən. Çünki anam həqiqətəndə həyatda məni yaşadan yeganə varlıqdır, hərşeyimdir o mənim...

- Hülya keçmiş həyat yoldaşından rəsmi boşanmısanmı?

- Bəli.

- Yenidən onunla evlənə, barışa bilərsənmi?

- Belə deyim, olarsa ailəm yoldaşımla olar, olmazsa da heç kəslə.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM