7 dəfə ərə gedən aktrisa, 5 dəfə evlənən yazar, 6 dəfə toyu olan müğənni

16:46 / 18.03.2015

Əksər insanlar həyatda bir dəfə evlənirlər. Onlar bu evliliyin ömür boyu sürməsini arzulayır və buna nail də olurlar. Ancaq istisnalar da çoxdur. Xüsusilə də şou aləminin məşhurları tez-tez evlənib boşanırlar. Min bir ümidlə başlayan evliliklər qısa müddətdə bitir, sonra yenisi başlayır. Teleqraf.com Türkiyənin və dünya ulduzlarının evlilik həyatları və bir vaxtlar evli olduqları keçmiş həyat yoldaşları haqqında maraqlı faktları təqdim edir:

 

Mehmet Əli Ərbil Türkiyənin ən çox evlənən məşhurlarından biridir. Ərbil ilk dəfə gənc yaşlarında qızı Sezinin anası Muhsine Kamiloğlu ilə ailə qurub. Daha sonra boşandığı Kamiloğlu ilə ikinci dəfə evlənib. Erbil sonra maneken Nergis Kumbasar ilə evlənib. Məşhur şoumenin ondan da bir qızı olub. Ərbil dördüncü dəfə Sədəf Altuntaşla ailə qurub. Ancaq bu evlilik də uzun sürməyib. Sonra o, Tuğba Erbil ilə evlənmişdi. Ali Sadi adında bir uşaqları da oldu. Ancaq bu uşağın olması evliliklərini davam etdirmək üçün yetərli olmadı.

ÜNLÜLERİN EVLİLİK DEFTERLERİ

 

Türk pop musiqisinin ˝minik sərçəsi˝ kimi tanınan Sezen Aksu ilk dəfə Hasan Yüksektepe ilə nikah masasına oturub. Daha sonra Engin Asku ilə evlənib. Aksu 1980-cı ildə isə üçüncü dəfə Sinan Özer ilə ailə qurub. Bir il sonra oğlu Mithatcan dünyaya gəlib. Aksu 1993-cü ildə jurnalist Ahmet Utlu ilə dördüncü evliliyini gerçəkləşdirsə də, bu evlilik də uzun sürməyib.

ÜNLÜLERİN EVLİLİK DEFTERLERİ

 

Aktirisa Esra Akkaya ilk dəfə Arda adlı bir həkimlə ailə qurub. Sonra teatr aktyoru Yetkin Dikinciler ilə nikah masasına əyləşib. Bu evlilik də uzun sürməyib. Akkaya üçüncü dəfə universitet müəllimi Fırat bəylə ailə qurub. Dördüncü dəfə evləndiyi Kudret Sabancıdan isə qalmaqallı şəkildə boşanıb. Hal-hazırda Harun Uygural ilə evlidir.

ÜNLÜLERİN EVLİLİK DEFTERLERİ

Okan Bayülgen ilk dəfə çox gənc yaşda bir Fransız qadınla ailə qurub. Bu evlilik qısa sürüb. Daha sonra reklamçı Gaye xanımla evlənib. Ancaq bu evlilik də boşanmayla nəticələnib. Bayülgen aktrisa Zeyno Gönenç ilə üçüncü dəfə ailə qurub. Dördüncü dəfə isə Şirin Ediger ilə ailə quran Baylgenin İstanbul adlı bir qızı var.

ÜNLÜLERİN EVLİLİK DEFTERLERİ

Deniz Seki illər öncə iş adamı Turan Başaranoğlu ilə ailə qurub. Ancaq evlilik boşanmayla nəticələnib.

ÜNLÜLERİN EVLİLİK DEFTERLERİ

Hülya Avşar ilk dəfə Mehmet Tecirli ilə ailə qurub. Avşar illər sonra bu dəfə Kaya Çilingiroğlu ilə ailə qurub. Bu evlilikdən bir qızı olub. Bu evlilik də boşanmayla bitib.

ÜNLÜLERİN EVLİLİK DEFTERLERİ

 

Türkiyənin evlilik rekordsmeni olan məşhurlardan biri də Gönül Yazardır. İlk dəfə 32 yaşlı Necdet Yazarla nikah masasına əyləşib. İkinci dəfə isə özündən 27 yaş böyük Bedii Çap ilə evlənib. Yazar 1963-cü ildə Özden Çelik ilə üçüncü dəfə evlənib. Daha sonra "Qalatasaray"ın əfsanəvi futbolcusu Metin Oktay ilə dördüncü, iş adamı Ercan Akınla 1972-ci ildə beşinci dəfə ailə qurub. Sinan Birsel ilə 1979-cu ildə altıncı dəfə ailə quran Yazar 1997-ci ildə sonuncu dəfə Fahrettin Akçınar ilə ailə qurub.

ÜNLÜLERİN EVLİLİK DEFTERLERİ

İki məşhur sənətçi bir vaxtlar evli idilər. Olcay ilk dəfə aktyor Selcuk Yöntem ilə evlənib. Bu evlilik uzun sürməyib. Olcay daha sonra uşaqlıq aşiqi Zafer Olcay ilə evlənib. Onların Seren adlı bir qızları olub. Olcay sonuncu dəfə Haluk Bilginer ilə evlənib. Ancaq bu evlilik də boşanmayla nəticələnib.

ÜNLÜLERİN EVLİLİK DEFTERLERİ

Türkiyənin evlilik rekordsmenlərdindən biri də Seda Sayandır. Sayanın ilk həyat yoldaşı Sarıyerli futbolcu Rıdvan Kılıçdır. Ancaq bu evlilik 6 ay sürüb. Sayan sonra "Beşiktaş"lı Sinan Engin ilə evlənib, bir oğlu olub bu evlilikdən. Sayanın bu evliliyi də boşanmayla bitib. Sonra Soner Yapcacık ilə nikah masasına əyləşib. Sayan dördüncü dəfə iş adamı Tuncay Kıratlı ilə evlənib. Sayanın məşhur futbolcu Hakan Şükürün qardaşı Gökhan Şükür ilə evliliyi də qısa sürüb. Seda Sayan boşandıqdan qısa müddət sonra Onur Şan ilə ailə qurub. Ancaq xoşbəxtliklə başlayan bu evlilik də uzun sürməyib, bir il sonra bitib.

ÜNLÜLERİN EVLİLİK DEFTERLERİ

Yeşim Salkım ilk dəfə qızı Gizemin atası ilə ailə qurub. İkinci dəfə Hakaln Uzanla nikah masasına əyləşib. Daha sonra Arben İçli ilə evlənən Salkım hazırda aktyor Hakan Eratik ilə evlidir.

ÜNLÜLERİN EVLİLİK DEFTERLERİ

Azərbaycana gəldikdə isə, Xalq artisti Faiq Ağayev 1 dəfə evli olub. 2004-cü il dekabrın 21-də Nigar Topçubaşova adlı xanımla ailə quran xalq artisti 2 il sonra, 17 fevral 2006-ci ildə qalmaqallı şəkildə boşanıb. Həmin illərdə cütlüyün boşanma xəbəri mediada böyük səs-küy yaratmışdı. Müğənnidən boşanandan sonra Nigar yenidən ailə həyatı qurub ana olsa da, F.Ağayev hələ də subaydır.

Faiq Ağayevin eks-qaynı onun sevgilisi imiş.....

Xalq artisti Aygün Kazımova İlqar adlı bəylə ailəli olub. Onlar uzun illərdir ayrılsalar da, hələ də rəsmən boşanmadıqları deyilir. Bu evlilikdən Kazımovanın bir qızı var. Sənətçi ilk evliliyindən sonra rəsmən ailə qurmasa da, onun bir müddət meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olması heç kəsə sirr deyil.

Xalq artisti Nazpəri Dostəliyeva 1 dəfə ailə qursa da ailəsi dağılıb. 2 oğlu var. 

Xalq artisti Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.

Müğənni Məleykə Əsədova bir dəfə ailə qurub və boşanıb. Bir qızı var. 

Əməkdar artist Elza Seyidcahan bir dəfə ailəli olub. Bu nikahdan bir qızı, bir oğlu var.

"Eurovison-2011”in qalibi Nigar Camal kiprli Haluk Camalla ailə qurub. İki qız övladı var: Jasmin və Səidə. Müğənni bir müddət öncə həyat yoldaşından rəsmən ayrılıb.

Müğənni İzzət Bağırov 2 dəfə ailə qurub. İlk evliliyi uzun sürməyən müğənnin  birinci evliliyindən övladı olmasa da, ikincidən 3 uşağı var. Sonuncu övladları əkiz doğulub.

Müğənni Nura Suri şou-biznesdə ən çox ərə gedən məşhurlardandır. 3 dəfə ailə qurub. 3 oğlu var.

Фото: Предупреждение! Кто захочет оклеветать мою дочь Нуру Сури – за ней стоит такая мать, как я – ветеран Карабахской войны / Интересное

Prodüser Roland Bayramov 3-cü dəfə ailə qurub. Sonuncu toyu 2013-cü ilin sentyabrında olub.

Prodüser Tolik (Tarix Əliyev) də bir dəfə evli olub və boşanıb.

Müğənni Kərim Abbasov 2008-ci ilin yanvar ayında prodüser Təranə Səmədova ilə evli olub. Qalmaqallı şəkildə də boşanıblar. Kərim ikinci dəfə qonşuları Təranə adlı xanımla evlənib.

Əməkdar artist Mətanət İsgəndərli övladları körpə olarkən qalmaqallı şəkildə boşanıb. Hətta həyat yoldaşı ANS-in "Günə baxan” verilişinə çıxaraq, M.İsgəndərlini ittiham etmişdi.

Əməkdar artist Firuzə İbadova ailə qursa da, ailəsi dağılıb. Eyni hal qızı Hülyanın başına da gəlib.

Xalq artisti Ağadadaş Ağayev iki dəfə rəsmi nikahda olub.

 

Əməkdar artist Abbas Bağırov bir dəfə ailə qurub boşanıb. Afət adında qızı var. Hazırda subaydır.

Əməkdar artist Almaz Ələsgərlinin ailəsi uzun sürməyib, tezliklə dağılıb. Qızları da anasının yaşadığını yaşayıb. Onların da ilk evlilikləri uğursuz olub. 

Repçi Elşad Xose (Elşad Əliyev) 2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girsə də, evlilikləri bir neçə ay çəkib. Boşanıblar. Hazırda ikisi də subaydır.

ANS-in keçmiş aparıcısı Ülvira Qarayeva 2 dəfə rəsmi nikaha girib. İlk evliliyindən 1 qızı var. İkinci evliliyi isə aparıcılıq etdiyi "Toy olsun” verilişinin iştirakçısı, meyxanaçı Tərlan Mustafayevlə olub. Onunla da boşanıb.

 

Müğənni Mətanət Əsədova 1 dəfə ailə qursa da, boşanmalı olub.

"Şeron” qrupunun üzvü Rüstəm Zeynallı iki dəfə ailə qurub. İkinci dəfə ailə qurduğu Həcər xanım xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızıdır. Həcərlə Rüstəm 2008-ci il noyabrın 11-də keçirilən toy mərasimi ilə vətəndaş nikahına daxil olublar. Onların rəsmi nikahı olmayıb. Bir neçə ay öncə isə 2-ci dəfə ailə qurduğu xanımı da boşayıb.

 

Müğənni Səidə Dadaşova sosial şəbəkə vasitəsi ilə tanış olduğu Türkiyə vətəndaşı Səlçuk Gökgözlə ailə qurub, qalmaqallı şəkildə də boşanıb. Hər iki tərəf xəyanətin boşanmaya səbəb olduğunu deyir.

 

Əməkdar artist Tünzalə Ağayeva rejissor Rəhmanla ailə həyatı qurub, boşanıb. Həmin evlilikdən bir qızı var.

Müğənnilər Təranə Qumral və Musa Musayev- hər iki məşhurun ilk evliliyi uğursuz olub. T.Qumralın ilk evliliyindən 2 qızı var. Musayev isə ilk dəfə xalası qızı ilə evli olub. Onu boşayıb Təranəni alıb. İkinci evliliyindən Sevgi adında qızı var. Bir neçə il sonra isə Təranə, Musadan boşanmaq qərarına gəlib. Cütlük rəsmən boşansa da, hazırda eyni evdə yaşayır.

 

Müğənni Xatun 1 dəfə ailə qurub, boşanıb. İlk evliliyindən 1 oğlu var.

 

Müğənni Zamiq Hüseynov 2009-cu ildə Nigar Rəfiyeva ilə evlənsə də, boşanıb. Evlilikləri bir neçə ay çəkib.

 

Müğənni İlqar Sail 2 dəfə ailə qurub. İlk evliliyi puç olan müğənni 2-ci evliliyində özündən qat-qat kiçik bir xanımla nikaha girib.

 

Müğənni Vasif Məhərrəmli 2 dəfə evlənib. İkinci toyu bu il mediadan gizli Tovuz rayonunda baş verib. İlk evliliyindən Əfşan adlı qızı var.

 

Niyaməddin Musayev də bir neçə dəfə ailə quran sənətçilərdəndi. Məlumata görə, sənətçi ilk evliliyindən dünyaya gələn övladlarının anasını, analıq hüququndan da məhrum edib.

 

Müğənni Rəqsanə İsmayılova isə Goranboy rayonuna gəlin köçüb. Aysun adlı qızı dünyaya gəlib, sonradan boşanıb. 

 

Dünya ulduzlarına gəlincə, Culiyaa Robert həmkarı Lyle Lovett ilə evlənib boşanıb.

 

Cennifer Lopez ilk dəfə Ojani Noa ilə ailə qurub. Kriss Judd ilə ikinci dəfə ailə quran Cenniferin bu evliliyi də uzun sürməyib. Lopez hazırda Mark Entoni ilə evlidir.

 

Məşhur aktyor Conni Depp Lori Anne Allison ilə evlidir.

 

Uma Turman öncə Hari Oldman ilə ailə qurub. İkinci dəfə isə aktyor Ethan Heyklə ailə qurub.

 

 

Məşhur ulduz Demi Mur ilk dəfə hazırda soyadını daşıdığı musiqiçi Fredd Mur ilə ailə qurub. Daha sonra uzun müddət Brus Uills ilə evil olub.

 

Melani Qriffit Don Conson ilə iki dəfə evlənib boşanıb.

 

Pamela Anderson ilk dəfə Tommy Lee ilə ailə qurub. Daha sonra Kid Rock ilə evlənib. Üçüncü dəfə ailə qurduğu Rick Salomon ilə də evliliyi uzun sürməyib.

 

Tom Kruz ilk dəfə özündən yaşca bpyük Mimi Rogers ilə ailə qurub.  İkinci dəfə Nikol Kidman ilə uzun müddət ailəli olub. Katie Holmes ilə üçüncü dəfə nikah masasına əyləşən Tom Kruz bu evlilikdən də məmnun qalmayıb.

Ancelina Coli ilk dəfə Coni Lee Miller ilə ailə qurub. Daha sonra Billi Bob Tornton ilə evlənib. İndi isə Bred Pitt ilə birlikdədir.

 

Elizabet Teylor Hollivudun evlilik rekordsmenidir. Ancaq ən böyük eşqi ilk dəfə evlənib boşandığı Riçard Burton idi. Teylorun evlənib boşandığı şəxslər:

Maykl Vildinq

 

Maykl Todd

 

Edi Fişer

 

Con Varner

 

Larri Forntenski

 

Kinonun əfsanəvi sarışını Merlin Monro ilk dəfə Ceyms Doqerti ilə ailə qurub.  Daha sonra Coy DiMacco ilə ailə qurub. Məşhur yazıçı Artur Miller Monronun üçüncü həyat yoldaşıdır.

 

Bred Pitt Cennifer Eninston ilə evlənəndə heyranları çox üzülmüşdü.

Macar əsilli ulduz Zsa Zsa Gabor düz 8 dəfə evlənib boşanıb. Evləndiyi şəxslər arasında Türk əsilli Burhan Belge də var.  


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM