QƏTİYYƏTLİ İNSAN, SƏDAQƏTLİ VƏTƏNDAŞ

12:29 / 22.12.2015

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

 O, zahiri sərtliyi altında nüfuzedilməz qalan, yalnız sonradan-sonraya dərk oluna bilən dərin şəxsiyyətlərdəndir.                                                     

Dövlətin əmələ gəlməsinin bütün ictimai formasiyalarında müəyyənedici amil kimi iqtisadi şərait, mülkiyyətin formalarının meydana gəlməsi və cəmiyyətin siyasi təşkilatlar qismində fəaliyyəti mühüm rol oynamışdır. Daxili siyasət daxili təhlükəsizliyin təmin olunmasından asılı  olduğu üçün həmişə müəyyən zor metodlardan və funksiyalardan istifadə edilib.

Tarixən ölkə daxilində ictimai tarazlığı sabit saxlamaq, təhlükəsizliyin təmini, qəsdlərə qarşı adekvat reaksiya hakimiyyətin müəyyən səlahiyyətlərə malik olan spesifik təyinatlı sturukturları tərəfindən həyata keçirilib. Cəmiyyət inkişaf etdikcə bu inkişafı stimullaşdıran islahatlar prosesində baş verən dəyişikliklər müxtəlif növ hüquqa zidd hərəkət və ya hərəkətsizliklərin mövcudluğuna şərait yaradıb. Təbii olaraq polis həmişə neqativ hallarla mübarizədə öndə olub. Bəzən mobil qüvvə ilə mütəşəkkil dəstələrə qarşı həyata keçirilmiş çevik əməliyyat tədbirləri zamanı  sağlamlığın qismən itirilməsi, həlak olma halları olsa da, bu qrumun şəxsi heyəti dövlətçiliyin qorunması və ərazi bütövlüyünün bərpasında, xidməti fəaliyyətlərini ləyaqətlə icra etmiş və cinayətkarlıqla mübarizə istiqamətində şərəfli, lakin məsuliyyəti ağır olan bir vəzifənin öhdəsindən gəlmişdir.

Azərbaycan Respublikası demokratik, hüquqi, unitar və dünyəvi dövlətdir. Bu dəyərlər konteksində ölkədə siyasi sabitliyin qorunub saxlanılmasında Daxili İşlər orqanlarının şəxsi heyətinin xidməti danılmazdır. Azərbaycan Polisinin səlnaməsində Daxili İşlər Nazirləri həmişə anılacaq, xatırlanacaq. Heç birinin fəaliyyətinə gölgə salmadan deyə bilərəm ki, Arif Heydərovun, Cəfər Vəliyevin, peşəkar generallardan Kamil Məmmədovun, Tofiq Aslanovun və digərlərinin işgüzarlığı, qətiyyətləri və təşkilatçılığı, DİN-nin əməliyyat fəaliyyətinə təsirsiz ötüşməyib. Belə insanlarla DİN-nin strukturları zənginləşib, kadr potensialında peşəkarlığın artırılmasına imkan yaranıb.

Ramil Usubov peşəkar çekistlərin sırasından çıxan, polisdə çalışdığı uzun illər  ərzində hər cür ekstremal şəraitlərdə müvazinətini saxlaya bilən, aldanmayan və polis məmuru kimi ictimai nüfuzunu qoruyan ali rütbəli dövlət rəsmisidir. İndi O, DİN-nin əməliyyat fəaliyyətini hər gün dəyişən demokratikləşmə prosesinə, vətəndaş cəmiyyətinin ovqatına uyğun olaraq cinayətkarlığın dinamikasında baş verə biləcək yeni-yeni cinayətlərin qarşısını almağı və cəmiyyət üçün bir sıra mənfi yönlü prosesləri lokallaşdırmağı bacaran bir orqanın rəhbəridir. Xidməti pillələrdə bacarığı, səriştəsi, qətiyyəti, cəsarəti, riskli şəxs kimi peşəkarlığı  ilə irəli çəkilən, çevik qərar qəbul etməyi bacaran, əməliyyat – axtarış fəaliyyətlərində yaranmış versiyalara uyğun tapşırıqlar verə bilən, qabiliyyəti həddində DİN-in yüksək piramidasını fəth edən bir generaldır. Ramil müəllim hər gün özünə hesabat verməyi bacarır. Hansı qərarında yalnışliğa yol veribsə o məsələləri analiz və sintez etdikdən sonra ədalət ortaya çıxır.

Bütövlükdə Ramil müəllimin həyat yolu keşməkeşlidir. O, Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin əməliyyat üzrə rəis müavini, Əli Bayramlı şəhər polisinin, DİN-in Cinayət Axtarış İdarəsinin, Pasport işləri, Viza və Qeydiyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. İki dəfə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri olub. 1994-cü ildən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Naziri vəzifəsində yorulmadan çalışır. Ramil müəllim, Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.    Bir qədər də keçmişə qayıtsaq nazirin karyerasına uzanan çətin, lakin, mənalı yolu maraqlıdır. 90-cı illərin əvvəlinə qədər dünya siyasətinin mahiyyətinə yaxşı bələd olan, hətta bəzən ona diplomatik gedişləri ilə korrektələr etməyi bacaran, sınanmış dövlət xadimi, fövqəl dərəcədə peşəkar çekist , həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləmiş Ümummilli Lider Heydər Əliyev Muxtar Respublikanın Daxili İşlər Naziri Ramil Usubovu özünün uzaq görən siyasi süzgəcindən artıq keçirmişdi. Daha obrazlı ifadə etsəm Heydər Əliyevin erudik  potensiyası üçün Naxçıvan kiçik “plasdarm” kimi görünürdü.  Heydər Əliyev xarizmatik siyasətçı və dövlət xadimi kimi cəbhə hakimiyyətinin süqutunu əvvəlçədən görürdü. Və Azərbaycan xalqının onu Bakıya dəvət edəcəyini düşünürəm ki,  gözləyirdi. Cəbhə hakimiyyəti də xalqın istəyini öncədən sezə bildi və bir növ xalqı qabaqlayıb Heydər Əliyevi ölkə paytaxtına –hakimiyyəti idarə etmək , Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün dəvət etdi. Bu tarixi reallığın diqtəsinin canlı təzahürü idi. Heydər Əliyevin kadr ehtiyatında  Azərbaycanı idarə etmək üçün şəxsi və məxfi müsahibəsindən keçən məmurlar az deyildi. Ramil Usubov gələcəyinə ümüd bəslənən belə namizədlərdən biri idi. Həmin vaxt R. Usubov Muxtar Respublikanın Daxili İşlər Nazirliyinə ikinci dəfə idi ki, rəhbərlik edirdi. Etiraf etmək lazımdır ki, Ramil müəllim üçün də erudiyasına, enerjisinə, qabiliyyət və bacarığına görə Muxtar Respublikanın əməliyyat şəraiti öz potensialını reallaşdırmaq baxımından kiçik idi...

Zaman yetişdi. Heydər Əliyev Bakıya dəvət olundu. Sonra nə baş verdi? Sonra sözün həqiqi mənasında xalqın coşan, kükrəyən tələbi Heydər Əliyevi bir daha ölkəni idarə etmək kürsüsünə yüksəltdi. Xalqın arzusu, hamının tələbi reallığa çevrildi. Heydər Əliyevin rəhbərliyinin ilk aylarında şəraitin, siyasi situasiyanın keçid mərhələsində Respublika Daxili İşlər Naziri postuna Vaqif Novruzov təyin edilmişdi. Az sonra Vaqif Novruzov bu yükü daşıya bilmədi və tutduğu vəzifəsindən istefaya göndərildi.

Prezidentin yanında DİN-in fəaliyyətinin müzakirəsi ilə bağlı yığıncaqda Ramil Usubov da Naxçıvan MR-nın naziri kimi dəvət olunmuşdu. Elə həmin yığıncaqda Ramil Usubov Azərbaycan Respublikasının Daxili İşlər Naziri təyin olundu. Təyinat hamı üçün gözlənilməz olsa da, lakin dövlətçiliyimizin möhkəmləndirilməsi, sabitliyin davamlı saxlanılması baxımından nə qədər uğurlu olduğunu zaman özü sübut etdi. Nazir ölkənin siyasi və hüquqi coğrafiyasına yaxşı bələd olduğundan cinayətkarlıqla mübarizə siyasəti səmərə verir.

Zənnimcə hər bir ölkənin Daxili İşlər naziri siyasi persona kimi ölkə daxilində baş verə biləcək ictimai təhlükəli əməllərin qarşısını almaq, qeyri aşkar şəraitdə törədilən cinayətlərin açılması, axtarışda olanların yaxalanması istiqamətində siyasi bacarığından da istifadə etməli, müvafiq ərazi strutukturlarına verilən əməliyyat tapşırıqlarının icrasına nəzarəti həyata keçirmək, hədəfləri dəqiq müəyyənləşdirmək üçün siyasi keyfiyyətlərə də malik olmalıdır.

 DİN-nin şəxsi heyəti fəaliyyət istiqamətlərinə görə fasiləsiz olaraq vətəndaşlarla təmasda olan bir orqandır. Digər dövlət sturukturları DİN qədər şəxsi heyətə malik deyil və DİN qədər də ölkə daxilində asayişin mühafizəsi, dislokasiya üzrə patrul və yol-patrul xidməti, dövlət obyektlərinin mühafizəsi, və əməliyyat-axtarış üzrə fəaliyyətlə məşğul olmurlar.

Bəzən polis əməkdaşları ilə vətəndaşlar arasında yaşanan münasibətləri dramatikləşdirib polisin nüfuzuna xələl gətirə biləcək həddə çatdırmaq qəbul edilməzdir. Nəqliyyat vasitələrinin həddən çox olduğu bir vaxtda, nəqliyyatın hərəkət istiqamətinin kəsişən yerlərində, tıxaclar yarananda, günün qızmar vaxtlarında,  yağmurlu havalar da polisin – Yol Patrul əməkdaşlarının xidmətinə hamımız şahidik. Kütləvi aksiyalar zamanı polislə vətəndaşlar arasında yaranan qarşıdurmalara görə də polisi suçlayanlar var. Asayişin mühafizəsi zamanı inkişaf etmiş bütün ölkələrdə polisin mövqeyi oxşar və sərtdir. Azərbaycan polisi digər ölkələrin asayiş keşikçiləri ilə müqayisədə vətəndaşlara qarşı daha nəzakətlə davranır. Axı hissə qapılmış, neqativ emosiya ilə köklənmiş kütlə idarəolunmaz səviyyəyə çatanda məcburetmə metodundan mübahisəsiz istifadə etmək zərurəti yaranır. Vaxtilə Nəsrəddin Tusi: “Dövlət əxlaq, adət-ənənələr, islami dəyərlər, qanunlarla möhkəmlənməlidir ki,qapısız, tavansız, pəncərəsiz ev kimi hər yoldan ötənin üzünə açıq olmasın” -demişdi.

Güman edirəm ki, dövlətçiliyi qorumağın, saxlamağın bir yolu da zərurət yarandıqda güc tətbiq etməkdən keçir.

2015-ci ilin Noyabr ayının soyuq son günləri də yəqin ki, yaddan çıxmaz. Nardarandakı kütləvi itaətsizlik həddində konstitusiya quruluşunu devirmək istəyən, sabitliyi pozan bir qrup keçmişi bulanıq şəxslərin asayişi pozması nəticəsində iki polis əməkdaşının xidməti vəzifəsini icra edərkən həlak olması və müəyyən qisminin müxtəlif növ ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi qeyd etdiyim şərəfli xidmətin canlı fəaliyyətinə aiddir. Həmin ekstremal şəraitdə polis davranmalı olduğu kimi davrandı.

Cəmiyyət hansı səmtə üz tutsa, polis orada qərar tutmalıdır. Qeyd etdiklərimdən belə nəticəyə gəlmək olar ki, polis orqanları, digər hüquq-mühafizə orqanları kimi dövlətçiliyə, xalqa və vətəndaşlara xidmət edən bir orqandır. Qarabağ uğrunda savaşın ilk mərhələlərində, döyüş bölgələrində vuruşan, tərəddüd etmədən, canını əsirgəmədən, mərdanəliklə düşmənə sipər olanlar polis deyildimi? Bu, təkcə onların xidməti borcu yox, vətən –xalq qarşısında vəzifəsi idi. Həmin ərəfədə polis ölkə daxilində cinayətkarlıqla, (“özümüzünkülərlə”) ərazi bütövlüyümüzün bərpası məqsədilə isə düşmənlə üz-üzə dayanırdı.  Bu, Azərbaycan polisinin alnına yazılmiş səlnamədə qızıl hərflərlə ifadə olunan  şərəfli bir xidmət sahəsinin səhifəsidir.

Hörmətli General-polkovnik, Ramil müəllimi tanıyanlar onu xoşməramlı insan kimi xatırlayırlar. O və yaxın ətrafı, Xocalı faciəsinin canlı şahidləridir, bu faciəni yaşayıblar, şəhidlər veriblər.

Mən, General Usubovu nazir, general-polkovnik və sadə bir insan kimi mənəvi yaşantılarını, olayların kontekstində dəyərləndirməyə çalışdım. Yadıma Napoleonun iltifat göstərdiyi adamlardan olan Lui Perderə ürəyini açdığı nadir anlardan birində dediyi sözlər düşdü: “Mənim varlığımda iki müxtəlif adam yaşayır. Düşünən beyinli və duyan ürəkli. Elə fikirləşməyin ki, məndə başqalarına qarşı kin var, həssas qəlb yoxdur. Mən hədsiz dərəcədə xeyirxah adamam.” Bu fikirləri general Usubova da birbaşa aid etmək olar. Onun cinayətkarlığa qarşı barışmaz mövqeyi, sadə insanlara qarşı isə həssas qəlbi var, qətiyyətli nazir, sədaqətli vətəndaşdır. Onun nüfuzunu, şəxsiyyətini səciyyələndirən dəyərlər iki keyfiyyətin şəraitə, reallığa adekvat, obyektiv qərarlar qəbul etməyə imkan verən yüksək təfəkkür səviyyəsinin və bu qərarların həmişə ədalətli olmasını təsdiqləyən  duyan ürəyinin üzərində qurulub. Bu mənada general Usubov haqqında yazdıqlarım  Balzakın Napoleon haqqında dediyi mənalı fikirlərinin mənəvi ünvanı ola bilər:  “Zahiri sərtliyi altında, fəaliyyət göstərdiyi müddətdə nüfuzedilməz qalan, sonradan-sonraya dərk oluna bilən dərin şəxsiyyətlərdəndir.” Məhz bu düşüncələrlə Ramil müəllimlə və DİN-in fəaliyyəti ilə bağlı emosiyalı düşüncələrimə korrektələr etməli oldum. Məni təsirləndirən və bu yazını yazmağa vadar edən digər mühüm səbəb isə cənab nazirin- Ramil müəllimin qəbulunda olan hər bir kəsin müraciətinə humanistcəsinə yanaşmasıdır.

Qəbuldan sonra müəyyən vaxt ərzində həmin görüşün təəssüratı altında olursan. O, xeyirxah, isti ürəyə sahib olsa da, qeyd etdiyim kimi cinayətkarlığa qarşı mübarizədə və dövlətçiliyə yönələn neqativ hallarla barışmaz mövqedə duran,  mübariz ali rütbəli dövlət məmurudur.

DİN-nin fəaliyyətində çatışmazlıqlar həmişə olub, var və olacaq. Amma həmin səhvlər yığılıb qalmır, vaxtında aradan qaldırılır.

Polis cinayətkarlıqla mübarizədə seysmik yükü çiynində daşıyan çevik bir orqandır. Fəaliyyət istiqamətlərini vətəndaşların köməyilə işgüzar təmas mühiti yaradılmaqla həyata keçirir.

Təəssüf ki, bəzən cəmiyyətin fərqli sosial yönümlü kəsimləri, ayrı-ayrı vətəndaşlar, bəzi kütləvi informasiya vasitələri tərəfindən gerçəklik ədalət və insafla dəyətləndirilmir. Nəticədə yanlış təbliğatın təsiri altında vətəndaşların polisə münasibətində inamsızlıq, etimadsızlıq toxumları səpilir. Bu mənim üçün çox narahatedici məsələdır. Çunki, polis dövlətin mötəbər dayaqlarından biridir. Ona etimadın azalmasına çalışmaq xətalıdır. Polisin hədəfində olan düşərgədə ağı qara kimi vermək də,  kriminogen durumun gərginləşməsinə səbəb ola bilər.

Milli inkişafımızın başlıca şərti kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən bərqərar olunan, hazırda Onun layiqli davamçısı  İlham Əliyev tərəfindən nəzarətdə saxlanılan siyasi sabitlik, general-polkovnik Ramil Usubovun, Onun kollegiyasının siyasi yetkinliyinin və hadisələrə çevik reaksiyasının nəticəsidir.

Sonda: Azərbaycan dövlətinin təməlini Azərbaycan xalqının vahidliyi təşkil etdiyindən, biz bölünməz bir dövlətin başçısı ətrafında sıx birləşməliyik.

                                                                                                     


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM