Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)

12:26 / 25.04.2017

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

 

 

Kibernetika (yun. Επιστήμη συστημάτων) —yunan sözü olub, "İdarəetmə incəsənəti, məharəti və bacarığı" mənasını verir. Kibernetika əks əlaqəyə malik olan sistemlərin idarə olunması, məlumatın ümumi qanunauyğunluqla əldə edilməsi, saxlanılması, habelə informasiyanın mürəkkəb idarəçilik sisteminə yenidən ötürülməsinin təşkili haqqında elmdir.  

 Kibernetikanın əsası amerikan riyaziyyatçısı Norbert Vinerin (1894-1964) 1948-ci ildə çap edilmiş "Kibernetika" kitabı ilə qoyulmuşdur. Bu elmin orijinallığı sistemin maddi tərkibindən, strukturundan və sistemlərin nəticəsindən ibarətdir. "Qara qutu" anlayışı da ilk dəfə kibernetikada işlənib hazırlanmışdır. “Qara qutu” elə bir informasiyalar mexanizmidir ki, əldə olunan potensialın və bu potensialın strukturunun köməyi ilə müəyyən əməliyyatları həyata keçirmək mümkün olur. Bu elmin köməyi ilə mürəkkəb sistemlərin xarici təsirlərə cavab reaksiyaları, onların həyata keçirdikləri funksiyalar öyrənilir. Kibernetikada sistemlərə substrat (maddi) və struktur yanaşma ilə bərabər, sözün geniş mənasında sistemli yanaşmanın funksional variantından da istifadə olunur. 

XVII əsr və XVIII əsrin əvvəlləri – saat əsri, XIII əsrin sonu və XIX əsr – buxar maşını dövrü, hazırki dövrü də əlaqə və idarəetmə dövrü adlandırmaq olar. 

Kibernetika terminini Platon, sonra isə A.M.Amper* işlətmişlər. Amper elmlərin təsnifatını verərkən insan cəmiyyətinin idarə edilməsi haqqında elmi Kibernetika adlandırmış, lakin çox keçmədən unudulmuşdur. 1948-ci ildə Norbert Viner “Kibernetika” əsərini yazmaqla bu termin yenidən elmə daxil edilmişdir.  

Kibernetikanın formalaşmasına XX əsrin 40-cı illərində yaradılmış Hesablayan Elektron Maşının həlledici təsiri olmuşdur.  

Kibernetikanın elmi-tədqiqat obyekti kibernetik sistemdir. (texniki, bioloji, iqtisadi, sosioloji və s. sistemlər.) Bu bölgü müəyyən mənada şərtidir. Kibernetik sistemin mürəkkəbliyi onun bütün elementlərini xarakterizə edən parametrlərin sayı (sistemin ölçüləri) və həmin elementlər arasındakı əlaqələrin ümumi sayı və müxtəlifliyi (sistemin strukturu) ilə təmin edilir. Belə sistemi öyrənərkən onun elementlərə ayrılmasından və bir çox elementin qrup şəklində birləşərək bir element kimi təsvirindən istifadə edilir.  

Kibernetik sistemin elementi anlayışı müəyyən mənada şərti olub, qoyulmuş məqsəddən və sistemin öyrənilmə dəqiqliyindən və s. asılıdır.  

Bu sistem, yaxud onun elementi ümumi halda informasiya çevricisi kimi götürülə bildiyindən obyektlərin kibernetik baxımdan öyrənilməsi, onlarda informasiyanın alınması, ötürülməsi, saxlanması və çevrilməsini öyrənmək deməkdir.  

Kibernetika elmi, yaranmamışdan əvvəl idarəetmə prosesləri avtomatik idarəetmə ilə öyrənilirdi. İnformasiyanın avtomatik toplanıb yadda saxlanılması və

 

  *Böyük Fransız fiziki, riyaziyyatçısı, Paris Akademiyasının üzvü Andre Mari Amper. Elektrik enerjisini fizikaya o gətirmiş, təbiət haqqında maqnetizm (1775-1836) (elektromaqnitin qarşılıqlı hərəkətinin təzahürü) hipotezası ona məxsusdur.

keçmiş təcrübənin nəticəsi kimi istifadəsi mümkün olmadığından, yalnız sadə obyektlər və idarəetmə sistemləri tədqiq edilirdi. HEM vasitəsilə bu məsələ tam həllini tapdı və kibernetik idarə sistemi yaradıldı. Bu sistem informasiayanın toplanıb yadda saxlanması, avtomatik təhlili və alınan nəticəyə görə prosesi məqsədəuyğun idarəetmə imkanları Kibernetikanın ən əsas məsələsinin (insanın zehni əməyinin avtomatlaşdırılması) həllinə imkan yaratdı.  

Kibernetik sistemin əsas məsələsi alınan informasiyanın işlənməsi əsasında elə idarəedici təsir siqnalları yaratmaqdan ibarətdir ki, bu zaman müvafiq məqsəd funksiyası ən əlverişli yolda yerinə yetirilsin. Bu funksiyanın və sistemin xarakterinə görə müxtəlif idarəetmə sistemləri yaradılır. Ən sadə sistem avtomatik tənzimləmədir. (Proqramla idarəetmə, izləyici sistem, optimal idarəetmə) (1)

Azərbaycan Respublikasında kibernetika əsasən XX əsrin 50-ci illərindən inkişafa başlamışdır. Sistemin rəngarəngliyi artdıqca informasiyalar da müvafiq olaraq çoxalır. Kibernetikanın əsas qanunlarından biri "zəruri rəngaranglik" qanunudur. Bu qanuna görə hər bir sistemin eftektli idarə olunması yalnız o halda mümkün ola bilər ki, idarə edən sistemin rəngarəngliyi, idarə olunan sistemin rəngarəngliyindən geniş olsun. 

Öyrənilən obyektlərin geniş dairəsini əsas tutaraq bir sıra müəlliflər kibernetikanı "müasir fəlsəfə", "elmi-texniki inqilab dövrünün fəlsəfəsi" də  adlandırmışlar. Kibernetikanın məzmunu fəlsəfi problemlərlə zəngin olsa da, fəlsəfə deyil. Onun özünəməxsus, lakin təlsəfənin predmetindən (təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi qanunları) daha məhdud və dar olan xüsusi idarəetmə predmeti vardır. Bu problemlərin həlli kibernetikanın hüdudlarını aşaraq fəlsəfi təhlil sahəsinə daxil olur. Bu baxımdan, elmi-dialektik fəlsəfə kibernetikanın dünyagörüşü və metodoloji əsası kimi çıxış edir. 

Fəlsəfə ilə kibernetikanın qarşılıqlı əlaqəsi səciyyəvi xarakter daşıyır. Bütövlükdə kibernetikanın nəzəriyyə və idrak üçün əhəmiyyəti aşağıdakı cəhətlər ilə müəyyən olunur: 

Fəlsəfi əhəmiyyəti: kibernetika əlaqənin, idarəetmənin, informasiyanın, təşkil olunmanın, əks əlaqənin, məqsədəuyğunluğun və ehtimalın (hipotezanın) roluna əsaslanaraq dünya haqqında, təbiət və cəmiyyət haqqında yeni təsəvvürlər irəli sürür. Bu spesifik, kibernetikaya xas cəhət onun sosial əhəmiyyəti ilə bağlıdır.  

Ümumelmi əhəmiyyəti: Bu cəhətin əhəmiyyəti üç məna ilə yozulur: a) kibernetika -elmin digər sahələrinə mühüm əhəmiyyət kəsb edən ümumelmi anlayışlar (idarəetmə, mürəkkəb dinamik sistem, informasiya və s.) verir; b) elmə yeni tədqiqat metodları (ehtimal metodu, stoxastik metod, EHM-də modelləşdirmə və s.) bəxş edir; v) "siqnal-cavab" funksional yanaşma metodu əsasmda kibernetik sistemlərin tərkibi və strukturu haqqmda sonrakı tədqiqatların gedişində yoxlanıla bilən hipotezləri irəli sürür. Məsələn, texniki sistemlər üçün işlənib hazırlanmış yeni qaydaya görə, sistemdəki xətanı tapmaq üç eyni sistemin vəziyyətini  yoxlamaqdan asılı olur. Onlardan ikisinin işinə görə, üçüncünün səhvləri tapılır. 

Metodoloji əhəmiyyəti: kibernetikanın metodoloji əhəmiyyəti sadə texniki sistemlərin funksiyalaşmasının öyrənilməsi, mürəkkəb sistemlərdə (canlı orqanizmlər, insan təfəkkürü və s.) cərəyan edən proseslərin (həyatın yenidən hasil edilməsi, təhsil və s.) dərk edilməsində istitadə olunur. Bu qəbildən olan kibernetik modellərin müasir elm üçün əhəmiyyəti onunla şərtlənir ki, hazırda mürəkkəb sistemlərdə cərəyan edən proseslərin adekvat təsvirini verən riyazi tənliklər olmadığından, onların daha sadə modelləri ilə kifayətlənmək lazım gəlir. 

Texniki əhəmiyyəti: kibernetikanın texniki əhəmiyyəti mövcud kibernetik prinsiplər əsasında elektron hesablama maşınlarının, robotların və şəxsi kompyuterlərin yaradılması elmi-idrak yolu, eyni zamanda həyat sahələrinin kibenetikləşdirilməsi və informatikləşdirilməsi ilə bağlı olur. 

Beləliklə, kibernetika sahəsində cinayətkarlıq (kibercinayətkarlıq) kibernetika məkanında (fəzasında) kompyuter sistemlərinin və ya kompyuter şəbəkəsinin, habelə kiberməkanına giriş imkanı olan sair vasitələrin köməyi ilə,  kompyuter sistemi və ya kompyuter şəbəkəsi  çərçivəsində, kompyuter sistemi kompyuter şəbəkəsi və  kompyuter məlumatların əsasları əleyhinə törədilmiş cinayətlərin məcmusudur. Dünyada baş verən qloballaşma prosesi və informasiya texnologiyalarının qloballaşması şəxsiyyətə və cəmiyyətə (vətəndaş cəmiyyətinə) təsir üçün qeyri məhdud imkanlar açır. İnformasiya texnologiyasının inkişafının neqativ nəticələrindən biri də, bu sahədə əngəl yaradan, qloballaşma prosesinə ciddi neqativ təsir edən yeni növ cinayətlərin inkişafı və yüksək texnologiyalar dairəsinə yönələn cinayətlərin olmasıdır. Prosesual obrazda ifadə etsəm, yeni forma -hərəkət və hərəkətsizlik nəticəsində yeni növ cinayətlərin baş verməsidir.  

Kibercinayətkarlıq ictimai informasiya mərhələsində aktual və yeni bir cinayət hüquq sahəsidir. Telekommunikasiya texnologiyalarının dünyada sürətlə inkişaf etdiyi qlobal şəbəkə kimi, dövlətin və cəmiyyətin – vətəndaş cəmiyyətinin bütün həyat fəaliyyətinə aid olan sahələri əhatə edir.  

Məhz, buna görə də, virtual məkanda meydan tutan qeyd etdiyim cinayətlərin qurbanları təkcə insanlar yox, bütövlükdə dövlət ola bilər. Milyarddan çox istifadəçilərin təhlükəsizliyi bir neçə qrup və mütəşəkkil dəstədən asılı olacaq.  Artıq,  telekommunikasiya texnologiyalarının inkişafı sahəsində surətli internet mühüm rol oynadığından, dünyanın bir sıra ölkələrində bu cinayətlərin sayı artmaqda davam edir, 

Beynəlxalq statistik məlumatlara görə 11 iyun 2007-ci ildə dünya üzrə kibercinayətlərə dair milyondan çox şikayət daxil olmuşdur.  

Son zamanlar kibercinayətkarlığın subyektlərinin peşəkarlığı da artmaqda davam edir. İnformasiya texnologiyaları sürətlə inkişaf etdikcə və evolyusiyanın nəticəsi olaraq bu sahədə cinayətlərin də inkişafına şərait yaranır, qloballaşan informasiya şəbəkəsindən istifadəçilərin həyatı üçün yeni növ hədələr ərsəyə gəlir.  

Elmi və texniki nailiyyətlərdən cinayətkar məqsədlər üçün istifadə edilməsi  problemli məsələdir. Yer kürəsinin bir çox nöqtələrində milyonlarla kompyuter şəbəkəsini birləşdirən internet saytları var, bu şəbəkələrdən istifadəçilərin sayı 2008-ci ilə qədər 1.5 milyard nəfəri ötmüşdü. İnternetə qoşulan kompyuterlərin sayı isə 1 milyarda qədər olması yeni təhlükənin inkişafından xəbər verir. Bu, yer kürəsi əhalisinin ¼  hissəsi deməkdir. 2013-cü ildə bu məkanda istifadəçilərin sayı isə 2.2 milyard nəfəri ötmüşdür.  

Kompyuter şəbəkəsinin sürətlə inkişafı və ictimai fəaliyyətin müxtəlif sahələrini əhatə etməsi, bu sahəyə yönələn cinayət qəsdlərinin də formasının dəyişilməsinə təsir edir.  

XX əsrin 60-cı illərində kompyuter şəbəkələrindən əsas hərbi hissələrdə və elmi müəssisələrdə istifadə olunduğu vaxtlarda məxfi məlumatların itirilməsi və həmin şəbəkələrə icazəsiz daxil olmaq təhlükəsi var idi. 1970-ci illərdə isə kompyuter texnologiyaları sahəsində ilk planda iqtisadi sahədə olan cinayətkarlıq problemi qabardı, bank - kompyuter şəbəkələrinin sındırılması, sənaye casusluğu yolu ilə cinayətkarlıq diqqət çəkməyə başladı.  

1980-ci illərdə kompyuter proqramlarının qanunsuz yayılması və sındırılması yolu ilə diqqət çəkən cinayətlər geniş yayılmağa başladı. 90-cı illərdə internetin inkişafı nəticəsində bütöv bir problemin zolaqları aydın görünməyə başladı. Xüsusi məxfi məlumatlara daxil olma yolu ilə cinayətlər, uşaq pornoqrafiyalarının yayılması, ekstremist halların təbliği və s. problemli məsələ kimi narahatlıq doğururdu.  

Adətən, təcrübədə “Kibercinayətlər”, “Kompyuter informasiyası sahəsində cinayətkarlıq” kimi işlədilir. Hər iki termin bir-birinə çox yaxın, sinonimdirlər. Zənnimcə kibernetika sahəsində kibercinayətkarlıq ingilis dilində olan cybercrime “kompyuter cinayətkarlığı”ndan daha geniş və cinayət hüquq sahəsinə daha yaxın olduğuna görə, informasiya məkanında –fəzasında belə əməllərin təbiətini daha dəqiq əks etdirir. Məsələn: Oksfordun geniş lüğətində “cyber” mürəkkəb sözün komponenti kimi müəyyən edilir. Onun əhəmiyyəti informasiya texnologiyalarına, internet şəbəkəsinə aid olan virtual həqiqətdir. Praktik olaraq Kembridc lüğəti də  “Cyber” sözünü yuxarıda ehtiva edilən məna ilə eyniləşdirir, kompyuterə, internet şəbəkəsinə aid olan hadisə kimi müəyyənləşdirir. Lakin Oksford lüğətindən fərqli olaraq, Kembridc lüğəti “cybercrime” sözünü işlədir. “kibercinayəkarlıq” mənasında diqqət çəkir. Beləliklə “Cybercrime”- bu kompyuterlərdən, qlobal şəbəkələrdən, və məlumat texnologiyalardan istifadə etməklə törədilən cinayətkarlıq anlayışını verir. “Computer crime” termini ancaq kompyuter və kompyuter məlumatlarına qarşı törədilən cinayətlərə aid edilir.

2005-2008-ci illər ərzində kompyuter şəbəkəsini “zəhərləyən” yeni təhlükələr meydana gəlməyə başladı. İstifadəçilərin razılığı olmadan şəbəkələrə daxil olmaqla maraqlarına uyğun hərəkətlərin həyata keçirilməsi nəticəsində cəmiyyət ciddi təhlükələrlə üz-üzə qaldı.  

Qlobal kompyuter şəbəkələrində baş vermiş (verəcək) cinayətlər üçün aşağıdakı cəhətlər xarakterik sayıla bilər:  

  1. Bu sahəyə aid cinayətlər həddən artıq (tamamilə) qeyri aşkar (gizli) şəraitdə baş verir. (bu infrostrukturun mürəkkəbliyi ilə daha çox bağlıdır). 
  2. Şəbəkə cinayətlərinin transsərhəd xarakter daşıması, cinayətkarın, qəsdin yönəldiyi obyektin, zərərçəkmişin başqa dövlətin ərazisində olması;  
  3. Cinayətkarların xüsusi hazırlığa, fəaliyyətlərində (hərəkət və hərəkətsizliyində) intellektual üstünlüyə malik olması;  
  4. Qeyri standarta və mürəkkəbliyə xas, cinayətlərin törədilməsində hər dəfə yeni üsullardan istifadə edilməsi və  avtomatik rejimdə, yerlərdə birdəfəlik cinayətlərin törədilməsinin mümkünlüyü, ayrı-ayrı kompyuterlərin ehtiyatlarından bəhrələnmə; 
  5. Bu, cinayətlərin çoxepizodlu xarakter daşıması, habelə zərərçəkənlərin çoxluğu; 
  6. Zərərçəkənlərin onların maraqlarına yönələn cinayətkar qəsdlərdən xəbərsiz olması;  
  7. Cinayətlərin distant (distant kənardan idarə etmə) üsula malik olması, zərərçəkmişlə cinayətkar arasında fiziki kontaktın olmaması; 
  8. Bu növ cinayətlərin qarşısını almaqda mövcud texniki və digər vasitələrdən istifadə etməyin qeyri mümkünlüyü.  

Müasir dövrdə “kibercinayətlər”, “kompyuter” cinayətləri kimi də (sinonim olaraq) işlədilir.  

Qlobal informasiya məkanı, informasiya meqamühit maddi olmadığından mahiyyəti üzrə təcəssüm olduğu qədər də fiziki daşıyıcı deyil. Hazırda informasiya texnologiyalarının inkişafı ilə “kompyuter” anlayışı artıq silinməkdədir (silinib) Məsələn: praktik olaraq bütün mobil telefonlarının internetə daxil olmaq imkanları var. 3G mobil telefonlarının inkişafı HSPDA (4-cü nəslin şəbəkəsi) texnologiyalar üzrə qlobal şəbəkəyə qoşulmağa qadirdir. Və yaxud (3-cü nəslin şəbəkəsi) UMTS surətli internetə qoşulmaq imkanları da yüksəkdir.  

“Kibercinayətkarlığın”, “kompyuter cinayətkarlığı” terminlərinə bölünməsi yolunda beynəlxalq normalar daha çox, bəlkə də,  birinci terminin istifadəsi üzərində dayanmağı məqsədə müvafiq hesab edir. 2001-ci ildə Avropa Şurası kibercinayətkarlıq haqqında konvensiya qəbul etməklə “computer crim” “cybercrime” terminindən ayrı olaraq istifadəni bir növ imperativləşdirir. Kibercinayətkarlıq kibernetika məkanında baş verən cinayətlər anlayışını verir. Kibercinayətkarlığın mənasını anlamaq üçün ilk növbədə “kiberməkanın” anlayışını təxəyyül etmək lazımdır. Kibercinayətkarlıq haqqında “Model qanun”un müəllifləri, Beynəlxalq elektrik rabitə ittifaqı (2009)  kiberməkanı “fiziki və qeyri fiziki məkan, kompyuterlər, kompyuter sistemləri, şəbəkələr, kompyuter proqramları, məlumatlar, kontent* məlumatlar, məlumatların hərəkəti və istifadəçiləri kimi qəbul edir. Müasir dövrdə BMT-nin eqidası altında kibercinayətkarlığın və bu sahədə olan cinayətlərin dispozisiyasının  cinayət qanunvericiliyində işlədilməsi məqsədə uyğun hesab edilir.                                                                   

Bir az əvvəl qeyd olunduğu kimi kibercinayətkarlıq – kibernetika məkanında (sahəsində) kompyuter sistemlərinin və ya vasitələrinin, yaxud kompyuter şəbəkəsinin köməyi, habelə, kibernetika məkanına sair vasitələrlə daxil olma, kompyuter sistemi və ya şəbəkəsi çərçivəsində və ya kompyuter sisteminə, kompyuter şəbəkəsinə, kompyuter şəbəkəsinin kompyuter məlumatlarına zidd daxil olma ilə törədilən cinayətlərin məcmusudur.  

Bu anlayış BMT ekspertlərinin tövsiyələrinə uyğun hesab edilir. Onların nəzərinə görə kompyuter sistemi və ya şəbəkəsinin köməyi, kompyuter sistemi və ya şəbəkəsi çərçivəsində və yaxud, kompyuter şəbəkəsi və sisteminə zidd baş verən hər cürə cinayətlər kibercinayətkarlığa aiddir. Beləliklə, elektron mühitində baş verən hər cürə cinayətlər kibercinayətkarlığa aid etmək olar.

Bu mənada, “kibercinayətkarlıq” termini informasiya texnologiyaları sahəsində olan cinayətlərin bütün spektrini  əhatə edir. Bu cinayətlərin kompyuterlərdən istifadə (onun köməyi ilə) yolu və yaxud, bu cinayətlərin predmetini kompyuterlərin təşkil  

 

 

  *Kontent –informasiya resurslarında, videomaterialların görüntüsü, mətnin saytlarda, qəzetlərdə yerləşdirilməsi (kontekst-ingilis sözü, kontent-məzmun) mənasını verir.

etməsinin, habelə kompyuterlərdə qorunan məlumat bazasına aid olmasının heç bir fərqi yoxdur. (8)

Kompyuter cinayətlərinə isə kompyuterlərin funksiyasının təhlükəsizliyinə, kompyuter şəbəkəsinə və məlumatların istehsalına yönələn qəsdlər aid edilir. Beləliklə, kompyuter cinayətləri kibercinayətlərin müxtəlif növləridir - desək uyğundur. (10)

Kibercinayətlərinin növləri  

Kibercinayətlər obyektindən, qəsdin predmetindən və törədilmə üsulundan asılı olaraq növlərə ayrılır: 

  1.     I.               Qəsdin obyektinə görə: 

Iqtisadi sahədə kompyuter cinayətləri. Bura aiddir; 

Özəl sahənin toxunulmazlığına və şəxsi hüquqlar əleyhinə olan kompyuter cinayətləri; 

Dövlətin və ictimaiyyətin maraqları əleyhinə olan kompyuter cinayətləri; (11) 

  1.  II.               Kompyuter sisteminin və ya kompyuterlərin istifadə xarakterinə görə kibercinayətlər isə 3 növə ayrılır: 
  2. Əməl. Əməl- kompyuter cinayətlərinin predmeti kimi qəbul edilir. (məlumatların oğurluğu, mənimsənilməsi, icazəsiz( sanksiya olmadan) daxil olma, faylların zədələnməsi və ya məhv edilməsi, və s. 
  3.  Hərəkət. Kompyuterlərdən cinayət aləti kimi istifadə edilməsi (elektron qaydada mənimsəmə, oğurlama)  
  4. Cinayət. Kompyuterlər intellektual vasitələrin roluna çevrilir. (məsələn: internetdə pornosaytların, mənəviyyata zidd məlumatların yerləşdirilməsi və s.) 

Kompyuter sahəsində cinayətlərin ən geniş yayılmış üsulu kompyuterlərin və ya kompyuter vasitələrinin, kompyuter şəbəkələrinin və s. halların köməyi ilə kibernetika məkanına daxil olmaqdır. 

Belə təsnifatı BMT irəli sürərək bu növ cinayətkar fəaliyyəti həm “geniş” həm də, “dar” mənada kibercinayətlərə aid edir.  

Avropa Şurasının “kibercinayətkarlıq haqqında” Konvensiyası kibercinayətləri əvvəlcə dörd qrupa ayırır, sonradan qəbul edilən əlavə protokol əsasında beş qrupa bölünür. İlk qrupda “kompyuter cinayətləri” yer alır. Bu qrup cinayətlər kompyuter məlumatlar sisteminin tamlığı və konfidensiallığı əleyhinə olan aşağıdakı  cinayətlər təşkil edir: 

  • Qanunsuz daxil olma (kompyuter sisteminə və yaxud onun hissəsinə hüquqa zidd, qəsdən daxil olma); 2-ci maddə. 
  • Qanunsuz yaxalama -3-cü maddə (kompyuter sistemini hüquqa zidd, qəsdən yaxalama, cəmiyyətin maraqlarına uyğun, təyin olunmayan məlumatları qamarrama) 
  • Məlumatlara müdaxilə etmə -4cü maddə. Kompyuter məlumatları hüquqa zidd korlama, çıxarma, pozma, dəyişmə və ya qarşısını alma;  
  • Sistemə müdaxilə etmə.-5-ci maddə. Kompyuter sisteminin funksiyasını, hüquqa zidd müdaxilə yolu ilə korlama, çıxarma, pozma, dəyişmə və yaxud, kompyuter məlumatlarının qarşısını alma) 

İkinci qrupa- kompyuter vasitələrindən istifadə ilə əlaqəli olan cinayətlər daxildir. Konvensiya kompyuter texnologiyalarından istifadə yolu ilə saxtakarlığı, kompyuter məlumatları məhv etmə və ya qapama (bloklaşdırma), dəyişmə kimi müəyyən edir. Belə hallar eyni zamanda autentik məlumatların pozulmasına yönəlməlidir. Konvensiyaya görə, kibernetika məkanında dələduzluq da mümkündür. Yəni, bir şəxsin dələduzluq və ya çirkli, natəmiz yolla, qanunsuz olaraq özünün və ya, 3-cü şəxslərin xeyrinə iqtisadi gəlirlərin əldə etməsi, kompyuter məlumatlarını bloklaşdırması, çıxartması, dəyişməsi və kompyuter sisteminə bu məqsədlə müdaxilə etməsi və s. 

Üçüncü qrupu məlumatların məzmunu- kontentlə bağlı cinayətlər tutur. Söhbət konvensiyada kifayət qədər ətraflı işıqlandırılan uşaq pornoqrafiyasının yayılması üzrə məhz hansı hərəkətlərə, əlamətlərə diqqət etmək lazımdır –məsələsi mühüm əhəmiyyət kəsb edir.  

Bu qrupda, kompyuter şəbəkələrində yerləşdirilən məlumatların məzmunu –kontentə daxil olan cinayətlər yer alır. Praktik olaraq bütün dövlətlərdə ən geniş yayılmış və cəzalandırılmalı olan əməl kimi diqqət çəkən uşaq pornoqrafiyası ilə bağlı olan cinayətlər ictimai rəydə üzücü ovqatla yadda qalır.  

Adətən bu cür cinayətlər ağır cinayətlər sayılır. Burada diqqət çəkən əsas cəhət ondan ibarətdir ki, pornoqrafiyanın istehsalı ilə məşğul olan şəxslər uşaqlarla fiziki təmasda olmadan da, bu cunayətlərin subyekti sayılır. (Əməl şəxsin psixi münasibəti, nəticəsini arzulaması ilə təqsirin qəsd forması ilə törədilir.) Belə pornoqrafik materialların istehsalı zamanı uşaqların seksual istismarı tələb olunduğundan, əməlin əyani təsvirinə ehtiyac yaranır. Ona görə, əməl bir başa qəsdlə törədildiyindən ciddi narahatlıq doğurur, təsnifatına görə ağır cinayətlərə aid edildiyindən, əməlin ictimai təhlükəlilik dərəcəsi də yüksək olur.  

Bundan başqa, uşaq pornoqrafiya materiallarının “sifarişçiləri” istehsalçıların əksər hallarda seksual fantaziyalara və şəkillərə olan maraqları ilə kifayətlənmir, faktiki olaraq bunları real həyatda təcrübədən faydalanaraq hazırlayırlar. (Pedofiliyu) 

Dördüncü qrupda müəlliflik və qarışıq hüququn pozulması ilə bağlı olan cinayətlər yer alır.  Konvensiyada belə cinayətlərin növləri əks olunmur. Bu cür hüquqpozmalar dövlətlərin milli qanunvericiliyinin səlahiyyətinə aid olan aktlarda müəyyən edilmişdir.  

Beşinci qrupda ictimai təhlükəsizliyə yönələn cinayətlər təşkil edir. Bu koteqoriyaya kiberterrorçuluq və kiberməkanın terrorçuluq məqsədi ilə istifadə edilən təhlükəli əməllər daxildir.  

İnformasiya proseslərinin qloballaşması terrorçuluğun yeni, daha təhlükəli və vahiməli formasının - kiberterrorçuluğun yaranmasını şərtləndirir.  

Kiberterrorçuluğu terrorçuluğun texnoloji növünə də aid etmək olar. Terrorçuluğun bu, fövqəladə dərəcədə təhlükəli növündən elmin və texnikanın yeni nailiyyətlərinə, kompyuter və informasiya texnologiyalarına, Radioelektronikaya, mühəndisliyə, immunologiyada (terror aksiyaları) istifadə edilir.  

 

       Kibercinayətkarlığın quruluşu və dinamikası. 

Kibercinayətkarlıq təbiətinə görə transsərhəd hadisədir. Ona görə də kibercinayətkarlığın və ya onun müxtəlif növə mənsubluğunu, kompyuter cinayətlərinin bir ölkədə vəziyyətini və yaxud, müəyyən qrup ölkələrdə təhlil edib oyrənməklə bu cinayətlərin həqiqi miqyasını və hadisələrin ölçüsünü tam təsəvvür etmək mümkün deyildir.  

Kompyuter və telekommunikasiya şəbəkələrinin qloballığı və transsərhədliyi “cinayətkara” başqasının adından, ünvanındakı şifrəsindən istifadə etmək (identik manipulyasiya) imkanını verir. Elə bir şərait yaranır ki, cinayətkar bir kontinentdə, cinayət isə bilavasitə başqa bir məkanda baş verir, nəticə üzrə isə cinayət üçüncü yerdə  başa çatır.  

2001-ci ildən başlayaraq kibercinayətlərin vəziyyətinə dair məlumatları bəzi müəlliflər toplamağa başlamışlar. Ötən 15 il ərzində bu sahədə olan kriminoloq –ekspertlər belə qənaətə gəlmişlər ki, hazırda bu cinayətləri tamlığı ilə əks etdirən statistik məlumatlar yoxdur (statistika aparılmır) və real vəziyyət təhlil edilmir.  Kibercinayətlər nəticəsində iqtisadi itkilərin hansı ölçüdə və həddə olması hələ ki, beynəlxalq aləmə  məlum deyildir.  

Bəzi məlumatlara görə dünya –bəşəriyyət il ərzində kibercinayətlərdən təxminən 750 mlrddan -1 trln dollara qədər itirir. Bu sahədə cinayətkarların da gəlirləri artır. 2004-cü ildən 2009-cü ilə qədər (5 il ərzində) kibercinayətlərdən əldə edilən gəlirin məbləği  isə 10 dəfə artaraq 1 trln dollara çatmışdır.  

Kibercinayətlərin əksər hissəsi rəsmi statistik çərçivədən və qeydiyyatdan kənarda qalır. İnamla və düşünmədən demək olar ki, rəsmi statistikada baş verən belə cinayətlərin 10%-i, bir az da artırsaq 20%-i yer alır. Təxminən 80% latent cinayətlər sırasına daxil olur.  

Bir sıra qiymətləndirmə meyarlarına görə RF-da kibercinayətlərin latentliyi 90% -dən çox, ABŞ-da 80%, Böyük Britaniyada 85%-ə qədər, Almaniyada 75% təşkil edir.  

Kibercinayətlərin strukturu müxtəlif ölkələrdə informasiya texnologiyalarının inkişaf dərəcəsindən, internet istifadəçilərinin çoxluğundan asılı olaraq nəzərə çarpacaq dərəcədə fərqlidir. Məsələn: ABŞ-da kibercinayətlərin quruluşu aşağıdakı kimidir: Elektron hesablardan pul oğurluqları 44%; proqram təminatının zədələnməsi 16%; məxfi məlumatların oğurluğu 12%; məlumatların saxtalaşdırılması 10%; və müəyyən faiz özgənin hesabına xidmətin sifarişi kimi növlər təşkil edir. (16)

Kibercinayətkarlıq problemi inkişaf etmiş ölkələr üçün müxtəlif nəticələr doğurur. Onun strukturu və dinamikası, eyni zamanda miqyası ayrı-ayrı ölkələrdə istifadəçilərin kibertəhlükəsizlik mədəniyyətindən, bu və ya digər ölkənin iqtisadiyyatının inkişaf dərəcəsindən və müxtəlif aspektlərindən asılı olur.  

Bu kriminal biznesin miqyasını dərk etmək üçün bir misal gətirmək kifayətdir. Virtual (bu termin internetin inkişafı nəticəsində meydana gəlmişdir və elektron fəzada işləmək üçün ümumi marağa malik istifadəçilərin bir qrupda birləşməsidir. Kompyuterlər arasında məlumatları virtual tunnel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir) dələduzlar ABŞ vətəndaşlarının şəbəkə vasitəsi ilə milyondan çox bank kartlarını ələ keçirərək, Amerikanın 49-dan çox şəhərlərində 130-bankomatları “boşaldıblar”. Bütün əməliyyat 30 dəqiqədən çox keçməmiş və 9 mln dolları müxtəlif dövlətlərdə hesaba köçürməyi bacarmışlar.  

2011-ci ildə internet şəbəkəsindən istifadəçilərin və informasiya texnologiyalarının inkişafı ilə bağlı kibernetika məkanından cinayət törətmək məqsədi ilə istifadə edənlərin sayı da artmağa başlamışdır. Daha çox təhlükə sosial şəbəkələrdən istifadə edənlərin artımı ilə bağlıdır. Məsələn: My Space, Facebook və s. olduğu yerin müəyyən edilməsi üzrə xidmət, mobil telefonlar vasitəsi ilə internetə daxil olma bacarığı və s...  (18)

Kibercinayətlərdə istifadəçilərin etibarından sui-istifadə etməklə, istifadəçilərə saytla  hər hansı bir məlumatın təstiqi və yenidən göndərilməsini təmin etmək üçün dələduzlar uydurma ünvan göstərir və bir növ onu “tələyə” fişinqə salır.  

Fişinq -ingilis və rus dillərində olan –fişinq tərcümədə “balıq ovu” deməkdir, qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növü kimi qəbul edilir. Belə ki, fırıldaqçı (fişer) internetdə “tələ”(tor) quraraq, bu tələyə(tora) düşən internet istifadəçilərini aldatmaqla məşğul olur. Fişinq kiberdələduzluğun xüsusi növüdür. Dələduz bank saytı kimi görünən saxta veb-sayt yaradır. Sonra cinayətkarlar  istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PİN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadən spamın köməyi ilə yararlanırırlar.  

Spam –ingilis sözüdür. Kommersiya və sair reklamların kütləvi şəkildə və ya, kommersiya növlərinə aid şəxsi informasiyaların yayılmasıdır. Hazırda elektron məktubların göndərilməsində istifadə edilir.   

Antivirus proqramları ilə məşğul olan istehsalçıların nəzərinə görə bütün elektron məktubların 87% SPAM adlanır. Bəzi aylarda bu rəqəm şkalada 95%-ə qədər qalxır. Bütövlükdə 2009-cu il ərzində Spama aid olan və göndərilən məlumatların sayı 40 trillionu ötmüşdür. Beləliklə yer kürəsinin hər bir sakininə orta hesabla 5 min elektron məktub düşür. (19)

 Rf-da son vaxtlarda kompyuter cinayətlərinin sayı və oğurlanan məbləğin  həcmi artmaqda davam edir. RF DİN-nin məlumatına görə rusiyalılar 2009-cu il ərzində 17.5 min kompyuter cinayətləri törətmişlər. Bu rəqəm 2008-ci illə müqayisədə çoxdur. Bu sahədə təkmil normativ hüquqi bazanın olmaması və cinayətlərin latentliyi vəziyyəti bir az da ağırlaşdırır. Cinayətkarların maliyyə göstəricilərinə nəzər salsaq 2010-cu ildə xakerlərin “bacarığı” nəticəsində 1.3 mlrd dollar mənimsənilmişdir. 2011-ci ildə isə xaker-vətəndaşların qazancları 3.7 mlrd dollara yaxın olmuş, 2013-cü ildə isə bu rəqəm iki dəfə artmışdır. (20)

Bu gün, praktik olaraq bütün tədqiqatçılar və mütəxəssislər kibercinayətkarlıqla bağlı şəraitin daha da pisləşməsini etiraf edirlər. Bir təhlükə də, kibernetikada olan cinayətkarlığın mütəşəkkil cinayətkarlıqla sıx bağlılığıdır. Tərəddüd etmədən ifadə etmək olar ki, internetin yaranması, informasiya texnologiyalarının və kompyuter şəbəkəsinin inkişafı nəticəsində qrup və mütəşəkkil dəstə tərəfindən törədilən cinayətlərin sayı dünyada artımla müşahidə edilir, “ənənəvi” cinayətlərin- dələduzluğun, oğurluğun və tələb etmənin törədilməsi də bir növ sadələşir.  

Bundan başqa, son illərdə kibercinayətkarlıqda peşəkarlığın izləri hiss olunur, kompyuterlərdə (və yaxud kompyuter vasitəsilə hücüm) kompleks xarakter alır. Açıq-                                                          -aşkar cinayətkarların peşəkarlığı, hazırlığı, məharət və bacarıqları, dələduzluq və internet şəbəkəsindən istifadə etmək yolu ilə oğurluq, çirkli pulların yuyulması kölgə iqtisadiyyatının böyük sektoruna çevrilməsini təsdiq edir. Cinayətkarlar arasında “əmək bölgüsü” proqramların ticarəti üçün meydan açılır.(21)

Bir təhlükəli tendensiya da, mütəşəkkil cinayətkar qruplar tərəfindən pulların yuyulması üçün internet şəbəkələrindən istifadə edilməsidir. İnternet hesablarda saxtakarlıq üçün geniş və daha geniş imkan yaranır. Onlayn vasitəsi ilə pulların heç kimə bəlli olmadan, gizli yolla yerləşdirilməsi (guya leqal tədarük üçün yerləşdirilir), elektron hesablamaların inkişafı, habelə cinayətkar gəlirlərin hərəkət üsulunun gizlədilməsilə onlayn geniş zəmin yaradır.  

 

 

 

      Kibercinayətlərlə mübarizənin xüsusiyyətləri. 

 

Yuxarıda qeyd etdiyim kimi kibercinayətlər mütəşəkkil cinayətkarlığın yeni, lakin çox təhlükəli növü olaraq transmilli xarakterə malikdir. Ona görə də, beynəlxalq aləmdə kompyuter cinayətkarlığı ilə mübarizə çətinləşir. BMT ekspertlərinin nəzərinə görə bu çətinlik üç səbəbdən irəli gəlir:  

  1. Elektron sahədə olan cinayətlərin istintaqı üçün xüsusi bilik və təcrübə tələb olunduğundan, peşəkar istintaqçıların hələ olmaması; 
  2. İnternet istifadəçilərinə qarşı dövlət sərhəddindən kənarda müəyyən hərəkətlərin edilməsi üçün geniş  imkanların olması; Hüquq Müahafizə Orqanlarının istintaq hərəkətləri isə mənsub olduqları dövlətin ərazi bütövlüyü daxilində məhdudlaşır; 
  3. Beynəlxalq kompyuter şəbəkəsinin açıq strukturu istifadəçilərə özlərinin məqsədlərinin həyata keçirilməsi üçün optimal, hüquqi məkanı seçmək imkanını verir. Yəni, istifadəçilər kibernetika saəsində qaydaların qadağan olunmadığı ölkələri özləri üçün rahat məkan kimi qəbul edir və sərbəst hərəkət edirlər. Belə “informasiya sığınacağı” onlara sərf edir və uzun zaman bəhrələnib məsuliyyətdən yayına bilirlər. (22)

Aparılan təhlillərdən məlum olur ki, kibernetika sahəsində cinayətlərin texnoloji, təşkilati və hüquqi xəbərdarlığına müxtəlif yanaşma halları töhfə verə bilər.  

  1. Texnoloji yanaşma –texniki xarakterli tədbirlərin keçirilməsi hesabına bu cinayətlərin qarşısının alınması üsulu;  
  2. İkinci yanaşma- müxtəlifliyi ilə diqqət çəkən mütəşəkkil tədbirlərin həyata keçirilməsi üsulu;.  
  3. Üçüncü yanaşma- hüquqi mexanizmin təkmilləşdirilməsinə söykənən üsuldur. Bu növ cinayətlərlə mübarizə üçün hüquqi bazanın yaxşılaşdırılması, prosesual mexanizmlərin möhkəmləndirilməsi və s. tövsiyyə edilir. 

Kibercinayətkarlığa,  informsiya texnologiyasında hüquqa zidd fəaliyyətə qarşı mübarizə üçün beynəlxalq əməkdaşlığın qurulmasını və ondan  faydalanmsını zəruri edir. Bir dövlət səviyyəsində kibercinayətkarlıqla mübarizəni və bu fəaliyyəti nəzarətdə saxlamaq mümkün deyildir. Avropa şurasının 2001-ci ildə qəbul etdiyi konvensiya (2-10 maddələri) dövlətlərə bu cinayətlərə görə cinayət məsuliyyətinin müəyyən edilməsini tövsiyə edir.  

Bu cinayətlərin subyekti hüquqi və fiziki şəxslər ola bilər. Fiziki şəxs hüquqi şəxsi təmsil etməklə onun marağına uyğun qərar qəbul edə, hərəkətlərə nəzarət edə bilər.  

Konvensiyanın 2-ci bölməsi prosesual tədbirləri də özündə əks etdirir.  

Problemin mürəkkəbliyi bir də onunla izah edilir ki, beynəlxalq aləmdə internet cinayətkarlığı ilə məşğul olan xüsusi bir orqan təsis edilməmişdir. Ümumdünya üzrə bu cinayətlərin yerini müəyyənləşdirən və məsuliyyəti sanksiyalaşdıran bir məcəllə, BMT-nin kibercinayətlərin kriminallığı sahəsində bütöv siyasəti tənzimləyən bir sənəd də hələ ki, yoxdur.  

Lakin, dünya üzrə bəzi dövlətlər bu qlobal təhlükəyə qarşı müəyyən addımlar atır.  Məsələn: Rusiya BMT-yə bu sahə üzrə xüsusi bir konvensiyanın qəbulu üçün  təşəbbüslə müraciət etmiş, dövlətlərin məsuliyyətini müəyyən edən məcəllənin vacibliyini tövsiyyə etmişdir. 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurası və RF-nin Xarici İşlər Nazirliyi tərəfindən BMT-nin “Beynəlxalq informasiya təhlükəsizliyin təmin olunması haqqında” konvensiya layihəsi də hazirlanıb təqdim edilmişdır.  

Həmin layihənin 5-ci maddəsində “Dövlətlər digər dövlətlərin təhlükəsizliyinə xələl gətirməməklə, bölünməz və hamılıqla tanınmış prinsipləri rəhbər tutaraq, öz təhlükəsizliklərini möhkəmləndirə bilməzlər” imperativ xarakterli ifadə vardır.  

Bir sözlə, konvensiya hər bir dövlətin kiberhücuma məruz qalacaq dövlətlərlə əməkdaşlıq etməyi tövsiyə edir.  

Azərbaycan Respublikasının 2008-ci ildə qüvvədə olan CM-də xüsusi hissənin XXX fəsli kompyuter informasiyası sahəsində cinayətlər adlanırdı. CM-nin XXX fəslin ilk 271-ci maddəsi “Kompyuter informasiyasına qanunsuz daxil olma”- kimi adlanaraq, sonrakı maddələr, 272-ci maddə -elektron hesablayıcı (EHM) maşınlar üçün ziyanverici proqramlar yaratma, onlardan istifadə etmə və ya onları yayma” ; 273-cü maddə Elektron hesablayıcı maşınların EHM-sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma ilə başa çatır. Lakin, 2016-cı ildə əlavə və dəyişikliklərlə nəşr olunan yeni CM-nin XXX fəsli “Kibercinayətlər”-lə və CM-nin 271-ci maddəsi “Kompyuter sisteminə qanunsuz daxil olma” ilə başlayır. Sonrakı maddələri yeni adla; 272-ci maddə kompyuter məlumatlarını qanunsuz ələ keçirmə; 273-cü maddə kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə; 273-1 kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi; 273.2-ci maddə “Kompyuter məlumatlarının saxtalaşdırılması” redaksiyasında verilir. Beləliklə keçmiş CM-də üç maddə -2016-cı ilin cinayət məcəlləsində isə beş maddə qərar tutub. CM-də kibercinayətlərlə yalnız bir -273-2 maddə yer almışdır.  

23-noyabr 2001-ci ildə AŞ Budapeştdə kibercinayətkarlıq barədə konvensiya qəbul edilmişdir. Konvensiyada dövlətlərin bu cinayətlərlə mübarizənin cəhətləri əksini tapmışdır. Konvensiyanı AŞ-nın üzvü olmayan dövlətlər də imzalaya bilər. Konvensiyanın bəzi maddələrini nəzərdən keçirək: 

  • II yarımfəslin 8-ci maddəsi –kompyuter texnologiyalarından istifadə yolu ilə dələduzluq. Hər bir dövlət bunun üçün qanuni tədbirlər görməlidir:  
  • Kompyuter sisteminin funksiyasına istənilən müdaxilə;  
  • Kompyuter məlumatlarını bloklama və ya silmə, dəyişmə, IV yarımfəslin 10-cu maddəsi –Qarşılıqlı hüququn və müəlliflik hüququnun pozulması ilə bağlı hüquqpozmalar qeyd edilmişdir.  

 

Belə qənaətə gəlmək olar ki, kibercinayətkarlıq, terrorçuluq, ekstremizm və dini radikalizm kimi XXI əsrin arzuolunmaz sosial hadisələridir. Beynəlxalq güc konsolidasiya olunmazsa bəşəriyyət üçün ağlasığmaz hadisələr  baş verə bilər.

 

                

                                                                               

    İstifadə olunan ədəbiyyatların siyahısı.  

 

  1. S.VBondarenko “Virtualnıe setevıe soobşestva deviantnoqo povedeniya. (s.256) 
  2. Osipenko A.L.Setevaye kompyuternaya prestupnost omsk, 2009. (s. 109-110) 
  3. Oxford English Dictionary 
  4. Cambridge Advanced Learner’s Dictionary 
  5. Kaşlev Y.B Stanovlenie qlobalnoqo informatsionnoqo obşestva i mesto Rossii. M.2002 (s. 18-20) 
  6. Prestuplenie svyazannıe s ispolzovaniyem kompyuternoy seti (Desyatıy konqres oon po preduprejdeniya prestupnosti) 
  7. Sefilov A. Nekotorıe problem borbı s kiberprestupnostyu I kiberterrorizmom. m. 2002 (s. 187) 
  8. Tronina T.L Kiberprestupnost. Vladivostok. 2009 
  9. Y.M.Baturin kompyuternaya prestupnost I kompyuternaya bezopasnost m 1991, (s.11) 
  10. Za 2010 qod Russkiye  xakeri zarabatıvali okolo 2.5 mlrd 8 data peçati 31.09.2011 qod. www.cnews. Ru 
  11. N.Viner “Kibernetika I obşestvo” Moskva 1958 q. str 30 
  12. Osnovı Kibernetiki pod redak. K.A.Pulkova Moskva 1976 q. str. 50 
  13. ASE (Azərbaycan Sovet Ensiklopediyası) V cild Bakı 1981 səh. 362

14. Sefilov A. Nekotorıe problem borbı s kiberprestupnostyu I kiberterrorizmom. m. 2002 (s. 187)

15. Y.M.Baturin kompyuternaya prestupnost I kompyuternaya bezopasnost m 1991,

16. N.Viner “Kibernetika I obşestvo” Moskva 1958 q.

17. Tronina T.L Kiberprestupnost. Vladivostok. 2009

18. Sefilov A. Nekotorıe problem borbı s kiberprestupnostyu I kiberterrorizmom. m. 2002

19. Y.M.Baturin kompyuternaya prestupnost I kompyuternaya bezopasnost m 1991,

20. N.Viner “Kibernetika I obşestvo” Moskva 1958 q.

21. Tronina T.L Kiberprestupnost. Vladivostok. 2009

 

 

Şəmsəddin Əliyev.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM