Strategiya.az bildirir ki, “I-Tourisme” jurnalı Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) ənənəvi illik toplantısı çərçivəsində Azərbaycanın turizm naziri Əbülfəs Qarayev ilə görüşüb. O, Fransa bazarı ilə bağlı iddialarından söz açıb.
- Turizmin inkişafı hökumətinizin prioritetlərindən biridir. Fransa ictimaiyyətinin diqqətini cəlb etmək üçün hansı proqramları həyata keçirməyi planlaşdırırsınız?
- Əvvəla, bizim Fransa ilə daim çox yaxşı münasibətlərimiz olub. Respublikanın bütün prezidentlərinin ölkəmizə ardıcıl səfərləri bunu sübut edir.
Bu yaxınlarda isə mən daha yaxşı birgə əməkdaşlıq üçün istiqamətlərin müəyyənləşdirməsi məqsədilə nümayəndə heyətlərini Azərbaycana dəvət etmişdim. Biz sizin Turizm Nazirliyiniz və nazirlərinizin himayəsi altında Fransa şəhərləri, muzeyləri, xüsusilə də Luvr Muzeyi ilə əməkdaşlığa başlamışıq. Sizdə nazirlər dəyişsə də, mən bu kursu davam etdirirəm – fransalı turistləri qəbul etmək üçün işlər davam edir.
- Fransada belə rotasiya yalnız turizm sahəsində baş vermir. Bu, bizdə köhnə adətdir. Amma siz haqlısınız, kursu saxlamaq lazımdır. Bəs artıq hansı nəticələr əldə etmisiniz?
- Hələ nəticə əldə etməmişik. Bundan məyus olduğumu etiraf edirəm. Bütün görülən işlərə baxmayaraq, fransız turistləri hələ ki, hərəkətə keçməyib. Mən buna təəssüf edir, lakin ümidimi itirmirəm. Mən 2017-ci ildə də səylərin davam etdirilməsi haqda göstəriş vermişəm.
- Bu, onu göstərir ki, ortada viza kimi maneələr var…
- Bu yerdə sözünüzü kəsməli olacağam. Bu problem həll edilib. Belə ki, bu ilin sentyabrından etibarən, elektron viza sistemi işə düşəcək və bu prosedurun yaratdığı maneələr aradan qalxacaq.
Bundan başqa, bizim Fransaya birbaşa aviareyslərimiz də həmvətənlərinizin sayəsində turizmi inkişaf etdirməmizə töhfə verəcək. Buna ümid edirik. Biz, turistləri daha asan formada cəlb edə bilmək üçün ekspertlərin də rəyini dinləyirik. Məsələn, qonşuluqda olan ölkələrdən turistlərin – səyahət etməyi çox sevən rusların cəlbi üçün.
Fransa bizim üçün dəyərli dost və tərəfdaş ölkədir. Biz münasibətlərimizi daha da inkişaf etdirməyi düşünürük.
- Turizm agentliklərini təmsil edən Rişar Subyel ilə əməkdaşlıq haqqında saziş imzalamağınız da bununla bağlıdır?
- Tamamilə doğrudur. Bizim fransalı turizm peşəkarlarına ehtiyacımız var. Bu sazişin məqədi əməkdaşlığı genişləndirmək, bu sektorun müxtəlif iştirakçıları arasında mübadiləni asanlaşdırmaqdır.
Konkret olaraq, biz turizm agentliklərini Azərbaycana gətirmək üçün əlverişli şərait yaratmaq istəyirik. Onlar bizim ölkəmizi kəşf edəcək və biz onların məsləhətlərini diqqətlə dinləyəcəyik.
- Və turizm təşkilatlarının görüşünə gedəcəksiniz?
- Əlbəttə. Mən hətta nümayəndələrimizin “Top Resa” sərgisi çərçivəsində Fransaya getməsinə razılığımı vermişəm. Bu sərgidə iştirak konstruktiv dialoq qurmaq üçün bir imkan olacaq.
- Və gələk sizin istiqamətin təqdim etdiyi müxtəlifliyin – idman, səhiyyə, qastronomiya, tarix – qiymətləndirilməsinə. Vicdanla danışsaq, maarifləndirmə ilə bağlı probleminiz var!
- Mətbuat da prioritetlərimizdən biridir. Bu, nəzərdə tutulur.
- Rişar Subyel deyirdi ki, bu yeni istiqamət islam və Qərb dünyası arasında tolerantlığın təşviqilə böyük rola malik olacaq. Bu fikir haqda nə düşünürsünüz?
- Tolerantlıq bizdə sadəcə söz deyil: o yaşanır. Cənab Subyel bunu vurğulamaqda haqlıdır. Bizim hakimiyyətimiz dünyəvidir və dinlər insanlar arasında maneə deyil.
Turizmin missiyası insanların bir-birini daha yaxşı anlaması üçün onları yaxılaşdırmaqdır. Bizim ölkəmizə gəlin və siz bunu gündəlik həyatda görəcəksiniz.
- Dağlıq Qarabağ problemi qalmaqdadır?
- Bəli, biz bunu diplomatik yolla həll etmək üçün çalışırıq. Bu, yeganə davamlı həll yoludur.
- Sonuncu sual: Aleksandr Düma vaxtilə bir neçə gün ölkənizdə qalıb. Bu tarixi faktın qabardılmalı olduğunu düşünmürsünüz?
- Bu da bir sıra digər maraqlı faktlar kimidir. Fransada heç kəs bilmir ki, Aleksandr Düma Azərbaycana gəlib və hətta burada onun adına küçə var. Fransa Turizm Agentlikləri ilə əməkdaşlığımızın məqsədi də fransız turizm peşəkarlarını bizim istiqamətin bütün üstünlükləri haqda məlumatlandırmaqdır.
Müəllif: Remi Bən Tuvere
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM