Azərbaycan təhsili sizi qane edirmi?

10:44 / 01.01.2014

Müsahibim "Qaçan Atlar Production"-ın təsisçisi, yeni "Tozalan" layihəsinin rəhbəri, rejissor və ssenarist Natiq Axunddur. Müəllifin bildirdiyinə görə, layihədə məqsəd, ilk növbədə cəmiyyətimizdə baş verən bəzi əyri-əskiklərə, neqativ hallara qarşı mübarizə aparmaq, xüsusən ictimai çatışmazlıqları satira və yumor dili ilə (qısa filmlər vasitəsi ilə) xalqa çatdırmaq, bir sözlə, toz basmış məsələləri özünə məxsus şəkildə toz-torpaqdan təmizləməkdir. 

-Natiq bəy, şəxsən mənim üçün çox maraqlı olan bir layihəyə start vermisiniz...  Nece oldu ki, bu fikirə düşdünüz? Tam arxayınsınızmı layihə tutarlı olacaq?

-Bilirsinizmi, öz sənətində, işində ciddi olan heç bir kəs inanmıram ki, gözyumlu nəsə bir iş görə... Həmişə, hər yerdə olduğu kimi bizdə də istər ictimaiyyət içində və ya cəmiyyətimiz arasında əyri-əskiklərə rast gəlinib və yenə də gəlinməkdədir. İstər ailə, məişət mövzusu olsun, istərsə də daha qlabar məsələlər... və s. və i. Misal üçün: hamımıza yaxşı bəllidir, dövlət tərəfindən diqqət göstərilən, lazımi şərait yaradılan, külli miqdarda vəsaitlər sərf olunan elə işlər, layihələr də vardır ki, hətta orda da müəyyən şəxslər tərəfindən səhlənkarlıqlar və məsuliyyətsizliklərə yol verilir.Əslində bunu da normal qarşılayırıq... Hər kəs dürüst ola bilməzki!  Deyir: "topu nə qədər zərblə yerə çırpsan, bir o qədər də çox yüksəyə qalxar!" Yəni bu əyri-əskiklərin bu gün olması, sabah onun nəinki, heç olmamasına, hətta onun sabah hamıya nümunə ola biləcək, daha ideal bir şəkilə çevrilməsinin mümkünlüyündən xəbər verir! Təbii ki, hər bir kəs oz işi ilə bu mübarizəyə atılarsa...! Biz şəxsən bunun yolunu satira və düşündürücü yumorda görürük və bu istiqamətdə də mübarizəyə qoşulmuşuq... Həmçinin bizə bir az da həvəs verən amillərdən biri də budur ki,... nəzərə alsaq, istər sovet dönəmində olsun, istər ondan sonra və ya bu gün, ölkəmizdə heç zaman bu istiqamətdə aparılan təbliğatın, mübarizələrin qabağı alınmayıb, əksinə buna lazımi şərait yaradılmışdır. Niyə də olmasın? Məgər insanların, ilk növbədə maddi və mənəvi islahına səbəb ola biləcək bu işdə satira və yumordan gözəl bir vasitə varmı?

-Bu yaxında müsahibələrinizin birində "Tozalan", sovet dönəmində daha fəal olan "Mozalan"-la müqayisə olunmuşdu. Onunla bir əlaqəsi varmı, ümumiyyətlə...?

-Əlaqəsi yalnız bu ola bilər ki, biz insanıq, həyat mübarizədən ibarətdir, sadəcə bu mübarizə üslubumuz müəyyən qədər üst-üstə düşə bilər, vəssalam. Həmçinin diqqət yetirsəniz o müsahibədə -"Sizcə, bu "Mozalan"-da qıcıqlanma yaratmayacaqmı?" sualı qoyulanda, verdiyim cavab bu olmşdu. -Elə düşünmürəm, çünki adında bir az oxşarlıq olsa da, illərlə içimizdə gəzdirdiyimiz və hər zaman təkmilləşdirmək əzmində olduğumuz bu "Tozalan" layihəsi bir az fərqli, özünəməxsus və zamana uyğun, yeni formatda olan bir layihədir. Bir də ki, istər "Mozalan"-ın direktoru İlham Məhərrəmov, istər dostum, keçmiş iş yoldaşım Mozalanın bədii rəhbəri Orxan Fikrətoğlu olsun və ya bu işdə başqa rəhbər, məsul şəxslər olsun, yəni ölkəsini, millətini sevən, onun daim saxtakarlıqdan və xəyanətdən qorunmasının tərəfdarı olan, onun maddi və mənəvi inkişafını istəyən hər hansı bir qeyrətli Azərbaycan övladında inanmıram ki, bu layihə bir qıcıqlanma yarada. Əksinə, inanıram ki, hər bir kəsin üzünə açıq olacaq bu qapıdan, xoş niyyətlə gəlib, bu işə hər növ dəstək olmaq istəyənlərin sayı da az olmayacaq. Həmçinin, "Qaçan Atlar Production" və "Atv"nin birgə layihəsi olan "Tozalan"a, ilk növbədə ictimai, siyasi işlər üzrə şöbə başda olmaqla, başqa bir neçə dövlət qurumlarının da dəstəyini, xalqın diqqət və marağını, bizlərdən umacağını nəzərə alsaq, hər birimiz qarşımızda çox böyük məsuliyyət və öhdəçilik olduğunu dərk edərik..."

- Bir az öncəki fəaliyyətlərinizdən istəyirəm danişaq... Bildiyimizə görə Rusiya kanalı sayılan artıq Azərbaycanda geniş izləyicisi olan, İnterAz tele-kanalının Bakıdakı nümayəndəliyinin yaradilmasinda və fəaliyyətində də böyük rolunuz olmuşdur.

-Bəli, bizə yaxın insanlarla birlikdə işləmiş, kanalın baş produseri və rejisor  vəzifələrində çalışmışam.

-Silsilə, serial layihələrdə rejissor kimi hələ 5, 6 il bundan oncə AzTv,  Xezer Tv, yaxinlarda isə Atv kanallari ile də sıx əməkdaşlığınız olmuşdur. Həmçinin AnsTv-də rejissor və layihə rəhbəri kimi çalışmısınız. Düşünürəm Qulp verilişinin satirik mövzulu sujetlərini çəkməyiniz də təsadüfi olmayıb...?

-Elbette ki! Həyatda təsadüfi heç bir şey yoxdur...

-Sizcə, çox maraqlıdır, bu gün artıq bir çox veriliş və bədii filmlər rejissoru, layihə rəhbəri olan Natiq Axundun, "Qacan atlar production" kino şirkəti ilə müstəqil olaraq "Tozalan" kimi belə, böyük layihələrin həyata keçirməsində çətinlikləri ola bilərmi və ya varsa, hansılardır? Yoxsa, sadalanan tərcümeyi halın bu işlərin həyata keçirilməsində bir müsbət ehtimalı var?!

-Əvvəla deyim ki, çətinlik olmadan bir işin, hansisa bir tele layihənin həyata keçirilməsi mümkünsüzdür. Həm də nəzərə alsaq ki, bu sənət, yəni kino sənəti bilirsiniz ki, bir çox incəsənət növlərini özündə cəm edən sintetik sənət növü sayılır, yəni bura demək olar ki, incəsənətin bütün növləri... rəssamlıqdan, musiqidən, (hətta səhnə danışığından tutmuş...) muxtəlif millətlərə məxsus rəqslər, döyüşlər, hətta at çapmaq, qılınc oynatmaq ve s. də  daxildir desək, yanılmarıq. Bir də, rejissor üçün psixologiya çox mühümdür. O ki, qaldı tərcümeyi hal dediniz... təbii ki, insanın görəcəyi işin gözəl, peşəkar alınıb-alınmamasında Allahın izni ilə onun təcrübəsinin böyük rolu var, amma məhz bu sənətdə həyat təcrübəsi başda qeyd olunmalıdır. Hər-halda işdə çətinləklər normaldır. Təki, çətinlik elə iş prosesində olsun, nəinki, işə mane olan başqa problemlər yaşansin! Sənətini sevən şəxs, deyərdim ki, əksinə işindəki çətinliklərdən xususi zövq alır.

-Azərbaycan təhsili sizi qane edirmi? Bir Azərbaycanlı kimi, bir "Tozalan" nümayəndəsi kimi... Yəni bu sadaladıqlarınızı bizim incəsənət təhsil ocaqlarında əldə etmək mümkündürmü? Məsələn sizin bu barədə bir çətinliyiniz olubmu? Müəllimlərinizdən razı qalmısınızmı?

-Bilirsinizmi, insanın özündən çox şey aslıdır. Müəllimi qınamaq istisna hallarda ola bilər, o da sonda... əvvəl baxaq görək tələbə oxumaq istəyirmi? Elə müəllimlər var ki, istər o vaxt bizim kurs rəhbəri gözəl pedaqoq kinorejissor Eldar Quliyev olsun, istər kinorejissor kafedrasının müdiri kinorejissor Cəmil Quliyev olsun, ümumiyyətlə bu, canlı korifeylərin əhatəsində olmaq sevindirici hal idi... Boyük sənətkarlar, mərhum operatorlar  Rasim İsmayılov, Şərif Şərifov, sonra Kənan Məmmədov Azərbaycanın demək olar ki, bütün köhnə, qizil fondda qorunan filmləri bu şəxslərin adları ilə bağlıdır. Bunlar elə şəxslər olublar ki, tələbəsinə, daha doğrusu övladına (çünki, onlar tələbə ilə öz övladı kimi rəftar edirdilər.) catdırmaq istədiyini inanın ki, əgər sözü yarımçıq qalmış olsa, sözünü tamamlamaq üçün tənəffüzdə, çöldə, nə bilim küçədə, harda olsa, rast gələndə, fürsəti əldən verməyib, yarımçıq fikiri tamamlamaq üçün səni saxlayıb, dərsini davam edib, yarımçıq qalmış fikri tamamlayardılar...                                                                                                                                                                                           Çətinliyim... çoxları kimi mənim də çətinliyim olub. Tələbəçilik mənim ən çətin durumuma düşdü. İndi bilmirəm, amma o vaxt Milli Məclisin qərarına əsasən ikinci ali təhsil yalnız ödənişli ola bilərdi... Təsəffür edin, belə bir zamanda, həm də bir-başa yuxarı kursda oturmaq imkanım olduğu təqdirdə özüm məhz 1-ci kursdan oxumaq istəyi ilə, diplomla sənəd verib, ADMİU-nin teatr və kino fakültəsinin kinorejissorluq ixtisasına, Eldar Quliyevin kursuna daxil olub, hamı kimi 1-ci kursdan tələbəçiliyə başladım. Buna görə də təbii, bir çox sıxıntılarım oldu, amma Şukurlər olsun, bu gün, çətin, ya asan demək olar ki, daim sevərək bu sənətlə məşğul oluram, lazim gəldikdə indinin özündə də müəlimlərimdən istifadə edib, onlardan bəhrələnirəm... Hələ üstəlik öyrənmək heç zaman gec deyil prinsipini əsas tutaraq, bu sənəti sevən, ona hər an sadiq olmağa çalışan bir şəxs kimi təhsilimi olkədən kənarda davam etdirmək fikrim də var. Bu kinorejissorluq sənətinin daha da incəliklərinə yiyələnmək, həmişə nəsə öyrənmək əsas maraqlarımdan biridir.

-Nə yaxşı, buna çox sevindim. Bəs yaxşı imkanlar olarkən, elə oralarda qalıb işləmək necə?

-Yox, bu bizə zidd olan bir şeydir. Müəyyən istisnaları çııxmaqla, hər bir insan öz sənəti ilə, peşəsi ilə elə bilirəm ki, onu böyüdüb, boya başa çatdıran vətəninə, ölkəsinə, öz millətinə xidmətdə olmalıdır. Eldar müəllimin bir sohbətini xatırladım... Onun sevimli rejissoru olan, İtalyan kinorejissoru Federiko Fellini o zaman Hollivooddan dəvət alır. Ona, yüksək səviyyədə, bütün şərait yaradıldıqda orada işləmək təlifi gəlir. Amma Fellini buna etiraz edir və deyir ki, mən İtalyanam, mən cox gözəl bilirəm ki, İtalyan bir şəxs səhər yerindən necə qalxır, necə yeriyir, özünə necə çay süzür və s. və i. Amma Amerikanlı barəsində bunları olduğu kimi bilə bilmirəm...

-Çox maraqlı və əsaslı oldu... Bəli, siz, bir daha bizi sevindirdiniz və siz də öz növbənizdə bu dəfə millətimizə olan xidmətinizi "Tozalan"-la həyata keçirmək istədiniz!

-Çünki, həqiqəti, sozun düzünü deməyə özümdə həmişəki kimi ehtiyac duyuram və bunun da ən gözəl yolunu Allahın izni ilə satira və yumorda görürəm...

-Bu işdə biz sizə inanırıq və ümid edirik ki, bu layihə sizin, həm də biz tamaşaçıların ürəyindən olacaq, hər bir kəsə oz müsbət faydasını verəcəkdir...

-İnşaallah.

-Təşəkkürlər, Natiq bəy!

Samir Aslan


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM