Tarixə dönənlər...

14:28 / 13.09.2017

 

Polisimizin yarandığı gündən dövrümüzə baxanda gözlərimiz önundə möhtəşəm bir tarix canlanır. O şanlı tarixi yaradanların davamçıları bu gün Azərbaycanda əmin-amanlığı qoruyur, sabitliyin keşiyində ayıq-sayıq dayanırlar.

Tarixin yaddaşında ağlı-qaralı şəkil kimi qalan XX əsrdə düşmən Vətən torpaqlarını işğal edəndə işi “perestroykadan” sonra onsuz da çətinləşən həmkarlarımız daha ağır sınaqlarla üzləşdi. Səngərlərdə əsgər kimi əldə silah həm vətəni qorudular, həm də kriminogen ünsürlərlə mübarizə apardılar. Vətən adına və içdiyi anda xələl gəlməsin deyə ölümün gözünə dik baxıb şəhidlik zirvəsinə ucalanlar da oldu. Eləsi də oldu ki, əlini, ayağını, gözünü qurban verib yarım canla da olsa bütövlüyümüz üçün “Yarım ürək yarım ömrə bəs elər” nisgili ilə yaşadı. Sələflərimizin bircə şüarı vardı: Təki Vətən sağ olsun!

Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Polisinin göstərdiyi şücaətləri eşidəndə, o odlu-alovlu yollardan keçənlərlə həmsöhbət olanda, onların ömür yoluna nəzər salanda, bir az da obrazlı desəm, hərdən naşükürlüyümüzə acıyıram. Məhz acıyıram. Bəzən bir çətinə düşəndə və ya nəyəsə biganəlik nümayiş etdirəndə o oğullar gəlib durur gözlərimin önündə. Elə bil kimsə sakitcə pıçıldıyır: Eh, sən hələ nə görmüsən ki?..

Yazılmış və yaşanmış qəhrəmanlığı yenidən yazıya almaqla, əslində, bu gün belə bir ağır mövzunun ağırlığının altına çiyinlərimi verməklə məsuliyyət daşıdığımı yaxşı bilirəm. Qorxmadığımı hiss etdirmək istəsəm də içimdən gələn bir səs “Xatırla və xatırlat” deyir mənə...

“Nə yaxşı xatırladınız, nə yaxşı ki, onları yada saldınız. Elə bilirdik ki, unudulmuşuq, elə bilirdik ki, bizi də, onları da daha axtarmayacaqlar”. Bəli, belə deyirdilər, doğmalarını axtaranların yaxınları, əzizləri. Hələ də gözlərini yollara dikənlərin, oğlunu, yoldaşını, qardaşını sonuncu dəfə geyindiyi paltarda üstündən iyirmi ildən çox keçsə də axtaranların acısını nə anlatmaq olur, nə də ki, yazıya almaq. “Öldü, qaldı xəbəri gəlməyən balamla mən də hər gün ölürəm”,- deyən ananın ağ saçlarından və nuru itmiş, qarası getmiş gözlərindən utanmışdım həmin gün. Dilimdəki sözlər sanki kilidlənmişdi, söz tapmamışdım deməyə...

Bu gün də onların adını oxuduqca danışmağa söz tapmıram. Vətənimin hər yerindən var içlərində-ağdamlı, kəlbəcərli, qubalı, qazaxlı, bakılı...Bu siyahını çox uzatmaq olar, çox...

Bəzi ağzıgöyçəklər kimi vətəni bölgələrə bölməmişdilər səsi, sorağı bu gün də gəlməyən oğullar. Onlar qeyrət üçün, namus üçün, torpaq üçün döyüşmüşdülər və səssiz, səmirsiz də tarixə döndülər. İndi onların yerinə sükut danışır...

Gəlin, tanıyaq o oğulları:

Kəlbəcər RPŞ-nin əməkdaşı, polis baş serjantı Allahverdiyev Famil Heydər oğlu 1994-cü ilin yanvar ayının 25-də Kəlbəcərdə itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis baş serjantı Ağayev Həsənalı Kommunist oğlu 1993-cü ilin iyunun 13-də Ağdamda itkin düşüb.

Nsimi RPİ-nin əməkdaşı, polis kapitanı Əhmədzadə Şahin Əyyub oğlu 1992-ci ilin may ayının 8-də itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis serjantı Əliyev İman Qanboy oğlu 1993-cü ilin 22 iyununda Ağdamda itkin düşüb.

Qax RPŞ-nin əməkdaşı, polis baş leytenantı Məmmədov Əhməd Müstafa oğlu Şuşanın işğalı zamanı itkin düşüb.

Qax Rayon Mühafizə Bölməsinin əməkdaşı, polis serjantı Lətifov Rəcəb Lətif oğlu 1992-ci il mayın 8-də itkin düşüb.

Xocalı Mühafizə Bölməsinin əməkdaşı, polis serjantı İlyasov Əhməd Məhəmməd oğlu Xocalının müdafiəsi zamanı itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis serjantı Mustafayev Həsən Rəhbər oğlu 1992-ci il 13 iyunda Ağdamda itkin düşüb.

Zəngilan RPŞ-nin əməkdaşı, polis leytenantı Paşayev Sabir Əziz oğlu 1993-cü ilin oktyabrında Cəbrayılda itkin düşüb...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM