Hər kəsin yaşamadığı ömür-polis ömrü... (FOTOLAR)

10:10 / 21.09.2019

Bilirəm ki, sevinəcək: düz beş il bundan öncə olduğu kimi. Doğum günü ərəfəsində görüşmüşdük və yazı üçün qeydlər aparacağımdan duyuq düşməsin deyə, üstümdə heç nə götürməmişdim. Yaddaşıma güvənib onunla həmsöhbət olmuşdum. 75 illik ömür səhifəsindən yadında qalanları, yaşadıqlarını birər-birər anlatmışdı. Kövrəlmişdi, duyğulanmışdı. Keçmişə boylanmağın necə çətin olduğunu, insana hansı hisslərin yaşadacağını bəlli bir yaşı haqlayanlar daha yaxşı bilirlər. Bəs görəsən şair niyə “Yetmişində batma yasa” demişdi? 80-ni, 90-nı deməmişdi. Və sonra “Kim ki, yüz il yaşamasa” deməklə özünə haqq qazandırmışdı...

O, köhnə kişilərdəndir və yaddaşına, yaşadıqlarına heç zaman xəyanət etməyib. Yaşadığı evin qapısına yazılmış “Məhərrəmov.M” o demək idi ki, illər öncə bu qapını, bu ocağı bu soyada və ada görə tanıyanlar, bura gələnlər  gündən-günə dəyişən və gözəlləşən Bakımızda karıxıb qalmasınlar. Bu gün qapı üstünə ad, soyad yazmaq dəbdən düşüb. “Köhnəlikdir” deyib bəzilərimiz keçmişdən qalanlardan üz çeviririk. Beləcə, bir ünvan, bir ad və soyad unudulur. Həm də unuduruq bir-birimizi. Biz sözlə, şəhər belədir: doğmaları da ögeyləşdirir. Zaman şəhərdə daha tez keçir, kənddə isə sanki sirli bir qüvvə onun əyləncini dartıb-saxlayır...

İsti ocaq, doğma nəfəs insanı həmişə özünə çəkir və mən də düz beş il bundan öncə ondan gördüyüm baba nəvazişinin, səmimiyyətinin, ağsaqqal sözünün işığına üz tutmuşdum və əlbəttə ki, 80 yaşda keyfini soruşmağa, hal-əhval tutmağa gəlmişdim...

Qapını üzümüzə özü açdı və baxışlarından: “Demək unudulmamışıq, yaddan çıxmamışıq” cümləsini birnəfəsə oxudum...

Gəlişimin məqsədini anlamışdı və “Sözə başlamazdan öncə, gəl səninlə çörək kəsək” deyəndə bu gün köhnədi, quruyub deyə kimlərinsə küçələrə atdığı, polietilen torbalarda zibil  yeşiklərinin kənarına qoyduğu o müqəddəs nemət gözlərimin önünə gəldi. Çörəyin müqəddəsliyini, hansı əziyyətlərlə başa gəldiyini çörəyi sevənlər və əli zəhmətlə çörəyə çatanlar yaxşı bilirlər...

1986-cı ildən indi yaşadığı evin işığı yanır. Bu ocaqdan iki qız bala pərvazlanıb, gəlin köçüb. Nəvələrin ayağı bu ocaqda yer tutub, dilləri burda açılıb. Xatırladanda ki, 75 illik yubileyi ilə bağlı kiçik bir təbrik yazısı yazmışdım və bu gün 80-nin sevincini yazmaq da nəsib oldu. Gülümsəyib: “O zaman doxsanı, yüzü də sən yazarsan”,- dedi.

Yazmaq könül işidir və Vətən sevdalı ürək sahiblərindən, bu xalqın yaddaşına hopanlardan, bu dövlətin qurulmasında, onun möhkəmlənməsində əməyi olanlardan yazanda  söz səndən uzaq qaçmır, onun hənirini, istisini hiss edirsən.

Yaddaşı yerindədir təqaüddə olan polis polkovniki Məhəbbət Məhərrəmovun. Xatirələrini danışmağa xəsislik etmir, amma ötənləri xatırlayanda kövrəlməmək də mümkün deyil. Ata, ana, dünyasını dəyişmiş dostlar, xatirəsi ürəkdə yuva quran yaxınlar, uzaqlar...

Əslən bu gün düşmən tapdağında inləyən Şuşadandır. Atasını təyinatla Ermənistana göndəriblər və o, 1939-cu il sentyabrın 21-də Hamamlıda (Spitak) doğulub. Atası müharibəyə gedəndə onun iki yaşı olub. Orta məktəbə Naxçıvanda gedib. Sonra Bakıya köçüblər. Ali Partiya Məktəbini bitirən atası müxtəlif vəzifələrdə çalışdıqdan sonra milisin sıralarına qəbul olunub. Balaca Məhəbbət kiçik yaşlarından dəmir nizam-intizam görüb və həyatın qoynuna atılanda çətinliklər onu qorxutmayıb.

Deyir ki, 14 yaşından özü çörək qazanıb, maaş alıb.  Bakı Neft Texnikumunu bitirdikdən sonra Sabunçuda mədənlərində işləyib. Günü qara olmasa da, üstü-başı həmişə qara məzutlu, neftli olub. O, əslində, barmaqla sayılacaq azərbaycanlılardandır ki,  Ukraynada Hava hücümündan müdafiə bölmələrində hərbi xidmət keçib. Çünki o zaman azərbaycanlıları bilərəkdən tikinti-inşaat üzrə olan hərbi hissələrə göndərirdilər. Açığı, əziyyət görmək istəməyən, silahı, texnikanı öyrənməyə ərincəklik edən həmvətənlərimizin çoxunun ürəyindən idi inşaatda xidmət etmək. Onun sayıqlığı nəticəsində düşmənin cəsus hava şarı aparatı müəyyənləşdirilir və məhv edilir. Rus dilini mükəmməl bilən həmkarımızı həmin hadisədən sonra hərbi hissə rəhbərliyi komsomol katibi təyin edir. O, qeyri-millətlərdən fərqlənməyi həmişə bacarıb. Həm də boks üzrə respublika və paytaxt çempoinatlarında peşəkar boksçu kimi sözünü deməsi hərbi xidmətdə də köməyinə çatıb, həmvətənlərimizi ağlının və yumruğunun gücü ilə qoruyub.

İnstituta imtahan verəndə əynində əsgər şineli, ayağında əsgər çəkmələri vardı...

Gündüzlər işləyib, axşamlar oxuyub. Əlinin qabarı ilə gözünün nuru onu qaranlıqdan işığa çıxarıb. İnstitutu bitirdikdən və komsomola keçdikdən sonra bir çox vəzifələrdə işləyib. Ali Partiya Məktəbini bitirib. Təbliğat və təşviqat  üzrə mütəxəssislər hazırlmaq o zamankı ideologiyanın ayrılmaz hissəsi idi və bu işə həm kifayət qədər maliyyə ayrılırdı, həm də vaxt. Çünki dövlətçilik dayaqlarının möhkəmləndirilməsi üçün bu ən vacib şərtlərdən idi.  

O vaxt nəyi və necə təbliğ edirdiniz sualıma cavabı belə oldu: Vətəni sevməyi.

Bu gün təəssüflər olsun ki, ölkəmizdə bəzi qüvvələr bölücülüklə məşğul olur, müstəqilliyimizi, inkişafımızı gözü götürməyənlərin istəklərini yerinə yetirməkdən ötrü hər rəngdə siyasi don geyinib Azərbaycanı 90-cı illərə qaytarmaq istəyirlər.

Mövzudan kənar olsa da, etiraf edək ki, təbliğat və təşviqat işlərində biz “SSRİ”dən geridəyik...

Tədbirlərin birində çıxış edərkən Məhəbbət Məhərrəmov o zamankı Daxili İşlər naziri Cəfər Vəliyevin diqqətini cəlb edir. Mərkəzin Komitənin qərarı ilə onu 1980-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Siyasi tərbiyə işləri üzrə şöbəyə müavin təyin edirlər. Bu vəzifəyə təyin olunduqdan sonra o, ulu öndərimiz Heydər Əliyevlə görüşür, onun tövsiyələrini dinləyir. DİN-in İslah Əmək Müəssisəsində rəis müavini, Bakı Şəhər Daxili İşlər İdarəsində şöbə rəisi, rəis müavini, DİN Pasport, Qeydiyyat İdarəsində rəis müavini işləyib. 1992-ci ildə o da daxili işlər orqanlarının bir çox peşəkarları kimi polis polkovniki rütbəsində AXC tərəfindən vəzifədən uzaqlaşdırılıb. Lakin “Haqq üzülər, nəzilməz” deyiblər. Ulu öndər ali hakimiyyətə ikinci dəfə qayıtdıqdan və 1994-cü ildə Daxili İşlər Nazirliyində aparılna islahatlardan sonra rəhbərlik onları yenidən xidmətə qaytarır. Qarabağ ətrafında baş verən hadisələr zamanı dəfələrlə xidməti ezamiyyətlərdə olub, ömrünü güllələrdən bir addımlıq məsafə ayırıb.

Qocaman həmkarımız 1996-cı ildə daxili işlər orqanlarından yaş həddinə görə təqaüdə göndərilib. DİN Veteranlar Şurasının üzvüdür...

80-nin “dizini” yerə qoysa da yenə də Vətənpərvərlik ruhu, vətəndaş yanğısı ilə DİN-də və məktəblərdə, əmək kollektivlərində keçirilən tədbirlərdə fəal iştirak edir, necə deyərlər, beləcə canından illərin yorğunluğunu çıxardır...

Sözardı: Mən, əslində, onu dünən-sentyabrın 20-i Neftçilər günündə də təbrik etməliydim. O, polis olmazdan öncə nefçi idi,  neftli əlləri ilə çörək qazanmışdı. Bütün peşələr çətindir və gözəldir. Yetər ki, sahibi olduğun sənət, qulpundan tutduğun iş həm özünün, həm də Vətənin başını ucaltsın...

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM