Azərbaycan Yazıçılar Birliyinin üzvü
...həmişə üç mövzu – siyasət, din və qadın barəsində münasibət bildirməkdən çəkinmişəm, ona görə ki, bu mövzularda istənilən fikir birmənalı qarşılanmır, mübahisə doğurur. Mübahisə etməyi bəşər övladının ağılsızlığı kimi qiymətləndirdiyimdən onu doğuracaq mövzulara, o cümlədən yuxarıda sadaladığım hər üç mövzuya toxunmaqdan yayınmağa çalışmışam. Lakin biz müxtəlif düşüncəyə malik insanların yaşadığı dünyada yaşadığımızı da unuda bilmərik və beləcə istəməsək belə mövcud zaman çərçivəsində bu mövzulara toxunmaq məcburiyyətində qalırıq.
Sonuncu dəfə bu seçilmişlərdən qadın mövzusuna toxunduğumdan onunla bağlı bir xatirəni diqqətinizə çatdırmaq niyyətindəyəm. “Məişət zorakılığının qurbanı qadın olarsa...” adlı tədbirdə etdiyim çıxışda bir hissəni burada qeyd edirəm: “...yaşadığımız bu həyatın müvəqqəti olduğunu, bunun gedəcəyimiz o dünyada öz yerimizi tutmaq üçün bir sınaq olduğunu dəfələrlə eşitmişəm, onu da eşitmişəm ki, əgər bu dünyada özümüzü qaydalara uyğun aparsaq (deyiləni etsək, lazım olmayanı etməsək) o dünyada mütləq cənnət adlı bir məkanın sakini olacağıq. Baxın, biz zatən o cənnət adlı məmləkətdə yaşayırdıq, bizi oradan ömürlük qovduran da, bu qədər çətin sınaqlara düçar edən də qadın oldu. Lakin buna baxmayaraq biz onları sevdik, inandıq və keçmişi unudaraq, ən əsası onlara etibar edərək onların yanımızda və həyatımızda olmasını istədik. Bu nə dərəcədə doğrudur, bunu deyə bilmərəm, amma mübahisəsiz hal ondan ibarətdir ki, biz onlarsız yaşamaq istəmirik, yaxud yaşamağa məcburuq.”
Fasilə zamanı dəhlizdə qadın hüquqlarının müdafiəsi ilə məşğul olan bir qadın mənə yaxınlaşıb astadan pıçıldadı: “...siz bir şeyi unudursunuz ki, biz şeytanın dediyini etdik, şeytanı isə bizim yanımızaTanrı göndərmişdi. O Tanrı ki, sizi tək qoymamaq üçün bizi yaratmışdı. O zaman sizin bizi öz həyatınıza götürməmək kimi bir seçiminiz belə yoxdur. Əksinə etdiyiniz hərəkətlər Tanrının acığına gedər və o sizi bir daha cənnət aləminə yaxın buraxmaz...”
Beləcə yenə də bu mövzuya toxunmayacağıma söz verərək, yaradıcılığım növbəti mərhələsinə - Fitsceraldın hekayələrini tərcümə etməyə başladım.
...amma hər şey belə asanlıqla bitmədi!
İlk dəfə Düşenin “Tamilla (məhəbbət, göz yaşı, ölüm...)” romanını oxuduqdan sonra gənc Tamillanın başına gələn hadisələr məndə qadınlara qarşı bir yazıqlıq duyğusu oyatdı və o zaman ilk dəfə olaraq qadınları müdafiə edən şeir yazmaq qərarına gəldim. Lakin nəzərdə tutduğum şeiri yazmağa başlasam da onu sona çatdıra bilmədim, buna nəmalüm bir qadın mane oldu. Ona görə nəmalüm deyirəm ki, onu tanımaq milyonlarla kişinin üzləşdiyi bir hadisəylə tamamlandı – sevgi...
Ümumiyyətlə, qadının istədiyinin nə dərəcədə doğru və nə dərəcədə lazımlı olduğunu müəyyən etmək mümkün deyil (bu cümləni cəmi üç dəfə işlətmişəm; müəllimi olduğum universitetin auditoriyasına tələbələrə, hərbi xidmətlə əsgər yoldaşıma və burada). Əgər kimsə bunu bacardığını deyirsə, inanmayın, onlar qarşılarındakı məxluqun yalnız gözlərinin məsum parıltısı qarşısında aldanmaqdan başqa heç nə qazanmayıblar... yaxud heç nə düşünmədən, düşünülsə belə düşüncəylə uzlaşmayan sözlər qarşısında özlərinin əbədi üstünlüyünü – dərketmə qüvvəsinə malik olduqlarını düşünərək lovğalanmalarından başqa heç nə...
Nəmalüm, qədim yunan filosofu “sevgi qadını dərk etmədə ən mühüm hissdir” deyəndə, hansı həyat mərhələlərindən keçdiyini anlamaqda çətinlik çəkdiyimi boynuma alıram, lakin onunla barışa bilmərəm ki, onların dərkolunması bu qədər asan olsun, sevgini nəzərdə tuturam...
Beləliklə, qadınla kişinin, mən deyərdim ki, ilk çətinliyi elə sevgidən doğub, sevgi nəticəsində meydana gəlib, sevgi ilə inkişaf edib, lakin sevgi ilə ölməyib... çünki sevgi elə bir yoluxdurucu xəstəlikdir ki, o yalnız şüurun ölümü ilə bitir deyərdim, fiziki anlamda, lakin demirəm, çünki sevgi ölmür, elə insanın ölümündən sonra insanların dilində, şüurunda yaşayır, insanı xatırlasınlar deyə...
Bax, bu, yoluxdurucu xəstəlik nəticəsində biz qadınları sevdiyimizlə yanaşı onlara nifrət edirik, elə bir nifrət ki, hətta onları öldürməyə belə hazırıq. Bax, bütün bu kin, hirs hamısı sevginin gücündən yaranır, mənasızcasına lovğalıq əlaməti kimi dəyərləndirilən və insanı duyğulara ögey münasibətdə tapılan qürur istisna olmaqla!
O zaman Axundov adına Milli Kitabxanada ilk dəfə Merimenin “Karmen” əsərini oxumuşdum, çox təsirlənib üç gün düşünmüşdüm “axı, qadınlar nə istəyir” deyə. Sonralar Çexovun “Ədəbiyyat müəllimi”
hekayəsini oxudum, o zaman düşündüm ki, onlar sevgi üçün doğulmayıblar, onların düşüncə tərzində sevgi deyilən hissə qarşılıq verən sevgi deyil, tamam başqa bir hissdir, məsələn, analıq instikti kimi bir şey!
Demək olar ki, 77 saylı avtobusda bir neçə gün ərzində oxuduğum Markesin “Bizlərdə oğru yoxdur”, yaxud isti yatağımda özümü məruz qoyduğum bir neçə çətinlik sayəsində tanış olduğum “Yüz il tənhalıqda” əsərlərindəki qadın obrazı məni susqunluğa düçar etdi, tələsik qərar verməyin uğursuzluğunu mənə başa saldı. Bu, nədir axı! Bəşər övladının milyon il ərzində çözməkdə çətinlik çəkdiyi bir anlama anlam vermək istəyi məni öz ağuşuna almaq istəyir!
Mən düyünü açmaq məcburiyyətində idim, amma bunu bacarmırdım, elə İsgəndər kimi, lakin mənim qılıncım yox idi, əvəzində isə qələmə sahib idim. O qələmə ki, onunla birlikdə çox şeylər yaratmışdıq, elə bu əsər kimi, həmçinin ona görə çox təzyiqlərə (irad və s.) məruz qalmışdıq; bax, bu, tamam başqa bir mövzudur.
Çox sonralar böyük həvəslə üzərində işlədiyim “C.S.Mill. Qadın hüquqlarının bərabərliyi” yazısında onların müdafiəçisinə çevrildim, onları yükəkliyə nəinki qaldırmaq, orada olmalarını sübuta yetirməyə çalışdım.
Çətindir, ona görə ki, mən zəhmət çəkirdim, bunun üçün oxyurdum, müqayisə edirdim, yazırdım, lakin görmürdüm (bəzən nə görmək istədiyimi, yaxud nə görmək lazım olduğunu bilmirdim), bax, bu, çətindir!
“Karmen”ə toxunsam da Tolstoyun “Anna Karenina”, Floberin “Madam Bovari”sinə toxunmadım heç zaman, bu mənlik deyildi, ona görə ki, mən Mitçelin çəkdiyi “Hipatiya öldürülərkən” əsərinə saatlarca tamaşa etməkdən doymurdum, ona görə yox ki, rəsm əsrarəngiz idi, qadın bədəni əsrarəngiz çəkilmişdi, ona görə ki, qarşımda misilsiz şüura malik bir qadın dayanmışdı, baxmayaraq ki, onu da kişilər öldürmüşdü, səbəb sevgi olmasa da...
Əvəzsiz hesab etmədiyim ingilis ədəbiyyatının görkəmli nümayəndəsi Dikkensin “Böyük ümidlər” romanını xatırlayıram, hardasa beş dəfə o kitabı oxumaqdan imtina etmişəm – Estellaya görə, istəməsəmdə adını çəkəcəm Rufda (Londonun “Martin İden” romanı) məni əsəbləşdirmişdi...
Bir qədər sonra Fitsceraldı xatırlayacam...
İnsan şüurunda öldürməyin formalaşması, eləcə də qərara alınması üçün insan altşüurunda mövcud olan hisslərin elə bir vəziyyətə gəlməsidir ki, bunlar insanın yeganı çıxış yolunun – cinayət olmasına inandıra bilər, təbii ki, biz affekt vəziyyətdə olmağı istisna edirik (bu vəziyyətdə olma bəzən insanın özünə ziyan vurması ilə nəticələnir, Van Qoq kimi).
Bunin “Mityanın məhəbbəti” əsərində yazırdı: “...lakin öz yerinə başqa birisini təsəvvürünə gətirən kimi, ani olaraq hər şey dəyişirdi, - hər şey mənə abırsızlığa çevrilir, Katyanı boğub öldürmək və hər şeydən əvvəl, xəyalına gətirdiyi rəqibi deyil, məhz onu böğub öldürmək arzusu oyadırdı.”
Təbii ki, motivindən asılı olmayaraq adam öldürmə cinayət sayılır, bu əməl bəşər övladına bağışlanası mümkün olmayan bir hərəkətdir, baxmayaraq ki, insanlardan fərqli olaraq qanunların bağışlamaq niyyətləri olmur, axı, onların ürəyi yoxdur.
İlk dəfə sevdiyi qadını öldürmək istəyən Otello (Şekspirin “Otell” əsəri) ilə tanış olmuşdum, lakin Otello başqaları ilə müqayisə oluna bilməzdi, o, özünü də sevgiyə qurban vermişdi. Bax, buna görə o zaman sevgi-ölüm qarşıdurmasını düşünməmişdim, baxmayaraq ki, ürək-qanun qarşudurmasını düşünmək niyyətindən çox uzaq idim, amma sonralar bunu düşündüm və öz münasibətimi yazışı şəkildə bildirdim, sevgi-ölümdən fərqli olaraq...
Ümumiyyətlə, sevdiyi qadını öldürmək hissi elə sevgidən doğduğu kimi, sevgiyə qarşılığın lazımınca olmamasından yaranır. Lakin ölüm sondur, buna qədər nifrət hissi mövcuddur, bu elə bir mərhələdir ki, insan heç nəyin fərqinə varmadan, sadəcə yaşadığı mühitdən uzaqlaşmaq istəyir. Bu, mövzuya daha həssas və geniş şəkildə Fitscerald toxunub. Onun bütün əsərlərində sevgini duymaq olar, onu dəqiqə-dəqiqə yaşamaq, hissələrə bölmək, sonra yenidən tamlamaq mümkündür, lakin bu duyumların çox hissəsində bir uğursuz sonluq mövcuddur, bir nifrətə bərabər uzaqlaşmaq istəyi mövcuddur! Onun “Böyük Getsbi”, “Benjamin Battonun sirli hekayəsi”, “Qış arzuları” və digər əsərlərində bu nifrəti sezmək çox asandır. Maraqlı hal ondan ibarətdir ki, Fitsceraldın qəhrəmanı sevdiyi qızdan (“Qış arzuları”), sevdiyi qadından (“Benjamin Battonun sirli hekayəsi”) uzaqlaşmaq üçün ölümə belə
hazırdılar, bunun üçün hərbi xidmətə yollanırlar ki, bu seçim onların düşündüklərinin bəlli olmasının qarşısını almaqda ən əlverişli yoldur
Nə etməli, Buninin qəhrəmanı kimi sevdiyi qızın keçmişini bağışlaya bilməyərək onu güllə ilə vuran insan olmalı (“Zərif nəfəs”), yaxud çıxış yolunun bu olduğunu düşünərək onu boğan insana oxşamalı (“Otello”)... yaxud unutmağı, hər şeyi istədiyi anda silməyi bacaran biri olmalı?!
Bu yazıda real insan həyatlarından istifadə olunmadığı üçün mən Fitsceraldın (həmçinin Tolstoyun, Sokratın və digərlərinin) öz həyatından, qadını ilə aralarında yaranmış və yaşanan münasibətlərdən söhbət açmayacam, üzürlü sayın, baxmayaraq ki, məhz bu olanlar istinad etdiyim əsərlərin yaranmasına səbəb olmuşdur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM