Azərbaycan ədəbiyyatının İlyas Əfəndiyev zirvəsi

10:23 / 03.10.2017

“İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır”.

Vaxtilə ulu öndər Heydər Əliyevin görkəmli nasir və dramaturq İlyas Əfəndiyev haqqında dediyi bu sözlər unudulmaz sənətkarın yaradıcılığını çox dəqiq xarakterizə edir.

Oktyabrın 3-ü İlyas Əfəndiyevin vəfatından 21 il ötür.

Mədəniyyət tariximizin “İlyas Əfəndiyev mərhələsi”

Azərbaycan mədəniyyəti tarixinin “İlyas Əfəndiyev mərhələsi” kimi səciyyələndirilən, XX əsr ədəbiyyatımızın klassiki, milli nəsrimizin, dramaturgiyamızın, teatr sənətimizin, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan İlyas Əfəndiyev həm sovet, həm də müstəqillik dövründə yazıb-yaradan görkəmli ədiblərdən biri olub.

Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açıb. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, xeyirxah və alicənab insanlar olmuşlar. Babası Bayram bəy dövlət idarələrində məmur işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışmışdı. Ötən əsrin 30-cu illərinin repressiya dalğası Əfəndiyevlər ailəsindən də yan keçməmiş, yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulmuş, aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən bu işıqlı şəxsiyyət 1934-cü ildə, 50 yaşında ikən vəfat etmişdi. İlyas Əfəndiyevdə kitaba, ədəbiyyata marağı anası Bilqeyis xanım yaratmışdı.

1938-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında çalışmışdı. Onun ilk mətbu əsəri - “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunmuşdu.

Yeni imza, yeni üslub və yeni baxış

İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı ədəbiyyatımızda sonralar məşhur 60-cı illər deyilən ədəbiyyatın əsasını qoyub. Yazıçı “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, eləcə də dram əsərləri ilə ədəbiyyata ilk dəfə lirik-psixoloji üslub gətirib. O vaxta qədər ədəbiyyatda yazıçı əli ilə hər situasiyada qalib gələn müsbət qəhrəman anlayışı var idi. İlyas Əfəndiyev o qəhrəmanı daxili ziddiyyətləri, zəngin mənəviyyatı olan adi insanla əvəz edib. İlyas Əfəndiyev həm də cəsarətli yazıçı idi. Məsələn, “Körpüsalanlar” əsərində Səriyyənin öz mühəndis ərini qoyub, buldozerçi Qəribcana ərə getməsi birmənalı qarşılanmayıb, hamı Səriyyəni qınayıb. Amma o, sübut elədi ki, dünyada insan sevgisindən böyük heç nə yoxdur. 

İlyas Əfəndiyev ədəbi prosesi daim izləyib. Onun məqalələrində poeziyamızda müşahidə edilən ritorika, nəsrimizdəki pafos, təfərrüata varmaq, üslub ağırlığı tənqid olunub.

Yazıçının əsərlərinin uğur qazanmasının bir səbəbi də onun dilə münasibəti ilə bağlı idi. O, lirik-psixoloji üslubu yaradarkən ənənəvi nəsr, dram dilindən istifadə etməyib. Onun öz dili vardı. O, dili mədəniyyətin əsası hesab edir, dilə xalqın mənəvi abidəsi kimi baxırdı.

Sovet dövrü Azərbaycan ədəbiyyatının ən böyük milli yazıçısı

Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev hakim ideologiyanı heç vaxt tərənnüm etməyib, sadə insanların həyatını, məhəbbətini, arzu və istəklərini qələmə alıb. O, sovet dövrü Azərbaycan ədəbiyyatının ən böyük milli yazıçısıdır. Heç bir rejim onu dəyişdirə bilməyib. “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani” əsərləri ilə tarixi müasirlik müstəvisinə gətirib. Yaxud “Geriyə baxma, qoca” əsərində əslində o deyirdi ki, geriyə baxmaq lazımdır, çünki geriyə baxmadan irəli getmək olmaz. İlyas Əfəndiyev siyasi prosesləri, tarixin gedişatını bir yazıçı fəhmi ilə duyurdu. “Xurşidbanu Natəvan” pyesində əslində Qarabağın dərdindən yazırdı. Əsər yazılanda Qarabağ hadisələri başlamamışdı. Amma İlyas Əfəndiyev Qarabağın təhlükədə olduğunu göstərirdi. Odur ki, İlyas Əfəndiyevin əsərlərin təkcə beyinlə, şüurla deyil, böyük və duyan qəlblə dərk etmək lazımdır.

İlyas Əfəndiyev teatrı

Dünya ədəbiyyatında Şekspir, Molyer, Ostrovski, Çexov, Brext dramaturgiyası və məktəbi formalaşıb. Azərbaycanda da İlyas Əfəndiyev dramaturgiyası və məktəbi var. O, “Atayevlər ailəsi”, “İşıqlı yollar”, “Bahar suları”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və digər dram əsərləri ilə “İlyas Əfəndiyev teatrı”nı yaradıb. Bu teatrın rejissor məktəbi də var. Adil İsgəndərov məşhur monumental rejissuranı yaradıb, Mehdi Məmmədov fəlsəfi, Tofiq Kazımov isə psixoloji məktəb yaradıblar. Bu məktəb və rejissura həm də aktyor məktəbini formalaşdırıb: Həsənağa Turabov, Amaliya Pənahova, Fuad Poladov, Əlabbas Qədirov və başqaları. Bu, hər yazıçıya, hər dramaturqa qismət olmur. İlyas Əfəndiyev dramaturgiya sahəsində də yenilik edib. O, 60-cı illərdə Azərbaycan teatrının səhnəsinə “Boy çiçəyi”nin ətrini gətirib. “Unuda bilmirəm” əsərində isə cənub dərdimizdən bəhs edib. İlk dəfə Azərbaycan teatrında belə bir mövzunun səhnələşdirilməsi çox cəsarətli addım idi.

Yubileyi UNESCO-da qeyd olunan Azərbaycan yazıçısı

İlyas Əfəndiyevin əsərləri bəşəri mövzulara həsr olunub. Bu əsərlərdə vətən, milli dəyərlər, insan mənəviyyatı ön planda verilib. Ona görə də yazıçının əsərləri böyük maraqla rus, türk və digər dillərə tərcümə edilib, Avropanın nüfuzlu teatr səhnələrində tamaşaya qoyulub. İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinin UNESCO-nun mənzil-iqamətgahında təntənəli şəkildə qeyd olunması ədibin əsərlərinin bu gün də Şərq ilə Qərb arasında yaxınlaşmaya verdiyi töhfənin beynəlxalq səviyyədə təsdiqidir. 

İlyas Əfəndiyevin yaradıcılığı müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə onun xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. Onun 80, 90 və 100 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu Öndərin Sərəncamı ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr olunub. Ədibin yaradıcılığı haqqında monoqrafiyalar, namizədlik dissertasiyaları yazılıb. Bunlar bir daha sübut edir ki, İlyas Əfəndiyev bütün zamanların yazıçısıdır.

... İyirmi bir ildir ki, İlyas Əfəndiyev cismən bu dünyada yoxdur. Amma o, yazdıqları əsərləri, səhnələşdirilən pyesləri, yaratdığı obrazları, keşiyində bir əsgər kimi dayandığı Azərbaycan ədəbiyyatına töhfələri ilə xalqımızın yaddaşında, dünənində və bu günündə yaşayır. Zaman ötdükcə oxucu və tamaşaçı onu daha yaxından tanıyır, onu yenidən kəşf edir. Həqiqətən də, böyük yazıçıların doğum tarixi olsa da, ölüm tarixi olmur. Onlar əbədiyaşardır.//Azertac


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM