AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor
Hər bir milli mədəni düşüncə sistemində onu hərəkətə gətirən, fasiləsiz həyat enerjisi ilə təmin edən və eyni zamanda həmin sistemin kimlik simvoluna çevrilən məna vahidləri var. Nizami, Füzuli, Xətai... kimi adlar azərbaycanlı düşüncəsində mədəni milli kimliyin açar işarələri olduğu kimi, eyni zamanda “azərbaycanlı” varlığını kosmik dəyişmə ritmində yaşayan dünyada var edən, onu yıxılmağa, yox olmağa və tükənməyə qoymayan kosmoenergetik məna vahidləridir. Etnos özünü bu sinergetik yaradılış formulları vasitəsilə fasiləsiz şəkildə yenidən təşkil edərək varlığını qoruyur. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, keçən əsrin 80-ci illərində sovet məkanında intibah/renessans “bumu” yaşandı. Sovet şərqşünas-ideoloqları tərəfindən modelləşdirilmiş bu kampaniyada əsas məqsəd “formaca milli, məzmunca sosialist” olan sovet xalqları üçün “bərabər” əsaslara malik mədəni keçmiş “yaratmaq” idi. Beləcə, orta əsrlər “erməni intibahı”, “gürcü intibahı” kimi saxta istilahlar uydurularaq elmi dövriyyəyə daxil edildi. Lakin meydanda inkarolunmaz bir imza var idi: özünəqədərki Şərq poetik-estetik ənənəsini tamamilə dəyişdirib, ədəbiyyat tarixini uzun əsrlər boyunca, sözün hərfi mənasında, özünün yaratdığı bədii-estetik, poetik-metodoloji ənənələr cazibəsində yaşadan Nizami Gəncəvi. Bu ad-simvol Azərbaycan nizamişünaslığına onun sovet şərqşünaslığının sərt və amansız ideoloji sərhədləri içərisinə qapanmış, sıxılmış enerjisini böyük bir “partlayışla” azad etməyə imkan verdi. “Şərq/Azərbaycan” intibahı həmin dövrün ədəbi orqanları və məclislərinin əsas mövzusuna çevrildi. Azərbaycan nizamişünasları fürsətdən istifadə edib, Nizaminin milli və ədəbi kimliyi, Azərbaycan xalqının etnogenezi kimi məsələləri tez bir zamanda
aktuallaşdırdılar və bu fonda “erməni intibahı”, “gürcü intibahı kimi” anlayışların saxta və dırnaqarası hadisə olduğunu sübut etdilər. Nəticədə “Nizami” ad-simvolunun “ildırım sürəti ilə” filoloji mövzu olmaqdan çıxaraq, milli kimlik probleminə çevrilməsi Moskvanı qorxuya saldı...
...Öz poetik yaradıcılığı ilə daim milli düşüncənin energetik nöqtələrini aktivləşdirməyə çalışan və buna lirik özünüifadə kodunda ustalıqla nail olan Sona xanım Vəliyeva bu dəfə oxucuların görüşünə “Hüseyn Cavid sənətinin qüdrəti” kitabı ilə gəldi.
Nədən Nizami?... Nədən Cavid? Və nədən Sona Vəliyeva?
Məncə, məsələ aydındır. Azərbaycan etnosu orta əsrləri Nizaminin, Füzulinin... energetikası ilə keçdi, XIX əsrin sonu – XX əsrin əvvəllərində etnik enerjinin sublimasiyası – özünü təzələyərək çevrilməsi hadisəsi baş vardi: yeni enerji qaynaqları, milli özünütəşkilin yeni formulları meydana çıxdı. Adı və sənəti tükənməz milli enerji qaynağına çevrilmiş “Hüseyn Cavid” ad-işarəsi də məhz milli düşüncəni təzələyən, onu zamanın hədəflərindən yayınmağa qoymayan əsas kosmoenergetik məna vahidlərindən biri kimi ortaya çıxdı. Sona xanım Vəliyevanın da öz mənəvi varlığının əsas yaşam formulu olan “lirik özünüifadə” koduna, bir növ, fasilə verərək “Cavid” fenomeninə köklənməsi, əslində, şairənin öz mənəvi-idraki təkamülündə baş verən kataklizmlərlə bağlıdır. Milli bədii yaradıcılıq məkanına səmimiyyət, saflıq, özünəsədaqət duyğuları ilə süslənmiş şeirlərlə daxil olan Sona xanımın poeziyası iki əsas sütun üzərində durur:
– biri, sözə bədii hörgü, estetik forma və poetik enerji verə bilmək gücü;
– o biri də, lirik “mən”lə mənəvi “mən” arasında ikiləşməyə, parçalanmaya yol verməməsi və bu iki “mən”i vahid “Mən” simvolunda birləşdirə bilməsi. Bunun əsasında isə “öz”ə və “söz”ə sədaqət durur.
“Söz”ə sədaqət “öz”ə sədaqətdən keçir. “Özünəsədaqət” – kimliyindən asılı olmayaraq, “ədəbi” olanı “əbədi” olana, ədəbi şəxsiyyəti əbədi şəxsiyyətə çevirən kosmoqonik özünüyaradılış formuludur. Bu cəhətdən, Sona Vəliyeva kimliyini dərkolunmaz təhtəlşüur refleksləri səviyyəsində Cavid kimliyinə bağlayan, şairəni
şairin vurğununa çevirən, onu estetik oxucudan analitik “oxucuya” sublimasiya edən məhz “özünəsədaqət” formuludur.
“Öz”ə sədaqət – “Söz”ə sədaqəti, o da öz növbəsində Şəxsiyyəti yaradır. Və Cavid məhz “şəxsiyyət” paradiqmasında Azərbaycan mədəni milli kimliyini simvollaşdıran şəxsiyyətlərlə – Nizami, Füzuli, Xətai, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Sabir... kimlikləri ilə bir sırada durur.
Mən həmişə əsərlərin adına diqqət edirəm. Bu adlar bütün hallarda hər bir müəllifin öz yaratdığı bütöv bədii materiyanı bir ad-işarədə ümumiləşdirmə, ideyanı simvollaşdırma və bununla da əsəri təşkil edən ən fərqli struktur elementlərini vahid ad-modeldə birləşdirmə bacarığından soraq verir. Sona xanım Vəliyeva öz kitabını “Hüseyn Cavid sənətinin qüdrəti” adlandırıb. Adı təşkil edən hər üç semantem – “Hüseyn Cavid”, “sənət” və “qüdrət” leksemləri Azərbaycan filologiyasının təhlil aparatı üçün ümumişlək vahidlərdir. Ancaq bu üç semantemin birləşərək yaratdığı vahid adın əsərdə işarələdiyi məna qatları Cavid sənətinə münasibətdə indiyədək reallaşdırılmış “ümumişlək” olanların fövqündə dura biləcək “fenomenoloji” məsələlərdən soraq verir. Başqa sözlə, Sona xanım Cavid yaradıcılığını müasir zamanın sürətlə dəyişən ritminə qoşan “fenomenləri” tapmaq, onların sirrini araşdırmaq və bu “sirri” nəzəri-metodoloji təhlil formullarına çevirərək oxucu ilə bölüşmək istəyib. Maraqlıdır ki, əsərin adından tutmuş bütün struktur elementlərinə qədər həyata keçirilmiş bu müəllif “niyyətini” kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü Kamran Əliyev adekvat şəkildə anlayıb. Sona xanım Vəliyevanın kitabını “Cavidşünaslıqda ən yeni mərhələnin başlanğıcı” adlandıran Kamran müəllim yazır ki, Hüseyn Cavid yaradıcılığının yeni istiqamətdə tədqiqinə başlamaq bir sıra çətinliklərlə üz-üzə qalmaq deməkdir. Bu çətinliklərin birincisi görkəmli sənətkarın bədii irsinin orijinal ədəbi hadisə olması ilə bağlıdır. H.Cavid yaradıcılığı müəyyən qədər özündən əvvəlki klassik ənənə ilə əlaqədar olsa da, əslində, bu ədəbi irs XX əsrin əvvəllərinin nadir yaradıcılıq hadisəsidir və əlavə edim ki, özündən sonra da hələlik təkrar edilməmişdir.
Məsələnin bütün mahiyyəti, başqa sözlə, Sona xanım Vəliyevanın tədqiqatının özünəməxsusluğu, gücü və yeniliyi məhz bu məqamda – “Cavid
təkrarsızlığı”nın milli düşüncə sistemində “sakral” ədəbi presedentə çevrilməsi ilə yaranmış məna paradiqmasının fenomenal mahiyyətinin açılmasındadır.
Bəli, Cavid yaradıcılığı orijinaldır və özündən sonra da, hələlik “təkrar edilməmişdir”. Bu baxımdan, Cavid sanki ənənəsiz, təkrarsız, davamsız qalmış və bununla da cavidşünaslıqda onun ən qabaqcıl nümayəndələri üçün “fenomenoloji bifurkasiya nöqtəsi” – müxtəlif fikirlərə, yanaşmalara, mülahizələrə, eklektik, zidd, bir-birini inkar edən baxışlara start bərabərliyi verən sinergetik məqam yaranmışdır. Bu məqam, etiraf edək ki, müasir cavidşünaslıqda uzun müddətdir ki, davam edir. K.Əliyevə görə, cavidşünaslıq məhz Sona xanım Vəliyevanın bu tədqiqatının nümunəsində həmin qeyri-müəyyənlik məqamından çıxaraq yeni inkişaf mərhələsinə qədəm qoyur.
“Hüseyn Cavid sənətinin qüdrəti” monoqrafiyası beş bölümdən ibarətdir. Müəllif “Poeziyadan dramaturgiyaya” adlanan birinci bölümdə Cavid sənətinin fenomenoloji sirlərini (“qüdrətini”) bədii düşüncənin total modelləşdirmə kodları səviyyəsində araşdırmışdır. Sona xanım Cavidin lirik kodun ayrı-ayrı janrlarında ifadələnmə formasından dramaturji koda keçməsini öncə Mütləq Hüsnün (“gözəlliyin”) yaradılış aləmində təcəlla tapmış təzahürlərinin poetik idealizə imkanlarında axtarmış, bu ilahi-estetik kosmoqoniyanın Cavid yaradıcılığında “Adəmin Yerə enməsi” sxemində gerçəkləşdiyini aşkarlamışdır. Müəllifə görə, Cavidin sözə vurduğu naxışların fövqəlcazibəsi onların öz işığını, estetik enerjisini bütün hallarda ilahi energetikadan almasındadır və Cavidin “yaratdığı” İnsanın prototipi bütün hallarda yerə enmiş (nüzul etmiş) “Adəm”dir. Allah (c.c.ə.ş) öz ayələrini endirdiyi kimi, insanı da Adəm modelində yerə endirmişdir və Cavidin yaratdığı insanın şər qarşısında məğlubedilməzliyi məhz bu nöqtəyə – İnsana “yüklənmiş” “Adəm” sxeminin ilahi proqramlaşdırılmasına müncər olunur.
Sona xanım Cavid dramının lirik materialını poetik kommunikasiyanın bütün formaları boyunca araşdıraraq, şairin dram janrının imkanlarını onu təşkil edən sistemin bütün elementləri səviyyəsində funksionallaşdıra bilməsi qənaətinə gəlmişdir.
Müəllif Cavid sənətinin “qüdrətini” monoqrafiyanın “Əfsanə və romantik düşüncə” adlanan ikinci bölümündə “janr və metod” sahəsində arayaraq, sözün həqiqi mənasında, yeni yanaşma reallaşdıra bilmişdir. Sona xanım janrla (əfsanə) metod (romantizm) arasında intellektual təhlil sahəsi quraraq, onları vahid baxış müstəvisinə gətirmiş və “əfsanə” adı altında Şərq ədəbi-bədii düşüncəsində mövcud olan janr modeli ilə bədii özünüifadənin “romantizm” modeli arasında uyarlıq/harmoniya “sahəsini” aşkarlamışdır. Müəllif bu “sahəni” Şərq ədəbi düşüncəsini həm yaşadan, həm də özümləşdirən bədii identifikasiya (kimlik) modeli kimi Nizamidən başlayıb, Füzulidən keçməklə Cavidə qədər nəhəng tarixi-mədəni reallıq, bədii təkamül xətti, milli-estetik enerji axımı kimi müəyyənləşdirə, təsvir və təhlil edərək sistemləşdirə bilmişdir.
Kitabın üçüncü bölümü “Mif və reallıq” adlanır. Qeyd edək ki, bu kontekst cavidşünaslar tərəfindən daim aprobasiya olunan təhlil sahəsidir. Mifin Cavid yaradıcılığında “aydın” obrazlarda təcəlla edən “çaşdırıcı” fakturası (xüsusən: İblis) tədqiqatçıları daim Miflə Reallıq arasındakı bədii məna sahəsinə cəlb edir. Və qeyd etməliyəm ki, bu sahə həm də Ana Kainatdakı “qara boşluqlar” kimi cavidşünaslığın bütöv “qalaktikalarını” özünə cəzb edərək, “udmaqda” davam edir.
Səbəbi?
Səbəbi Mifin Cavid yaradıcılığında təcəlla edən cazibəsindən qurtulmaq, onun göz qamaşdıran parlaq haləsindən içəri nüfuz etmək iqtidarsızlığımızdadır.
Mif romantik düşüncənin genetik nüvəsi kimi özündə kainatın sıxılmış enerjisini gəzdirir. Günəşə adi gözlə baxmaq mümkün olmadığı kimi, Mifi də “adi gözlə” görmək, mahiyyətinə “bu üsulla” nüfuz etmək mümkün deyildir. Sona xanım “bu həqiqəti” özü üçün idrak edib, Mifə əksər cavidşünasların nümunəsində olduğu kimi, “adi gözlə”, yəni metodoloji “alətsiz” yanaşmadan imtina etmiş, ona baxış rakursu və imkanlarını dəyişməklə, cavidşünaslıqda ilk dəfə olaraq, Mifdə reallığı, Reallıqda isə mifi görə bilmişdir.
Əsərin “Peyğəmbər və əxlaqi dəyərlər” bölməsi başdan-başa Cavid yaradıcılığını var edən, onu bədii mövcudiyyətin əbədi varlıq fakturasına çevirən estetik məna mərkəzlərinin aranması və araşdırılmasına həsr olunmuşdur. Sona
xanım Vəliyeva cavidşünaslıqda ilk dəfə olaraq şairin yaratdığı Peyğəmbər obrazını öz zahiri fakturadan ayıraraq, obrazın əhatə etdiyi məna sahəsini bütövlükdə təhlil müstəvisinə gətirmişdir. Təhlildə “bütövlüyün”, yəni sistemin əsas götürülməsi Sona xanıma Cavidin “yaratdığı” Peyğəmbərlə Allahın (c.c.ə.ş.) yaratdığı Peyğəmbər arasındakı “adi gözlə” görünməyən “elçi missiyası” məna sahəsini aşkarlamağa imkan vermişdir. XX əsr cavidşünaslığı bu məna sahəsini məlum səbəblərdən gözardı etmiş, onun müasir davamçıları da bu sahəni inersiya ilə “unutmuşlar”. Cavidin “yaratdığı” Peyğəmbər Sona xanımın təfsirində öz ilahi missiyasını bədii məkanda davam etdirir və bu da S.Vəliyevaya ilahi risalətin heç vaxt bitməməsi, Allahın (c.c.ə.ş.) öz yaratdığı dünyanı heç vaxt “ayətsiz” qoymaması, Cavid sənətinin qüdrətinin də bu ilahi risalətin bədii inikası kimi meydana çıxması qənaətinə gəlməyə imkan vermişdir. Bax bu, Sona xanım Vəliyevanın Cavid fakturasına yanaşmada müəyyənləşdirdiyi və təklif etdiyi tamamilə yeni baxış modelidir. Cavid nə qədər ki, hər hansı formada (birbaşa, yaxud dolayısı) ateizmlə, materializmlə impulslaşan “beyinlərlə” təhlil olunacaq, öz sirlərini gizlətməkdə, estetikasını “nihan” saxlamaqda davam edəcək. Sona xanım öz təhlil ilə bu həqiqəti aşkarlamış və özünəsədaqətli müəllif kimi bunu müasirləri ilə bölüşməkdən çəkinməmişdir.
Kitabın sonuncu bölümü “Tarix və həqiqət” adlanır. Burada Şərqin “tarix” dramının Topal Teymur, Səyavuş, Xəyyam kimi məşhur obrazları Cavid yaradıcılığında təcəlla olunmuş fakturları səviyyəsində təhlil olunur. Müəllifin bu obrazlara yanaşmasının öz alim həmkarlarından əsas fərqi həmin obrazlara Şərq tarixinin bütün kosmogenetik enerjisini özünə konsentrasiya etmiş simvol-obrazlar kimi yanaşmasında üzə çıxır. Bu, cavidşünaslıqda tamamilə yeni yanaşma olmaqla Sona xanım Vəliyevanın tədqiqatını orijinallaşdıran mühüm amillərdən biri kimi çıxış edir.
Əlbəttə, Sona xanım Vəliyevanın “Hüseyn Cavid sənətinin qüdrəti” kitabı haqqında çox yazmaq olar. Ancaq həcmcə “çox” yazmaq mənaca “çox şeyi yaza bilmək” anlamına gəlmir. Biz burada kitabda gördüklərimizdən nəyi deyə bilsək də, kitabın özündə reallaşdırılmış mənalar bütün hallarda ilkinliyini və saflığını
saxlamaqda davam edəcək. Bu halda isə bizim bir oxucu kimi gəldiyimiz əsas qənaət ondan ibarətdir ki, Sona xanım Vəliyeva bu kitabda Hüseyn “Cavid təkrarsızlığı”nın parlaq aurasından içəri nüfuz edib, bizə bizimlə yaşayan, daim müasirləşən, bizimlə var olan və olacaq Cavidi göstərmək istəmişdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM