AZƏRBAYCAN-TÜRKİYƏ SİYASİ-DİPLOMATİK VƏ HƏRBİ-TƏHLÜKƏSİZLİK SAHƏLƏRİNDƏ ƏLAQƏLƏRİN QURULMASI VƏ İNKİŞAFI

08:09 / 30.10.2017

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

 

  Müasir beynəlxalq koordinatlar sisteminin güc mərkəzi kimi qəbul edilən aktorlarının xarici siyasət strategiyasında regionallıq faktoru xüsusi çəkiyə malikdir. Başqa sözlə, bu və ya digər dövlət öz milli maraqlarının təminatı üçün ayrı-ayrı dövlətləri deyil, onların yerləşdiyi coğrafi arealı bütövlükdə xarici siyasət vektoru olaraq müəyyənləşdirməyə prioritet verir. Heç sübhəsiz. Belə yanaşma tərzi seçilmiş regionun cəlbedicilik əmsalının kəmiyyət və keyfiyyət göstəriciləri ilə tənzimlənir. Məsələyə bu kontekstdə yanaşıldıqda Cənubi Qafqaz regionunun da müasir beynəlxalq siyasətdə xüsusi çəkiyə malik olmasının motivlərini anlamaq mümkündür. Bu, hər şeydən əvvəl, regionun geostrateji parametrləri, xüsusi coğrafi mövqeyi, münaqişəli zona statusu və çoxsaylı güc mərkəzlərinin (həm regiondaxili, həm də regiondankənar) maraq dairəsində olması ilə səciyyələnir. Həmin güc mərkəzləri içərisində Rusiya, Türkiyə, İran (regional güc mərkəzləri), ABŞ, NATO və Avropa İttifaqı (regiondankənar güc mərkəzləri) Cənubi Qafqazda baş verən hadisə və proseslərə xüsusi təsir imkanlarına malikdirlər.

Cənubi Qafqaz regionunda üç dövlət-Azərbaycan, Gürcüstan və Ermənistan beynəlxalq birliyin nisbətən yeni subyektləridirlər. Həmin dövlətlərə münasibətdə region dövlətlərinin hər birinin tarixi ənənə və müasir geosiyasətlə şərtlənən ümumi və xüsusi yanaşma strategiyaları mövcuddur.

Regionda maraqları cəmlənmiş həmin güc mərkəzləri sırasında Türkiyənin xüsusi yeri və rolu vardır. İqtisadi, siyasi, hərbi-təhlükəsizlik, habelə tarixi, mədəni və etnopsixoloji parametrləri baxımından cəlbedicilik rəsmi Ankaranın region siyasətinin səmərəliliyini artıran amillərdəndir. Sivil müsəlman dövləti olan Türkiyənin qərb dəyərləri və texnologiyalarına üstünlük verməsi onu regionun eyni dəyərləri paylaşan dövlətləri üçün kifayət qədər cəlbedici edir. Xüsusilə, ümummilli lider Heydər Əliyevin təbirincə desək, “bir millət, iki dövlət olan” Türkiyə-Azərbaycan strateji əməkdaşlığı rəsmi Ankaranın region siyasətinin səmərəlilik dərəcəsini daha da artırır. Türkiyənin regionda formaıaşmış çoxsaylı maraqları içərisində iqtisadi maraqlar, xüsusilə də neft və qeyri-neft sektoru ilə bağlı maraqlar xüsusi çəkiyə malikdir. Türkiyə regionda formalaşmış yeni geosiyasi şəraitdən istifadə edərək ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq bölgə siyasətini xeyli fəallaşdırmışdır. Onu da qeyd edək ki, Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir çox ölkələri məhz Türkiyənin vasitəsilə Avropaya çıxmağı, Qərb dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr qurmağa çalışırlar.

Türkiyənin region siyasətində təhlükəsizlik və hərbi-siyasi maraqlar da mühüm rol oynayır. Türkiyə bu baxımdan Qafqazda davamlı sabitlik mühitinin formalaşmasına xüsusi önəm verir.

Türkiyə Cənubi Qafqaz dövlətlərindən Azərbaycan və Gürcüstana xüsusi prioritet verir. Bu mövqeni həyata keçirməkdə Türkiyənin əsas məqsədi regionun iqtisadi və siyasi inkişafına kömək etmək, regional (Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars) iqtisadi layihələrin reallaşması üçün əlverişlı mühit formalaşdırmaq və mümkün qədər Azərbaycan və Gürcüstanın avroatlantik məkana iteqrasiyası üçün yardım etməkdən ibarətdir. Heç şübhəsiz, Sovet İttifaqının dağılmasından sonrakı yeni geosiyasi reallıqlar kontekstində Türkiyənin müəyyən etdiyi regional xarici siyasət kursu ilk növbədə onun geosiyasi maraqlarının təminatı mənafeyinə xidmət göstərir.

Məsələyə yuxarıda sadalanan siyasi həqiqətlər kontekstində qiymət versək, Türkiyənin regionda əsas probleminin Ermənistan dövlətinin siyasəti ilə bağlı olduğu qənaətini təsdiqləmiş olarıq. Türkiyənin ərazi bütövlüyünə qarşı qəsdlər hazırlayan, qondarma “erməni soyqırımı” ilə beynəlxalq ictimai fikri çaşdıran və Azərbaycan ərazilərinin 20%-ni işğal edən bir dövlət-Ermənistan, heç şübhəsiz, Türkiyə üçün regionda arzuolunmaz tərəfdir. Ermənistanın bu mövqeyi Türkiyənin Gürcüstan və Azərbaycanla daha sıx münasibətlərdə olmasını şərtləndirən amillər sırasındadır.

Türkiyənin region siyasətinin nüvəsini Azərbaycanla münasibətlər təşkil edir. Bu aksiomadır. Azərbaycan həm də Türkiyəni çoxmilyonlu türk dünyası ilə birləşdirən olduqca mühüm həlqədir. Azərbaycan və Türkiyə hər şeydən əvvəl, etnik, dil, mədəni və dini baxımından ortaq dəyərlərə malik dövlətlərdir.

Türkiyə rəsmi olaraq Azərbaycan Respublikasmm müstəqilliyini 9 noyabr 1991-ci ildə tanıyan ilk dövlət olmuşdur. Rəsmi Ankara 1992-ci il 14 yanvar tarixində Azərbaycanla diplomatik əlaqələri bərpa etmişdir. 1992-ci ilin may ayında Türkiyənin Azərbaycanda səfırliyi açılmışdır. Azərbaycanın isə Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayından fəaliyyət göstərməyə başlamışdır. Ölkəmizin 1993-cü il yanvar ayından etibarən İstanbul şəhərində Baş Konsulluğu işə başlamışdır. Azərbaycanın və Mərkəzi Asiyanın türkdilli respublikalarının BMT-yə qəbulunda da Türkiyənin təşəbbüslə çıxış etməsi qurumda müvafıq müzakirələrə start vermiş və müsbət nəticə ilə yekunlaşmışdır .

Elə müstəqillyin ilk illərində, daha doğrusu,
1992-ci ilin noyabrın 2-də Ankarada, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və həmrəylik haqqında» imzalanmış saziş xüsusilə mühüm əhəmiyyətli sənəd idi. Bu sənəddə ikitərəfli əməkdaşlığın geniş spektrinə dair məsələlər öz əksini tapmışdır. Bundan savayı, «Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası höküməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında» Saziş, «Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası höküməti arasında mütəxəssis kadrların hazırlığı haqqında» Protokol, «Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında» Protokol, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında avtomobil daşımaları haqqında» Saziş, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında» Müqavilə, »Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Komitəsi və Türkiyə Respublikası Radio və Televiziya Komitəsi arasında əməkdaşlıq» Protokolu, «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında kiçik və orta həcmli sənaye müəssisələrini inkişaf etdirmək sahəsində texniki əməkdaşlıq haqqında» Protokol, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında kredit haqqında» Saziş və digər mühüm sənədlər Ankara-Bakı münasibətlərinin inkişafı üçün lazımi hüquqi-normativ bazanı yaratmış oldu.

Türkiyənin müstəqilliyin ilk illərində Ermənistanın blokada vəziyyətində saxladığı Naxçıvana göstərdiyi köməklik xüsusilə misilsiz əhəmiyyətə malik idi. Təsadüfı deyildir ki, 1992-ci ilin martın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Türkiyə Prezidenti Türqut Özalın və Baş Nazir Süleyman Dəmirəlin xüsusi dəvəti ilə Türkiyəyə rəsmi səfər etmiş və rəsmi Ankara tərəfindən Naxçıvana maliyyə, iqtisadi və texniki yardım göstərilməsi haqqında, o cümlədən 100 mln. dollar məbləğində kredit ayrılmasını və hər il 100 nəfər tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə əməkdaşlıq protokolunu imzalamışdır .

Zəmanəmizin dühası Heydər Əliyevin xalqın tələb və xahişi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələnin əsası qoyulmuş oldu. Bu bir həqiqətdir ki, müstəqilliyimizin ilk günlərindən başlayaraq, xarici siyasət fəaliyyətində Türkiyəyə xüsusi diqqət verilməsi regionda marağı olan Rusiya və İranı, daha sonra isə, bir sıra Qərb  dövlətlərini narahat etməyə başlamışdı. Lakin ulu öndərin məharətlə həyata keçirdiyi balanslı siyasət nəticəsində yaxın qonşularımız olan İran və Rusiya ilə problemlərimiz tədricən aradan qaldırılmış, regionda maraqları toqquşan dövlətlərlə sabit münasibətlər formalaşmış və xüsusilə Türkiyə-Azərbaycan əməldaşlığına yeni prizmadan baxmaq üçün imkanlar yaranmışdır.

    Ölkələrimiz arasındakı münasibətlərin bütün istiqamətlər üzrə möhkəmlənməsinin zəruriliyi ilə bağlı fikirlər Heydər Əliyevin 1994-cü il  fevralın 8-də Süleyman Dəmirəlin dəvəti ilə qardaş ölkəyə rəsmi səfərə yola düşmədən əvvəl hava limanında jurnalistlərə verdiyi müsahibəsində, habelə Ankarada «Çankaya» köşkündəki rəsmi ziyafətdəki nitqində öz əksinin tapmışdır. Ümummilli lider bildirmişdir ki, “Türkiyəni Azərbaycan üçün ən yaxın qardaş və dost ölkə kimi qiymətləndirir, həm də bu münasibətlərin böyük tarixi vardır. 70 il bir-birindən ayrı düşmüş xalqlarımız qısa müddətdə bir-birinə qovuşmuş, bir-birini qucaqlamışdır, sanki bu 70 ildə ayrılıq heç olmamışdır.”  Ulu öndərin Türkiyə Prezidenti Süleyman Dəmirəl və bu ölkənin bir sıra diğər ictimai xadimləri ilə səmimi dostluq münasibətləri saxlaması son nəticədə  dövlətlərimiz arasında əməkdaşlıq mühitinin daha da inkişafı mənafeyinə xidmət etmişdir.

Prezident Heydər Əliyevin Türkiyəyə həmin səfəri zamanı imzalanmış "Dostluq və əməkdaşlıq haqqında" müqavilə, həmçinin sərhəd məsələlərinin tənzimlənməsi üzrə qarışıq işçi qrupun yaradılması, investisiyaların qorunması, ikiqat vergidən qaçma, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında sazişlər xüsusi əhəmiyyətə malikdir.

ARDİ VAR


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM