İşğalçı dövlətin  planları tam iflasa uğramışdır

13:00 / 15.07.2020

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Təəssüf hissi ilə qeyd edirəm ki, bir qədər öncə həm ölkə mediasında, həm də ərəb mətbuatında dərc olunmuş "Pandemiyadan sonrakı Qarabağ: sülh, müharibə yoxsa inqilab?" sərlövhəli məqaləmdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibəyə əl atacağı ilə bağlı proqnozum 100 faiz təsdiqini tapdı. Məqalənin həmin hissəsini nəzərinizə çatdırıram:

"Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çokməsi millətçilik dalğasının yüksəlməsinə və “xaici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürüst davranışlararın artmasına rəvac verir. Narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayana bilər. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna olunmur. Nikol Paşinyan çox gözəl dərk edir ki, iri miqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biyabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Aprel döyüşlərindən 4 il keçməsinə baxmayaraq, bu gün də o hadisə Ermənistan rəhbərliyini təqib edən bir kabusa çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Aprel döyüşlərindən sonra səsləndirdiyi “Biz əgər Aprel döyüşləri zamanı malik olduğumuz müasir silahların yalnız cüzi bir hissəssindən istifadə etdik, əgər bütün silahları işə salsaydıq, Ermənistanda daş-daş üztə qalmazdı,”-fikirləri bu gün də Nikol Paşinyanın “yuxusuna haram qatmaqdadır”. Bu vəziyyətə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb, daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb, Azərbaycan ordusunun hücüma keçdiyi, Ermənistan dövləti və onun “məzlum” xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir"

Artıq gözləntilər real məzmun kəsb edib.
12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artileriya qurğularından istifadə etməklə qəfil hücuma keçərək hərbi təxribat törətmişlər. Azərbaycan ordusunun əks həmləsi ilə düşmənin canlı qüvvəsinə və hərbi texnikasına sarsıdıcı zərbə endirilmişdir. Qəhrəman Azərbayvcan ordusu aprel döyüşlərində qazandığı tarixi qələbəni davam etdirərək düşmənə öz yerini göstərmişdir. Ali Baş Komandanın mətin iradəsi və ordu-xalq birliyi sayəsində Azərbayacan Silahli Qüvvələri yenilməz gücünü nümayiş etdirmişdir.
Ermənistanın Azərbaycanla sərhəddə tərətdiyi hərbi avantüraya görə bütün məsuliyyət onun hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlətin belə bir risqli addıma imza atması ilk növbədə bu olkədə mövcud diktator rejiminin üzləşdiyi daha ciddi daxili risqlər və təzyiqlərlə bağlıdır. Heç kəsə sirr deyildir ki, koronavirus pandemiyası Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırmışdır. Ölkədə yeni inqilab mehi əsməkdədir. Bu reallıqda Ermənistanın hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq dəfələrlə sınaqdan çıxardıqları taktikanı yenidən işə salmaq məcburiyyətində qalmışdır. Təbii daxili riqsqləri süni yaradılmış xarici risqlər hesabına kompensasiya etmək-hərbi avantüraya əl atmaqla silkələnməkdə olan hakimiyyətinin ömrünü uzatmaq yolunu seçmişdir. Bu seçim Ermənistan cəmiyyətində əks reaksiya doğurmuşdur. Diktatura rejiminin ömrünü uzatmaq naminə övladlarının mənasız ölümə göndərilməsinə qarşı çıxan erməni etiraz seqmentinin sayı ədədi deyil, həndəsi silsilə ilə artmaqdadır.
Ermənistan hərbi-siyasi rəhbərliyinin hərbi təxribatçı addımlarını şərtləndirən digər mühüm amil Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhduq tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoymuşdur. Xüsusilə də Azərbaycan Prezidentinin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət edən BMT Baş Məclisinin xüsusi sessiyasının cağrılması təşəbbüsünün 130-dan cox dövlət tərəfindən dəstəklənməsi Ermənistanı məlum hərbi təxribatının məhz indiki tarixi şəraitdə baş verməsinin katalizatoru olmuşdur. Ermənistan Azərbaycanın unukal beynəlxalq təşəbbünə etiraz etməklə özünü bütün dünyanın gözündə rüsvay etmişdir. Başqa sözlə, Ermənistanın hərbi-siyasi rəhbərliyi mövcud reallıqlar fonunda “natamamlıq kompleksi”nin daşıyıcısı olaraq məlum istetrik qərarı qəbul etməklə özünüməhvə bərabər hərbi avantüraya imza atmışdır.
Bu hərbi təxribarın məhz Azərbaycan-Ermənistan dövlət sərhəddində baş verməsi də təsadüfi addım olmayıb, Ermənistanın münaqişənin əsl mahiyyətini ört-basdır etmək kimi çirkin niyyətindən irəli gəlir, üzvü olduğu hərbi-siyasi təşkilatın “çətir”i altında gizlənərək hərbi avantürasının kollektiv müdafiə mexanizmləri ilə dəstəklənməsinə nail olmaq kimi riyakar məqsədindən qaynaqlanır. İşğalçı dövlətin bu istiqamətdə planları da tam iflasa uğramışdır.
Ermənistanın hərbi təxribatı nəticəsində ordumuzun generalı da daxil olmaqla bir neçə hərbi qulluqçumuz şəhid olmuşdur, lakin onları qisası tam alınmış, qanları yerdə qalmamışdır. İnanırıq və tam əminik ki. bundan sonra da düşmənin istənilən hərbi təxribatına Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ən müasir silahalara malik, yüksək hərbi-vətənpərvirlik ruhu olan Azərbaycan Silahlı Qüvvələri layiqli cavab verəcək, ərazi bütövlüyümüzü təmin edəcək, işğaldan azad etdiyi bütün torpaqlarımızda üçrəngli qələbə bayrağını dalğalandıracaqdır.
Görünürür bu reallıq Ermənistan və ona havadarlıq edənləri, habelə daxilimizdəki "5-ci kolon"u möhkım narahat edib. İyulun 14-də gecə radələrində bir qrup təxribatçının Milli Məclisə qeyri-qanuni müdaxiləsi, antidövlət şüarlar səsləndirməsi və qanunverici orqanın əmlakına zərər vurması təsadüfi hadisə olmayıb, öncədən planlaşdırılmış təxribatın birbaşa nəticəsidir. Sərhəddə yaşanan son hadisələrlə bağlı orduya və dövlətə dəstəyini, düşmənə isə nifrətini ifadə etmək üçün yürüşə çıxan insanların sıralarına öncədən hazırlaşdırılmış və təlim almış təxribatçılar yerləşdirilmişdir. Məqsəd Azərbayacanı 90-cı illərin ssenarisi üzrə məhvə sürükləmək, ölkədə hakimiyyətsizlik mühütü formalaşdırmaq və bununla da yeni ərazi işğallarına şərait yaratmaq. perspektvdə isə vətəndaş müharibəsini labüd etməkdən ibarətdir. Xarici və daxili düşmənlərimizin bu arzusu baş tutmayacaq. Azərbayacan güclü dövlətdir. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Müxalif siyasi dairələr belə bu günlərdə dövlətin və ordunun yanında olduqlarını bəyan ediblər. Xalq-hakimiyyət birliyi monolit xarakter kəsb edir. Xalq öz Ali Baş Komandanının arxasındadır.Ona tam inanır və güvənir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu tarixi sınaqdan da şərəflə çıxacaqımıza tam eminik! Allah Prezidentimizi, Xalqımızı, Dövlətimizi qorusun! Qələbəmizə inanırıq və o lap yaxındadır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM