Vətənimizin mərd oğulları kimi o da torpaqlarımızın müdafiəsində iştirak edib, onu qorumaq üçün çətin bir yol keçib. Bu gün də alnına yazılan yazının xoşbəxtliyini yaşayır, bu gün də Vətənə, xalqa xidmətdədir, etibar olunanların sırasındadır...
O, illərin sınaqlarında bərkiyib, ömür yolu oddan-alovdan keçib. Oddan-alovdan yazmağım sizi xəyalən 1941-45-ci illər müharibəsinə aparmasın. Hələ cavandı, amma saçları özündən tez “qocalıb”. Elə həmişə diqqətimi çəkən də bu idi. Bilirdim ki, o saçlar hədər yerə ağarmayıb. Bir neçə dəfə “Gəlin, barənizdə yazı hazırlayaq, fikrinizi bölüşək” desəm də razı olmamışdı və “Əsas yazılası, işıqlandırılası xidmətimizdi” demişdi.
Həmkarımın təvəzökarlığı da örnəkdi, gözəl bir nümunədi. Yeri gəlmişkən, xidmətlərindən, etibar ediləni necə məsuliyyətlə qoruduqlarından dəfələrlə yazmışam.
Bu dəfə isə imkan tapıb dərdləşdik. Polis polkovnik-leytenantı Sahib Cəfərli 1967-ci il may ayının 29-da Şərurda doğulub. Səkkizinci sinifdən sonra təhsilini Bakıda davam etdirib. Orta məktəbi bitirdikdən sonra Balaxanıdakı mədənlərin birində çilingər köməkçisi işləyib. 1985-ci ildə hərbi xidmətə çağırılıb.
Sonra nə oldu, öz dilindən eşitsək daha yaxşı olar: “İki aylıq hərbi təlimdən sonra məni Əfqanıstana apardılar. Bu barədə evdə kimsəyə söz demədim. Düzü, Əfqanıstan haqqında həmişə sirli bir məkan kimi danışırdılar. Ancaq bizə xilaskar bir ordunun əsgərləri olduğumuzu təlqin etmişdilər. “SSRİ Əfqanıstana qurtuluş üçün gedib, orda sovet səgərlərinə ehtiyac var” şüarları ilə tərbiyə olunmuşduq. Əfqanıstanın iqliminə, təbii şəraitə uyğunlaşmaq mənim kimi onlarla azərbaycanlıya elə də çətin olmadı. Rus dilini bilməyimiz köməyimizə çatdı, hətta yerli əhali ilə də ünsiyyət qura bildik. Heç yadımdan çıxmaz. 1987-ci ildə SSRİ-nin Əfqanıstandakı səfirliyinə hücüm olmuşdu. O zaman komandanlığın əmri ilə səfirliyin mühafizəsi mənim tağımıma həvalə olundu. Məsuliyyətli bir görəv bizə tapşırılmışdı. Çox yüksək peşəkarlıqla səfirliyin mühafizəsini təşkil etdik və buna görə mənə məzuniyyət verdilər. Elə həmin il Azərbaycanın xalq artisti, sevilən sənətkarımız Zeynəb Xanlarova Kabilə konsert verməyə gəlmişdi. Rəhbərlik yenə də məni çağırıb sənətkarımızın mühafizəsini təşkil etməyi tapşırdı. Yəni mənim mühafizə etməklə dostluğum uşaqlıqdan başlasa da hərbi xidmətdə bunu daha da təkmilləşdirdim. Nəyi necə qorumağın məsuliyyətini anladım”...
Əfqanıstan “uçurumu”ndan sağ-salamat qurtulduqdan sonra Vətənə dönüb və təhsilini davam etdirib. Qapılarını döyən poçtalyon bu dəfə ona məktub gətirməyib “Vətən sizləri çağırır” adlı möhürlü, ştamplı əmri gətirəndə o, artıq könüllülərin sırasında, Vətənin müdafiəsində idi.
Hərbi xidmətdən sonra təhsilini Memarlıq və İnşaat Universitetinin axşam şöbəsində davam etdirib və uşaqlıq arzusuna qovuşmaq üçün DİN Baş Mühafizə İdarəsinə müraciət edib. Əfqanıstanda xidməti, torpaqlarımız uğrundakı döyüşlərdə iştirakı, haqqında deyilənlər nəzərə alınıb və xidmətə qəbul olunub. Polis kiçik leytenantı kimi ilk xidmət yeri Bakı Neft Emalı Zavodu olub. Cinayətkarlığın tüğyan etdiyi zamanda mühafizənin təşkili də çox çəin idi və o bu çətinliyin də öhdəsindən bacarıqla gəlib. Onu 1994-cü ildə Şamaxı Rayon Mühafizə Bölməsinə baş inspektor təyin ediblər. Təcrübəsi, insanlarla xoş ünsiyyəti burda da köməyinə çatıb. Beləcə, illər biri-birini əvəz edib. Xidmət yeri ailə vəziyyəti ilə əlqədar Nərimanov Rayon Mühafizə İdarəsinə dəyişdirilib. Bir müddət burda çalışıb. 2006-cı ildə yenidən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin, 2011-ci ildə isə Suraxanı Mühafizə Şöbəsinə bölük komandiri təyin olunub.
O, biliyini, savadını artırmaq üçün 2006-2010-cu illərdə DİN-in Polis Akademiyasında da təhsil alıb.
Sabunçu Rayon Mühafizə İdarəsində 2012-ci ildən xidmət edir. “Bu gün rayon sakinləri ilə polis, xüsusən də mühafizə polisi arasında qırılmaz bir samimiyyət, inam körpüsü var”,-deyən həmkarımız fikrini belə əsaslandırır: “İndi elə bir dövrdə yaşayırıq ki, əmlakını, evini-eşiyini yaxınına, doğmana deyil, güvəncini, etibarını qazandığına etibar edirsən. Polisimiz vətəndaşın inamını və etibarını qazanıb, onun əmlakını göz bəbəyi kimi qoruyur. Mühafizəyə cəlb etdiyimiz obyektlərin, mənzillərin sahibləri ilə müqavilə bağlamadan öncə, ilk işimiz onu idarəmizlə, texnki imkanlarımızla, əməkdaşlarımızla tanışlıq olur. Yəni vətəndaş bilməlidir ki, onun əmlakını kim və necə qoruyacaq. Xidmətimiz həm də inam özərində qurulur. Xidmətə yeni qəbul olunmuş əməkdaşlara əmanətin etibarlı qorunmasını təşkil etmələri üçün tam məsuliyyət hissi ilə çalışmalarını aşılayırıq. Bu da öz növbəsində effektini verir, xidmətimizdə problem yaşamırıq. Hazırda 758 obyekt və mənzil tərəfimizdən qorunur.”...
İdarənin rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli obyektlərin və mənzillərin mühafizəyə cəlb edilməsində Sabunçu RPİ əməkdaşlarının
xidmətini, bu ilin müvafiq dövrü ərzində 50 obyekt və mənzilin məhz onların köməkliyi sayəsində mühafizə cəlb edilməsini də xüsusi vurğulayır.
Haqqında İdarənin rəisi, polis polkovniki Əşrəf Allahyarov belə dedi: “Polis polkovnik-leytenantı Sahib Cəfərli işini bilən, xidmətini düzgün quran, təcrübəli və etibarlı əməkdaşdır.”...
Həmkarımız iki övlad atasıdır. Oğlu Yasamal RPİ-də xidmət edir, polis leytenantdır. Qızı ötən il qəbul imtahanlarından 600-dən yuxarı bal toplayaraq Tibb Universitetinə qəbul olunub.
Həmkarımızın ən böyük qazancı ona olan inamı doğrultması, bir də böyütdüyü, ərsəyə çatdırdığı övladlarıdır...
Hafiz Təmirov,
polis mayoru
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM