Xilaskar

19:43 / 30.12.2017

 

 

Oxuduqdan sonra onu digər məktublardan ayırıb bir kənara qoydum. “O bizi ölümdən qurtardı” cümləsi gözümün qabağından getmirdi, üstəlik, üzünü belə görmədiyim müəllifin səsi sanki qulaqlarımda cingildəyirdi.

İşlərimi sahmana salandan sonra yenidən məktuba göz gəzdirdim. Başına gələnləri elə təfərrüatı ilə yazmışdı ki, ondan bu barədə əlavə nəsə soruşmaq artıq olardı. Hadisə də, onun yaşatdığı stress də yəqin ki, uzun illər yadından çıxmayacaqdı.

Amma hər halda, məktubun sonunda yazılmış telefona zəng vurub polisin fədakarlığını, zəhmətini qiymətləndirən, ona dəyər verən soydaşımıza təşəkkür etmək istədim.

Xəttin o başından qadın səsi eşidildi. Özümü təqdim etdim, bizə məktub ünvanladığını dedim.

-Sizdən çox xahiş edirəm, dedi: o polisi tapın, heç olmasa adını, şəklini qəzetinizdə verin ki, qoy insanlarımız belə mərd oğulları, ölümün üstünə gedən polisi tanısınlar. Mən, övladlarım, bir sözlə, həmin gün evimizdə olan hər kəs həyatımızı ona borcluyuq.

Sonuncu cümləni deyəndə səsi titrədi, hiss etdim ki, qəhər onu boğdu. Sağollaşdım.

Gəlin, bir anlıq təsəvvür edək. Gecənin yarısı evimizə tanımadığımız biri soxulmağa çalışır. Daha dəqiq desək, pəncərənin məhəccərini söküb evə girməyə çalışır. Evdə isə körpə uşaq, qız, gəlin var. Pul, qızıl tələb edir. Şübhəsiz ki, ya silahlı adamla əlbəyaxa olmalısan, ya da gücün çatmayırsa, dediyini etməlisən...

O, bir ailəni faciədən qurtardı. Bəlkə də vaxtında çatmasaydılar ertəsi gün qəzetlərin, saytların manşetində hər kəsi sarsıdacaq xəbərdən qanımız qaralacaqdı...

Onu tapmaq çətin olmadı. 13-cü Polis Bölməsindən dedilər ki, polis leytenantı Arif Məmmədov DİN-in hospitalındadır. Əlaqə nömrəsini tapıb görüşmək istədiyimi bildirdim. Yaralı olduğunu hiss etdirməmək üçün özünü tox tutmağa çalışsa da hiss etdim ki, yaraları hələ tam sağalmayıb...

Həmkarıma Daxili İşlər Nazirliyinə ünvanlanan məktubdan söhbət açdım. “O gün yadında necə qalıb”,-dedim.

Sanki həmin anları yenidən yaşayırmış kimi xeyli fikrə getdi və nəhayət dilləndi:

- Saat 4-də məlumat daxil oldu ki, ərazidə evə basqın var, kömək istəyirlər. Artıq ikinci zəng gələndə mənim də daxil olduğum əməliyyat qrupu hadisə yerinə çataçatdaydıq. Evin sahibəsi bildirdi ki, “çağırılmamış qonaq” elə indicə qızılı, pulu alan kimi qaçıb.

Biz onun dediyi istiqamətdə axtarışa başladıq. Birdən binaların arasında gizlənməyə çalışan qaraltı gördüm. Avtomobili saxlatdırıb dalınca qaçdım. Mən xidməti ərazini yaxşı tanıyırdım deyə, binaların arası ilə keçib onun yolunu kəsdim. “Dayan, polis əməkdaşıyam”,- deyəndə üstümə şığıdı. Əlində bıçaq vardı. Bədəncə də məndən çox iriydi. İdman hərəkətləri ilə qəfil hücumu dəf etsəm də zərbələrindən biri sol böyrümə dəydi, digəri isə qolumu yaraladı. Hiss etdim ki, qanım axır. Ancaq bunu biruzə verə bilməzdim, çünki şübhəli yaralandığımı bilib daha da azğınlaşardı. Bıçağı onun əlindən alıb qolunu burdum. Bir az dayandı, təslim olacağını düşündüm. Burnuma ucu biz dəmir parçası ilə dəyən zərbədən sonra anladım ki, onda ikinci bıçaq varmış. Məqsədi məni öldürmək və canını qurtarmaq idi. Bütün gücümü toplayıb hər iki qolunu qanırdım və əllərini bağladım.

Onu bölməyə gətirdik. Gördüm ki, ev sahibi də bölməyə gəlib məni soruşur. Düzü, gözlərim doldu. Mən hospitalda olanda həmin ailə iki dəfə mənə baş çəkməyə gəldi, səhhətimlə maraqlandılar. Bilirsiniz məni məmnun edən daha çox nə oldu? Xanımın ayıqlığı, özünü itirməyib ağıllı qərar vermək bacarığı. Çünki gecənin bir vaxtı dəmir barmaqlıqları kəsərək evə soxulanla özünü itirmədən “bazarlığa getməsi”, güya onunla razılaşıb qızılı, pulu gətirmək bəhanəsi ilə vaxt qazanıb polisə ikinci dəfə zəng vurması qürurverici hərəkətdir...

Hə, onu sizinlə tanış etməyin məqamıdır. Polis leytenantı Arif Məmmədov 1983-cü ildə Şahbuzda doğulub. 2009-cu ildən daxili işlər orqanlarında xidmət edir. Naxçıvan Dövlət Universitetini və DİN-in Polis Akademiyasını bitirib. Hazırda Sabunçu RPİ-nin 13-cü Polis Bölməsində sahə inspektorudur.

Arif Məmmədov vaxtında köməyə çatıb silahlı cinayətkarı zərərsizləşdirməklə bir daha sübut etdi ki, sıralarında yüzlərlə igid Vətən qəhrəmanları yetişdirən Azərbaycan Polisi vətəndaşımıza təhlükədən daha yaxındır...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM