AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
(ardı var)
2018-ci il 20 yanvar tarixində Türkiyə Silahlı Qüvvələrinin başladığı “Afrin əməliyyat”ı birmənalı olaraq Türkiyənin antiterror əməliyyatıdır. Bu əməliyyatın başlanmasına səbəb Pentaqonun polkovniki Tomas Valın Suriyanın şimalında Türkiyə ilə sərhəd boyunca 30 minlik və əsasən “Demokratik Suriya Qüvvələri”ndən ibarət (YPG və PYD) “Sərhəd təhlükəsizlik xidməti” yaratmaq istiqamətində hazırlıq işlərinə başlanması haqqında bəyanatı oldu. Onu da qeyd edək ki, Həm YPG, həm də PYD beynəlxalq terror təşkilatı olan PKK-nın Suriya qanadlarını təşkil edir. Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-ın bu addımı Rəsmi Ankara və Vaşinqton arasında münasibətlərin son dərəcə gərginləşməsinə səbəb oldu. Türkiyə ABŞ-ı müttəfiqlik münasibətlərinə daban-dabana zidd addım atmaqda və terrorçuların yanında yer alnmaqda ittiham etdi. Rəsmi Vaşinqtonun cavabı özünü çox gözlətmədi. ABŞ-ın Dövlət Katibi Reks Tillerson Vankuverdən Vaşinqtona qayıdarkən təyyarədə məlum ittihamlara cavab olaraq bildirdi ki, “bütün vəziyyət təhrif edilmiş təqdim olunub və qeyri-dədiqliyə yol verilibdir. Biz Suriyada sərhəd təhlükəsizliyi qüvvələri yaratmırıq. Təəssüf ki, bəzi adamların fikirləri xoşagəlməz iz qoyubdur. Biz bu məsələləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ətraflı şəkildə Vankuverdə müzakirə etdik”. Göründüyü kimi, ABŞ Türkiyənin qətiyyətli mövqeyi qarşısında geri çəkilməli oldu. ABŞ-ın mövqeyi Türkiyənin məlum addımlarını şərtləndirsə də, son davranşı ilə PKK və PYD-nin ümidlərini puç etməkdədir.Rusiyanın mövqeyi daha çox neytrallığı ilə diqqəti cəlb edir. Rusiyanın xarici işlər naziri Sergey lavrov məhz ABŞ-ı Suriyada baş verməkdə olan son hadisələrdə ittiham etmişdir. Rəsmi Moskvanın bu davranışının motivləri anlaşılandır. Birincisi, Rusiya uçün ilk növbədə bölünməz Suriya lazımdır. YPG və PYD terror təşkilatları isə faktiki olaraq Suriyanın şimalında ayrıca kürd dövləti yaratmaq istəyirlər. Deməli, Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatlar nəticə etibarilə Suriyanın ərazi bütövlüyünün qorunmasına xidmət göstərir və bu baxımdan həm Moskva, həm də Dəməşqin milli maraqlarına cavab verir. İkincisi, Rusiya Prezidenti Vıadimir Putinin şəxsi təşəbbüsü ilə bu ilin yanvar ayının 29-30-da Soçi şəhərində “Suriya Milli Dialoq Konqresi”nin toplantısının keçirilməsi planlaşdırılır. Bu toplantının baş tutması Suriya böhranının tənzimlənməsində Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər. “Afrin böhranı”nda Rusiyanın Türkiyə ilə konfliktə girməsi həmin toplantının baş tutmasına ciddi mane ola bilərdi. Üçüncüsü, yanvar ayının 18-də Türkiyənin hərbçi və kəşfiyyat rəhbərliyinin Moskvada məlum hadisələr ilə bağlı yüksək səviyyəli danışıqlar aparması da, heç şübhəsiz, Moskvanın bəlli mövqeyinin formalaşmasında az rol oynamamışdır.
Bəşər Əsəd rejimi Türkiyə ilə bağlı hədələyici bəyanatlar versə də, Rusiyanın məlum mövqeyi fonunda bu, imitasiya təsiri bağışlayır.İran hərbi əməliyyatların dayandırılmasına çağırış etsə də, əslində kürd terrorçularının məhvi rəsmi Tehranın da strateji maraqlarına cavab verir.
Onu da xüsusi olaraq qeyd edək ki, Türkiyə “Afrin əməliyyatı”na başlamazdan öncə, ilk növbədə Suriya rəhbərliyinə rəsmi məktubla müraciət etmiş və atacağı addımların Suriya ilə sərhədlərdən gələn terror təhlükəsi ilə bağlı olduğunu əsaslandırmışdır. Anoloji məktublar bütün maraqlı tərəflərə, o cümlədən BMT Baş katibliyinə ünvanlanmışdır. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat vermişdir.
Ərəb dövlətlərindən yalnız Misir, Avropa dövlətlərindən isə Fransa Türkiyənin Afrində həyata keçirdi antiterror əməliyyatları pisləyən mövqe ortaya qoymuşdur. Fransanın xarici işlər naziri Jan-İv Le Drian məlum hadisələrlə bağlı BMT TŞ-nın fövqəladə iclasının çağırılmasını tələb etmişdir.
Beləliklə, Türkiyənin ərazi bütövlüyünü, sərhədlərinin təhlükəsizliyini və suverenliyini kürd terrorçularından qorumaq məqsədilə atdığı önləyici addımlar münbit beynəlxalq şəraitin mövcudluğu reallığında həyata keçirilməkdədir. Bu əməliyyatlara qarşı çıxış edən azsaylı dövlətlərin hərəkətləri isə daha çox imitasiya xarakteri daşıyır. Türkiyənin işi haqq işidir və dünya bunu nə qədər tez dərk etsə, beynəlxalq terrorizmə qarşı mübarizədə daha böyük uğurlar qazanmaq olar.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM