Dünyanın siyasi mənzərəsi elə də ürəkaçan deyil və dinlər, dillər arasındakı toqquşmalar onu daha böyük bəlalarla üzbəüz qoyur. Ancaq son iki əsrdə insanlığın məhvinə yol açan real təhlükəni-narkomaniyanı görən böyük güclər, beynəlxalq təşkilatlar onun qarşısını almaqda təəssüflər olsun ki, acizdirlər. Bu gün narkomaniya sözü dilimizin lüğət tərkibində özünə yer edib və az qala ümumişlək sözə çevirilib.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi, narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi də ön plana çıxmış, bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanun ilə qoyulmuşdur.
Bu gün KİV-lərdə bu bəlanı “ağ ölüm” kimi cəmiyyətə təqdim edirlər. Və belə yanaşmaya münasibət bildirməmək, əlbəttə ki, olmaz. Kiçik yaşlarımızdan ağ rəngi bizlərə sülh rəngi kimi təqdim ediblər və xalqımızın deyimlərində, duyumlarında ağ rəng xoşbəxtlik rəmzi kimi tarixə çevrilib. Fikrimizi əsaslandırmaq üçün ağsaqqal babalarımızın, ağbirçək nənələrimizin bu alqışını diqqətinizə çatdırmaq istəyirik: “Günün ağ olsun”, “Səni görüm ağ gün görəsən”. Belə olan təqdirdə bəs nə üçün biz ağ rənglə ölüm arasında paralelləşmə aparırıq? Ağ rəng ölüm deməkdirsə, niyə sülhün rəmzi olan göyərçinlər ağ rəngdədir? Bu məsələ yəqin ki, dilçilərimizin də diqqətini cəlb edəcək.
Cəmiyyətdə zərərli vərdişlərin təbliğində və onlarla mübarizədə KİV-in rolu danılmazdır. Bəs bu gün narkomaniya ilə mübarizədə KİV-lərdə aparılan təbliğat effektini verirmi, o cəmiyyətin istəkləri ilə üst-üstə düşürmü? Etiraf edək ki, bəla ilə mübarizə üçün təklif cəmiyyətdən, sabahımızı düşünən insanlardan gəlsə də onunla mübarizədə daha kəskin qətiyyət nümayiş etdirən hüquq-mühafizə orqanları, eləcə də Azərbaycan Polisidir. Şəxsi müşahidələrimizə əsaslanaraq, deyə bilərik ki, DİN rəhbərliyinin göstərişi ilə paytaxtda və yerlərdə narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda polis tərəfindən mütəmadi olaraq,
məktəblərdə və əmək kollektivlərində maarifləndirmə tədbirləri keçirilir. Narkomaniya ilə mübarizədə keçirdikləri tədbirlərə KİV-ləri dəvət edən daxili işlər orqanları ilə bağlı apardığımız araşdırma qənaətbəxş hesab oluna bilər. Paytaxtın Xətai, Sabunçu, Suraxanı, Xəzər və Nizami RPİ-ləri DİN-in Mətbuat Xidməti vasitəsilə KİV-lərlə daha sıx şəkildə əlaqə saxlayır, onların dəstəyindən yararlanırlar. Ancaq bəzi saytlarda narkotiklərlə, kriminal aləmlə bağlılığı olan “oğru aləmi”nin hər hansı bir nümayəndəsi cəmiyyətə qəhrəman kimi sırınır. Fikrimizcə, belə saytlar, xəbər portalları ictimai qınaq obyektinə çevrilməlidir. Təəssüf hissi ilə qeyd etmək olar ki, paytaxtımızda bu gün gənclərin aludəçisinə çevrildiyi zərərli vərdişlərdən biri olan qəlyan çəkmək üçün yerlər açıq şəkildə reklam olunur. Deməli, bu işdə KİV-lərin fəaliyyətsizliyi özünü açıq şəkildə biruzə verir.
Qazaxstan Respublikasında isə bunun əksinə maraqlı bir əməliyyat həyata keçirilib. Belə ki, Kızılorda vilayət prokurorunun sanksiyası əsasında narkotik maddələri reklam edən 15 sayt bağlanıb. Prokurorun sözlərinə görə, ölkədə həyata keçirlən “narkotiksiz gələcək” layihəsi çərçivəsində narkomanlığa və narkoticarətə qarşı profilaktik tədbirlər görülür. O, bildirib ki, internet resurslarında aparılan monitorinq nəticəsində 15 saytın narkotik maddələri reklam etdiyi, satış yerlərini və qəbulu qaydalarını öyrətməsi və təbliğ etməsi aşkarlanıb. Ölkəmizdə narkomaniya ilə mübarizəyə, narkotiklərin zərərinə, bu səpkidə aparılan maarifləndirmə işlərinə mütəmadi yer ayıran qəzetlərin sırasında “İki sahil” qəzetini xüsusi vurğulamaq olar. Araşdırmamız zamanı maraqlı nüansların şahidi olduq. Qeyd edək ki, 2016-ci ildə narkotiklərlə mübarizəyə, onun zərərinə dair həmin qəzetdə 55 məqalə, 2017-ci ildə isə 45 məqalə dərc olunub.
“Narkomaniya ilə mübarizə tədbirləri ilə bağlı polisin keçirdiyi uğurlu əməliyyat və maarifləndirmə tədbirlərinə dair Daxili İşlər Nazirliyinin mətbu orqanı “Mübariz keşikdə”, Bakı Şəhər Baş Polis İdarəsinin “Polis”, DİN Daxili Qoşunlar Baş İdarəsinin “Əsgər” və Polis Akademiyasının “Polis Akademiyası” qəzetlərində, o cümlədən “Asayişin keşiyində” jurnalında məqalələr dərc edilir.
Fikrimizcə, narkomaniya ilə mübarizədə ədəbiyatın, şairlərin, yazıçıların da üzərinə böyük məsuliyət düşür. Demək olmaz ki, belə nümunələr yoxdur. Araşdırma zamanı gənc yazar, Prezident təqaüdçüsü Şəfa Vəlinin “Bəyaz ölüm” pyesinə rast gəldik. Pyesdə ailə başçısı narkomaniyanın qurbanına çevrilmiş gənc bir ailənin faciəsi əksini tapır. Son zamanlar cəmiyyətin kitaba qayıdışından istifadə edərək narkotiklərlə mübarizə mövzusunda və ya onlarla mübarizədə həlak
olan hüquq-mühafizə orqanları, eləcə də polis əməkdaşları haqqında ədəbi nümunələrin yazılmasına önəm verilməlidir. Bu mövzuda tərəfimizdən polis veteranlarından, torpaqlarımız uğrunda şəhid olmuş həmkarlarımızdan və cinayətkarlıqla mübarizədə həyatını itirmiş əməkdaşlarımızdan bəhs edən “Sevgi də bir Vətəndir” kitabımızda 2007-ci ildə narkotacirlərlə mübarizədə həyatını itimiş polis polkovnik-leytenantı Namiq Musayev barədə “Anda əbədi sədaqətlə” adlı oçerkimiz işıq üzü görüb. Təklif edərdik ki, narkotiklərlə mübarizədə həlak olan belə qəhrəman Azərbaycan Polisləri haqqında bədii və sənədli filmlər çəkilsin, KİV vasitəsi ilə yayımı təşkil edilsin. Məhz bunun özü də bir təbliğat vasitəsidir. AzTV, Xəzər və digər televiziyalar, həmçinin APA Holdinqin APA internet televiziyası polisin bu istiqamətdə keçirdiyi əməliyyat və maarifləndirmə tədbirlərini işıqlandırmaqla hüquq-mühafizə orqanlarına dəstəklərini nümayiş etdirirlər. Həkim-narkoloq Asif Kəngərlinin “Narkotik maddə-ailəvi qırğın “silahı”, “Alkoqol-sağlamlığın və sağlam həyat tərzinin düşməni” kitabları, həmçinin “Bəla” pyesi bu istiqamətdə aparılan mübarizəyə daha bir töhfədir.
Bu gün narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə QHT-lərlə KİV-lərin zəif koordinasiyası nəzərə çarpır. Düzdür, bəzi QHT-lər bu istiqamətdə tədbirlər həyata keçirirlər, ancaq bu elə də ürəkaçan deyil. Fikrimizi əsaslandıraq: “Yutub”, “Feysbuk” və digər sosial şəbəkələrdə narkotiklərin, kriminal aləmin nümayəndələrinin təbliğatına rast gəlinir ki, bu da xüsusilə meyxana həvəskarları və fanatlarında, ələxüsus da onların yeniyetmə və gənc nəslin nümayəndələri arasında narkotiklərin istifadəsinə meyillilik həvəsinin meydana gəlməsinə səbəb olur. Bu mənada, belə “müsiqili, əyləncəli”, lakin sonu gəncliyin məhvinə yönəlmiş çağırışlarla mübarizədə QHT-lər və KİV-lər birgəlik nümayiş etdirməlidirlər.
Əsrimizin, kim bilir bəlkə də bizdən sonra əsrlərin bəlasına çevriləcək narkomaniya ilə mübarizə qurbanlarsız ötüşməyəcək. Bəlkə də bir az obrazlı səslənər, ancaq bir təklifdə bulunmaq istəyirik: Yaxşı olardı ki, Vətən üçün, xalq üçün və gələcək üçün KİV-lərimiz (müqayisə bəlkə də yersizdir, ancaq maarifləndirmək naminə) qışın soyuğunda, yayın qızmarında səngərdə gecəli-gündüzlü oyaq qalıb Vətənimizin keşiyini çəkən Azərbaycan əsgəri, ölkəmizdə sabitliyi, əmin-amanlığı qoruyan Azərbaycan Polisi ilə həyatı məhv olmuş bir narkomanın müqayisəsini aparıb körpələrə, uşaqlara, bir sözlə, gələcəyimiz olan hər kəsə kimin daha çox “Vətən daşı olmaq” haqqını göstərsinlər, təbliğ etsinlər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM