Elman Nəsirov: “Qərbin Ukraynaya dəstəyi, hələ ki, onların gözlədiyi səviyyədə deyil”

12:12 / 28.06.2014

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyi ilə asossasiya sazişi imzaladılar. Bu sazişi AB ilə imzalayan dövlətlər arasında azad ticarət zonasının yaradılması nəzərdə tutulur.


Ukrayna mətbuatında yeni prezident Petro Poroşenkonun Rusiyaya qarşı sanksiyaların dayandırlması ilə bağlı bəyanatı yer aldı.

Xatırladaq ki, bir müddət öncə, Rusiya Ukraynaya satdığı qazın ödəniş sistemində dəyişiklik edərək, məbləğin əvvəlcədən ödənilməsini tələb edirdi. Məlum məsələdir ki, Ukraynanın Rusiyaya kulli miqdarda borcu olduğu halda belə bir addımın atılması qazın, ümumiyyətlə, satışını dayandırmaq məqsədi daşıyırdı.

Baş verən bu prosesləri Aktual.az-a Prezident Yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq, professor Elman Nəsirov şərh edib. O bildirib ki, Ukraynanın seçimi əvvəlcədən bəlli idi:

“Ukrayna, Moldova, Gürcüstan birmənalı şəkildə özlərinin xarici siyasətlərində Qərb istiqamətini prioritet seçmişdilər və buna müvafiq olaraq da, hər üç dövlət Avropa İttifaqı ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, perspektivdə Aİ-na üzvlük məsələsini gündəmə gətiriblər. Burada heç bir manipulyasiya siyasətinin yeri yoxdur. Seçim, vektor birmənalıdır. Bu seçiminə görə, Ukraynanın hansı təhlükələrlə, problemlərlə üzləşdiyi də bəllidir. Belə olan təqdirdə, məlum Ukrayna böhranı və Krımın ilhaqından sonra bir sıra ekspertlər, haqlı olaraq, qeyd edirdilər ki, bu vəziyyətdə Rusiya, tamamilə, Ukraynanı itirmiş oldu. Yəni artıq Ukraynanın seçimi birmənalıdır və bu, gözlənilən idi”.

Politoloq qeyd edir ki, Saakaşvili hakimiyyətdən getdikdən sonra bəzi qüvvələr düşünürdülər ki, Gürcüstanın Rusiya ilə yaxınlaşma tendensiyası olacaq:

“ Saakaşvilidən sonra yeni hakimiyyətin Avropa İttifaqı ilə münasibətlərə fərqli prizmadan yanaşacağını deyirdilər. Oxşar yanaşma Moldova münasibətlərində də var idi. Amma hadisələrin sonrakı gedişatı göstərdi ki, Ukrayna ilə yanaşı Gürcüstan və Moldovanın da seçimi birmənalıdır. Onlar Avropa İttifaqına daxil olmaq yolunu seçiblər və bu istiqamətdə mərhələli şəkildə inteqrasiya prosesini həyata keçirirlər. Bu nöqteyi- nəzərdən hesab etmək olar ki, hər üç dövlətin Avropa İttifaqında azad ticarət zonası ilə saziş imzalaması məntiqi və gözlənilən proses idi”.

E. Nəsirov Ukraynanın yeni prezidenti Poroşenkonun Rusiyaya sanksiyaların dayandırlması ilə bağlı çıxışına da toxunub:

“Ukraynanın yeni prezidenti Petro Poroşenko onun fərqindədir ki, Qərbin Ukraynaya dəstəyi, hələ ki, onların gözlədiyi səviyyədə deyil. Bu səbəbdən də Rusiya amilini nəzərə almaq lazımdır. Ona görə də, Poroşenko Rusiya ilə bağlı siyasətində yumşaq hakimiyyət elementlərinə üstünlük vermək xəttini seçib.

Hazırda Avropada Ukraynaya çox nikbin yanaşırlar. Təsadüfi deyil ki, Poroşenkonun AŞPA sessiyasında olması onun sürəkli alqışlarla qarşılanması ilə nəticələnmişdi. Ukrayna, sözsüz, Avropaya inteqrasiya istiqamətini seçib. Belə olan halda, Rusiya ilə münasibətlərin kəskinləşməşi həmin seçimin reallaşması yolunda suni əngəllərin yaranmasına gətirib çıxara bilər. Ukrayna prezidenti Poroşenko Rusiya ilə münasibətdə yumşaq siyasət yeridərək, sanksiyaların dayandırılması tələbi ilə çıxış edib. Proqnozlaşdırmaq olar ki, Poroşenkonun bu jesti Moskvada müsbət qiymətləndiriləcək.

Digər tərəfdən, Ukrayna prezidentinin məlum çıxışı Ukrayna ilə Rusiya arasında qaz problemi ilə bağlıdır. Bir müddət əvvəl Rusiya Ukraynaya satdığı qazın ödəniş sistemində etdiyi dəyişiklik, əslində, Ukraynaya qazın verilişinin dayandırılması məqsədi daşıyırdı. Poroşenko hesab edir ki, Rusiyaya qarşı bu jesti həmin problemin həll olunmasında rol oynaya bilər”.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM