“Ötən 26 il ərzində Xocalı dərdini unutmayan, böyükdən-kiçiyə şəhid şəhərin adını qəlbində həmişə xatırlanacaq bir nisgil kimi daşıyan xalqımız dünənlə müqayisədə bu gün daha da mətinləşib, daha da müdrikləşib. Qətliam, əslində, biz azərbaycanıların gözünü qorxutmaqla yanaşı, milli kimliyimizi, ruhumuzu, düşüncəmizi öldürməyə yönəldilmişdi və bunu bu gün Ermənistanın rəhbərliyini təmsil edən şəxslərin özləri də etiraf edirlər. Monoetnik Ermənistanı “dənizdən-dənizə” görmək istəyənlərin bir hədəfi var: Tarixi Azərbaycan torpaqlarını işğal etmək...”
Bu fikirləri Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski Xocalı soyqırımının ildönümünə həsr olunan tədbirdə dedi. Sonra soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Baş İdarənin rəis müavini, polis polkovniki Rövşən Eyyubov Xocalı soyqırımının erməni millətçilərinin zaman-zaman Azərbaycanda törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olduğunu bildirdi. O, erməni millətçisi Zori Balayanın “Ruhumuzun canlanması” adlı kitabında Xocalı soyqırımına haqq qazandırdığını, orada Azərbaycan türklərinə qarşı soyqırımın həyata keçirildiyini etiraf etdiyini və Devid Xerdiyanın “Xaç uğrunda” kitabında erməni vəhşiliklərini yazdığını iştirakçıların diqqətinə çatdırdı və qeyd etdi ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylər daha da artırılmalı, dünya ictimaiyyəti bu faciəyə layiqli qiymət verməli, qətliamı törədənlər ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar.
Baş İdarə rəisinin müavini, polis polkovniki Məhəmməd Məhəmmədov bildirdi ki, məlum hadisələr dövründə Ermənistandan, Xankəndindən erməni separatçıları tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də orada məskunlaşmışdılar. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir Bu şəxslər məhz milli və dini məsubiyyətinə görə, qədim yur yerimizin tarixinə və taleyinə sahib çıxmış vətənpərvər insanlar olduqları üçün yer üzündən silindilər. Amma şəhidlər və şəhid şəhər tarixin qan yaddaşında əbədi yaşayacaq.
Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu deyən baş idarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Məhəmməd İsmayılov yalnız xalqın
təkidli tələbilə hakimiyyətə qayıdan ulu öndərin prinsipial mövqeyi sayəsində soyqırıma obyektiv hüquqi-siyasi qiymət verildiyini bildirdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə bu soyqırımın bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq aləmin Azərbaycan həqiqətləri barədə məlumatlandırılmasını, xaricdə yaşayan həmvətənlərimizin səylərinin birləşdirilməsinə yönələn tədbirləri xatırladan polis polkovniki dedi ki, getdikcə daha çox dövlət Xocalıda törədilən vəhşiliyi soyqrım kimi tanıyır.
Xocalı qırğınlarının şahidi, soyqırımı zamanı doğmalarını itirən polis mayoru Asif Usubov təəssüf hissi, ürək ağrısı ilə etiraf etdi ki, Xocalını xocalılılardan və bir də Azərbaycan Polisindən başqa kimsə müdafiə etmirdi.
Şəhid polis əməkdaşı Əbülfət Əliyevin oğlu, polis baş leytenantı Taryel Əliyev, polis veteranı Arif Qarayev və digər çıxış edənlər unutqanlığın nə qədər böyük bəlalara yol açdığını gənclərə aşılamaqla, onların haqsızlığa, zülmə, əsarətə nifrət ruhunda böyüməsinin vacibliyini bildirdilər.
Tədbirə yekun vuran polis general-mayoru Emin Şəkinski Xocalının, soyqırıma məruz qalan soydaşlarımızın qisasının alınacağı günün çox da uzaqda olmadığına əminliyini ifadə etdi.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM