NƏDƏN XOCALIYA GEDƏ BİLMƏDİK?

19:48 / 26.02.2018

Səməd Vəkilov

Hüquqşünas, Hüquq mədəniyyəti jurnalının baş redaktoru

 

Xocalıda  şəhid olmuş Dilarə xanımın parlaq xatirəsinə həsr edilir.

 Məhəmmədəli əmim (bibimoğlu olsada yaşlı olduğu üçün əmi deyirdik) məni çağrıb dedi:  “Hazırlaş sabah səni  Dilarə bibingilin həyətindəki gilasları yığmağa aparacam”. Xocalıya gedecəyimə o qədər sevindim ki,  sabahın açılmasını səbirsizliklə gözlədim və səhər açılar açılmaz qaçdım Məhəmmədəli əmimin yanına nə vaxt gedirik Xocalıya?. Məhəmmədəli əmim bildirdi ki, Yusifin uşağı olub o üzdən Gülüstanı (gəlinlərini) xəstəxanaya aparıblar. Düzü mən çox təəsüfləndim amma nə etmək olardı. Bu xoş surpiriz nəticəsində mənə Xocalını görmək nəsib olmadı. Ancaq Xocalıda vəziyyət get-gedə pisləşirdi  Xocalıda yaşayan  Dilarə bibim (bibimqızı olsada yaşlı olduğu üçün bibi deyirdik) hərdən kəndə gəlirdi. Oradakı vəziyyətlə maraqlanırdılar o ermənilərdən çəkinmədiklərini bildirirdi. Uşaqlıq yaddaşımda   mehribanlığı qayğıkeşliyi ilə  iz buraxmış Dilarə bibimin  Xocalı faciəsinin qurbanı olacağını heç ağlımıza gətirməzdik.

Nürəliyeva Dilarə Oruc qızı 1930-cu ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. Anası Sidiqə Əhməd bəy qızı Vəkilova Şərur-Dərələyəz qəzasının naibi olmuş Həsənalı Sultan Vəkilovun nəvəsidir. Ailəsi ilə birlikdə 1951-ci il tarixdə Stalinin qərarı ilə Şərur-Dərələyəz qəzasından deportasiya edilərək Bərdə rayonunun İmirli kəndinə  köçürülüblər. Bir müddət burada qaldıqdan sonra ailə həyatı ilə bağlı Xocalıya köçüb. 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində şəhid olub.

  Nəhayət o müdhiş soyuq fevral gecəsi  Xocalıda kütləvi insan qırğını olduğu barədə xəbərlər gəldi. Lakin  Azərbaycanın o vaxtkı səriştəsiz və qorxaq rəhbərliyi Ayaz Mütəllibov ciddi-cəhdlə belə bir qırğının olmadığını sübut etməyə çalışırdı. Lakin fakt faktlığında qalırdı dünyanın gözü qarşısında böyük bir insanlıq dramı yaşanmışdır. Azərbaycan türklərinə qarşı genosid siyasəti həyata keçirilmiş 366 rus alayının hərbi dəstəyi ilə ermənilər Xocalıda soyqırım həyata keçirmişdir. Bu hadisələrə hər kəs öz fərdi xüsusiyyətlərinə uyğun olaraq reaksiya verirdi. Bəzi insanlar daha təhlükəsiz yerlərə getmək bəziləri isə Xocalıya köməyə getmək istəyirdilər. Xocalı soyqırımı təkcə  orada əzizlərini itirən insanların deyil Azərbaycan türklərinin faciəsi idi. Lakin bizim  ilk ağlımıza gələn Dilarə bibim oldu görəsən Dilarə bibimin başına nə iş gəlib? Sağdımı yoxsa şəhid olub? Bu sualları yaxınlarımızı düşündürürdü. Nəsildə hər kəsin qeyrət mücəssəməsi kimi tanıdığı Məhəmmədəli əmi artıq dünyasını dəyişmişdi. O, bacısı Dilarənin faciəli ölümünü yaxşı ki görmədi. Çox cəsur və emosianal adam idi onun ürəyi bu faciəyə çətin tab gətiərədi. Məhəmmədəli əmimin yoxluğu bu missiyanı onun oğlu Yusifin üzərinə düşməsinə səbəb oldu. Yusif bu missiyanı ləyaqətlə həyata keçirdi. O, 26 fevral tarixindən Dilarə bibimin meyyitinin  Ağdam məscidinə gətirildiyi günə qədər hər gün Dilarə bibimdən xəbər öyrənmək üçün cəbhə bölgəsinə gedirdi. Hər gün hər kəs  Yusifin gəlişini gözləyirdi ki, Dilarə bibimdən nə xəbər gətirəcək. Nəhayət 22 mart 1992-ci il tarixdə Xocalı faciəsi törədildikdən bir aya yaxın vaxt keçdikdən sonra Dilarə bibimin meyyitdi Ağdam məscidinə gətirildi. Yusif  o günləri belə xatırlayır . Həmin günü meyittlər gətirildi və mən meyyitlərin içindən axtara-axtar bibimi tapdım. İki ayağındann güllə yarsı almışdır.Bir qadın Dilarə bibimin öldürülməsinin şahidi olmuşdu və orada danışdrdı ki, Dilarə xanım iki ayaqlarından yaralanmışdı erməni hərbicisi gəlib ciyinlərindən vurub qışqırırdı ki durun qalxın  Dilarə xanım erməniyə  korsan görmürsən ayaqlarım yaralıdır  deyib erməninin üzünə tüpürdü  və ürəyinin üstündə saxladığı şəkili çıxardıb erməniyə tərəf uzdaraq qrdaşım sağ olsaydı sən belə edə bilməzdin dedi və  erməni onu güllələdi.  

       Keşməkeşli bir ömür yaşamış Dilarə xanımın adı Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş Xocalı soyqırımının qurbanları siyahısına yazıldı. Məkanı cənnət olsun!.

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM