Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...

10:22 / 01.07.2014

 

Ulu öndər Heydər Əliyevin dövlətimizin mühüm sütünlarından saydığı, onun müəyyən etdiyi hüquq-mühafizə siyasəti kursunun fəal iştirakçılarından biri, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması kimi məsul vəzifələri yerinə yetirən, konstitusiya-dövlət quruluşunun müdafiəsində mühüm xidmətləri olan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə işidlik və şücaət göstərmiş, yaşı yüzü haqlamağa barmaqla sayılacaq illər qalmış Azərbaycan Polisinin yaranmasından  96 il ötür.

Bu sıradan bir tarix deyil. 96 il bundan öncə azadlıq adlı ucalığa doğru yürüyən babalarımız üçrəngli bayrağın sevdası ilə qarşılarını kəsən bütün əngəllərdən üzüağ, alnıaçıq çıxmağı bacardılar. Çünki tarix onlara çox şey öyrətmişdi. Haqqı bulmaq, haqqa varmaq nə qədər çətin olsa da, o gələcək nəsillər üçün hava, su kimi lazım idi. Gələcəyini özgür görməyən bir millətin sabahına günəş doğa bilərdimi? Bu sulların bir cavabı vardı: Ya şəhid olmalı, ya da qazi. 

Azərbaycan Polisinin keçdiyi tarixi yol haqqında çox yazılıb, çox deyilib. Ancaq hələ tarixə dönəsi, yazılası, gələcəyə miras üçün qalacaq elə şanlı səhifələr var ki...

Və bu gün Azərbaycanımızın gələcəyinə ümidlə baxdığı hər bir insanına tarixi həqiqətləri çatdırmağın şərəfli bir iş olduğunu anlamağın, yorulmadan qələmə sarılmağın özü də Vətən qarşısında həmişə xatırlanacaq vəfa borcu və tarixi bir işdir.

XX əsrdə yenidən müstəqilliyinə qovuşmuş, olumla ölüm arasında qalan, torpaqlarının itirmək təklükəsi ilə ağır günlar yaşayan, (qəribə səslənsə də, onu demək həqiqətin üstündən xətt çəkməz) ordusu olmayan bir dövlətin torpaqlarını onun polisinin qoruması ilk baxışdan qəribə görünsə də bu bir həqiqətdir. Torpaqlarımızın azadlığı uğurunda əlinə silah alıb erməni millətçilərinə qarşı döyüşən oğullara silahdan istifadə qaydalarını, ilk döyüş taktikasını da məhz polisdə can qoyan oğullarımız öyrətdi.

Xalqın təkidli tələbindən sonra həyatını belə risq altına ataraq siyasət meydanına atılan ulu öndərin ən yaxın silahdaşı, səsinə ilk öncə səs verən, tapşırıqlarına əməl edən də yenə Azərbaycan Polisi idi. Çünki ideoloji baxımdan hazırlıqlı, silahın dilini bilən həmkarlarımız düşmənə qarşı, sözün əsl mənasında, rəşadətlə vuruşaraq elə bir qəhrəmanlığa imza atdılar ki, bu gün də onların adı gələndə fəxarət hissi ilə sinəmiz qabarır, ruhları qarşısında baş əyirik.

Ölüm qorxusunu ürəklərində çoxdan “öldürmüş” həmkarlarımızın şücaətləri bəlkə də cild-cild kitablara  sığmaz. Onlar öz qanlarıyla Azərbaycan Polisinin döyüş tarixini yazdılar. Həmin döyüşlərdə 1695 həmkarımız və hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər ağır xəsarət aldı. Göstərdikləri fədakarlığa və şücaətlərə görə 68 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Onlar bizə gözlərini qırpmadan, uf demədən ömrünü Vətənə bağışlamağın əlifbasını öyrətdilər, bayraq kimi gözümüzdə müqəddəslik timsalına çevrildilər...

Ötən il Azərbaycan Polisinin 95-ci ildönümü ilə bağlı keçirilən tədbirdə  ona ən böyük qiyməti, dəyəri yenə də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev verdi. Onun Polis Akademiyasında etdiyi proqram xarakterli çıxışı Azərbaycan Polisinin gələcək hədəflərini müəyyənləşdirməsinin, demək olar ki, əsasını qoydu. Ölkə başçısının bu gün polisə qara yaxanlardan, onun xidmətini, fəaliyyətini haqsız yerə tənqid edən qaragüruhçulardan fərqli olaraq dediyi: “Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi-bütün bu məsələlər ölkəmizin ümumu inkişafına çox müsbət təsir göstərmişdir”,- fikri bir daha onu təsdiq edir ki, utopiyadan uzaq, öz “qızıl vaxtını” dövlətinin və xalqının rifahı, inkişafı naminə xərcləyən, həqiqəti olduğu kimi deməyi bacaran İlham Əliyev Azərbaycanımızın inkişafı üçün atılan hər bir addımı, göstərilən ən kiçik xidməti belə diqqətdən kənarda qoymur, əksinə ona dəstək və yardımçı olur.

“Azərbaycan Polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludur”,-deyən, ölkə başçısı polisin sabitliyin keşiyində ayıq-sayıq durmasının əsas səbəblərindən  biri kimi uğurla aparılan dövlət siyasəti ilə bağlayır: “Azərbaycanda bax, bugünkü vəziyyətin, sabitliyin, inkişafın, gələcəyə inamın təməlində dövlət siyasəti dayanır. Düzgün, müdrik dövlət siyasəti ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır. Eyni zamanda, polis işçilərinin fəaliyyəti, onların peşəkarlığı, ictimai asayişin onlar tərəfindən qorunması bu sabitliyi daha da möhkəmləndirir. Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır”.

Qeyd olunmalıdır ki, polisin sabitliyin keşiyində ayıq-sayıq durması, cinayətkarlıqla mübarizədə dönməzlik nümayiş etdirməsi həm də ondan xəbər verir ki, işləmək, çalışmaq, bilik və bacarığını nümayiş etdirmək üçün hər cür şərait yaradılıb, müasir avadanlıqlarla tam təchiz olunmuş xidməti binalar istifadəyə verilib. Yəni baş vermiş cinayətin üstünün qısa zamanda açılması peşəkarlıqla yanaşı, texniki təminatın da göstəricisidir.

Aparılan islahatlar, əldə olunan nailiyyətlər, vətəndaş-polis münasibətlərinin qurulması onu deməyə əsas verir ki, vətəndaşların üzləşdikləri problemlərin həlli DİN rəhbərliyinin diqqətindədir və prioritetdir. Ölkə başçısı bütün çıxışlarında bu məsələyə xüsusi önəm verir və məmurları canla-başla xalqa xidmət etməyə çağırır: “ Bir daha demək istəyirəm - mütləq Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır. Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcəkdir”.

Yeri gəlmişkən, onu da qeyd edək ki, ötən il, Azərbaycan Polisinin 95 illik yubileyinə həsr olunmuş mərasimdə ölkə başçısının polis və vətəndaş münasibətlərinə toxunması diqqətçəkən, günümüz üçün aktual məsələlərdən idi. Cənab İlham Əliyevin cəmiyyət dəstəkli polisə olan inamın yaradılması sabitliyin qorunmasının, cinayətkarlıqla və terrorçuluqla və digər qanunazidd əməllərlə mübarizənin əsasıdır,-deməsindən sonra əlavə şərhə ehtiyac qalmır.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM